Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi


S   Osakoda  dünya  turizm  forumunun  və  dünya  turizmi  üzrə  nazirlərin  ümumdünya konfransının turizm  Bəyannaməsi  (1994);  S



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə112/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   108   109   110   111   112   113   114   115   ...   122

  Osakoda  dünya  turizm  forumunun  və  dünya  turizmi  üzrə 
nazirlərin  ümumdünya konfransının turizm  Bəyannaməsi  (1994); 
  Xidmətlər ticarəti  üzrə  Baş saziş (1994);
  Bioloji  müxtəliflik konvensiyası (1995);
  Mütəşəkkil  seks-turizmin  qarşısının  alınması  üzrə  BMÜTT  Baş 
Assambleyasının  XI  sessiyasının Qahirə qətnaməsi (1995);
  Uşaqların  kommersiya  Baxımından  seksual  istismarına  qarşı 
Stokholm  Bəyannaməsi  (1996);
  Turizmin sosial təsiri  üzrə Manila  Bəyannaməsi  (1997);
  Turizmin Qlobal  Etik kodeksi( 1999);
Zorakı  və  uşaq  əməyinin  qadağan  edilməsi,  yerli  xalqların 
hüquqlarının  qorunması,  iş  yerində  Bərabər  münasibət  və  ayrıseç- 
kiliyə  yol  verilməməsinə  dair  Beynəlxalq  Əmək  Təşkilatının  (BƏT) 
konvensiya və tövsiyələri.
Beynəlxalq 
turizmin 
tənzim 
olunmasında 
gömrük 
rəsmiyyətçiliyi  üzrə  BMT-nin  1954-cü  ildə  Nyu-Yorkda  keçirilmiş 
Beynəlxalq 
Diplomatik 
Konfransı 
mühüm  rol  oynamışdır. 
Konfransda 
turistlərin 
gömrük 
imtiyazlarını 
nizamlayan 

Beynəlxalq  sənəd  qəbul  edilmişdir:  turistlər  üçün  gömrük  imtiyazları 
haqqında  konvensiya;  reklam  turist  sənədlərinin  və  materillarının 
idxalı  ilə  Bağlı  turistlər  üçün  gömrük  imtiyazları  haqqında 
konvensiyaya  əlavə  protokol  və  fərdi  yol  nəqliyyat  vasitələrinin 
müvəqqəti  idxalı  haqqında konvensiya.
Bu  rəsmi  sənədlərin  müddəaları  1963-cü  ildə  keçirilmiş 
BMT-nin  turizm  və  Beynəlxalq  səyahətlər  üzrə  Roma  konfransında 
daha  da  inkişaf  etdirilmişdir.  Bu  konfransda  dünyanın  müxtəlif 
ölkələri  arasında  turizm  əlaqələrinin  inkişafına  dair  100-dən  artıq 
məsələyə  Baxılmış,  eyni  zamanda  ölkələrin  turizm  sahəsində 
əməkdaşlığının 
prinsip 
və 
formaları 
qısaca 
ifadə 
edilərək 
açıqlanmışdır.
Roma  konfransının  məqsədi  beynəlxalq  turizmin  Beynəlxalq 
hüquq  normalarına  müvafiq  surətdə  hüquqi  tənzimlənməsi  üçün 
tövsiyələr işləyib hazırlamaqdır.
Əcnəbi  turistlərin  vəziyyətinin  hüquqi  tənzimlənməsi  məsələ­
444
si  miihüm  əhəmiyyət  kəsb  edirdi.  Konfransın  prinsip  etibarilə 
mühüm  qərarı  turist  statusunun,  «turist»  və  «ekskursiyaçı» 
anlayışlarının  müəyyənləşdirilməsi  olmuşdur.  Turist  səfərlərinin 
məqsədləri  qısaca  və  dürüst  ifadə  edilərək  təsnif olunmuşdur  ki,  bu 
da  ölkəyə  giriş  və  məskunlaşdığı  ölkədən  çıxış  məsələlərinin  həlli, 
habelə turistlərin statistik  uçotunun  aparılması  üçün  mühüm  amildir.
Roma  konfransında,  həmçinin  dövlətlərin  milli  sərhədlərini 
keçən  xarici  turistlərə,  maddi  baza  yaradılmasına  və  xidmətə 
\ardımın  təşkili  baxımından,  Beynəlxalq  turizmin  inkişafına  dövlət 
yardımına  münasibətdə  rəsmiyyətçiliyin  (pasport,  viza,  gömriik, 
\alyuta,  nəzarət,  vergi,  sanitar-epidemeoloji,  sığorta  və  digər) 
sadələşdirilməsi,  həmçinin  turistlərin  olduqları  ölkənin  mədəni 
sərvətlərindən bəhrələnməsi  məsələləri  nəzərdən  keçirilmişdir.
Konfransda  ölkələrin  Beynəlxalq  turizm  sahəsində  texniki 
əməkdaşlığına  mühüm  diqqət  yetirilmişdir.  Roma  konfransı  Beynəl­
xalq  turizmin  inkişafında  iştirak  edən  dövlətlərə  əcnəbi  turistlərin 
vəziyyətinin  hüquqi  tənzimlənməsi,  hökumət  rəsıniyyətçiliyiııin 
sadələşdirilməsi,  hökumətlər tərəfindən  Beynəlxalq  turizmin  inkişafı­
na  yardım,  habelə  Beynəlxalq  turizm  sahəsində  ölkələri  texniki 
əməkdaşlığına dair qətnamə və tövsiyələr təqdim etmişdir.
Konfrans tərəfindən  tövsiyə olunmuşdur.
*  pasport  rəsmiyyətçiliyinə  dair  -  xarici  pasportların  vahid  şəklə 
salınması  və  standartlaşdırılması,  həmçinin  onların  dərəcələrə 
ayrılması 
(fərdi,  kollektiv,  uşaq)  və 
verilmə 
prosedurunun 
sadələşdirilməsi;
*  viza  rəsmiyyətçiliyinə  dair 
viza  rejiminin  yüngülləşdirilməsi, 
vizaların  qeydiyyatı  və  verilmə  müddətinin  azaldılması,  vizasız 
girişin  tətbiqi;
*  gömrük  rəsmiyyətçiliyinə  dair 
onların  xarici  turistlər  üçün 
vahid şəklə salınması  və sadələşdirilməsi;
*  valyuta-nəzarət  rəsmiyyətçiliyinə  dair 
v alyuta  əldə edilməsinin 
sərbəstləşdirilməsi  və  valyuta-nəzarət  prosedurunun  yüngülləş­
dirilməsi  (gediş-gəliş  zamanı  mübadilə  prosedurunun  sadələşdiril­
məsi,  valyuta  çıxarılması  barədə  Bəyannamənin,  habelə  kredit
445


kartlarından  istifadə prosedurunun  sadələşdirilməsi).
Beynəlxalq  turizmin hökumət  tərəfindən  müdafiə  olunmasına 
dair tövsiyələr:
*  razılaşdırılmış  turizm  siyasətini  işləyib  hazırlamaq  üçün  bir  neçə 
ölkənin səylərinin birləşdirilməsi;
*  turizm  reklamı  və  təbliğatının  həqiqətə  uyğunluğu  və  qeyri- 
təcavüzkarlığının  təmin  edilməsi,  habelə  turizm  xidmətləri  tədarük­
çülərinə  (nəqliyyat  şirkətləri,  yerləşdirmə  vasitələri)  münasibətdə 
turizm agentliklərinin məsuliyyətinin təmin edilməsi;
* turizm agentliklərinin fəaliyyətini tənzimləyən qanunların tətbiqi. 
Konfrans tərəfindən tövsiyə olunmuşdur:
*  dövlətlərə  -   Beynəlxalq  turizm  təşkilatları  ilə  birlikdə  əcnəbi 
turistlərin  hüquq  və  öhdəliklərini  əks  etdirən  turizm  etikasının 
Beynəlxalq kodreksi,  habelə onların sui-istifadələrdən müdafiəsi  üzrə 
tədbirlərin işlənib hazırlanması;
*  hökumətlərə  -   nəqliyyat  və  yerləşdirmə  sənayesinin  inkişafına 
kömək  edən  inzibati,  maliyyə,  vergi,  gömrük  tədbirləri  həyata 
keçirmək;
*  nəqliyyat  sənayesinə  dair  -   Beynəlxalq  nəqliyyat  vasitələrinin 
inkişafı  və  istifadəsinə  dair  dövlətlərarası  saziş  bağlamaq,  habelə 
bütün  nəqliyyat növlərinin  sərnişin tariflərini azaltmaq;
*  yerləşdirmə  sənayesinə  dair  -   mehmanxanalar  haqqında 
əsasnamə qəbul  etmək və yerləşdirmə vasitələrinin vahid  Beynəlxalq 
təsnifatını tətbiq etmək;
*  Beynəlxalq  turizm  sahəsində  dövlətlərin  texniki  əməkdaşlıq  və 
qarşılıqlı  yardımına  dair -  informasiya, bilik və təcrübə mübadiləsi 
etmək,  habelə  dövlətlərin,  BMT  orqanlarının,  Beynəlxalq  turizm 
təşkilatlarının  ikitərəfli  və  çoxtərəfli  sazişləri  əsasında  məqsədli 
maliyyələşdirmə mənbələrini genişləndirmək.
Konfrans  tərəfindən  Maliyyələşdirmə  mənbələrinə  dair 
tövsiyə  olunur:  BMT-nin  texniki  yardımının  geniş  proqramı, 
ikitərəfli  və  çoxtərəfli  müqavilələr  əsasında  regional  və  subregional 
sazişlər;  BMT  xüsusi  fondu,  regional  və  Beynəlxalq  turizm 
təşkilatları  fondları təklif edilmişdir.
446
Roma  konfransı  dövlətlərə  Beynəlxalq  turizm  sahəsində 
əməkdaşlığı  BMT-nin  ixtisaslaşmış  orqanlarının  və  Beynəlxalq 
:urizm  təşkilatlarının  sazişləri  və  inkişaf  proqramları  əsasında 
qurmağı,  habelə  Beynəlxalq  konvensiya,  saziş  və  müqavilələrə 
qoşulmağı  tövsiyə  etmişdir.  Konfrans  onun  tövsiyələrinin  reallaşdı­
rılması  barədə  məlumat  verməyi  dövlətlərə  təklif etmişdir.  Bununla 
da  dünya  turizm  fəaliyyətinin  nizama  salınmasının  Beynəlxalq 
mexanizmi təklif olunmuşdur.
1980-ci  ildə  Manilada  (Filippin)  keçirilmiş  Ümumdiinya 
turizm  konfransı  turizmin  müasir  mahiyyətini  aşkar  etmək,  onun 
dinamik  və  dəyişən  dünyada  rolunun  müəyyən  edilməsi  və 
dövlətlərin  turizmin 
inkişafına  görə  məsuliyyətinin  nə/ərdən 
keçirilməsi  məqsədilə  BMÜTT  tərəfindən  çağırılmışdır.  Konfransda 
turizmin  yeni  konsepsiyaları  (iqtisadiyyatın  gəlirli  sahəsi  kimi  deyil, 
hər  şeydən  əvvəl,  məzuniyyətlərin  keçirilmə  üsulu  və  istirahət, 
səyahət  forması  və  insanların  hər  hansı  məqsədlə  yerdəyişməsi  üsulu 
kimi),  onun  inkişafının  yeni  prinsip  və  əsas  istiqamətlərinə 
baxılmışdır.
Konfrans  dünya  turizmi  üzrə  Manila  Bəyannaməsini  qəbul 
etmişdir.  Burada  turizm   dövlətin  sosial,  mədəni,  təhsil  və  iqtisadi 
həyatına  təsir  göstərən  və  humanitar  xarakter  daşıyan  nıülıüın 
fəaliyyət  kimi  başa  düşülür.  Bəyannamədə  qeyd  edilir  ki. 
vətəndaşların  istirahət,  məzuniyyət,  səyahət  azadlığı  və  turizm 
hüquqları  dövlətlərin  öz  vətəndaşlarından  ötrü  turizm  iiçiin  əlverişli 
şərait  yaratmaq  imkanı  və  istirahəti  əlçatan  etmək  iiçiin  sosial  şərait 
və  qanunverici  baza  yaratmaq  öhdəliyi  deməkdir.  Hökumətlər 
tərəfindən  bütün  təhsil  və  informasiya  vasitələrinin  cəlb  edilməsi  ilə 
vətəndaşların  turizmə  hazırlığı  haqqında  məsələ  ayrıca  nəzərdən 
keçirilir.  Mədəniyyəti  dərk  etmək,  milli  şiiurıı  möhkəmləndirmək, 
xalqlar  arasında  hörmət  və  etimadın  daha  yüksək  səviyyəsinə  nail 
olmaq  üçün  turizmin  əhəmiyyəti  qeyd  edilir.  Bəyan  olunmuşdur  ki, 
praktiki 
turizmdə 
mənəvi 
dəyərlər 
maddi-texniki 
dəyərləri 
üstələməlidir.
Bəyannamədə  daxili,  sosial  və  gənclər  turizminin  inkişafına
447


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə