Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə10/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

lin  iştirakı  məsələsi,  dil  və  dərketmədə  qarşılıqlı  əksolunm a- 
lar kimi  bir-biri  ilə  üzvi  şəkildə  bağlı  olan digər linqvopsixo­
loji məsələlər nəzərdən keçiriləcəkdir.
İstənilən  əsas  və  ya  yardımçı  morfem,  yəni,  söz  dil 
struktur vahidi  kimi müstəqil bir gerçəklik elem entidir və  ey ­
ni  zamanda  leksik,  leksik-qrammatik  və  ya  qram m atik  for­
madır.  Hər  biri  müstəqil  dil  struktur  vahidi,  başqa  sözlə  de­
sək,  gerçəklik  elementi  olan  hər  sözün,  yəni,  form anın  dərk 
olunması ilə ikinci intellekt obrazı yaranır.
Dilçilik  elminin  və  ya  psixolinqvistikanın  yeni  sahəsi 
olan  linqvopsixologiyanın  formalarla  bağlı  əsas  vəzifəsi  də 
məhz bu cür ardıcıllıq və əks  ardıcıllıqlara əsaslanmaqla,  eta­
lon  dəqiqliyinə  malik  olan  dərketmə  aktlarının  izi  ilə  leksik, 
leksik-qrammatik və  qrammatik formaların,nitqin  və  üm um i­
likdə  dilin  yaranma  mexanizmini,  eləcə  də  ümumi  təfəkkür 
proseslərində  onların  funksional  mövqeyini  m üəyyənləşdir­
məkdir.  Belə  ki,  təqdim  olunan  bu  araşdırma  bir  tərəfdən, 
forma  və  onun  dərk  olunması  nəticəsində  yaranan  ikinci  in­
tellekt obrazı  arasında olan bağlılığı, digər tərəfdən isə, form a 
ilə  onun  əks  etdirdiyi  birinci  intellekt  obrazı  və  ona  ekviva­
lent  olan  gerçəklik  elementi  arasındakı  hər  cür  (semantik, 
məntiqi,  funksional  və  s.)  əlaqəni  müəyyənləşdirməyə  imkan 
verir.
İstənilən  halda  belə  bir  faktı  nəzərə  almaq  lazım dır  ki, 
birinci intellekt obrazının yaranması üçün gerçəklik elem enti­
nin  insanın  hiss  orqanlarına  təsir  etməsi  kifayətdir.  Amma 
ikinci intellekt obrazının yaranması  üçün mütləq şəkildə  dərk 
olunmuş  gerçəklik  elementi  ilə  bağlı  nitq  ehtiyacının  yaran­
ması vacibdir.
Nitq  ehtiyacı  nəticəsində  forma  yaranır  və  onun  dərk
Mayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və m ənim sənilm ə
_  = _____
mexanizminin linqvopsixoloji modeli
___________
Qıpçaq qrupu tiirk dillərinin leksikası, səhifə 38
olunması ilə də ikinci intellekt obrazı yaranmış olur.  Yeni  söz 
yalnız dərk olunmuş gerçəklik elementi ilə  bağlı yarana bilər. 
Əgər  gerçəklik  elementi  yoxdursa  və  ya  ümumiyyətlə  dərk 
olunmamışdırsa,  onunla  bağlı  söz  yarana  bilməz  və  yaddaş­
dan silinmiş  gerçəklik elementi  ilə bağlı olan söz də  dildə qa­
la bilməz.  Sözün  yalnız  dərk  olunmuş  gerçəklik  elementi  ilə 
bağlı  yarandığını  akademik  K.Abdullayev  belə  şərh  edir: 
“Həm  söz,  həm  cümlə  vasitəsi  ilə  təfəkkürümüz  dünya  və 
onun  ən  m üxtəlif çalarlarım...  adlandırmağa  cəhd  edir  ...  ad­
landırdınsa, artıq  dərk etdin deməkdir ...  dərk etməyənə qədər 
isə,  adlandıra bilmirsən” ’.
Q.A.Klimovun  qənaətinə  görə,  linqvistik  vahid  linqvist 
(dilçi,  tədqiqatçı)  tərəfindən bu və  ya  digər  dil  vahidinin  for­
malaşdırılması  zamanı  istifadə  edilən  linqvistik  modelin,  yə­
ni,  bəzi  metodik quruluşların komponenti  kimi  müəyyən  olu­
nur1
 2.  Əslində Q. A.Klimovun bu tərifi  müəyyən  qədər müasir 
morfem  anlayışının  şərhinə  bənzəyir.  Bununla  belə,  bu  tərif­
də  bizi maraqlandıran məsələ sadəcə morfemlərlə bağlı  deyil, 
eyni  zamanda  Q.A.  Klimovun  qısaca  “dil  vahidi”  adlandıra­
raq ötəri şəkildə üzərindən keçdiyi dil  struktur vahidləridir.
Dil  struktur  vahidi  və  eyni  zamanda  gerçəklik  elementi 
adlandırdığımız anlayışlar P.V.Çesnokov tərəfindən “dil vasi­
təsi”  kimi  təqdim  olunur  və  qeyd  edilir  ki,  dil  vasitələri  -  
müstəqil  hissi-maddi  faktlar  (törəmələr)  kimi  çıxış  edir,  dil 
fəaliyyətinin  daimi  və  müvəqqəti  (bərkimiş  və  ya  bərkimə- 
miş)  nəticəsi  olaraq  meydana çıxır  və  bu  qəbildən  olan  digər 
müstəqil  törəmələrə  ayrıca  səslər  (fonemlər),  hecalar,  mor-
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, B akb20I2_
1  A b dullayev  K.  D ilçiliyə  səyahət.  D ilçi  olm ayanlar  üçün  dilçilik.  -  
B akı,  M ütərcim ,  2 0 1 0 ,s.  135.
2 К л и м о в   Г.А.  Ф он ем а  и м орф ем а.  М осква,  1967,  с.  8.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 39


femlər, sözlər, söz birləşmələri, cümlələr və s.  oppozisiya təş­
kil edir.  Belə vasitələri dil vahidləri adlandırmaq lazım dır1.
Bizim  dil  struktur  vahidi  adlandırdığımız  anlayış  həm  
ad,  həm  də  aid  olduğu  obyekt  baxımından  istər  dil  vahidi 
(Q.A.Klimov),  istərsə  də  dil  vasitəsi  (P.V.  Çesnokov)  anla­
yışlarından  əsaslı  şəkildə  fərqlənir.  Belə  ki,  dil  struktur  va­
hidi, hər şeydən əvvəl, gerçəklik elementidir. Bu səbəbdən dil 
struktur  vahidlərinin  yaranma  və  mənimsənilmə  mexanizmi, 
digər gerçəklik elementlərinə xas olan dərketmə aktları,  faza­
ları  əsasında və  ikili  intellekt  obrazları  prizmasından  nəzər­
dən keçiriləcəkdir.
Həm  dərketmədə,  həm  də  dildə  əks  olunan  hər bir ger­
çəklik elementi  ilə  bağlı beynimizdə iki  intellekt obrazı möv­
cud olur.
Bunlardan  birincisi  obyektiv  aləmdə  mövcud  olan 
gerçəklik  elementinə,  ikincisi  isə  dil  struktur  vahidinə  ekvi­
valent  olan  intellekt  obrazıdır*
 2 3
.  Belə  ki,  obyektiv  aləmdə 
mövcud  olan gerçəklik  elementi  hiss  orqanlarımıza təsir edə­
rək  bizə  öz varlığı  haqqında məlumat verir.  Daxil  olan məlu­
mat  əsasında  beyin  aparatının  köməyi  ilə  həmin  gerçəklik 
elementinə  ekvivalent  olan  intellekt  obrazı  y aran ır.  Bu  in­
tellekt  obrazı  gerçəklik  elementinin  ilkin,  əsas  obrazıdır  və 
adətən  gerçəklik  elementinin  dərk  olunması  aktının  birinci 
yanmaktında  yaranır.  Güzgülər  prinsipi  ilə  desək,  dərketmə
Mayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopsixoloji modeli
__________
’  Чесноков П.В.  Основные единицы  языка и мышления.  Ростов,  1966, с. 91.
2  Əgərov  М.В.  Dilin  psixolinqvistik  mahiyyəti.  “Tədqiqlər”.  АМЕА 
Dilçilik İnstitutu. Bakı, “Elm”, 2004, № 2, s. 60-64.
3Əgərov  M.B.Dərketmə  və  təfəkkürün  vahidləri.Azərbaycan  Dövlət 
Pedaqoji  Universitetinin  «Xəbərlər»i,  Humanitar  elmləri  seriyası, 
Bakı, №4, 2006, s. 115-119
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 40
zamanı  (və  ya  təmas  nəticəsində)  obyektiv  aləmdə  mövcud 
olan gerçəklik elementi dərketmə güzgüsündə əks olunur1.
Mexanizm  olaraq,  ikinci  intellekt  obrazı  ardıcıl  şəkildə 
baş  verən  dərketmə  prosesləri  və  birinci  intellekt  obrazının 
dildə  əks  olunaraq  dil  struktur  vahidinə  çevrilməsi  və  həmin 
dil  struktur vahidinin yenidən müstəqil gerçəklik elementi ki­
mi  dərk  olunaraq  intellekt  obrazına  çevrilməsi  yolu  ilə  yara- 
_ ,„ 2  
П1Г  .
Dərketmə  akt  və  fazaları  bazasında  dil  struktur  vahidi­
nin yaranması mexanizmini və prosesini nəzərdən keçirək.
Sinktual  dərketmənin  ümumi  prinsiplərinə  uyğun  ola­
raq,  əgər gerçəklik  elementi  əvvəlcədən  dərk olunubsa, Sink­
tual dərketməyə hazırlıq mərhələsində (ümumi  dərketmə pro­
sesinin  birinci  aktının  ikinci  yanmaktında)  ona  ekvivalent 
olan intellekt obrazı aktiv yaddaşa gətirilir, yəni, əsas yaddaş­
da  intellekt  kodu  şəklində  saxlanılan  analoji  məlumatlar 
modullaşdırılır,  onların  arasından  üzərində  sinktual  dərket­
mənin  icra  olunacağı  müvafiq  intellekt  obrazı  (və  ya  obraz­
ları)  seçilir və  onun  ekvivalent olduğu  gerçəklik  elmenti  tam 
təfərrüatı  ilə xatırlanır (və  ya bütün dolğunluğu ilə  göz önün­
də canlandırılır).
Belə  fərz  edək  ki,  ikinci  intellekt  obrazım  yaratmalı 
olduğumuz həmin gerçəklik  elementi bizə məlum  deyil,  yəni, 
bu ana  qədər onu  heç  görməmişik,  dərk  etməmişik  və hələlik 
adı da yoxdur.
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
'  Əsgərov  M.B.Dil  və  dərketmədə  qarşılıqlı  əksolunmalar.  Elmi 
axtarışlar,  AMEA  Folklor  institutunun  elmi  toplusu,  XXV  buraxılış, 
Bakı, “Səda”, 2006,  s.  111-115.
2  Əsgərov  M.B.  Dilin  psixolinqvistik  mahiyyəti.  “T ədqiqlər”.  AMEA 
Dilçilik  İnstitutu,  Bakı,  “Elm”, 2004,  N 2, s.  60-64.__________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 41


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə