Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə9/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

prosesinin  mexanizmi,  yəni,  dil  struktur  vahidlərinin  və  nit­
qin yaranması, ötürülməsi,  qəbulu və mənimsənilməsi həmişə 
diqqət çəkmişdir.  Bu məsələlərin istər sistemli  şəkildə, istərsə 
də  epizodik öyrənilməsi,  sadəcə  dilçilərin  deyil,  eləcə  də dil­
dən  istifadə  edən  digər  sahə  mütəxəssislərinin  marağına  sə­
bəb  olmuşdur.  Onlarda  bu  məsələləri  araşdırmaq,  öyrənmək 
ehtiyacı  yaratmışdır.  Xidmət etdikləri elm sahələrinin köməyi 
ilə  dil  problemlərini həll  etməyə  çalışan  filosof,  psixoloq,  ki- 
bernetik,  sosioloq və bir  çox digər  sahə tədqiqatçılarının  səyi 
və  dilçilərlə  əməkdaşlığı  nəticəsində  həmin  elm  sahələri  ilə 
dilçiliyin  kəsişmə  nöqtələrində  nəzəri  dilçilik,  psixolinq- 
vistika,  riyazi dilçilik,  sosiolinqvistika kimi  dilçiliyin yeni is­
tiqamətləri  yaranır.  Qətiyyətlə  deyə  bilərik  ki,  gələcəkdə  də 
belə  çoxyönlü  istiqamətlər  yaranmaqda  davam  edəcəkdir  və 
bu heç də “professional modabazlıq deyil.  Bu,  hər şeydən əv­
vəl  dilçilik  elminin  təbii,  dialektik  inkişafının  obyektiv  nəti­
cəsidir” 1.
Dilçilik  elmində  yaranan  bütün  sahə  və  istiqamətlərin 
ən başlıca məqsədi  dilin tam  mahiyyətini  açmaq,  onun yaran­
ma  və  fəaliyyat  qanunauyğunluqlarını,  prinsip  və  üsullarını 
üzə  çıxarmaq,  elmi  cəhətdən şərh etmək,  dillərin tədqiqi  yol­
larım  dəqiqləşdirmək,  bu  və  ya  digər  dilin  qeyri-dil  daşıyıcı­
ları  tərəfindən  öyrənilməsini  asanlaşdırmaqdır.  Psixolinqvis- 
tika  bəzən  fizioloji-psixoloji  proseslərin  sırf təcrübi  nəticələ­
rinə əsaslanmaqla dilin mahiyyətini  açmağa cəhd göstərsə də, 
istənilən halda dilin dərketmə,  idrak və təfəkkür proseslərinin 
aparıcı  amili  olmasından çıxış  edir  və  bu  cəhəti  bütün psixo- 
linqvistik  tədqiqatların  ümumi  qayəsi  kimi  səciyyələndirir.
M ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopsixoloji modeli
__________
’Mahmudov  M.Ə.Ənənəvi  dilçiliyə  qeyri-ənənəvi  baxış. 
AMEA-nın  Xəbərləri, 
Humanitar elmlər seriyası  N 2-4,  Bakı 2006, s.  102.
Q ıpçaq qrupu tü rk  dillərinin  leksikası, sə h ifə 34
Bununla  yanaşı,  psixolinqvistikanm  ilkin  istinad  nöqtəsini 
müəyyənləşdirərkən  yol  verilən  və  ilk  baxışdan  o  qədər  də 
nəzərə  çarpmayan,  hətta  bir  qədər  gerçəyə  də  bənzəyən  xə­
talar,  həm  problemin  qoyuluşunu,  həm  də  onun  həlli  imkan­
larını  əvvəlcədən  uğursuzluğa məhkum  edir.  Fəlsəfi,  məntiqi 
və  metodoloji  cəhətdən  yol  verilən  səhv  ondan  ibarətdir  ki, 
dilin mahiyyətini  ümumi psixoloji proseslər və mühəndis psi­
xologiyası  (eksperimental  psixologiya)  əsasında  izah  etməyə 
çalışan  psixolinqvistika  idrak  və  təfəkkürlə  bağlı  psixoloji 
proseslərin özünün əsasında dilin və ya nitqin dayandığım  id­
dia edir,  bununla da dilin psixoloji  proseslər baxımından  iza­
hının önünə sədd çəkir.
Doğrudan  da,  əgər  idrak  və  təfəkkürlə  bağlı  psixoloji 
proseslərin  əsasında  dil  və  ya  nitq  dayanırsa,  o  halda  ilkin 
meyar kimi  götürülən dil  və ya nitq əsasında psixoloji proses­
lərin  özünü  izah  etməyə  cəhd  göstərmək  daha  məntiqi  görü­
nərdi.  Bizcə,  prosesin reallaşmasını  təmin  edən  ilkin  meyarın 
özünü  həmin  proses  əsasında  izah  etməyə  çalışmaq  məntiqi 
nəticə  verə  bilməz.  Bu  ən  yaxşı  halda,  tam  əsasında  hissəyə 
aid  xüsusiyyətlərlə  ilkin  tanışlıqdan  başqa  bir  şey  deyildir. 
Belə bir cəhd,  əslində,  bütün psixolinqvistlərin  böyük  inamla 
istinad  etdiyi  L.S.Vıqotskinin  “hissə  tama  aid  olsa  da,  tamm 
xüsusiyyəti  hissələrin  xüsusiyyətləri  cəminə  bərabər  deyil”1 
deyə  qətiyyətlə  əleyhinə  çıxdığı  “hissə  əsasında tamın  izahı” 
qədər yanlış bir mövqedir.  Təbii ki, biz,  yol  verilən yanlışlığa 
görə  “dilçilik  problemi  ilə  məşğul  olan  psixoloqlar  üçün  bu, 
qəbahət  sayılmaya  bilər”  deyənlərə  qətiyyən  haqq  qazandır­
mırıq  və  ədalət  naminə  etiraf edirik  ki,  dilçilik  məsələləri  ilə
AMEA  Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
‘В ы готский Л .С .П си хология,  М осква,  2000.C 267.________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 35


bağlı bir sıra psixoloji problemlərin həllində m əhz L .S .V ıqot- 
ski,  A.N.Leontyev,  A.R.Luriya,  C.Keroll,  Ç.O squd,  J.Piaje, 
C.Miller kimi psixoloqların böyük əməyi vardır.  A m m a n ə z ə ­
rə  almaq  lazımdır ki, dili  ali psixoloji  fəaliyyət və  proseslərin 
ilkin  meyarı  hesab  etmək,  mahiyyət  etibarilə  özünün  p alçıq ­
dan  düzəltdiyi  ilahə  heykəlindən  imdad  diləyən  bütpərəstin 
inancına  şübhə  edən  və  həmin  heykəli  rentgen  aparatında 
yoxlayaraq  onun  içərisində  ilahi  ruhun  olub-olm adığını 
müəyyənləşdirməyə  çalışan  “alimin”  gərgin  əməyindən  heç 
bir cəhəti ilə fərqlənmir.
Burada,  hər  şeydən  əvvəl,  metodoloji  xətaya  yol  veril­
diyini  etiraf etmək  və  gec  də  olsa,  onu  düzəltməyə  çalışmaq 
vacibdir.
Bizcə,  psixoloji  proseslərin  tədqiqi  baxımından  faydalı 
ola  biləcək  metodoloji  norma  birbaşa  psixoloji  tədqiqatlar 
müstəvisindən linqvistik tədqiqatlar müstəvisinə köçürülmüş, 
psixologiya  elmi  baxımından  faydalı  olan  norm anın  dilçilik 
elmi  üçün  faydasızlığının  və  ya  qəbuledilməzliyinin  fərqinə 
varılmamışdır.
Böyük ehtimalla  qeyd  etmək  istərdik ki,  bu  metodoloji 
yanlışlığın  səbəbi  bir  sıra  psixoloq-alimlərin  və  o  cümlədən 
L.S.Vıqotskinin  dərketmə  və  düşünmədə  nitqin  aparıcı  rolu 
ilə  bağlı  fikirlərinə  birtərəfli  yanaşmanın  nəticəsidir.  Doğru­
dan  da,  L.S.Vıqotski  uşağın  fəaliyyətini  müşayiət  edən  nitqi 
və  ya  hər  hansı  işi  icra  edən  uşağın  danışmasını  onun  sözlü 
düşünməsi  kimi  qəbul  edir  və  icra  edilən  tapşırıq  çətinləş­
dikcə  danışığın  çoxalmasını  dərketmə  və  düşünmədə  nitqin 
aparıcı  rolu kimi  qiymətləndirir1.  Amma nəzərə almaq  lazım-
Mayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və m ənim sənilm ə
mexanizminin linqvopsixoloji m odeli
__________
‘В ы готский Л .С .П сихология,  М осква,  2000,  с 840-842.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 36
dır ki,  dövrünün  ən böyük psixoloqlarından biri  olan L.S.Vı- 
qotski  bu mülahizəni psixoloji proseslərin mahiyyətini açmaq 
məqsədi ilə və sırf psixoloq mövqeyindən söyləmişdir.  Müla- 
hizələrindəki  bəzi  mübahisəli  məqamlardan  daha  sonra danı­
şacağımız  bu  alimin  sırf psixoloji  məsələlərlə  bağlı  irəli  sür- 
diyi  bu  fikri  olduğu  kimi  dilçiliyə  şamil  etmək,  təbii  ki,  dil­
çilik  baxımından  gərəksiz və artıq  qeyd  etdiyimiz kimi, hətta 
qəbuledilməz  idi.  Klassik1  psixolinqvistikadan  ilkin  meyarı 
və  nəzərdən  keçirilən  problemlərə  yanaşma  bucağı  ilə  fərq­
lənən  bu  tədqiqatımızda  dil,  nitq  və  söz  formalarının  dərk­
etmə  prosesi  ilə  bağlılığı,  yeni  dil  struktur  vahidinin  yaran­
ması,  dilin  istənilən  istiqamətdə  inkişafının  hərəkətverici 
qüvvəsi  olan  okkazional  nitq  ehtiyacı,  dildə  keçid  mərhələ­
sində  olan  amorf,  okkazional  formaların  mahiyyəti  kimi  dil­
çilik  məsələləri  funksional-semantik  və  linqvopsixoloji  ba­
xımdan  nəzərdən  keçiriləcək,  dilin  və  nitqin  əsasını  təşkil 
edən  leksik,  leksik-qrammatik  və  qrammatik  formalar  türk 
dilləri  materialları  əsasında  eyni  aspektdən  analizə  cəlb  olu­
nacaqdır.
Bu  problemlərin  həlli  obyektiv  gerçəklik-şüur-dil-nitq- 
forma  zənciri  üzrə  reallaşan  dərketmə  və  təfəkkür  prosesləri 
ilə  birbaşa  bağlı  olduğuna  görə tədqiqatda  ilk  növbədə  dərk­
etmə  və  onun  fazaları,  sinktual  dərketmə,  onun  məhsuldarlı­
ğı,  başlanğıc  şərtləri,  nitqin  yaranmasım  şərtləndirən  modul- 
laşma  və  onun  transformativ,reprezentativ  növləri,birinci  və 
ikinci  intellekt  obrazının  yaranması,  sinktual  dərketmədə  di-
АМЕЛ Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəlileksikologiyası məsələləri, Illc ild , Вак1^2012_
'  Dilçilik  elminin  bir  sahəsi  kimi  cəmisi  50  illik  tarixə  malik  olmasına  baxmayaraq 
psixolinqvistikanın  bir-birini  inkar  edən  və  bir-birinə  zidd  olan  3  pilləsi  və  ya  3 
psixolinqvistik  məktəbi  vardır.  Eyni  baza  əsasında  4-cü  psixolinqvistik  məktəbin  və  ya 
dilçiliklə  psixologiyanın  kəsişmə  nöqtəsində  dilçiliyin  tamamilə  yeni  bir  istiqamətinin 
yaranma zəruriyyəti əsas verir ki, daha əvvəlkiləri klassik psixolinqvistika adlandıraq.
Q ıpçaq qru pu  türk dillərinin leksikası,  səh ifə 3 7


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə