Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə7/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   2   3   4   5   6   7   8   9   10   ...   114

nin bir sıra özəl xüsusiyyətləri vardır.  Dil istisnasız olaraq in­
sanın hər cür fəaliyyətinin inikasıdır.  Buna görə də dilin lüğət 
tərkibinin  daima  inkişafda  olması,  m üxtəlif  dəyişikliklərə 
məruz  qalması  təbii  və  son  dərəcədə  labüddür.  Belə  ki,  cə­
miyyətin inkişafi nəticəsində  dildə m üxtəlif yollarla yeni söz­
lər (neologizmlər) əmələ  gəlir, bir sıra söz və  ifadələr arxaik­
ləşərək dili tərk edir,  bir  sıra dil  vahidləri  leksik  və  semantik 
dəyişikliklərə  uğrayaraq tanınmaz şəkil və m ənada dildə özü­
nə  yer tutur.  Sanki  dərin  dərya  və  ümmanlarda  olduğu kimi, 
dildə  də  «daxili  təmizlənmə»  prosesi  gedir,  dil  cilalanır  və 
təkmilləşir.
Dilin daim inkişafda olması  danılmaz həqiqətdir.  Lakin 
bu  proses  heç  də  hər  zaman  eyni  templi,  bərabərsürətli  ol­
mur.  Çox vaxt isə cəmiyyətin siyasi,  iqtisadi, mədəni  və elmi 
həyatında  baş  verən  dəyişikliklərlə  bağlı  olan  bu  proses  ol­
duqca  yavaş  gedir.  M üxtəlif tarixi  səbəblər,  eləcə  də  ictimai- 
iqtisadi  quruluşların  biri-birini  əvəz  etməsi  nəticəsində  dildə 
bəzi  söz və ifadələr sıradan çıxır,  işlənmir, arxaikləşir.  Əlbət­
tə,  arxaikləşmə prosesi  heç  də  birdən-birə baş vermir.  O,  təd­
rici  xarakter  daşıyır.  Arxaik  sözlər  həyatın  m üxtəlif  sahələ­
rinə aid ola bilər.  Bu cür sözlərin və ya terminlərin dilin lüğət 
tərkibindən çıxması onların ifadə etdikləri məfhumların həyat 
meydanından yox olması ilə bağlıdır.
Türk  dillərinin  lüğət  tərkibinin  tədqiqi  zamanı  aydın 
olur  ki,  dil  prosesləri  -   arxaikləşmə,  yeniləşmə,  terminləşmə 
və  s.  kimi  hallar heç  də  bütün türk dillərində eyni  zaman kə­
siyində və ya  eyni  şəkildə  və eyni  səviyyədə  olmamışdır.  Bir 
türk  dilində  arxaik  sayılan  söz  və  ya  ifadə  digər türk  dilində 
bu  gün  də  ümumişləkliyini  itirmədən  işlənir.  Belə  sözlərin 
bəziləri  bu və  ya digər türk  ədəbi  dilində,  bəziləri  isə bu hə­
min türk dillərinin dialekt və ya şivələrində məskən salır.
M ə h ə b b ə t M irzəliyeva .S ö zy a ra d ıc ılığ ı p ro sesin a  d a ir n azari qeydlar
Q ıpçaq qrupu tü rk dillərinin  leksikası, sə h ifə 2 6
Morfoloii  yol.  Sözyaradıcılığı  prosesində  morfoloji 
üsul  da  mühüm  rol  oynayır.  Belə  ki,  sözün  quruluşunda  baş 
verən  dəyişikliklər  əslində  yeni  dil  vahidinin  meydana  çıx­
ması  ilə  nəticələnir.  Bu  sözyaratmada  iştirak  edən  şəkilçi 
morfemlərin  dilçilikdə  bir  neçə  təsnifat  bölgüsü  mövcuddur. 
Belə  ki,  ümumi  dilçilikdə,  eləcə  də  Azərbaycan  dilçiliyində 
şəkilçilər  bəzən  2  (sözdüzəldici  və  sözdəyişdirici),  bəzən  3 
(sözdüzəldici,  sözdəyişdirici  və  formadüzəldici),  bəzən  də  4 
(leksik,  leksik-qrammatik,  qrammatik-leksik  və  qrammatik) 
yerə  bölünür.  Bizcə,  4-cü  bölgü  özünü  daha  çox  doğruldur. 
Belə ki, türk dillərinin materiallarına  görə, tam  leksik şəkilçi, 
yəni  yeni  söz  yaradan  bir  şəkilçi  bəzən  həm  də  qrammatik 
mahiyyət daşıyır.  Və ya tam  qrammatik şəkilçi  bəzən də  lek­
sik səciyyə daşıyaraq yeni söz yaradır.
Bu isə  əslində  şəkilçilərin tarixi-etimoloji  təbiətinə  işıq 
salmaqla yanaşı, həm də türk dillərində sözyaradıcılığı prose­
sini  bütün  çalarları,  əlvanlığı  və  əsrarəngizliyi  ilə  ortaya  qo­
yur.  Buraya  söz  səviyyəli  frazeoloji  vahidləri  də  daxil  et­
məliyik.
Sintaktik yol.  Bu yolla sözyaratmanm bariz nümunələri 
kimi  qısaca  olaraq  mürəkkəb  sözləri,  birləşmə  səviyyəli  fra­
zeoloji vahidləri nümunə göstərə bilərik.
Sözyaradıcılığı prosesində 
sözdəyişdirmə və ya form adüzəltm ə
Aqqlütinativ  tipli  türk  dillərində  sözyaradıcılığı  prose­
sinin  tərkib  hissəsi  kimi  qəbul  etdiyimiz  sözdəyişdirmə  və 
formadüzəltmə  əslində  qrammatik  və  qrammatik-leksik  şə­
kilçilər vasitəsi ilə gerçəkləşdirilir.  Belə ki, bu şəkilçilər vasi­
təsilə  söz  leksik  dəyişikliyə  uğramadan,  müəyyən  semantik 
çalar qazanaraq  yalnız zahiri,  yəni  forma dəyişikliyinə  uğra­
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, Bakı, 2012
Q ıpçaq q ru p u   türk diiU n n in  leksikası, səh ifə  2 7


yır.  İsmin  hal,  mənsubiyyət,  kəmiyyət,  felin  zaman,  məna 
növ  və  s.  şəkilçilər,  bizcə,  məhz  bu  növ  şəkilçilərdir.  Onlar 
cümlədə  sözlər arasında əlaqələrin  yaranmasında,  predikativ- 
liyin, modallığm formalaşmasında mühüm rol  oynayır.  Lakin 
qoşulduqları  sözlərdə  yeni  bir  məfhum  yaratmaq  qabiliyyə­
tinin olmaması  onların  fəaliyyətinin sözyaradıcılığı prosesin­
də  yalnız  sözdəyişdirmə  və  ya  formadüzəltmə  funksiyası  ilə 
məhdudlaşdığını bir daha sübut edir.
ƏDƏBİYYAT
1.  Бердимуратов  E.  О  терминологии  каракалпакского 
языка.  -  в  кн.  «Тюркская  лексикология  и лексикогра­
фия.  Москва,  1971.
2.  Блумфилд Л. Язык.Москва,1968.
3.  Будагов  Р.А.Что такое развитие и совершенствование 
языка. Москва,  1977.
4.  Cəfərov S. Azərbaycan dilində sözyaradıcılığı.Bakı,1960.
5.  İbrahimov M.  Azərbaycan dili.  Bakı, 1957.
6.  Ожегов  С.И.  Лексикология.Лексикография.Культура 
речи.  M .,1974,
7.  Мусаев  Г.Г.  К  вопросу  о  словообразовании//Иссле- 
дование  по  грамматике  и  лексике  тюркских  языков: 
сб.ст.Ташкент:  Наука,  1965.
8.  Кубрякова  Е.С.Что  такое  словообразование?  Изд.-во 
«Наука», Москва,  1965.
9.  В.И.Цинциус.  Проблемы  сравнительно-историческо­
го  изучения  лексики  алтайских  языков.  -   В  сб.  «Ис­
следования в области  этимологии  алтайских языков». 
Ленинград,  Изд.-во  «Наука»,с..3-17.
Məhəbbət Mirzəliyeva .Sözyaradıcılığı prosesinə dair nəzəri qeydlər
Q ıpçaq qrupu  türk dillərinin  leksikast, səh ifə 28
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
M ay il B.  ƏSGƏROV
filologiya üzrə fəlsəfə doktoru,  dosent
SÖZ VƏ FORMALARIN YARANMA VƏ 
MƏNİMSƏNİLMƏ MEXANİZMİNİN 
LINQVOPSIXOLOJI MODELİ
D
ilin  funksiyaları  ilə  bağlı  K.Byülerin  təlimini  linq- 
vistik  problemlərin  psixoloji  cəhətdən  həllinə  cəhd 
kimi  qiymətləndirən  R.V.Pazuxin  belə  hesab  edir 
ki,  “dilin  işlənmə  səbəbini,  ümumiyyətlə  onun  strukturunu, 
eləcə  də  məlumatın  tərkibində  olan  hər  bir  dil  elementinin 
mahiyyətini  aydınlaşdırmağa  qadir  olan  yeganə  funksiyası 
kommunikativlikdir”1.  Kommunikativlik deyərkən R.V.Pazu­
xin  məlumatın  ötürülməsini  nəzərdə  tutur  və  onu  ünsiyyətin 
tərkib  hissəsi  hesab  edirdi.  Bu  tədqiqatında  R.V.Pazuxin  K. 
Byülerin  dilin  funksiyaları  nəzəriyyəsini,  R.  Yakobson  və 
N.S.Trubetskoyun  bəzi  müddəalarım  tənqid  hədəfi  seçir. 
R.V.Pazuxinin  monofunksionallıqla  bağlı  konsepsiyasının 
əsas müddəaları  ondan  ibarətdir ki,  1)  dilin tək bir funksiyası 
var  və  o  da  kommunikativlikdir,  2)  bütün  digər  funksiyalar 
ondan törəmədir2.
Dilin  monofunksionallığı  ilə  bağlı  fərqli  bir  fikrə  Q.V. 
Kolşanskidə rast gəlinir.  O, belə hesab edir ki,  “Dilin bir əsas 
funksiyası  vardır -  o,  təfəkkürün  gerçəkləşməsidir və  ictimai 
hadisədir”.  Hətta  Q.V.Kolşanskinm  fikrincə,  dilin  bütün 
funksiyaları,  o  cümlədən  ekspressiv  (bunu  m üəllif dərketmə
'Пазухин  P.В.Учение  К.Бюлера  о  функциях  языка  как  попытка  психологического 
решения лингвистических проблем 
“Вопросыюыктиания  ,
  1963.  с. 103.
2  Yeno orada, s. 90-110.
Q ıpçaq qru pu  tü rk dillərinin leksikast,  səh ifə 29


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə