Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə19/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

n n  ikinci intellekt obrazları kimi m üxtəlif şəkilçilər form asın­
da  mövcuddur,  qrammatik  formalar  kimi  mənimsənilir.  Bu 
səbəbdən  leksik-qrammatik  formaların  dil  struktur  vahidləri 
və  ikinci  intellekt  obrazları  haqda  “qrammatik  formalar” 
başlığı altında ətraflı danışılacaqdır.
§ 3. Qrammatik formalar
F.Sössürün təbiri  ilə  desək,  diaxron və  sinxron  linqvis- 
tikamn  bəzi  cəhətlərindən  danışan  L.V.Şerba  qeyd  edir  ki, 
“sinxron  linqvistikamn  rolunun  yetərincə  qiymətləndirilmə- 
məsinin  səbəbi  nitq  fəaliyyətində  qrammatikanın  roluna  o 
qədər  də  əhəmiyyət verilməməsidir.  Bəzi  tədqiqatçıların təs­
viri  qrammatikanı  qeyri-elmi  fəaliyyət  hesab  etməsi,  ən  azı 
ədalətsizlikdir:  “nitq” faktları əsasında ümumi olanı, yəni,“dil 
sistemini”  müəyyənləşdirmək,  əslində,  təklərin  üm um iləşdi­
rilməsi prosesidir ki, mahiyyət etibarı  ilə bütün elmlər hər za­
man buna cəhd edir”1. Bu günə qədər Azərbaycan və türk dil­
lərinin həm leksikası*
 2 həm morfologiyası3, həm də sintaksisi4 
çox  detallı  şəkildə  tədqiqatlara  çəlb  olunmuş,  istər  diaxron5, 
istərsə də sinxor aspektdə6 dəyərli əsərlər yazılmışdır.
Tədqiqatın bu hissəsi  sadəcə türk dillərində  deyil, ümu­
miyyətlə dilçilik elmində qrammatik formaların psixolinqvis- 
tik  və  ya  linqvpsixoloji  analizinə  ilk  cəhddir.  Burada  nümu­
nələr  Azərbaycan  və  ya  türk  dilindən  verilsə  də,  əslində  bu 
tədqiqatın  nəticələrindən  sadəcə  türk  dillərinin  deyil,  üm u­
miyyətlə  bütün  aqlütinativ  dillərin  eyni  istiqamət  üzrə  tədqi­
May U В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopsixoloji modeli
'Щ срба Л.В. Языковая система и речевая деятельносгь.Ленинград. Наука,  1974, s 49.
2Həsənov H.Milasir Azərbaycan dilinin leksikası.Bakı“Bakı Universiteti”, 2000,334 s,
’Xəlilov B.Müasir Azərbaycan dilinin morfologiyasi.il  hissə, Bakı., 2003, 340 s.
4  Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis.  Bakı, 2000,496 s.
5 Besim Atalay. Türkçe’de kelime yapma yolları.  İstanbul,  1956,342 s.
6 Ergin Muharrem. Türk Dilbilgisi, İstanbul,  1958,462 s.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  74
qində istifadə oluna bilər.
Qrammatik  formaların  linqvopsixoloji  analizi  zamanı 
onların  ilkin  və  ikinci  yaranma  mexanizmləri,  əsas  və  ikinci 
dərəcəli  obrazlar  sistemi,  birinci  və  ikinci  intellekt  obrazları 
arasındakı  münasibətlər nəzərə  alınacaqdır.  Obyektiv  aləmdə 
mövcud  olan  gerçəklik  elementinin  dərk  olunması  nəticəsin­
də  yaranan  birinci  intellekt  obrazı,  onun  dildə  əksi  ilə  yara­
nan dil struktur vahidi və dil struktur vahidinin dərk olunması 
nəticəsində  yaranan  ikinci  intellekt  obrazı  dərketmə  aktları 
ardıcıllığı  ilə  izlənəcək,  qrammatik  formaların  hər  iki  intel­
lekt obrazının həm ənənəvi, həm də əks ardıcıllıqla mənimsə­
nilməsi qaydası nəzərdən keçiriləcəkdir.
Qrammatik form aların yaranması.  Tədqiq  olunan  dil­
lərdə  qrammatik  formaların  yaranması  və  mənimsənilməsi 
əks  ardıcıllıqla cərəyan edən ikinci mənimsəmə üsulu əsasın­
da  izah  və  şərh  olunacağına  görə,  burada  qrammatik  forma­
ların ikinci intellekt obrazının, növbəti, “Qrammatik formala­
rın mənimsənilməsi” adlı paraqrafda isə,  onlarm birinci  intel­
lekt  obrazının  yaranma  mexanizmi,  mahiyyəti  və  strukturu 
şərh olunacaqdır.
Müəyyən qrammatik məna yaratmaq məqsədilə konkret 
qrammatik  şəkilçilərlə  işlənən  söz  qəlibləri  (leksik  fo rm a l 
konkret qrammatik şəkilçi)  də  bütün  digər dil  struktur vahid­
ləri  kimi  nitq  ehtiyacından  yaranmış,  müstəqil  gerçəklik  ele­
menti  kimi  dərk  olunaraq  yaddaşımıza  həkk  olunmuşdur. 
Amma  bununla belə,  qrammatik  formaların  yaranması  leksik 
və  leksik-qrammatik formaların yaranması qədər qısa və asan 
yolla baş verməmişdir.
M üxtəlif sistemli  dillər,  eləcə  də  türk  dilləri  üzrə  aparı­
lan  müşahidə  və  araşdırmalar  dilin  istənilən  səviyyəsinə  aid
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  75


olan  struktur vahidlərinin bütün dillərdə eyni prinsip və üsul­
larla yarandığııu  söyləməyə əsas verir.
Dilin  ilkin  qolunu  təşkil  edən  şifahi  nitqin  leksik,  lek­
sik-qrammatik,  qrammatik  formalar  ardıcıllığı  ilə  yaranması 
və təkamül  etməsi fikri,  demək olar ki,  bütün tədqiqatçılar tə­
rəfindən  qəbul  olunur.  Belə  ki,  diaxron aspektdə  aparılan  ək­
sər  tədqiqatlar  və  məntiqi  araşdırmalar  ilkin  dil  struktur  va­
hidlərinin leksik formalardan ibarət olduğunu göstərir.
Mövcud  tədqiqatların  gerçəkliyi  şübhə  altına  alınsa  be­
lə,  yalnız  düzgün  məntiqə  əsaslanmaqla  dil  və  ya  nitqin  ilk 
əvvəl  leksik formalardan ibarət olduğunu söyləmək mümkün­
dür.  Yəni,  ulu əcdadlarımızın nitqinin  ilkin variantının yalnız 
leksik  vahidlərdən  ibarət  olması  fikri  heç  bir  şübhə  doğur­
mur.  Çox  güman ki,  dilin yenicə təşəkkül  tapdığı  zamanlarda 
qəbilə  başçısı  və  ya baş  ovçu  ov planım  öz  qəbiləsindən olan 
digər ovçulara belə  izah  etmişdir: “Mən heyvan  qov.  Sən hey­
van  ox  vur.  Sən  heyvan  daş  vur.  Sən  heyvan  tut...  ”.  Bu  nitq 
söyləmlərində  sadəcə  ovçuların  rol  bölgüsü  verilmiş,  on­
lardan hər birinin konkret funksiyası qeyd olunmuşdur.
Əslində  bu tip  nümunələrin qədim  yazılı  mənbə və  abi­
dələrdən  götürülməsi  daha  düzgün,  məntiqi  və  inandırıcı 
olardı.  Heç  bir abidə və  mənbəyə istinad etmədən  şərti olaraq 
bu nümunələri  verməyimizin  iki  əsas səbəbi vardır.
Birinci  və  ən  başlıca  səbəb  odur ki,  eyni  məzmunu  və 
ya  fikri  əks  etdirməklə  bu  üç  ardıcıl  mərhələni  tam  şəkildə 
əks  etdirən  yazılı  mənbələr  mövcud  deyil  və  ya  ən  azı  bizə 
məlum  deyil.  Müxtəlif məzmunlu  mətnlər  üzrə  bu  mülahizə­
nin  şərhi  isə  fikrin  yayınmasına,  məntiqi  sıranın pozulmasına 
səbəb  ola  bilər.  İkinci  səbəb  isə  odur  ki,  sırf leksik  formalar­
dan  ibarət  nitq  söyləmlərinin  yaranma  dövrü,  əsasən  yazıya-
Mayıl В.  ƏSGƏRÖ V.Söz və formaların yaranma və mənimsənilmə
... 
mexanizminin linqvopsixoloji modeli
 
_____
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  76
qədərki  dövrdür və onların yazılı mənbələrdə mövcud olması 
az inandırıcı görünür.
Əlbəttə  ki,  ilkin nitqin məhz bu sözlərdən ibarət olduğu 
və  ya  bu  ardıcıllıqla  söyləndiyi  qəti  şəkildə  iddia  oluna  bil­
məz.  Böyük  ehtimalla bu  cür  izahat  prosesində  güclü  şəkildə 
mimika,  əl  qol  hərəkəti,  səs  və  hərəkət  təqlidindən  istifadə 
olunmuşdur.
Şübhəsiz ki, yaranan ilkin nitqdə məhz bu sözlər işlənil­
məmiş,  çox  güman  ki,  mən,  sən,  o  əvəzliyinin  hen.  min,  sen, 
sin,  ol kimi  ,  heyvan,  ox,  daş  isimlərimn amba,  ok,  taş kimi  , 
qov,  vur,  tut  fellərinin  qo,  ur,  dut  kimi3  daha  qədim  variant­
larından  istifadə  olunmuşdur.  Amma  bununla  belə,  istənilən 
halda,  nümunə  kimi  verilmiş  nitqin  anlaşılması  mümkündür 
və  türk  toplumunun  inkişafının  müəyyən  bir  dövründə  onun 
nitqi  məhz  bu  tip  cümlələrlə,  daha  doğrusu  söz  qrupları  ilə 
ifadə olunmuşdur.
Toplumun  inkişafının  müəyyən  mərhələsində  (məsələn, 
bir-neçə  əsr  və  ya  min  il  sonra)  onun  nitqi  yalnız  leksik  va­
hidlərdən  ibarət  olmamış  bu  nitqdə  dolğunluq  yaratmaq,  ifa­
də  dəqiqliyinə  nail  olmaq  üçün  polifunksional  leksik-qram­
matik  formalardan  da  istifadə  olunmuş,  yuxarıda  verdiyimiz 
nümunə  təxminən  bu  şəklə  düşmüşdür: “Mən  heyvan  qov dur 
mən.  Sən heyvan  ox  vur dur sən.  Sən heyvan daş  vur dur sən. 
Sən heyvan tut dur sən ”.
Toplumun  inkişafının  daha  sonrakı  mərhələlərində  isə 
onun  nitqində  leksik  və  leksik-qrammatik  formalarla  yanaşı 1
 2
 3
AMEA  Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
1 Rzasoy  S. Oğuz mifinin paradiqmaları.  Baki.  “Səda”,  2004, 200 s.
2  Насилов  Д.М.  Структур3  времен  индикатива  в  древнеуйгурском 
языке (по памятникам  уйгурского языка).  АКД, Москва,  1963, 21с.
3 Rəcəbli  Ə. Göytürk dilinin  leksikası.  Bakı. “Nurlan", 2004.__________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  77


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə