Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

42 

 

 



qtisadi inteqrasiya – ölkələrin milli təsərrüfatlarının yüksək səviyyəsi qarşılıqlı 

iqtisadi  tamamlama  və  əmək  bölgüsü  əsasında  həyata  keçirilən  siyasi  iqtisadi  birliyi 

formasıdır. 

 

nteqrasiyanın mahiyyətini daha yaxşı başa düşmək üçün B.Belaşanın göstərdiyi 



kimi  ona  ikili  yanaşma  zəruridir.  Yəni  iqtisadi  inteqrasiya  həm  proses,  həm  də 

vəziyyət  kimi  nəzərdən  keçirilməlidir.  Proses  anlamında  inteqrasiya  –  müxtəlif  milli 

təsərrüfatlara  mənsub  olan  iqtisadi  vahidlər  arasında  bütün  əngəllərin  ləğv  edilməsi: 

vəziyyət kimi həmin maneələrin yoxluğunu ifadə edir. Belaşa inteqrasiyanın sadədən 

mürəkkəbə doğru inkişafını müəyyən mərhələrə bölmüşdür (1-ci şəkil). 

Ümumiyyətlə  götürdükdə,  inteqrasiyanın  ən  mühüm  əlamətlərini  aşağıdakı 

keyfiyyət göstəriciləri ilə ifadə etmək mümkündür: 

1.

  nteqrasiya blokunun tamlığı, bütövlüyü, bir və ya bir neçə dövlət arasında 



mövcud  olan  əlaqə  və  münasibətlər  məcmusundan  eyni  dərəcəli  əlaqə  və 

münasibətlərin ayrılması və əlahiddələşməsi vasitəsilə təzahür edir.  

2.

  Bloka daxil olan ölkələrin münasibətlərində inteqrasiya əlaqələri son dərəcə 



mühümdür. Belə ki, bu əlaqələr ayrılıqda hər bir milli iqtisadiyyatın normal 

fəaliyyəti və inkişafı üçün zəruri olan şərtlər sırasına daxildir. 

3.

  nteqrasiya  şəraitində  həm  daxili,  həm  də  xarici  qarşılıqlı  münasibətlərin 



formalaşması  və  inkişafı  məqsədyönlü  xarakter  daşımaqla  yanaşı,  bu  və  ya 

digər dərəcədə tənzimlənir. 

 

 

 



Şə

kil 2.1 

XC 



 

 

qtisadi  inteqrasiyanı  bir  sıra  obyektiv  amill



sırasına aşağıdakılar aid edilir:

1.

  Təsərrüfat həyatının qloballa



Valyuta ittifaqı

İqtisadi ittifaq

Ümumi bazar

Azad ticarət zonası

qtisadi  inteqrasiyanı  bir  sıra  obyektiv  amillər  müəyy

ıdakılar aid edilir: 

yatının qloballaşması; 

Tam inteqrasiya

Vahid valyutanın tətbiqi

Siyasət inteqrasiyası

İqtisadi ittifaq

Milli iqtisadi qanunvericiliyin və siyasətin 

Amillərin inteqrasiyası

Vahid gömrük siyasəti

Ticarət inteqrasiyası

Azad ticarət zonası

İqtisadi inteqrasiya situasiyası

43 


yyən  edirlər.  Bu  amillər 

Federasiya, yaxud konfederasiya 

əsasında vahid dövlətdə birləşmə

Milli iqtisadi qanunvericiliyin və siyasətin 

unifikasiyası

Amillərin inteqrasiyası

Mal və xidmətlərin blokdaxili 

sərbəst hərəkəti

Gömrük ittifaqı

İqtisadi inteqrasiya situasiyası




44 

 

2.



  BƏB-in dərinləşməsi; 

3.

  Xarakterinə görə ümumdünyəvi elmi-texniki inqilab; 



4.

  Milli iqtisadiyyatların açıqlıq dərəcəsinin artması. 

Bütün bu amillər qarşılıqlı əlaqədədirlər. 

Beləliklə,  ölkələrarası  iqtisadi  əməkdaşlıq  müəyyən  mərhələyə  çatdıqda  iqtisadi 

inteqrasiya  prosesləri  mütləq  özlərini  büruzə  verirlər.  Lakin bu  proseslərdən tam və 

hərtərəfli şəkildə fayda götürmək üçün onların məqsədyönlü şəkildə inkişafını təmin 

etmək lazımdır. Bu isə bir sıra şərtlərin mövcudluğunu tələb edir. 

lk  növbədə  inteqrasiya  situasiyasının  formalaşması  lazımdır.  Yəni  ilkin  şərtlər 

mövcud  olmalıdır.  Məsələn,  hələ  ki,  Qafqazda  regional  iqtisadi  blokun 

formalaşmasına doğru cəhddən danışmaq sadəlövhlük olardı. Bunu ən azı bir amil – 

regionda  bir-biri  ilə  düşmən  olan  iki  dövlətin  mövcudluğu  faktı  sübut  edir.  Bundan 

başqa aşağıdakı şərtlərin mövcudluğu daxilində inteqrasiya daha böyük ehtimalla üzv 

ölkələr arasında ticarət yaradılması və rifahın artırılmasına kömək edəcək: 

-

  Üzv ölkələrin ittifaqdan əvvəlki ticarət maneələri nə qədər yüksək olsa, bu 



proses bir qədər çox ehtimalla baş verər. 

-

  Blokun  dünyanın  digər  ölkələri  ticarət  maneələri  nə  qədər  aşağı  olsa, 



gömrük  ittifaqının  formalaşması  da  o  qədər  az  ehtimalla  ticarət 

sarpmalarına səbəb olacaqdır. 

-

  Üzv ölkələrin sayı nə qədər çox olsa da onların sahəsi nə qədər böyük olsa, 



ticarət yaradılması ehtimalı bir o qədər artar. Üzv ölkələrin iqtisadiyyatları 

tamamlayıcı  olmaqdan  daha  çox  rəqabətli  olmalıdırlar.  Bu  zaman 

istehsalla  ixtisaslaşma  və  ticarət  yaradılması  üçün  daha  böyük  imkanlar 

vardır. 


-

  Üzv  ölkələr  coğrafi  cəhətdən  nə  qədər  yaxın  olsalar  onda  nəqliyyat 

xərcləri də üzv ölkələr arasında ticarət yaradılmasına bir o qədər az mane 

olar. 



45 

 

-



  Blokun  potensial  üzvləri  arasında  ittifaqa  qədərki  ticarət  və  iqtisadi 

ə

laqələr  nə  qədər  güclü  olsa  bu  bir  o  qədər  çox  rifah  əldə  edilməsinə 



kömək etmiş olar. 

Qeyd  etdiyimiz  kimi  inteqrasiyaya  qoşulan  ölkələrin  iqtisadiyyatlarının  inkişaf 

səviyyələri  arasında fərq  nə  qədər  az olarsa  (yəni  onlar  rəqabətli  iqtisadi  strukturlara 

malik olarlarsa) onlar iqteqrasiya proseslərindən daha çox fayda götürə bilərlər. Çünki 

ə

ks  halda  yəni  ölkələrdən  biri  yüksək  inkişaf  səviyyəsi,  digəri  isə  iqtisadiyyatı  ona 



tamamlayıcı  olan  ölkə  olsa  (məsələn,  sənayecə  inkişaf  etmiş  ölkə  və  nisbətən  geri 

qalmış  kənd  təsərrüfatı  ölkəsi)  uzunmuddətli  dövrdə  ikinci  ölkə  birincinin  xammal 

ə

lavəsinə çevrilə bilər. 



Xüsusən,  EOÖ  arasında  inteqrasiya  proseslərində  özünü  büruzə  verən  üzv 

ölkələrin inkişaf səviyyələri arasındakı fərqin əsasında duran sənayeləşmə siyasətinin 

blokdaxili  razılaşmasının  böyük  əhəmiyyəti  vardır.  Məsələn,  ASEAN  ölkələri 

hökümətin  əməli  köməyinə  əsaslanaraq  “ASEAN  sənayeləşmə  layihəsini”  və  özəl 

sektorun  üfüqi  əlaqələrinin  inkiafına  yönəldilmiş  “ortaq  layihələri”  müvəffəqiyyətlə 

tətbiq  etməkdədirlər.  KAR KOM  qruplaşmasında  isə  bu  sahədə  elə  bir  əhəmiyyətli 

razılaşma əldə olunmamışdır. 

Üzv  ölkələr  arasındakı  fərq  yalnız  inkişaf  səviyyələri  arasında  deyil,  həm  də 

istehsal faktorları ilə təminat baxımından müşahidə oluna bilər. Bu zaman da amillərin 

bol  olduğu  ölkədən  nisbətən  kasad  olan  ölkəyə  nəzarətsiz  miqrasiyası  da  mənfi 

nəticələr doğura bilər. Bu isə məsələn, AB-nin və əmək miqrasiyasının misalında əmək 

dempinqinə səbəb ola bilər. 

nteqrasiya proseslərini təkmilləşdirmək üçün zəruri olan infrastrukturun inkişafı 

problemi  də  əsasən  EOÖ  üçün  xarakterikdir,  ona  görə  də  nəqliyyat-kommunikasiya 

xətlərinin inkişaf etdirilməsi və informasiya təminatının lazımi səviyyəyə çatdırılması 

inteqrasiyanın təkmilləşdirilməsinin prioritet (öncül) istiqamətlərindən olmalıdır. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə