Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə2/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   2   3   4   5   6   7   8   9   ...   114

Türkün  sirli  Tarixinə  linqvistik  baxış  və  araşdırmalarla 
da  nüfuz  etmək,  yol  açmaq  mümkündür.  Ona  görə  də  gənc 
dilçi-türkoloqları  səfərbər  etməklə  türkoloji  tədqiqatların  in­
tensiv  şəkildə  aparılması,  məsələlərə  yeni  baxış  bucağından 
yanaşılması artıq zəruriyyətə çevrilmişdir.
M əmmədağa  Şirəliyev,  M uxtar Hüseynzadə,  Əbdüləzəl 
Dəmirçizadə,  Səlim  Cəfərov,  Abdulla  Vəliyev,  Əlövsət  Ab­
dullayev,  Fərhad  Zeynalov,  Samət  Əlizadə,  Afad  Qurbanov, 
Aydın  M əmmədov  həmçinin  bu  gün  də  Azərbaycan  elminə 
fədakarcasına  xidmət  göstərən  Ağamusa  Axundov,  Tofiq 
Hacıyev,  Kamal  Abdulla,  Vahid  Zahidoğlu,  Mehman  Musa­
yev  kimi  dilçilərimizin  türk  dillərinin  öyrənilməsi  ilə  bağlı 
tədqiqatları  da həmişə diqqəti  cəlb etmişdir.  Bu tədqiqatlarda 
ənənəviliklə  yanaşı  yeniliyin  də  özünü  göstərməsi  və  bu  za­
man  cəsarəti ilik,  tarixə  sədaqət  və  ehtiram  nümayiş  etdiril­
məsi danılmaz faktdır.
Əlbəttə,  dilin  bütün  səviyyələrində  tədqiqatların  aparıl­
ması  vacibdir.  Lakin leksik  qatın  araşdırılması  türk dillərinin 
mənşəyinin,  təşəkkül,  inkişaf və  formalaşma  tarixinin  öyrə­
nilməsi,  onların  qohumluq  əlaqələrinin  (bu  əlaqələrin  hətta 
görünmədiyi,  sezilmədiyi məqamda belə) aşkarlanması, eləcə 
də  türk  dillərinin  qohum  olmayan  dillərə  münasibətinin  ay­
dınlaşdırılması  üçün  də  olduqca  gərəkli  və  əhəmiyyətlidir. 
Bu baxımdan oğuz və  karluq  qrupu türk  dillərinin  leksika və 
frazeologiyasımn  tədqiqindən  sonra qıpçaq  qrupu  türk  dillə­
rinin leksika və frazeologiyasımn öyrənilməsi təbiidir.
Bu  mənada  AMEA  İ.Nəsimi  adına  Dilçilik  İnstitutu 
türk  dilləri  şöbəsinin  gənc  əməkdaşlarının  yazıb  elmi-icti­
maiyyətə  təqdim  etdikləri  «Qıpçaq  qrupu  türk  dillərinin  lek- 
sikası» və  «Qıpçaq qrupu türk dillərinin frazeologiyası» əsər­
Məhəbbət Mirzəliyeva.  Türkün müqəddəs  Tarixinə işıq salmaq Elmin sabahının
_________________________
əsl təminatçıları
  -  
XXI əsr gəncliyinin mənəvi borcudur
_________________________
Q ıpçaq qrupu tü rk dillərinin  leksikası, səhifə 6
ləri  xüsusi  maraq  doğurur.  Bu monoqrafiyalarda  qıpçaq  qru­
pu  türk  dillərinin  lüğət  tərkibi,  dialekt  və  terminoloji  leksi- 
kası öyrənilir, Türkün tarixi yaddaşını siləkələyə biləcək ono- 
mastik faktlar {toponim,  antroponim və etnonim şahidlər) aş­
karlanır,  türkün  maddi,  mənəvi  və  mədəni  aləmini  işıqlan­
dıran məişət  leksikası  araşdırılır,  bu  dillərin zənginləşməsinə 
xidmət göstərən  alınmaların tarixi  inkişaf yolu izlənilir,  milli 
ruhun  daşıyıcısı  olan  frazeologiyası  bütün  əlvanlığı,  çalarları 
ilə tədqiq olunur.
Tədqiqatda  əsas  məqsəd  qıpçaq  qrupu  türk  dillərinin 
leksika  və  frazeologiyasımn  tarixi-müqayisəli  fonda  araşdı­
rılması,  oxşar və  fərqli  xüsusiyyətlərin aşkarlanması  olsa  da, 
bu zaman qıpçaq qrupu türk dillərinin oğuz qrupu türk dilləri, 
xüsusilə Azərbaycan  dili  ilə bağlı maraqlı  dil  faktlarının mü­
qayisəyə  cəlb  olunması  lazım  bilinmişdir.  Çünki  yalnız  bu 
aspektdə  aparılan  araşdırmalar  tarixi-müqayisəli  leksikologi- 
ya  sahəsində  yeni  söz  deməyə,  TÜRKün  inkişaf  tarixinə 
müəyyən mənada aydınlıq gətirməyə imkan verə bilər.
Tədqiqata başlamazdan öncə ilk növbədə türk dillərinin 
təsnifatı  zamanı  qıpçaq  qrupu  türk  dillərinin  tutduğu  yer, 
eləcə  də  bu  qrupa daxil  olan dillərin  müəyyənləşdirilməsinə 
səy göstərilmişdir.
Türk  dillərinin  qıpçaq  qrupuna  hansı  dillərin  aid  olun­
ması məsələsi uzun müddət həllini tapmamışdır.  Belə ki,  qıp­
çaq qrupu türk dillərinin sayı ilə bağlı  müxtəliffikirlilik hökm 
sürdüyündən tam  dəqiqləşmələr mövcud deyildir,  say müxtə­
lifliyi  bu  günə  kimi  davam  edir.  Bu  say  iki  (noqay  və  qazax 
dilləri),  beş  (qırğız,  qazax,  qaraqalpaq,  başqırd  və  tatar  dil­
ləri),  on-on  iki  (qırğız,  qazax,  qaraqalpaq,  başqırd,  tatar,  al- 
tay,  balkar, qaraçay,  qaraim, qumık,  eləcə də krım tatarları  və
AM EA İ.  N əsim i a d m a  D ilçilik İn stitu tu n u n   tü rk  dilləri şö b ə si
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III cild, Bakı, 2012
Q ıpçaq qrupu tü rk dillərinin  leksikası,  səh ifə  7


özbək  dilinin  qıpçaq dialektləri),  on  üç-on  beş  (yuxarıdakıla­
ra  barabin,  abm,  çulım  və  qara  tatarlar  əlavə  edilməklə)  ol­
muşdur.
Qıpçaq  qrupu  türk  dilləri  dilçilikdə,  o  cümlədən  türko­
logiyada  m üxtəlif  adlarla  təqdim  olunmuşdur.  Belə  ki, 
B.A.Serebrennikovun qıpçaq,  K.H.Menqes  və  G.Dörferin  şi­
mal-qərb, A.M.Ryasənenin türkmən-qıpçaq, A.N.Samoylovi- 
çin taw və taylu qrupu və ya qıpçaq-türkmən, V.V.Radlov və 
Q.Ramstedtin  qərb  qrupu  kimi  öyrəndikləri  qıpçaq  dilləri 
N.A.Baskakovun  bölgüsünə  görə,  həm  qərbi  hun,  həm  də 
şərqi hun budaqlarında mövcuddur:
1)  Qərbi  hun  budağında  qıpçaq  qrupu  türk  dilləri  bunlardır: 
qaraim,  qumuq,  qaraçay-balkar,  krım  tatarları,  tatar, 
başqırd,  noqay,  qaraqalpaq,  qazax  dilləri  və  özbək 
dilinin qıpçaq dialektləri.
2)  Şərqi  hun  budağında  isə  qıpçaq  qrupu  türk  dilləri  bun­
lardır:  qırğız və altay dilləri
Qıpçaq qrupu türk  dilləri  ilə  bağlı  Q.M.Qaripovun  m ü­
lahizələri  də  xüsusi  maraq  doğurur.  Müqayisəli  türkologiya 
sahəsindəki  elmi  müşahidələri  ona  türk  dil  ailəsini  bulqar, 
qıpçaq,  oğuz  və  karluk  qruplarına  ayırmağa  əsas  vermişdir. 
Müəllif qıpçaq qrupu türk dillərini  iki yarımqrupa ayırır:
  Qafqaz-Dağıstan  yarımqrupu  -   qaraçay-balkar,  qumık, 
noqay,  qaraim dilləri və krım tatarlarının dili;
2.  Ural-Volqaboyu  yarımqrupu  -   başqırd  və  tatar  dilləri, 
eləcə də özbək dilinin qıpçaq dialektləri'.
Sinxron  səciyyə  daşıyan  bu  bölgü  müəyyən  nöqsan  və 
çatışmazlığına  baxmayaraq  qəbulediləndir.  Bu  baxımdm  da
Məhəbbət Mirzəliyeva.  Türkün müqəddəs  Tarixinə işıq salmaq Elmin sabahının
_________________________
əsl təminatçıları -  X X I əsr gəncliyinin mənəvi borcudur
_______________________
'r .  M. Гари поп. Кипчакские  языки  Урало-Поволжья.  Опыт  синхронической 
и диахронической характеристики. Москва, 1979.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 8
qıpçaq  qrupu  türk  dillərinin  leksikasma  həsr  olunmuş  tədqi­
qatda məhz  10  dilin  -  tatar,  qazax,  qırğız,  başqırd,  qaraqal­
paq,  qumık,  qaraçay-balkar,  noqay,  qaraim və Krım  tatarla­
rının  dillərinin  materiallarından  istifadə  olunması  məqsə­
dəuyğun sayılmışdır.
İnanıram  ki,  aktuallığı  və  əhəmiyyəti  ilə  diqqət  çəkən 
hər  iki  əsər  -   «Qıpçaq  qrupu  türk  dillərinin  leksikası»  və 
böyük  elmi  işçi,  filologiya  üzrə  fəlsəfə  doktoru,  dosent  Qə­
tibə  Mahmudovamn  2009-cu  ildə  nəşr  edilmiş  «Qıpçaq  qru­
pu   türk dillərinin frazeologiyası»*  əsərləri  Azərbaycan  dilçi­
liyində ilk uğurlu addım kimi dəyərləndiriləcəkdir.
3  cildlik  “Türk  dillərinin  tarixi-müqayisəli  leksikolo- 
giyası məsələləri”nin III  cildi “Leksikologiyanm nəzəri prob­
lemləri”  və  “Qıpçaq  qrupu  türk  dillərinin  leksikası”  hissələ­
rindən ibarətdir.
Birinci hissəyə f.e.d.M.M.Mirzəliyevanın “Sözyaradıcı- 
lığı  prosesinə  dair  nəzəri  qeydlər”  və  aparıcı  elmi  işçi,  filo­
logiya  üzrə  fəlsəfə  doktoru,  dosent  M.B.Əsgərovun  “Söz  və 
formaların  yaranma  və  mənimsənilmə  mexanizminin  lin- 
qvopsixoloji modeli” adlı araşdırmaları daxil edilmişdir.
İkinci  hissəyə  daxil  olan  bəhsləri  türk  dilləri  şöbəsinin 
əməkdaşları -  aparıcı  elmi  işçi,  filologiya üzrə  fəlsəfə dokto­
ru,  dosent  Baba  Məhərrəmli  (“Qıpçaq  qrupu  türk  dillərinin 
kök  morfemlərində  fonomorfoloji,  fonosem antik  dəyişmə­
lər ”),  böyük elmi  işçilər -  filologiya üzrə  fəlsəfə doktoru, do­
sent  Şəkər  Orucova  (“Qıpçaq  qrupu  türk  dillərində  etno­
nim lər”),  filologiya üzrə  fəlsəfə  doktoru,  dosent  Elçin Məm-
A M E A  L  N əsim i adm a D ilçilik  İn stitutunun tü rk d illəri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III cild, Bakı, 2012
'  Qətibə  Mahmudova.Türk dillərinin frazeologiyası.Bakı,  “Nurlan”, 
2009,  c.250 
__________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 9


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə