Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   20   21   22   23   24   25   26   27   28

81 

 

NƏT CƏ VƏ TƏKL FLƏ

Dünya  miqyasında  baş  verən  qlobal  proseslərin  ümumi  strategiya  dünyanın 

müxtəlif  bölgə  və  ölkələrində  istehsalın  yerləşdirilməsinə  istiqamət  götürülməsi 

mikrosəviyyədə  baş  verən  qloballaşmanın  başlıca  xüsusiyyətidir.  Hazırda,  TMK-ın 

xarakter etibarilə dünya miqyaslı fəaliyyəti qloballaşma prosesinin əsaslarından birinə 

çevrilmişdir. 

Qloballaşmanın  əsas  əlamətləri  beynəlxalq  əmək  bölgüsünün  xarakterində 

keyfiyyət dəyişikliklərinin baş verməsi, TMK kimi dünya iqtisadiyyatı subyektlərinin 

nüfuzetmə  dairəsi  və  fəaliyyət  miqyasının  artması,  qlobal  iqtisadi    proseslərə 

uyğunlaşmaq məqsədilə milli və beynəlxalq səviyyələrdə iqtisadiyyatın tənzimlənməsi 

sistemlərində  dəyişikliklərin  baş  verməsi,  istər  hökumətlərarası,  istərsə  də  qeyri-

hökumət  təşkilatlar  səviyyəsində  beynəlxalq  iqtisadi  təşkilatlar  sisteminə  aid 

funksiyaların  əmələ  gəlməsi  və  dəyişməsi,  Beynəlxalq  iqtisadi  əlaqələr  dünya 

təsərrüfatının bütün tərkib hissələrinin güclü dövlət olsa belə, hal-hazırda xarici aləmlə 

sıx  qarşılıqlı  şəkildə  sıx  əlaqəsi  olmadan,  mütləq  səviyyə  daşıyan  özünə  arxayınçılıq 

şə

raitində inkişaf edə bilməz. 



Dünya  birliyindən  ibarət  ola  ayrı-ayrı  ölkələr  üçün  iqtisadi  qloballaşma 

proseslərinin  nəticələrini  qiymətləndirir.  Beynəlxalq  iqtisadiyyat  nəzəriyyəsi  onu 

birmənalı  şəkildə  təsdiq  edir  ki,  xarici  rəqabət  üçün  bazarların  açılması,  maliyyə 

mənbələri və investisiyaların ölkələr arasında hərəkət etməsinin və beynəlxalq ticarətin 

intensivləşdirilməsi  dünya  istehsalının  artımı  və  dünya  istehsal  amillərinin  daha  da 

səmərəli  şəkildə  istifadə  edilməsi  üçün  imkanlar  yaradır.  Deməli,  qloballaşma  bu 

prosesdə  iştirak  edən  ölkələrin  mümkün  olan  qazancı  ilə  bağlıdır.  Xüsusilə, 

qloballaşmanın  təsərrüfat  həyatının  genişmiqyaslı  liberallaşması  ilə  birləşməsi 

şə

raitində  birləşən  qlobal  əmtəə  və  maliyyə  bazarlarında  eyni  zamanda  baş  verən 



rəqabətin intensivləşməsi neoliberal qloballaşma modelinin əsas məzmunun təşkil edir 


82 

 

və bu güclülərə rəqabətdə uduzan ayrı-ayrı kompaniyalar üçün (ayrı-ayrı ölkələr üçün) 



yarana biləcək labüd risklərlə rastlaşmaq deməkdir. Onu da nəzərə almaq lazımdır ki, 

qloballaşmanın inkişaf  etmiş ölkələrə  verə  biləcəyi  səmərəsi  kifayət  qədər böyükdür. 

Dünya  bazarlarının  iştirakçısı  olan  ən  güclü  kompaniyaların  mənzil-qərargahları  və 

həmçinin,  əsas  olan  maliyyə  ehtiyatları,  dünyanın  qabaqcıl  elmi-texniki  və  texnoloji 

potensialı  məhz  burada  yerləşmişdir,  müxtəlif  istənilən  sahəsinin  bağlanması,  gəlirin 

yenidən  bölüşdürlməsi  və  mümkün  sosial  bərabərsizliyin  artması  şəklində  yarana 

biləcək risklər dövlətin apardığı sosial siyasət nəticəsində qismən kompensasiya edilir. 

Keçid iqtisadiyyatına malik və inkişaf edən ölkələrdə bu məsələ ilə bağlı olan vəziyyət 

tamam  fərqli xarakter  daşıyır.  Dünya  bazarlarında bu ölkələrin  malik olduğu  rəqabət 

aparma mövqeləri daha zəif olması üzündən qloballaşmanın faydası onlar üçün heç də 

həmişə  əyani  şəkildə  hiss  edilmir,  halbuki,  onların  az  inkişaf  etməsi  səbəbi  üzündən 

risklərin  neytrallaşdırılması  imkanları  da  inkişaf  etmiş  ölkələrlə  müqayisədə  azlıq 

təşkil edir. 

Ə

yalət  və  yarıməyalət  xarakterli  iqtisadiyyatlarda  öz  iqtisadi  fəallığını 



genişləndirən  inkişaf  etmiş  ölkələrin  TMK-ları  kömək  qəbul  edən  ölkələrin  milli 

maraqlarına  əksər  hallarda  etinasız  yanaşır.  Transmilli  korporasiyalar  istər  həmin 

ölkələrin  daxili  mənbələrini,  istərsə  də  beynəlxalq  istehsal  amillərini  (informasiyanı, 

menecmenti,  kredit  vəsaitləri,  nəqliyyat  və  s.)  istifadə  edir.  TMK-lar  yerli 

kompaniyalara qarşı güclü rəqabətin aparılmasına səbəb olur və daxili bazarda onları 

sıxışdırır.  Qəbul  edən  ölkələrdə  onlar  təsərrüfatçılıq  fəaliyyətinin  aparılmasında  yerli 

müəssisələrlə müqayisədə imtiyazlı şəraitin tez-tez əldə olunmasına nail olur və bunu 

yerli  infrastrukturdan  istifadə  haqqının  və  vergilərin  və  digərləri  hesabına  həyata 

keçirir.  Qazanc  əldə  etmək  məqsədilə  onların  apardığı  fəaliyyət  milli  təsərrüfatın 

strukturu  və  daxili  istehsal  əlaqələrinin  pozulması,  sosial-iqtisadi  konfliklərin 

yaradılması və ölkədə mövcud siyasi vəziyyətin kəskinləşməsinə gətirib çıxarda bilər. 



83 

 

Müəyyən ölkə üçün iri hesab edilən xarici TMK-la yanaşı, eyni bazar şəraitində 



fəaliyyət  göstərən  kiçik  və  orta  həcmli  milli  müəssisələr  qloballaşmanın 

mövcudluğundan  itkiyə  daha  çox  məruz  qalır.  Nəhənglərlə  rəqabətin  aparılmasına 

davam  gətirmək  onlar  üçün  çətindir  və  eyni  zamanda  bir  qayda  olaraq  vergitutma 

sahəsində  daha  imtiyazlı  şəraiti  əldə  etmək  üçün  onlar  lobbiçilik  imkanlarından 

məhrumdur. 

Daha  az  inkişaf  etmiş  ölkələrin  maliyyə  bazarlarına  ilk  əvvəl  spekulyativ 

səciyyə  daşıyan  xarici  maliyyə  kapitalının  nəzarətsiz  daxil  olub  və  axıb  getməsi 

məsələsinə dair qeyd etmək lazımdır ki, bu təqdirdə həmin ölkələr son dərəcə zəifləmiş 

olur. Son 20 illiyin təcrübəsi (1994-1995-ci ildə Meksikada baş verən böhranlar, 1997-

ci  ildə  baş  verən  Asiya  maliyyə  böhranı,  bundan  sonra  Rusiya,  Braziliya  və 

Argentinada  baş  verən  böhranlı  hadisələr)  əsaslı  şəkildə  göstərmişdir  ki,  qlobal 

maliyyə  kapitalının  ölkələrarası  axını  nəinki  keçid  iqtisadiyyatı  və  inkişaf  edən 

ölkələrinin  maliyyə  və  fond  bazarlarının  “dağılmasına”,  həmin  ölkələrin  milli 

valyutalarının sabit qalmasının pozulmasına səbəb olur və həmçinin, həmin ölkələrin 

təsərrüfatının  real  sektorunda  son  dərəcə  mənfi  nəticələrə  gətirib  çıxardır.  Maliyyə 

bazarlarında  böhranlı  vəziyyətin inkişaf etməsinə  müqavimət  göstərmək  üçün  inkişaf 

etmiş ölkələrin iqtisadiyyatı daha çox imkanlara malikdir. 

Beləliklə,  qloballaşma  prosesləri  bir  çox  hallarda  qabaqcıl  iqtisadiyyatların 

inkişaf  səviyyəsinin  artmasına  və  bunlardan  zəif  ölkələrin  dünya  iqtisadiyyatında 

tutduğu mövqeyinin zəifləməsinə gətirib çıxardır. Keçid iqtisadiyyatına malik olan və 

inkişaf edən ölkələrin əksəriyyəti inkişaf etmiş ölkələrdən texnoloji asılılıq vəziyyətinə 

düşür:  yəni,  müasir  texnologiyaların  mürəkkəbləşməsi  onların  az  inkişaf  etmiş 

ölkələrdə  işlənməsini  sərfəli  etmir,  mənimsənilmiş  texnologiyalar  isə  ilk  növbədə 

yüksək ixtisaslı və yüksək təhsilli mütəxəssislərin çatışmaması üzündən komprimentar 

amillər  tez-tez  effektiv şəkildə  istifadə  etmək  mümkün olmur.  Bu  cür  ölkələri təmsil 

edən qruplar arasında mövcud olan texnoloji uçurum daha da dərinləşir. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə