kimi qəbul edir) və kommunikativ (dil vasitəsi ilə ünsiyyət)
funksiyaları da bu funksiyanın içərisindədir1.
A.S.Çikobava dilin bir çox funksiyaları olduğunu qəbul
etsə də, bütün bu funksiyaları vahid bir iyerarxiya daxilində
yerləşdirməklə monofunksionallığa meylini nümayiş etdirir1
2.
V.Hümboldt dili əmələ gətirən ehtiyaclarla bağlı belə
deyir: “Dil yalmz xarici ehtiyacdan, yəni, ictim ai əlaqə, ün
siyyət ehtiyacından deyil, insanlığın daxili ehtiyaclarından
yaranmışdır”3 və bununla da, o, dilin çoxfiınksiyalılığmm
əsasım qoyur.
V.A.Avrorinin fikrincə,“Dilin kommunikativ və eks-
pressiv funksiyaları bir medalın iki üzüdür”, hətta “dil ifadə
etmədən fikir yarada bilməz, fikir yaratmadan isə onu ifadə
edə bilməz. Bunu dil formasında təzahür edən vahid fikir
prosesinin iki cəhəti kimi nəzərdən keçirmək olar”4.
R.A.Budaqova görə isə, “kommunikativlik və fikri ifa
də funksiyalarının vəhdəti olmadan nə dil, nə də dil haqqında
elm ola bilməz”5.
L.S.Vıqotski bir tərəfdən “ünsiyyət mütləq şəkildə
ümumiləşdirmə və sözün mənasının təkmilləşdirilməsini nə
zərdə tutur, yəni, ümumiləşdirmə ünsiyyətin inkişafı nəticə
sində mümkün olur”, digər tərəfdən isə, “insanlara xas olan
M ayıl
В.
ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopstxoloji modeli
__________
1 Колшанский Г.В. Соотношения субъективных и объективных факторов в языке. М.
1975. с. 44.
2 Чикобава А С. К вопросу о взаимоотношении мышления и речи в связи с ролью
коммуникативной функции -
"Язык и мышление”,
М. 1967. с. 18.
3 Гумбольдт В. О различии организмов человеческого языка и о влиянии
этого различия на умственное развитие человеческого рода. Введение во
всеобщее языкознание. Спб, 1859. с. 47.
‘’Аврорин В.А.Проблемы изучения функциональной стороны языка.
Л. 1975. с. 36-40.
5 Будагова Р.А. Введение в науку о языке. М. 1958. с. 3.__________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 30
ali, psixoloji ünsiyyət formaları yalnız ona görə mümkündür
ki, insan təfəkkür'vasitəsilə gerçəkliyi ümumiləşdirilmiş şə
kildə əks etdirir” kimi fikirlər irəli sürməklə “ümumiləşdirmə
və ünsiyyət, kommunikasiya və təfəkkürün vəhdəti”ni mən
tiqi şəkildə şərh etməyə çalışır1.
L.A.Kiselyovamn mövqeyi tamamilə fərqlidir. O, belə
hesab edir ki, “dilin dialektik vəhdət təşkil edən, sosial ba
xımdan bərabərhüquqlu olan bu iki funksiyası... onların de-
terminasiyasım şərtləndirən təfəkkür və ünsiyyət adlı ehtiyac
ların özləri qədər müstəqildir və onları bir-birinin tərkibinə
daxil etmək, məzmun və ya forma baxımından birini digəri
nin hesabına tamamlamaq olmaz” və onun fikrincə, “dilin ün
siyyət və təfəkkür funksiyaları ünsiyyət ehtiyacı və ümumiy
yətlə, düşünmək ehtiyacı kimi, təfəkkürün və ünsiyyətin özü
qədər ən ümumi şəkildə abstraktlaşdmlmadır.
Bəlli olduğu kimi, real gerçəklikdə ən başlıcaları, ikinci
dərəcəliləri və törəmələri də daxil olmaqla ünsiyyət və təfək
kür ehtiyaclarının iyerarxiya sistemləri mövcuddur ki, bunlar
dilin ünsiyyət və təfəkkür funksiyalarının tip və növlərinin
iyerarxiya sistem lərini... determinasiya edir.
Beləliklə, təfəkkür və kommunikasiya funksiyaları
m üxtəlif tip və növlərə malik olmaqla müstəqil iyerarxiya
sistemi əmələ gətirir”2. İstinad etdiyimiz tədqiqatçıların ha
mısı qəbul edir ki, dilin əsas funksiyası (və ya funksiyaların
dan biri) ünsiyyətdir. Bu məsələ ətrafında mübahisə yarada
biləcək heç bir fikir ayrılığı yoxdur.
Dilin fikir yaratmaq və ya fikri formalaşdırmaq funk-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun tiirk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, Bakı, 2012
’Выготский Л.С. Избранные психологические исследования. M. 1956. с.51
2 Киселева Л.А. Вопросы теории речевого воздействия. Ленинград, Изд.-во
«Ленинградского университета», 1978, с. 40.____________________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 31
siyasi da həmin tədqiqatçıların böyük əksəriyyəti tərəfindən
dəstəklənmiş, bununla belə ünsiyyət funksiyasında olduğu
qədər, yəni, 100%-lik tam dəstək almamış, kiçicik bir şübhə
yeri qoymuşdur. Bu şübhələrin bizi haraya qədər apara bilə
cəyinə nəzər salaq.
V.A.Avrorinin fikri belə idi ki, “dil ifadə etmədən fikir
yarada bilməz, fikir yaratmadan isə onu ifadə edə bilməz”.
Amma, həqiqətən də, “fikri yaradan dildirmi?” -sualına cavab
axtaraq və fikir yaratmağın psixoloji köklərinə baxaq.
Ümumpsixoloji baxımdan “fikir yaratmaq” və ya “dü
şünmək” bir beyin aktivliyi olub, baş beyindəki məlumatların
müəyyən meyarlar əsasında seçilməsi, sıralanması, düzülməsi
və ya başqa bir şəkildə analiz edilməsidir. Baş beyində olan
məlumatların mahiyyətini anlamaq üçün onların da psixoloji
köklərini ən ümumi şəkildə nəzərdən keçirək: baş beyində
olan məlumat gerçəklik elementlərinin məlum xüsusiyyətləri
nin hiss orqanlarına təsiri nəticəsində mənimsənilməsi yolu
ilə toplanan informasiyadır.
Fikri yaradan, formalaşdıran appelyativ vahidin və ya
təfəkkür prosesinin əsas elementinin dil olduğunu qəbul et
sək, onu da qəbul etməliyik ki, baş beynimizdəki məlumatlar
yalnız dil struktur vahidlərindən, yəni, sözlərdən və ya for
malardan ibarətdir. Çünki söz, forma olmadan dilin hər hansı
bir funksiyanı icra etməsi mümkün olmadığı kimi, dilin söz
dən və ya formadan başqa bir funksional aləti və ya appelya
tiv vahidi də yoxdur.
Bu vəziyyətdə qəribə bir seçim qarşısında qalırıq. Ya
qəbul etməliyik ki, söz qarşılığı olmayan, yəni, adı olmayan
əşyam, varlığı, vəziyyəti, hərəkəti anlamırıq, dərk etmirik,
yəni, baş beynimizdə söz qarşılığı olmayan heç bir anlayış
Mayıl В. ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
mexanizminin linqvopsixoloji modeli
_________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 32
yoxdur, ya da qəbul etməliyik ki, baş beynimizdə mövcud
olan, amma söz qarşılığı olmayan heç bir anlayışla bağlı dü
şünməyə, fikirləşməyə qadir deyilik. Amma sadəcə adı deyil,
özü də məlum olmayan minlərlə varlıq kəşf və icad olunmuş
dur. “Dilsiz fikir yarana bilməz” prinsipindən çıxış etsək, bu
kəşf və icadlarla bağlı yəqin belə deməliyik ki, onları “düşün
mədən etdik”, “fikirləşmədən oldu” . Bu isə məntiqsizlikdən
başqa bir şey deyil. Aparılan araşdırmalar dərketmə və təfək
kür kimi beyin fəaliyyətlərinin də dil və onun söz, forma,
şöyləm, nitq kimi vahidləri ilə deyil, intellekt obrazları və
kodları ilə reallaşdığını göstərir1.
Dərketmə və təfəkkür kimi beyin fəaliyyətləri ilə bağlı
aparılan araşdırmalar*
2 nəticəsində məlum olmuşdur ki, sink-
tual dərketmə istisna olmaqla, digər dərketmə növlərində dil
və onun struktur vahidləri, yalnız dərketmə aktının birinci fa
zasında və sadəcə gerçəklik elementi ilə bağlı məlumatın əldə
edilməsi yollarından biri kimi müşahidə olunur. Dərketmənin
sonrakı fazalarında isə dil ümumiyyətlə iştirak etmir.
Məlum olduğu kimi, insanın istənilən fəaliyyətinin hə
rəkətverici qüvvəsi onun ehtiyacı və bu ehtiyac istiqamətində
formalaşan motivasiyadır. Hər yeni elm sahəsinin və ya elmi
istiqamətin yaranmasının səbəbi də məhz mütəxəssis marağı,
onun öyrənmək ehtiyacı və motivasiyasıdır.
Ümumilikdə dilin və onun struktur vahidlərinin, eləcə
də nitqin əmələ gəlməsi, ünsiyyət vasitəsi kimi ondan istifadə
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012_
' Əsgərov M.B, Gerçəklik elementinin intellekt obrazları. “Tədqiqlər”. AMEA
Dilçilik İnstitutu. Bakı, “Elm”, 2003, № 4, s. 39-43; Dərketmə və təfəkkürün
vahidləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Xəbərlər”i, Humanitar
elmləri seriyası, Bakı, 2006, №4, s. İ 15-119.
2 Əsgərov M.B.Dərketmənin mexanizmi (məqalə). ‘ Tədqiqlər". AMEA Dilçilik
İnstitutu. Bakı, “Elm”, 2006, N 4 s. 44-59._________________________
1
Qıpçaq qrupu tiirk dillərinin leksikası, səhifə 33
Dostları ilə paylaş: |