Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə4/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   2   3   4   5   6   7   8   9   ...   114

Halbuki yuxanda da qeyd etdiyimiz kimi,  arasıkəsilməz 
bir  proses  kimi  sözyaradıcıhğı  dilin  bütün  qatlannda  möv­
cuddur.  E.S.Kubryakova  haqlı  olaraq  yazır:“ ...sözyaradıcılı- 
ğı  nə  qədər  ki,  leksikologiya  və  ya  morfologiya  kimi  digər 
sahələrin tərkibində təqdim  olunacaq,  onun  xüsusi  bir bölmə 
kimi özünəməxsusluğu da sonadək dərk olunmayacaq»1.
Burada  razılaşmadığımız  əsas  məqam  sözyaradıcılığı- 
nın  dilçiliyin  bir  bölməsi  kimi  təqdim  edilməsidir.  Təsadüfi 
deyildir  ki,  Amerika dilçiliyində  belə  yanaşma  yoxdur.  Belə 
ki,  “Linqvistik  səviyyələrin  ierarxik pillələrində  fonetika,  fo- 
nologiya,  morfonologiya,  morfologiya,  sintaksis  və  semanti- 
ka yer  tutduğu  halda,  sözyaradıcıhğı  ümumiyyətlə  yoxdur”2. 
Halbuki  sözyaradıcıhğı  yalnız  prosesdir.  Buna  görə  də  onu 
dilçiliyin şöbəsi adlandırmaq düzgün deyildir.
Yekun kimi  demək  istərdik  ki,  sözyaradıcıhğı tarix  bo­
yu dilin bütün qatlanm tam əhatə edən prosesdir və bu proses 
dilin  varlığım  təmin  edir,  onun  durmadan  zənginləşməsinə 
xidmət  göstərir.  E.Kubryakova yazır:  «...dəyişikliklərin yük­
sək  sürəti sistemin bütövlükdə nisbi  stabilliklə səciyyələnmə- 
sinə,  onun  sərhədlərinin hər  bir məqamda  şərti  olaraq müəy- 
yənləşdirilməsinə  gətirib  çıxarır.  Bu  şərtiliyin  ölçüsü  nədir? 
Sözyaradıcılığmm  sərhədlərini  necə  müəyyənləşdirməli?  Bu 
məsələləri  həll  etmək  donuq  və  mütəhərrik  vəziyyətdə,  sin- 
xron  və  diaxron  planda  dil  hadisələrinin  mahiyyəti  ilə  bağlı 
silsilə sualları cavablandırmaq deməkdir”3
Sözyaradıcıhğı  ümumi  dilçilikdə  olduğu  kimi,  türko­
logiyada da dəfələrlə tədqiqat  obyekti  olmuşdur.  Əlbəttə,  bu­
M ə h ə b b ət M irzəliyeva .S özyaradıcıh ğı p r o s e s im  d a ir  n ə zə ri q e y d lə r
!  Е.С.Кубряхова.Что  такое  словообразование?Изд.«Наука»,Москва,  1965, 
е . П
Yenə orada,  s.7 
‘Yenə orada,  s. 15
Q ıpçaq q ru pu  tü rk d illərin in  leksikası, sə h ifə  14
rada  onların  hər  birindən  ayrılıqda  bəhs  etmək  və  ya  onlara 
münasibətimizi  bildirmək,  irəli  sürülən  bu  və  ya  digər  fikir 
və mülahizənin  elmi  təhlilini  vermək  fikrində  deyilik.  Çünki 
buna,  şübhəsiz  ki,  ehtiyac  da yoxdur.  Sadəcə  sözyaradıcıhğı 
prosesini  izləməklə,  əldə  etdiyimiz  maraqlı  elmi  qənaətləri 
təqdim etmək istəmişik.
Görkəmli Azərbaycan dilçisi professor S.Cəfərov yazır: 
«Hər hansı bir türk dilinə  aid sözyaradıcıhğı prosesinin öyrə­
nilməsi  onun  inkişaf tarixinin  düzgün  istiqamətini  aydın  et­
mək,  başqa  türk  dilləri  ilə  olan  tarixi  bağlılığını  müəyyən­
ləşdirmək,  türk  dillərinin  müqayisəli  lüğətini,  bu  və  ya digər 
türk dilinin izahlı və etimoloji  lüğətlərini  yaratmaq üçün əsas 
ola bilər»1. Bu baxımdan qıpçaq və oğuz qrupu türk dillərinin 
də sözyaradıcılığmm tarixi-müqayisəli tədqiqi zərurətdən irə­
li gəlir və olduqca aktualdır.
Dilçilikdə  sözyaradıcıhğı  prosesinin  3  yolundan  daha 
çox bəhs olunmuş və  onların əsas  xüsusiyyətləri  göstərilmiş­
dir. Belə ki, dilçilərin fikrincə, bu proses aşağıda qeyd olunan 
3  istiqamətdə getmişdir:
• Sözlərin leksik yolla əmələgəlmə prosesi
• Sözlərin morfoloji yolla əmələgəlmə prosesi
• Sözlərin sintaktik yolla əmələgəlmə prosesi.
Biz isə bu tədqiqatımızda sözyaradıcıhğı  prosesini  yeni 
baxış  bucağından  işıqlandırmaq niyyətindəyik.  Belə  ki,  dilin 
tarixi  boyunca  onun  bütün  qatlarına  dərindən  nüfuz edən  bu 
prosesi  yalnız  yeni  sözlərin  əmələ  gəlməsini  təmin  edən  bir 
proses  kimi  öyrənmək,  zənnimizcə,  özünü doğrultmur.  Dildə 
istər  sözyaratma,  istərsə  də  sözdəyişdirmə(və  ya  forma  aü-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli toksikologiyası məsələləri, III cild, Bakı, 2012
1 S.Cəfərov.Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960, s.3
Q ıpçaq q ru p u  tü rk d illərin in  leksikası,  səh ifə  1 5


zəltmə) bu prosesin tərkib hissəsi kimi  qəbul  edilməlidir.  Elə 
buna  görə  də  sözyaradıcılığı  prosesinin  əhatə  dairəsinə, 
zənnimizcə, bunlar daxildir:
1)  Sözyaratm a  (fonetik,  morfoloji,  sintäktik,  leksik,
semantik  yollarla)
2)  Sözdəyişdirm ə və ya form adüzəltm ə.
Türk  dillərinin  sözyaradıcılığımn  müqayisəli  tədqiqi 
müqayisəyə  cəlb  olunan qıpçaq  və  oğuz qrupu dillərinin yal­
nız qrammatik və ya leksik baxımdan oxşar və  fərqli  cəhətlə­
rinin  aşkar  edilməsi  üçün  deyil,  həm  də  həmin  dillərin  tarixi 
inkişaf yolunun işıqlandırılması, onların əcdad dilin qramma­
tik quruluşunun,  leksik  qatının bərpa edilməsi  üçün də böyük 
əhəmiyyət  kəsb  edir.  Bu  cür  tədqiqatlar  dialekt  faktları  ilə 
zənginləşdikdə  isə daha dəyərli və  sanballı, daha əhəmiyyətli 
olur.  Bu araşdırmalar,  aparılan tarixi-etimoloji  təhlillər Azər­
baycan  dilinin,  o  cümlədən  türk  dillərinin  qədim  leksik  la­
yının  açılmasına  imkan verir,  son  nəticədə  isə türk  dillərinin 
tarixi  leksikologiyası  sahəsində  yeni-yeni  tədqiqatlar  üçün 
zəmin  yaradır.  Hər  hansı  türk  dilinin  dialekt  və  şivələrində 
qorunub  saxlanan  qədim  türk  sözlərinin  və  ya  elementlərin 
əksəriyyəti  müəyyən  semantik  dəyişmələrə  uğrayaraq  digər 
türk  dillərində  də  qalmış  və  qalmaqdadır.  Bu  dialekt  mate­
rialı  da  dildə  sözyaradıcılığı  prosesinin  izlənilməsi,  onun  ta­
rixi  inkişaf  yoluna  işıq  salınması  üçün  danılmaz  əhəmiyyət 
kəsb edir.
Dilin  inkişafı  yalnız  cəmiyyətin  daxilində  maddi  həya­
tın  dəyişməsi  əsasında  baş  vermir.  Xalqlar  arasındakı  iqtisa­
di,  siyasi  və  ədəbi-mədəni  əlaqələrin  inkişafı  da  dildə  müəy­
yən  izlər  salır.  Bu  isə  özünü  dilin  zənginləşməsinə  xidmət 
edən  alınmalarda  daha  qabarıq  təzahür  etdirir.  Bu  leksik 
vahidlərin tədqiqi  türk dillərinin  həm  lüğət tərkibinin  inkişaf
Məhəbbət Mirzəliyeva .Sözyaradıcılığı prosesinə dair nəzəri qeydlər
Q ıpçaq  qrupu türk dillərinin  leksikası, səh ifə  16
yollarını izləməyə, həm onların tarixi-müqayisəli leksikologi- 
yasmın  yaradılmasına,  həm  də  ədəbi  dillərin  inrkişaf istiqa­
mətlərinin müəyyənləşdirilməsinə imkan verir.
Dil  faktlarının  deskriptiv tarixi-müqayisəli  və  etimoloji 
təhlili  türk  dillərinin  tarixi  leksikologiyasının  bir  sıra  prob­
lemlərinin həllində əhəmiyyətli rola malikdir.
Sözyaradıcılığı p ro sesin d ə sözyaratm a 
Maraq  doğuran  cəhətdir  ki,  sözyaradıcılığı  fonetik  də­
yişmələr  və  hadisələrlə,  qrammatik  (adverbiallaşma,  sub- 
stantivləşmə,  adyektivləşmə,  verballaşma  və  s.  kimi)  və  lek­
sik  (sinonimləşmə,  omonimləşmə  və  s.)  proseslərlə,  eləcə  də 
dialektizm,  arxaizm  və  neologizmlər,  o  cümlədən  ictimai- 
siyasi  həyatdakı  dəyişikliklərin  nəticəsi  kimi  meydana  çıxan 

alınmalarla müşayiət olunur.
Fonetik  vol.  Məlum  olduğu  kimi,  dilin  fonetik  qatında 
mövcud olan səslərin dəyişməsi  ilə  sözlər forma və məzmun, 
yəni  həm  leksik,  həm  də  semantik  dəyişikliyə  uğrayır.  Bu 
özünü  türk  dillərinin,  eləcə  də  qıpçaq  qrupu  türk  dillərinin 
bugünkü durumunda, həm də keçmişində göstərir.
Söz bütövün  -  yəni  dilin  lüğət  tərkibinin  bir hissəsi  ol­
duğundan sözün  inkişafı  həm də daha ümuminin,  tamm inki­
şafı  deməkdir.  R.Budaqovun  göstərdiyi  kimi,  «...hər  hansı 
bir  sözün  semantika  tarixində  sözyaradıcılığı  baxımından 
onunla  bağlı  olan  digər  sözlərin  semantik  tarixi  təkrarlanır. 
Buna  görə  də  ayrı-ayrı  sözlərin  tədqiqi  digər  sözlərə  də  işıq 
salır  və  semantik  dəyişmələrin  tiplərini  müəyyənləşdirməyə 
kömək  edir»1.  Türk  dillərinin  yazılı  abidələri,  bu  dillər  ara-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, 111 cild, Bakı, 2012
'P .А .Будагов.Ч то  такое  развитие  и  соверш енствование  языка.  М о­
сква,  1977,  с.89
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  17


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə