Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   20   21   22   23   24   25   26   27   28

70 

 

3)



  Hazır sənaye məhsulunun inkişaf etmiş ölkələrə ixracında ifrat asılılıq. 

Məhz bu baxımdan problemə yanaşdıqda məlum olur ki, dünya iqtisadiyyatının 

sistemli  inkişafı  başlıca  olaraq  beynəlxalq  iqtisadi  münasibətlərin  yüksələn  artan 

şə

kildə  təkmilləşdirilməsindən,  eləcə  də  qloballaşma  prosesi  şəraitində  dünya 



təsərrüfatının  tənzimlənməsi  istiqamətində  kompleks  islahatların  aparılmasından 

maksimal şəkildə asılıdır. Başqa sözlə, dünya təsərrüfatının tənzimlənməsi, beynəlxalq 

iqtisadi  münasibətlərin  təkmilləşdirilməsi  dünya  təsərrüfatının  sistemli  inkişafına 

gətirib çıxarır. 

Ümumiləşdirsək,  qeyd  etməliyik  ki,  Qərb  sosioloqları  qloballaşma 

konsepsiyasını  dünya  miqyaslı  tədqiqatların  yeganə  paradiqması  olduğunu  irəli 

sürürlər.  Onların  fikrincə,  dünya  iqtisadiyyatının  qloballaşmasının  məzmununu  əks 

etdirən üç başlıca proses – iqtisadiyyatın dövlət tənzimlənməsinin aradan qaldırılması 

və bazar mexanizmini ön plana çıxarılması; milli sərhədlərin silinməsinə yönəldilmiş 

inteqrasiyanın güclənməsi;  yeni informasiya  texnologiyalarının  inkişafı öz-özlüyündə 

təsərrüfatın inkişafı və rifahın dönmədən yüksəldilməsi baxımından yetərlidir. 

 

 



3.3.

  Müasir dövrdə Azərbaycanın dünya iqtisadiyyatında yeri və rolu. 

Azərbaycanda  xarici  iqtisadi  fəaliyyətin  liberallaşdırılması  və  valyuta 

tənzimlənməsi  praktikasının  başlanğıc  mərhələsi  kimi  “Valyuta  tənzimi  haqqında” 

Azərbaycan Respublikasının qanununun qəbul olunması dövrünü hesab etmək olar. 

Azərbaycan  Respublikasının  iqtisadiyyatının  sonrakı  inkişafı  təbii  enerji 

daşıyıcılarnın qiymətinin əhəmiyyətli dərəcədə artması şəraitində baş verirdi. Nəticədə 

bu sferadan əldə olunan vəsaitlərin bir hissəsi iqtisadiyyatın real sektorunun inkişafına 

yönəldilmişdir.  Bütün  bunlar  Azərbaycan  iqtisadiyyatının  nisbi  sabitliyinə  səbəb 

olurdu və kifayət qədər iri sabitləşmə fondunun formalaşmasına kömək etdi. 



71 

 

Müasir  dövrdə  də  qlobal  iqtisadi  prosesləri  nəzərdən  keçirsək,  Azərbaycan 



iqtisadiyyatı  üçün yeni  inkişaf imkanlarının  olmasını görə bilərik.  Belə ki, 2014-ci il 

qlobal  yenidənbalanslaşma  proseslərinin  sürətlənməsi  ilə  xarakterizə  olunmuşdur. 

Yığım iqtisadi modelinə malik ölkələrdə xarici sektorda toplam profisit azalaraq dünya 

ÜDM-in  1,7%-ni  təşkil  etmişdir  (2006-cı  ildə  3,1%).  Şərqi  Asiya  regionunda  yığım 

modelinin istehlak modelinə tədricən transformasiyası burada əsas rol oynamışdır.  

Dünay  ticarətinin  artım  tempi  ilin  ikinci  yarısında  mənfi  zonadan  çıxsa  da, 

ə

vvəlki dövrlərlə müqayisədə aşağı olaraq qalmışdır. Avrozonada resessiyanın davam 



etməsi bu regionun idxalına mənfi təsir göstərmişdir. Almaniya, Hindistan, Braziliya, 

Fransa,  Yaponiya  kimi  ölkələrdə  iqtisadi  artımın  xarici  tələb  kanalları  daxili  tələblə 

ə

vəzlənmişdir. Digər tərəfdən daxili bazarları qorumaq meylləri güclənmişdir. Belə ki, 



2014-ci  ildə  ÜTT-də  mübahisəli  məsələlərin  sayı  on  ilin  ən  yüksək  səviyyəsinə 

çatmışdır. 

Makroiqtisadi  kövrəkliklər  və  qeyri-müəyyənliklər  qlobal  birbaşa  xarici 

investisiya  axınlarının  2011-ci  illə  müqayisədə  18%  azalmasına  gətirib  çıxarmışdır. 

Birbaşa  xarici  investisiya  axınlarının  strukturunda  da  əhəmiyyətlii  dəyişikliklər  baş 

vermişdir. ABŞ və Avrozonaya qoyulan investisiyaların əhəmiyyətli azalması ümumi 

investisiya qoyuluşlarında inkişaf etmiş ölkələrin payını aşağı salmışdır.  nkişaf etmiş 

və  etməkdə  olan  ölkələr  arasındakı  fərq  özünün  ən  yüksək  səviyyəsinə  çatmışdır. 

Digər tərəfdən, böhrandan əvvəlki dövrdə yerləşdirilmiş və səmərəliliyi aşağı düşmüş 

investisiyaların  restruksiyası  davam  etdirilmiş,  investisiyalar  daha  çox  yeni  biznes 

vahidlərinin yaradılmasına və “yaşıl iqtisadiyyatın” inkişafına yönəldilmişdir. 

ABŞ-da  daşınmaz  əmlak  bazarında  sabitləşmə  müşahidə  olunsa  da,  bir  çox 

sosial xarakterli problemlər həll edilməmişdir. Belə ki, məşğulluq və adambaşına gəlir 

səviyyəsi  böhrandan  əvvəlki  həddə  bərpa  olunmamışdır.  2012-ci  ilin  əvvəllərində 

iqtisadi aktivlik canlansa da, ilin sonlarına yaxın səngimiş və dördüncü rübdə iqtisadi 

artım mənfi zonada olmuşdur. Federal Ehtiyatlar Sistemi tərəfindən işsizlik səviyyəsi 




72 

 

6,5%-ə  düşənə  vəinflyasiya  2,5%  səviyyəsinə  qalxana  qədər  stimul  tədbirlərinin 



davam edəcəyi bəyan olunmuşdur. Bu qərara baxmayaraq, 2013-cü ildə iqtisadi artım 

tempinin bir qədər də zəifləyəcəyi gözlənilir. 

Yaponiya iqtisadiyyatında ilin ikinci yarısında resessiya baş vermişdir. 2013-cü 

ildə iqtisadiyyatın resessiyadan çıxması gözlənilsə də, iqtisadi artımın 2014-cü ilədək 

zəif  olacağı  gözlənilir.  Hökumət  ÜDM-in  2%-i  həcmində  stimullaşdırma  tədbirləri 

həyata keçirməyə hazırlaşır. 

Avrozonada  borc  böhranının  fəsadları,  xarici  tələbin  zəifləməsi  və  neft 

qiymətlərinin  yüksək  olması  regionun  resessiyaya  daxil  olması  ilə  nəticələnmişdir. 

EOÖ-də iqtisadi artım bir qədər səngiyərək 5,1% olmuşdur. Çin (7,8%) və Hindistan 

(4,9%)  son  onilliyin  ən  zəif  artımını  nümayiş  etdirmişdir.  Xarici  tələbin  azalması 

şə

raitində  həyata  keçirilmiş  stimullaşdırma  tədbirləri  bu  ölkələrdə  iqtisadi  aktivliyi 



qismən qoruya bilmişdir. 

qtisadi  aktivliyin  gözləniləndən  aşağı  olması  əmtəə  bazarlarındakı  qiymətləri 

nisbətən  stabilləşdirmişdir.  Ərzaq  qiymətləri  2012-ci  ildə  orta  hesabla  0,7%  və 

qiymətli metallar 1,7% bahalaşmışdır. 

Yaxın  Şərqdə  gedən  proseslər,  bəzi  EOÖ-in  iqtisadiyyatlarının  enerji 

tutumluluğunun  artması  və  Avropada  nüvə  enerjisindən  imtina  prosesləri  neftin 

qiymətinin  yüksək  səviyyədə  qalmasına  səbəb  olmuşdur.  (2012:  105  ABŞ  dolları). 

Hazırda  neftin  ifrat  dəyərə  malik  olması  qlobal  iqtisadi  canlanmanı  ləngidən  ən 

mühüm amillərdən biri sayılır. Lakin belə bir hal Azərbaycan iqtisadiyyatının inkişafı 

üçün əlverişli şərait yaradır. 

Bir  sıra  EÖ-də  isə  pul  çapı  hesabına  stimullaşdırma  tədbirlərinin  görülməsi 

valyuta bazarlarına mənfi təsir edəcək və məzənnə volatilliyini artıracaqdır. 

Beləliklə,  iqtisadiyyatın  dəstəklənməsi  üçün  müxtəlif  ölkələrdə  həyata 

keçirilmiş  nəhəng  stimullaşdırma  tədbirləri  davam  etmişdir.  əvvəlki  təcrübələrdə 

analoji  nümunənin  olmaması  yekun  nəticə  haqqında  birmənalı  mühakimələrə  imkan 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə