Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

55 

 

III FƏS L: DÜNYA  QT SAD YYATININ QLOBAL PROBLEMLƏR , 



TƏNZ MLƏNMƏS  VƏ AZƏRBAYCANIN DÜNYA  QT SAD YYATINDA 

YER  

3.1. Dünya iqtisadiyyatının qlobal problemlərinin həlli istiqamətləri 

XX  əsrin  ikinci  yarısında  və  xüsusən  son  əlli  ildə  dünya  inkişafının  ən  vacib 

xüsusiyyətlərindən  biri  qlobal  problemlərin    -  bütün  xalqların  həyati  mənafelərinə 

toxunan  və  həlli  üçün  bütün  dövlətlərin  kollektiv  səyini  tələb  edən  problemlərin 

getdikcə  daha  açıq  surətdə  xalqların,  insanlığın  taleyinə,  bütün  beynəlxalq 

münasibətlər  sisteminə  təsir  etməsidir.  Hər  hansı  bir  problemin  qlobal  problem 

sayılması üçün bir sıra şərtləri ödəməsi lazımdır: 

-

  Problem  doğrudan  da  planetar,  ümumdünyəvi  xarakter  daşımalı,  bütün 



xalqların,  dövlətlərin,  dövlət  qruplarının  inkişaf  səviyyəsindən  asılı 

olmayaraq həyati mənafelərinə toxunmalıdır; 

-

  Əgər həlli tapılmazsa, bütün insanlığa təhlükə törədən olmalıdır; 



-

  Təxirə salınmaz həllə ehtiyacı olmalıdır; 

-

  Öz həlli üçün bütün dövlətlərin kollektiv səylərini, bütün millətlərin birgə 



fəaliyyətini tələb etməlidir. 

Beləliklə,  bütün  daxili  fərqlərinə,  müxtəlifliklərinə  baxmayaraq,  vahid  anlayış 

kimi  birlikdə  götürüldükdə  qlobal  problemlər  müasir  dövrün  digər  çoxsaylı 

problemlərindən bir çox əlamət və xüsusiyyətlərinə görə fərqlənirlər. 

Hal-hazırda  səkkiz  əsas  qlobal  problemi  digərlərinin  arasından  adı  çəkilən 

ə

lamətlərə görə ayırmaq olar: 



-

  Dünya nüvə müharibəsinin qarşısının alınması problemi; 

-

  EOÖ-in geriliyinin aradan qaldırılması problemi; 




56 

 

-



  Qlobal demoqrafik problem; 

-

  Ərzaq resurslarının çatışmamazlığı problemi; 



-

  Xammal və enerji ilə qlobal təchizat problemi; 

-

  Dünya okeanı resurslarından istifadə problemi; 



-

  Kosmik məkanın mənimsənilməsi problemi; 

-

  Qlobal ekoloji problem. 



Qlobal  problemlər  və  onların  həlli  yolları  artıq  çox  illərdir  ki,  dünya 

iqtisadçılarını  narahat  edən  məsələlər  sırasına  daxil olmuşdur.  Belə  ki,  bu  sahədə  ilk 

tədqiqat  işləri  hələ  60-70-ci  illərdə  Roma  klubunun  iqtisadçıları  tərəfindən 

aparılmışdır. Bu iqtisadçılar ETT-nin təbii mühitə mənfi təsiri, demoqrafik proseslərin 

inkişaf  dinamikası,  təbii  resurslarla  təchizat  probleminin  kəskinləşməsi  ilə  əlaqədar 

təhlükələri aydın surətdə göstərərək geniş ictimaiyyətin nəzərinə bir sıra ümumbəşəri 

problemlərə  yönəldə  bilmişdilər.  Bu  dövrdə  ilk  futuroloqların  əssərlərində  gələcəkdə 

iri  fəlakət  və  katakalizmlərin  (qlobal  miqyaslı)  və  hətta  insan  sivilizasiyasının 

məhvinin  qaçılmazlığı  ideyası  irəli  sürülürdü  (R.Folk,  R,Heilbroner,  R.Dumon, 

J.Forrester  və  s.).  Özü  də  bu  fəlakətlər  dünya  istilik  nüvə  müharibəsi  və  ya  digər 

kütləvi  dağıntıların  nəticəsi  kimi  deyil,  təbii  resurslardan  istifadə,  əhalinin  artımı, 

insanın  ətraf  mühitə  mənfi  təsirinin  artımı  templərinə  xarakterik  olan  tendesiyaların 

nəticəsi  kimi  qəbul  edilirdi.  Gələcək  fəlakətlərin  qarşısının  alınmasının  əsas  yolları 

kimi  sıfır  göstəricili  iqtisadi  artım,  texniki  tərəqqinin  yavaşladılması  və  hətta 

dayandırılması göstərilirdi. 

Demək  olar  ki,  həmin  illərdə  əks  mövqeli  lakin  yenə  də  ifrata  varan  baxışlar 

meydana çıxdı. Bunlara görə də fəlakətlər baş verəcəkdi. Lakin elmi-texniki tərəqqiyə 

heç  bir  şeylə  məhdudlaşmayan  inkişaf  mühərriki  rolu  nəzərdə  tutulurdu.  Gələcək 

dünya  isə  “amerikan  postindustrial  cəmiyyəti”  başda  olmaqla  çiçəklənən  texnokratik 

kapitalizm dünyası kimi təsəvvür olunurdu (Q.Kan,  .Braun, L.Mertel, A.Klark və s.). 

70-ci  illərin  sonunda  meydana  gəlmiş  əsərlərdə  (V.Leontyev,  D.Qabor,  E.Laslo, 



57 

 

A.Peççey  və  s.)  futuroloqlar  artıq  dünya  fəlakətini  qaçılmaz  hesab  etmir  və  qəbul 



edirdilər ki, bəşəriyyət onları xəbərdarlıq edə bilər. Bu zaman qlobal problemlərin həlli 

yolları kimi bütün artım və tərəqqinin dayandırılması deyil, müxtəlif ölkə qruplarının 

differensiallaşdırılmış iqtisadi inkişaf tempi, texniki tərəqqidən istifadə, əhali artımının 

tənzimlənməsi qəbul edilir. 

Beləliklə, qlobal problemlərin həlli mümkündür və formalaşmış vəziyyətlərdən 

çıxış  yolu  tapıla  bilər.  Məsələn,  holland  alimi  Lennenman,  yapon  tədqiqatçıları 

U.Koria və U.Sudzuki, U.Tinberqenin, Laslonun, Qaborun, Leontyevin, Lezurun və s. 

qrupları  tərəfindən  aparılmış  analizlər  aşkar  etmişdir  ki,  enerji  resursları  mənbəyi, 

ə

rzaq,  mineral  və  s.  resursların  çatışmamazlığı  mütləq  deyil,  nisbidir.  Bütün 



müəlliflərə  görə  bu problemlər  struktur  və  digər  disproporsiyaları,  ölkələr,  regionlar, 

qitələr  üzrə  qeyri-bərabər  bölgü  və  s.  prinsipcə  öhdəsindən  gəlinə  biləcək  səbəblərlə 

doğrulmuşlar. 

nkişaf  etməkdə  olan  regionların  əhalisinin  kəskin  qidalanma  problemi  də  bir 

çox  Qərb  iqtisadçılarına  görə  həll  oluna  bilər.  Burada  hal-hazırda  emal  olunmayan 

geniş torpaq sahələrinin dövriyyəyə buraxılması, kənd təsərrüfatının məhsuldarlığının 

qismən də müasir biologiyanın nailiyyətləri hesabına 2-3 dəfə artırılması və tamamilə 

real  olaraq  dünya  kənd  təsərrüfatı  istehsalının  həcminin  3-4  dəfə  artırılması  nəinki 

kütləvi  aclığa  son  qoya  bilər,  həm  də  dünyanın  bütün  regionlarında  qidalanmanın 

keyfiyyət və strukturunu xeyli yaxşılaşdıra bilər. 

Deyilənləri qlobal ekoloji problemə də aid etmək olar. Hesab olunur ki, müasir 

kommersiya  cəhətdən  məqbul  təmizləmə  texnologiyaları  vasitəsilə  ətraf  mühitin 

çirklənməsi  texniki  cəhətdən  idarə  olunan  bir  prosesə  çevrilmişdir,  bu  çirklənmənin 

müəyyən  sərhəddə  saxlanılmasının  iqtisadi  xərcləri  isə  gələcəkdə  çox  da  ağır  yükə 

çevrilməyəcəkdi.  Leontyevin hesablamalarına  görə bu  xərclər inkişaf  etmiş  ölkələrdə 

MMM-in 1,4-1,9%-ni ötməməli,  EOÖ-də isə daha da az olacaqdı. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə