Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə6/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   2   3   4   5   6   7   8   9   ...   114

Dilin  inkişafı  yalnız  cəmiyyətin  daxilində  maddi  həya­
tın  dəyişməsi  əsasmda baş  vermir.  Xalqlar  arasındakı  iqtisa­
di,  siyasi  və  ədəbi-mədəni  əlaqələrin  inkişafı  da  dildə müəy­
yən  izlər  salır.  Bu  isə  özünü  dilin  zənginləşməsinə  xidmət 
edən alınmalarda daha qabarıq təzahür etdirir.
Dilin lüğət tərkibi  onun maddi bazasıdır.  Belə  ki,  “lek­
sik  vahid  kimi  söz  maddi  səs  örtüyünə  malikdir.  Bu,  sözün 
həm  əmələ  gəlməsi  və  yaşamasının  zərunı  şərtidir,  həm  də 
onun  formalaşma  və  inkişafının  izlərini  daha  dəqiq  qoruyub 
saxlayır.  Bununla yanaşı,  söz  -  m əna  daşıyıcısı  kimi  öz növ­
bəsində  gerçəkliyin  ümumiləşdirilmiş  inikası  olan  fikrin 
predmeti  haqqında  təsəvvürün  ifadəçisi  funksiyasım  yerinə 
yetirir.”  '.
İnsanlar ictimai  əmək prosesində  əşyaların mühüm  əla­
mətlərini  öyrənir,  bu  əşyaları  bir-birindən  fərqləndirir,  onla­
rın  haqqında məfhumlar  yaradır.  Deməli,  məfhumlar  obyek­
tiv  gerçəkliyin,  dünyanın  qavramlması,  dərk  edilməsinin  ən 
mühüm formasıdır.
Əşya  və  hadisələrin  ən  əsas,  fərqləndirici  əlamətlərini 
özündə  əks  etdirən  məfhumlar  dildə  sözlər  vasitəsilə  ifadə 
olunur.  Sözlər  əşya və  hadisələrlə  münasibətdə  meydana  çı­
xır.  Buna görə  də onun aid  olduğu  əşya və hadisələr arasında 
fikri əlaqə olur ki, bu da sözün bütün cəmiyyət üzvlərinin qə­
bul etdiyi leksik mənası sayılır.
Hər  bir  söz  xalqın  və  onun  dilinin  müəyyən  inkişaf 
dövründə  yaranır.  Buna  görə  də  söz  xalqın  təfəkkür  tərzi, 
onun  inkişaf  səviyyəsi  ilə  bağlıdır.  Söz  insanın  yaradıcı  tə-
M ə h ə b b ət M irzəliy e v a  .S ö z y a r a d ta lığ ı p ro se sin ə  d a ir n ə zə ri qeydlər
1 В.ИДинциус.Проблемы сравнительно-исторического изучения 
лексики алтайских языков. -  В  сб.  «Исследования в области этимо­
логии алтайских языков».Ленинград, Изд.  «Наука»,с.4
Q ıpçaq qru pu  tü rk dillərin in  leksikası,  sə h ifə 2 2
fəkkürünün  məhsuludur.  Sözlər  hər  hansı  nitq  fəaliyyətinin 
ilkin  elementləridir.  Dilin  lüğət  tərkibini  təşkil  edən  sözlər 
heç də eyni xarakterdə olmur,  Onlardan bəziləri çox,  bəziləri 
isə  az  işlənir.  Çox  işlənən  sözlər  dilin  aktiv,  yəni  əsas  lüğət 
fondunu,  az  işlənən  sözlər  onun passiv  fondunu  -  dilin  əsas 
lüğət tərkibini təşkil edir.  Dilin əsas lüğət fondu olduqca mü­
hafizəkar təbiətə malikdir.
Bütün  m üasir  dillərdə  sözlərdən  istifadə  olunması  on­
ların cümlələrdə dəyişməsi zəruriyyətini doğurur.  Bunsuz hər 
hansı  söz  konkret  məzmundan  uzaq,  boş,  mücərrəd  bir  şey 
olar.
Deməli,  hər bir dilin leksik və qrammatik quruluşu ara­
sında  qırılmaz  bağlılıq  vardır.  Məhz  bu  əlaqənin  xarakteri 
forma və məzmun kimi götürülən leksikaya və qrammatikaya 
münasibətdə  meydana  çıxır.  Dilin  zəruri  tərəfini  qrammatik 
quruluş təşkil  edir.  Qrammatik quruluş  əsasmda  sözlər  müx­
təlif sintaktik  əlaqələrdə  (yanaşma,  idarə,  uzlaşma)  olub  bir­
ləşir,  müəyyən  intonasiyaya  malik  olur  və  yalnız  cümlədə 
ünsiyyət vasitəsi kimi «həyat qazanır».
Qrammatika  bir  forma  kimi,  məzmuna,  yəni  leksikaya 
nisbətən  çox  gec  inkişaf  edir.  Leksika  mütəhərrik  olduğu 
üçün qrammatika bəzən ondan geridə qalır.  Belə vəziyyət  bir 
vaxt  müəyyən  zaman  kəsiyində  çoxlu  yeni  sözlərin  məzmu­
nunun zənginləşməsi  ilə köhnə qrammatik  formaların arasın­
da  ziddiyyətin  yaranmasına  gətirib  çıxarır.  Bu  isə  dilin  gələ­
cək inkişafı üçün də mühüm mənbədir.
Leksik  y o l  Leksik  yolla  sözyaratma prosesi  dilin  inki­
şafına,  formalaşması  və  təkmilləşməsinə  xüsusi  təkan  verir, 
onun cəmiyyətin ən m üxtəlif sahələrinə  nüfuz etməsinə  əlve­
rişli  şərait  yaradır.  Bu  prosesi  izləyərkən  dilin  lüğət  tərkibi-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəti leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Q ıpçaq q ru p u  tü rk dillərinin leksikası, sə h ifə  23


nin  zənginləşməsinə  xidmət edən  terminoloji  leksika,  dialekt 
leksikası,  neologizmlər,  çoxmənalı  sözlər,  omonim,  sinonim 
və  antonimlər,  eləcə  də  müəyyən  zəruriyyətin  nəticəsi  kimi 
meydana gələn alınmalar öz rəngarəngliyi ilə diqqəti çəkir.
Dilin  lüğət tərkibinin  inkişafı  tarixində  baş  verən  dəyi­
şikliklər  ictimai-siyasi,  elmi,  mədəni  və  mənəvi  proseslərin 
nəticəsində  meydana  çıxır.  Türk  dillərinin  leksikasmın  da 
son 20  ildə müstəqil türk dövlətlərinin yaranması  ilə səciyyə­
lənən  xüsusiyyətləri  böyük  maraq  doğurur.  Müstəqillik  döv­
rünün  ilk illəri  türk dillərinin inkişafında yeni  bir mərhələdir. 
Bu mərhələdə ictimai-iqtisadi  həyatla, elmi,  siyasi  və mədəni 
durumla bağlı proseslərin bu  və  digər türk  dilinə  təsiri  danıl­
mazdır.  İstər şifahi,  istərsə  də  yazılı  dildə həm  bədii,  həm el­
mi,  həm də rəsmi-işgüzar üslubda ciddi dəyişikliklər baş  ver­
mişdir.  Bu dəyişikliklər isə,  sözsüz ki,  özünü  ilk  növbədə  di­
lin leksik qatında göstərir.  Bu isə olduqca təbiidir.
Türk  dillərində  baş  verən  və  son  nəticədə  bütövlükdə 
dilin zənginləşməsinə, onun təkmilləşməsinə xidmət göstərən 
dəyişiklikləri  belə qruplaşdıra bilərik:
•  Türk  dillərinin  fonetik,  morfoloji,  leksik  normalarına  mü­
vafiq yeni sözlər yaranır.
• Dilin  passiv  fondunda qalmış  söz və  ya terminlər (xüsusilə 
arxaik və dialekt sözləri) yeni mənada dilə daxil  olur.
•  Beynəlxalq  aləmə  inteqrasiya ilə  əlaqədar  iqtisadiyyat,  mə­
dəniyyət,  elm  və  siyasətlə  bağlı  əcnəbi  söz  və  terminlərin 
müstəqil  türk dillərinə,  o  cümlədən qıpçaq qrupu türk dillə­
rinə güclü axını baş verir.
Terminlər.  Müxtəlif  ictimai-siyasi,  tarixi  hadisələrin 
burulğanında ən  güclü təsirlərə  məruz qalmalarına baxmaya­
raq  türk  dilləri  bu  mübarizədə  nəinki  özünü  qoruya  bilmiş,
M əh əb b ət M irzəliyeva .S özyaradıcılığı prosesin ə d a ir n əzəri q eydlər
Q ıpçaq qrupu tü rk dillərinin  leksikası, səh ifə 24
hətta  bu  tarixi  mərhələlərdə  daha  da  möhkəmlənmiş  və  on­
ların lüğət tərkibi  yeni  leksik  vahidlərlə -   söz,  termin  və  ifa­
dələrlə  zənginləşmişdir.  Bu  sırada terminlər xüsusi  yer tutur. 
Qıpçaq  qrupu  türk  dillərinin  terminoloji  aləmi  də  bu  baxım­
dan  maraqlı  və  əhəmiyyətlidir.  Dildə  mövcud  olan  terminlər 
həyatın bütün  sahələrini  əks etdirir və cəmiyyətdə  gedən  bü­
tün proseslər terminlərdə ehtiva olunur.
Terminlər  mənşə  etibarı  ilə  türk  kökənli  və  alınma  xa­
rakterli  ola  bilər.  “Leksikanın  inkişafı  onun  ayrı-ayrı  prob­
lemlərinin,  hər  şeydən  əvvəl  isə  terminologiyanın  nəzəri 
ümumiləşdirilmələrinin  və  praktiki  işləmələrin  aparılmasını 
tələb  edirdi” 1.  Əlbəttə,  türk  dillərində  terminlərin  yaranması, 
bu  dillərin  terminoloji  sisteminin  formalaşması,  əsasən  dil- 
daxili  mənbələrə  söykənir.  Yəni  həmin  dillərin terminlərinin 
böyük əksəriyyəti  ümumtürk mənşəlidir.  E.Berdimuratov  ya­
zır:  “Qaraqalpaq  dilinin  lüğət  tərkibi  qaraqalpaq  xalqının 
çoxəsrlik tarixi  boyu təşəkkül  tapmışdır.  Bu  dövr ərzində qa­
raqalpaq  dili  çoxlu  leksik  elementlərlə  zənginləşmişdir  ki, 
bunların  da  içərisində  terminlər  mühüm  yer  tutur”1
 2.  Əlbəttə, 
bunu  bütün  türk  dillərinə  şamil  etmək  olar.  Qıpçaq  qrupu 
türk dillərinin terminologiyası  ictimai-siyasi,  iqtisadi,  mədəni 
və  elmi  həyatı  bütövlükdə əhatə  edən və rəngarəngliyi  ilə  se­
çilən bir dünyadır.
Arxaizm  və neolosizmlər.  Məlum  olduğu kimi,  dilin ya­
ranma  tarixi  xalqın  əmək  fəaliyyəti  ilə,  onun  siyasi,  iqtisadi, 
sosial-mədəni  durumu,  elmi  səviyyəsi,  intellekti  ilə  bağlıdır. 
Dildə  olan  sözlərin  yaranmasının,  inkişafının  və  dəyişməsi-
AMEA  Nəsimi adına Dilçilik İnstitutunun tiirk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cM1 Bakı1 2 0 l2 _
1 Бердимурагов  E.О терминологии  каракалпакского языка.  -  
в  кн. 
«Тюркская лексикология и лексикография.  Москва,  1971, с.208
2  Yenə orada.
Q ıpçaq qrupu tü rk dillərinin  leksikası,  səh ifə 25


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə