Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə12/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   8   9   10   11   12   13   14   15   ...   114

Gerçəklik  elementinin  (məsələn,  masanın)  vizual  obra­
zının  gözlərimiz  önündə  canlanmasını,  məhz  dərketm ə  nəti­
cəsində  beynimizdə  yaranan  birinci  intellekt  obrazı  təm in 
edir.  Dərk  olunmuş  gerçəklik  elementi  haqqında informasiya 
vermək  ehtiyacı  (S
2)  nəticəsində  sinktual  dərketmə  yolu  ilə 
həmin  gerçəklik  elementini  əks  etdirən  dil  struktur  vahidi 
(G
2) yaranır (məsələn, “masa” sözü).
İkinci  sıra  gerçəklik  elementi  mahiyyəti  daşıyan  dil 
struktur  vahidinin  dərk  olunması  nəticəsində  ikinci  intellekt 
obrazı  (O;;)  yaranır(F
2-   ikinci  fəaliyyət).  Gözlərimiz  önündə 
dörd  hərfdən  ibarət  olan  “masa”  sözünün  vizual  obrazının 
canlanmasını,  məhz  dərketmə  nəticəsində  beynimizdə  yara­
nan ikinci intellekt obrazı təmin edir.  Dörd ayaq üzərinə m üs­
təvi  formasına malik düz səthin bərkidilməsi  yolu ilə yaranan 
əşya  (Gı  -  birici  sıra və  ya ilkin  gerçəklik elementi)  və  onun 
dörd  hərfdən  ibarət  olan  adı  (G
2  -  ikinci  sıra  gerçəklik  ele­
menti)  və  hər  iki  gerçəklik  elementinə  ekvivalent  olan  in­
tellekt  obrazı  (Oı,  O
2 -  birinci  və  ikinci intellekt obrazı) eyni 
bir intellekt kodunda (K) birləşərək (G /+  G2+ 0 ı+ 0 2=K)  baş 
beynimizdə  mühafizə  olunur.  Göründüyü  kimi,  bu  linqvo­
psixoloji  proses  və  fəaliyyətlərin  məcmusu  tam  şəkildə  D ~  
Gı + Sı +  O
1 +  F 1  + S2 + G 2 + O 2 +  F2 sxemi əsasında realla­
şır.  İlk baxışdan elə görünə bilər ki,  ilkin gerçəklik elementi­
nin və dil struktur vahidinin yaranması və dərk olunması pro­
sesinin  burada  verilən  şərhi  bəzi  cəhətləri  ilə  İ.M.Seçenov 
tərəfindən  irəli  sürülən  dərketmə prosesindən müəyyən qədər 
fərqlənir və ilkin  sxemə  sığmır.
Nəzərə  alsaq  ki,  burada  (G/+G2)~G ;  (S/+S2)=S;  ( O r  
0 2)= 0 ;  (F
i
+F2)= F, 
o
  halda  ilkin sxemin bizim tərəfimizdən 
tamamlanmış  variantının  dərketməni  bütünlüklə  əks  etdirdi­
M ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma  və m ənimsənilmə
___________________
mexanizminin linqvopsixoloji modeli
Q ıpçaq qru pu  tü rk dillərinin   leksikası, səhifə 46
yinin  şahidi  oluruq,  yəni,  G + S+ O + F -D   (gerçəklik  +  stimul 
+  obraz  + fəa liyyət =  dərketmə).  Əgər Gı+G2+Oı+02= К  ol­
duğunu  da  nəzərə  alsaq,  o  halda  görərik  ki,  ilkin  sxem  belə, 
istənilən dərketmə prosesinin şərhi  baxımından özünü doğru­
ldur  və  buradakı  yeganə  fərq  dərketmənin  intellekt  obrazları 
ilə deyil, intellekt kodları ilə reallaşmasıdır:
S+K+F=D (stimul + kod + fəaliyyət = dərketmə).
Yuxanda  qeyd  etdiyimiz  kimi,  istənilən  dərketmə  pro­
sesinin  ikinci  yarımaktı  qəbul  edilmiş  intellekt  obrazının  və 
ya  kodunun  yenidən  aktiv  yaddaşa  gətirilməsi  və  ondan  isti­
fadədir.
Gerçəklik  elementlərinə  hansı  adm  verilməsindən  asılı 
olmayaraq,  istənilən halda nəzərə  almaq  lazımdır ki,  gerçək­
lik  elementinə  verilən  ad,  dildə  həmin  gerçəklik  elementinə 
ekvivalent olan dil  struktur vahididir və ya başqa sözlə desək, 
gerçəklik  elementinin  dil  güzgüsündəki  əksidir.Verilən  adm 
məhz  nə  olmasına  baxmayaraq,  yetər  ki,  həmin  ad  eyni  dil 
daşıyıcıları tərəfindən eyni tərzdə dərk olunsun və ya mənim­
sənilsin.  Çünki  L.V.Şerbanın  qeyd etdiyi  kimi,  dil  sisteminin 
vahidliyi,  eyni  məzmunla  bağlı  bənzər  reaksiyaların  yaran­
masını  şərtləndirir1.  Haqqında  danışılan  qaba  ad  verildikdən 
sonra  həmin  qabın  funksiyalarını  da  əlavə  etməklə  bu  qabı 
potensial  alıcılarına  tanıtmaq,  yəni,  onu  reklam  etmək müm­
kündür.
L.V.Şerba danışıq  və  anlama proseslərinin  məcmusunu 
“nitq  fəaliyyəti”  adlandırır  və  onu  dil  təzahürlərinin  birinci 
aspekti  hesab edir...  Bəlli bir dövr ərzində bu və ya digər icti­
mai  qrupun danışma və anlama  aktlarının məcmusu  əsasında
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-miiqayisəli leksikoloşiyası məsələləri, III cild, Bakı, 2012
1  Ş erb a  L .V . 
Языковая  система  и  речевая  деятельность.  Ленинград.  Наука, 
1974,  с.  2
8
.
__________________= = = = = = = = = _ _ :
Q ıpçaq qru pu  tiirk dillərinin  leksikası, səh ifə 4 7


dillərin  lüğətinin  və  qrammatikalarının  yaradıldığım   qeyd 
edən L.V.Şerba bunu dil  sistemi  adlandırır və dil təzahürləri­
nin  ikinci  aspekti  hesab  edir.  O,  göstərir  ki,  düzgün  tərtib 
olunmuş  lüğət və qrammatika aid olduğu dildəki bilgiləri  tam 
şəkildə və bütün dolğunluğu ilə əks etdirməlidir1.
Bu  və  ya  digər  gerçəklik  elementinə  verilən  ad  gerçək­
lik  elementinin  dərketmə  güzgüsündəki  obrazının  dil  güzgü- 
sündəki  əksi  olmaqla yanaşı, eyni  zamanda dilin maddi  hissə­
sini  təşkil  edən  struktur vahidlərindən biri, başqa sözlə desək, 
hərf və  ya  səslərdən  ibarət  materiya  forması  (məsələn, “süz- 
gdc”  sözü  6  hərf  və  ya  səsdən  ibarət  olduğu  kimi),  yəni, 
gerçəklik  elementidir.  Bu  səbəbdən  gerçəklik  elementi  olan 
söz (söz  forması  və  ya qəlibi) yenidən vizual-vokal  dərketmə 
yolu  ilə  ikinci  intellekt  obrazına  çevrilir.  Beləliklə,  obyektiv 
aləmdə  mövcud  olan  eyni  bir  gerçəklik  elementinin  beyni­
mizdə  iki  intellekt  obrazı  yaranmış  olur.  Bunlardan  birincisi 
gerçəklik  elementinin  özünə  ekvivalent  olan  birinci  intellekt 
obrazı,  ikincisi  isə,  həmin  birinci  intellekt  obrazı  haqqında 
məlumat  vermək  məqsədi  ilə  yaradılmış  dil  struktur  vahidi 
şəklində  mövcud  olan  gerçəklik  elementinin  dərk  olunması 
nəticəsində  yaranan  və  dil  struktur  vahidinə  ekvivalent  olan 
ikinci  intellekt  obrazıdır.  Hər  iki  intellekt  obrazı  həmişə  eyni 
bir  intellekt  kodunda  olur  və  onlardan  birinin  xatırlanması 
avtomatik olaraq  digər intellekt obrazını  da aktiv yaddaşa gə­
tirir.  Bəzən  ayrı-ayrılıqda  bu  obrazlardan  birinin  aktiv  yad­
daşda tam  şəkildə  xatırlanmasına  baxmayaraq,  digər  obrazın 
xatırlanmasında gecikmələr olur.
Keçirdiyimiz  eksperiment  və  sınaq  təcrübələri  belə  de­
M a y ıl В. 
ƏSÜƏROV.Söz və formaların yaranma və mənimsənilmə
mexanizminin linqvopsixoloji m odeli
 
___
1 Şerba L.V.  Языковая система и речевая деятельность.  Ленинград. Наука,  1974, 
с. 25.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 48
məyə  əsas  verir  ki,  adətən  gerçəklik  elementinə  ekvivalent 
olan  intellekt obrazının tam şəkildə xatırlanmasına baxmaya­
raq,  onun dil  struktur vahidinə ekvivalent olan intellekt obra­
zının xatırlanması prosesindəki gecikmələr ana dilindəki yeni 
sözlər və ya terminlərlə bağlı  olur.  Belə hallarda biz “Dilimin 
ucundadır, bu dəqiqə deyəcəyəm  ... bircə dəqiqə” deyərək hə­
min dil  struktur vahidinin  şifahi  və ya yazılı  obrazını  xatırla­
mağa çalışırıq.
Dil struktur vahidinə ekvivalent olan intellekt obrazının 
tam  şəkildə  xatırlanmasına  baxmayaraq,  onun  gerçəklik  ele­
mentinə  ekvivalent  olan  intellekt obrazının xatırlanması  pro­
sesindəki  gecikmələr,  əsasən,  xarici  dillərin  öyrənilməsi  ilə 
bağlı müşahidə olunur.
Belə hallarda biz dəqiqliklə xatırladığımız həmin əcnəbi 
sözü  dəfələrlə  təkrarlayır  və  onunla  bağlı  olan  gerçəklik  ele­
mentini,  onun birinci  intellekt  obrazım  və  ya  bu  obrazın  ana 
dilimizdəki  söz  qarşılığını,  yaxud  da bu  sözə  ekvivalent  olan 
ikinci intellekt obrazını xatırlamağa çalışırıq.
§  1. Leksik formalar
Dil  struktur vahidi olaraq  formaların üç əsas növü möv­
cuddur:  l)leksik  formalar,  2)leksik-qrammatik  formalar,
3)qrammatik formalar.
Dil  struktur  vahidlərinin  birinci  növünə  aid  olan  leksik 
formaların  özünün  də  üç  tipi  mövcuddur: l)ilkin  variantda 
müəyyən  leksik  məna  ifadə  edən  (kök)  formalar,  2)yeni  lek­
sik məna yaratmaq  məqsədilə  konkret  leksik  şəkilçilərlə  işlə­
nən  söz  qəlibləri  (kök/əsas+konkret  leksik  şəkilçi),  3)müx- 
təlif  leksik,  qrammatik,  leksik-qrammatik  formaların  birləş­
məsindən yaranan mürəkkəb formalar.
Leksik form aların birinci tipi.  Bu tədqiqat çərçivəsində
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk tülləri şöbəsi
Tilrk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 49


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə