Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə11/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

Bu  bizə  göstərilən  bir  qabdır:  xarici  görünüşü  etibarilə 
ləyəni,  və  ya  böyük  boşqabı  xatırladır,  xırda  dəlikləri  var. 
Qabın funksiyası ilə bağlı m əlum at verirlər:  “Bu qab içərisinə 
tökülən  maye  qarışığı  olan  cisimləri  mayedən  ayırm ağa  x id ­
mət edir,  yəni,  içərisinə tökülən cism in suyunu süzm ək üçün­
dür” .  İstehsalına  başlanan  bu  qabın  reklamı  məqsədi  ilə  ona 
ad vermək və potensial müştərilərə tanıtmaq tələb olunur.
Bu  halda  Sinktual  dərketməyə  hazırlıq  m ərhələsində
yəni,  ümumi  dərketmə  prosesinin  birinci  aktının  birinci  faza­
sında  həmin  qabın  görünüşü,  əlaməti,  eləcə  də  funksiyası  ilə 
bağlı  verilən izahat və s.  əsasında vizual-vokal  dərketmə m e­
todu  ilə  beynimizdə  ona  ekvivalent  olan  birinci  intellekt  ob­
razı yaranır.
Birinci  aktın  ikinci  fazasında həmin  qabın  birinci  intel­
lekt  obrazı  bənzər  vizual  və  funksional  xüsusiyyətlərə  malik 
gerçəklik  elementlərinin  (məsələn,  ləyənin,  boşqabın  və  s.) 
baş beyində mühafizə olunan birinci və ikinci  intellekt obraz­
ları,  yəni,  xarici  görünüşü,  haqqında  asanlıqla  mətn  forması­
na  çevrik»  bilən  məlumatın  və  adların  da mühafizə  olunduğu 
kodlar  qrupuna  qeyd  olunur  (yadda  saxlanılır)  və  beləliklə 
həmin qab dərk edilir.
Birinci  aktın  üçüncü  fazasında  həmin  qabın  birinci  in­
tellekt  obrazı  bənzər vizual  və funksional  xüsusiyyətlərə  m a­
lik  digər  gerçəklik  elementlərinin  baş  beyində  mühafizə  olu­
nan  intellekt  obrazları  və  ya  kodları  ilə  birlikdə  yada  salınır, 
yəni, aktiv yaddaşa gətirilir.
Dərketmə  prosesinin  ümumi  qaydalarına  uyğun  olaraq 
birinci  aktın  üçüncü  fazasında  aktiv  yaddaşa  gətirilən  in­
tellekt obrazları  dördüncü fazada  modullaşaraq sonrakı beyin 
aktivliklərinin icrası  üçün  ən uyğun  olan  obraz  və  simvollara
M  ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma
  va 
m ənimsənilm ə
___________________
mexanizminin linqvopsixoloji m odeli
Q ıpçaq  qrupu  türk dillərin in  leksikası, səh ifə 42
çevrilir1.
Bu fazadan sonra icra olunan Sinktual dərketmə prosesi 
ilə  həmin  qaba  ad  veriləcəyinə  görə  birinci  aktın  dördüncü 
fazasında həmin  qabın birinci  intellekt  obrazı  həm  vizual  şə­
kildə,  həm də  onun  forma və  funksiyalarının təsvirindən  iba­
rət  olan  mətnlər  şəklində,  onunla bərabər  aktiv  yaddaşa  gəti­
rilmiş  bənzər vizual  və funksional  xüsusiyyətlərə malik digər 
gerçəklik elementlərinin birinci intellekt obrazı  da həm vizual 
şəkildə,  həm  də  həmin qabların forma və  funksiyalarının  təs­
virindən ibarət olan mətnlər  şəklində,ikinci intellekt obrazları 
isə  bu  gerçəklik  elementlərinin adlarına ekvivalent  olan  söz­
lər,  yəni,  “ləyən”,  “boşqab”  sözləri  kimi  aktiv  yaddaşda  tam 
açılır.
Sinktual dərketmənin  birinci  fazasında  forması,  funksi­
yası,  təbiəti  və  s.  cəhətləri  nəzərə  alınmaqla  həmin  qaba  ad 
verilir.  Funksiyası  nəzərə  alınmaqla  bənzərlik  və  analogiya 
prinsiplərinə  uyğun  olaraq  (funksiyası  süzmək  və  forması  lə­
yənə,  boşqaba bənzədiyinə  görə)  bu qaba “süzəyən ” və “süz- 
qab ”  adı  da  vermək  olardı.  Amma  başqa  analogiya  və  bən­
zərlik,  eyni  zamanda  bir  sıra  digər  linqvistik  cəhətlər  də  n ə­
zərə alınmaqla bu qaba  “sü zg ə c ” adı verilmişdir.
Sinktual dərketmənin ikinci fazasında bu qabın altı hərf­
dən  ibarət  olan  adının  “süzgəc”  şəklində  yazılışını  və  [süz- 
gəç]  kimi  tələffüzünü  əks  etdirən  sözə  ekvivalent  olan  ikinci 
intellekt obrazı  yaranır və həmin qabın birinci intellekt obrazı 
ilə  birləşərək  vahid  kod  əmələ  gətirir.  Bu  kod  bənzər  vizual 
və  funksional  xüsusiyyətlərə  malik  gerçəklik  elementlərinin 
baş  beyində  mühafizə  olunan  intellekt  obrazlarının  və  kodla­
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild,  Bakı, 2012
1  Əsgərov  M.B.  Dərketmənin  mexanizmi.  “Tədqiqlər” .  AMEA  Dilçilik  İnstitutu.  Bakı, 
«Elm», 2006, N 4 s. 4
4
-
5
9
.
_______________________________
Q ıpçaq qru pu  tü rk  dillərinin  leksikası,  səh ifə 43


rının olduğu kodlar qrupuna qeyd edilir (yadda saxlanılır).
Beləliklə,  həmin  qabın  adı  süzgəc  olaraq  dərk  ed ilm iş 
olur  və  bununla  da,  ikinci  intellekt  obrazının  yaranm ası  p ro ­
sesində sinktual dərketmənin aktiv mərhələsi  başa çatır.
Bu tədqiqatın psixoloji əsasını  L.S.Vıqotskinin p six o lo ­
ji  fəaliyyət  nəzəriyyəsinin  xaricə  yönələn  fəaliyyətlər  q ism i­
nin mütləq şəkildə nəzərə alınması  şərti  ilə akademik İ.M .Se- 
çenov tərəfindən irəli sürülən:
1.  insana göstərilən xarici təsir (stimul),
2.  bu təsirin insan beynində yaratdığı hisslər (obraz),
3.  insan  tərəfindən həyata keçirilən  fəaliyyət1  kim i  üç- 
pilləli  dərketmə  aktı  və  bu  akt  əsasında  m üəyyən 
edilən S+O+F (stimul+obraz+ fəaliyyət)
sxemi təşkil edir.
Nəzəriyyənin  şərhində  dərketmənin  minimal  vahidləri 
olaraq gerçəklik elementi və  intellekt obrazı cütündən istifadə 
olunur.  Gerçəklik  elementi  dedikdə,  obyektiv  aləmdə  real  şə­
kildə  mövcud  olan  və  ya  mövcud  olduğu  qəbul,  yaxud  ehti­
mal  edilən  əşya,  varlıq  və  hadisələr,  anlayış,  norma  və  prin ­
siplər,  həmçinin  onların  real  və  ya  təsəvvür  olunan  əlamət, 
keyfiyyət,  xüsusiyyət  və  hərəkətləri  nəzərdə  tutulur.  Gerçək­
lik elementinin hiss orqanlarına təsiri nəticəsində  intellekt ob­
razı  yaranaraq  baş  beyində  mühafizə  edilir  və  əks  etdirdiyi 
gerçəklik elementinə ekvivalent olur2.
Bu  tədqiqatın  linqvistik  əsası  ondan  ibarətdir  ki,  okka- 
zional  şəkildə  ünsiyyət  ehtiyacından  yaranan  dil  struktur  va­
hidləri  və  söyləmlər  əks  etdirdiyi  gerçəklik elementinin  yad-
Mayıl В.  ƏSGƏROV.Söz vs formaların yaranma və m ənimsənilm ə
mexanizminin linqvopsixoloji modeli
1 Сеченов И.M.  Рефлексы  головного  мозга.  Санкт Петербург, 1866. 
Əsgərov М.В.  Gerçəklik elementinin  intellekt obrazları.  «Tədqiqlər».  AMEA 
Dilçilik İnstitutu. Bakı,  «Elm», 2003, № 4, s. 39-43.______________________
Qıpçaq qrupu tilrk dillərinin leksikası, səhifə 44
daşdakı  intellekt  obrazları  və  ya  kodları  ilə  birləşdikdə  dilə 
çevrilir.
Yəni,  dil,  bir  tərəfdən  öz  struktur  vahidləri  olan  forma 
və  nitq  söyləmləri  ilə  birlikdə  təfəkkür  proseslərinin  son 
məhsulu kimi  meydana  çıxır,  ikinci  bir tərəfdənsə,  bir güzgü 
kimi məhz dərk olunmuş gerçəklik elementlərini əks etdirir.
Dil  həm  yaranması,  həm  də  funksiyası  baxımından  tam 
linqvopsixoloji  mahiyyət  daşıyır.  Bu  səbəbdən  istər  təsviri, 
istər  funksional,  istərsə  də  stmktur  dilçilikdə  aparılan  tədqi­
qatlarda  obyekt  olaraq  seçilən  dil  struktur  vahidlərinin,  nitq 
söyləmlərinin  və  ya  bütövlükdə  mətnin  analizi  prosesində 
dilin  linqvistik  yönləri  ilə  yanaşı  psixoloji  cəhətlərini  də  nə­
zərə  almaq  lazımdır.  Əks  halda əldə  edilən nəticələrin  ən  azı 
tamlığı  və  dolğunluğu,  etimologiya,  funksional-semantik 
araşdırmalarla  bağlı  bəzi  konkret  hallarda  isə,  hətta nəticələ­
rin doğruluğu belə,  şübhə altına alına bilər.
Təqdim  etdiyimiz psixoloji  sxemdə  gerçəklik  elementi­
nin  nəzərə  alınmadığı  ehtimal  oluna  bilər,  amma  stimulun 
varlığı, artıq gerçəklik (G)  elementinin də mövcudluğunu təs­
diq edir.  O da aydındır ki,  bu fəaliyyətin  son məqsədi dərket­
mədir.  Yəni,  həmin  sxemin  G+S+O  +F=D  (gerçəklik  ele- 
mnti  +  stimul  +  intellekt obrazı  + fəaliyyət  =  dərketmə)  şək­
lində  olması,  bizcə,  mahiyyətdə  heç  nəyi  dəyişmir.  Amma 
istənilən  halda  həmin  sxem  formal  olaraq  bu  şəkildə  tamam­
lanmalıdır.
Gerçəklik  elementinin  və  onun  adının  dərk  olunması 
(F)  belə  baş  verir  ki,  gerçəklik  elementinin  (G |)  hiss  orqan­
larına  təsiri  (S))  nəticəsində  beyin  aparatı  vasitəsilə  həmin 
gerçəklik  elementinə  ekvivalent  olan  birinci  intellekt  obrazı 
(Oı) yaranır (Fı  -  birinci fəaliyyət).
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bak^JOlf^
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 45


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə