Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə18/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

İndi  isə  qaçan,  qabaqdakı  tipində  okkazional  ism i  əla­
mət  formalarını  dərketmə  və  təfəkkür prosesləri  baxım ından 
nəzərdən  keçirək.  Göründüyü  kimi,  dildə  okkazional  şəkildə 
yaranan  qaçan,  qabaqdakı  tipində  söz  formaları  və  ya  dil 
struktur  vahidləri  mövcuddur.  Deməli,  gerçəklik  elem enti 
olan dil  struktur vahidləri varsa,  onlara ekvivalent olan  ikinci 
intellekt obrazları da mövcuddur.  Buradan belə bir sual  yara- 
nır:dil  struktur  vahidi  və  ona  ekvivalent  şəkildə  ikinci  intel­
lekt obrazı  olan bu sözlərin,  yəni,  ikinci  təqdimat nəticəsində 
meydana çıxan epizodik xarakterli  okkazional  form aların  bi­
rinci  intellekt  obrazı  da  varmı?  Əgər  varsa,  nə  üçün  onlar 
müstəqil  söz,  yəni,  ikinci  tip  leksik  forma  deyil?  Yox,  əgər 
birinci  intellekt  obrazı  yoxdursa,  onlar  necə  dərk  olunm uş­
dur?  Əvvəldə də qeyd etdiyimiz kimi,  dildə mövcud olan b ü ­
tün  formaların,  o cümlədən okkazional  formaların,  birinci  in ­
tellekt obrazı, əlbəttə ki, vardır.  Çünki, yalnız o gerçəklik ele­
menti  ilə  bağlı  informasiya  vermək  və  ya  almaq  ehtiyacı  ya­
rana  bilər  ki,  həmin  gerçəklik  elementi  ya  əvvəlcədən  dərk 
olunmuş olsun, ya da birbaşa  informasiya mübadiləsi anında 
dərk  edilsin1.  Gerçəklik elementi  isə  o  vaxt dərk  olunmış  h e­
sab edilir ki, beyin aparatı vasitəsilə onun birinci intellekt ob ­
razı  yaradılmış  və  yaddaşda  qeyd  edilmiş  olsun1
 2.  İlkin  va­
riantda ad və ya fel kimi  dərk olunmuş gerçəklik elementləri­
nin  birinci  intellekt  obrazı  müvəqqəti  olaraq  okkazional  for­
maların  birinci  intellekt  obrazı  funksiyasını  yerinə  yetirir.
M ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
____________________
mexanizminin linqvopsixoloji modeli
__________
1  Əsgərov M.B.Dil  və dərketmədə qarşılıqlı əksolunmalar. 
Elmi axtarış­
lar,
 
AMEA  Folklor  institutunun  elmi  toplusu,  XXV  buraxılış,  Bakı, 
“Səda”, 2006, s.  111-115..
2Əsgərov  M.B.  Dərketmənin  mexanizmi. 
“Tədqiqlər”,
 
AMEA  Dilçilik 
İnstitutu, Bakı, “Elm”, 2006, N 4, s. 44-59.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  70
Yəni,  qaçan tipində  okkazional formanın birinci  intellekt ob­
razı  qaçmaq  hərəkətinin  ismi  əlamət  şəklində  təqdim  olun­
muş  birinci  intellekt  obrazıdır.  Bu  halda qaçmaq  hərəkətinin 
birinci  intellekt obrazı  ağıllı,  qoçaq,  tənbəl,  uzun,  qısa sözlə­
rinin birinci  intellekt obrazları ilə eyni  sıraya qoyulur.  Amma 
müvəqqəti  nitq  ehtiyacı  ödəndikdən  sonra  qaçmaq  hərəkəti­
nin  birinci  intellekt  obrazı  bu  sıranı  tərk  edir,  yəni,  yalnız 
özünün əvvəlki hərəkət obrazına ekvivalent olaraq qalır.
Eyni  qayda  ilə  qabaqdakı  tipində  okkazional  formanın 
birinci intellekt obrazı qabaq adının ismi əlamət şəklində təq­
dim  olunmuş birinci  intellekt  obrazıdır.  Bu halda  qabaq  adı­
nın  birinci  intellekt  obrazı  ağıllı,  qoçaq,  tənbəl,  uzun,  qısa 
sözlərinin  birinci  intellekt  obrazları  ilə  eyni  sıraya  qoyulur. 
Müvəqqəti  nitq  ehtiyacı  ödəndikdən  sonra  qabaq  adının  bi­
rinci  intellekt  obrazı  bu  sıram  tərk  edir,  yəni,  yalnız  özünün 
əvvəlki  intellekt  obrazı  mahiyyətində  qalır.  Deməli,  okkazio­
nal  formaların,  tam  müstəqil  mahiyyət  daşımasa  belə,  istəni­
lən  halda  birinci  intellekt  obrazı  mövcud  olur,  yəni,  müvəq­
qəti  olaraq  bu  funksiyanı  onların əmələ  gəldiyi  leksik forma­
ların  intellekt obrazı yerinə yetirir.  Bu cəhəti təsdiq edən  əsas 
amil  həmin  okkazional  formaların  bəzən  leksikləşməsidir, 
məsələn,
Ağacdələn -  quş adı kimi,
Danaqıran -  bitki adı kimi.
Başqa bir nümunəyə baxaq:
Qacar:  - Xoşbəxt xəlq eyləmiş səni Yaradan!
Vaqif:  - Dünyada qalacaq, yalnız yaradan!
Burada  birinci  misrada  “ Yaradan”  sözü  Allahın  müba­
rək adlarından biri kimi  işlədilmiş, Allah gerçəkliyinin birinci 
intellekt obrazı ilə eyni koda birləşmişdir.
AMEA Nəsimi adma Dilçilik institutunun tiirk dilləri şöbəsi
Türk dillərinin tarixi-milqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  71


İkinci  misradakı  “yaradan”  sözü isə  bir  şeyi  icad  edən, 
tikən,  quran,  formalaşdıran qeyri-müəyyən bir şəxs,  yəni,  ok- 
kazional  olaraq  fəaliyyəti  əsasında xarakterizə  olunan mücər­
rəd  şəxs  mənasında  işlədilmişdir.  Belə  leksikləşmənin  baş 
verməsinin  əsas  səbəbi  həmin  formanın  ekvivalent  olduğu 
ikinci  intellekt obrazının eyni  kod daxilində  müstəqil  gerçək­
lik elementinə  ekvivalent  olan  birinci  intellekt  obrazı  ilə  bir­
ləşməsidir.
M üxtəlif  leksik,  qrammatik  fərqləndirmə,  vurğulama 
üsulları  ilə  yanaşı,  mücərrədləşdirmədən  istifadə  də  dilin  ok- 
kazional  ehtiyaçlarjndan  doğur.  Okkazional  ehtiyac  dedikdə 
nitq  prosesində, iconkret  kontekst  daxilində  və  məhz  bu  kon­
tekstdə  işlətmək məqsədi  ilə hər  hansı  bir məna  çalarına m a­
lik  formanın  yaradılması  nəzərdə  tutulur.  Okkazional  forma­
nın əsas əlaməti onun amorfluğunda,  leksik və qrammatik ka­
teqoriyalar arasında keçid mərhələsində olmasındadır.
Belə  ki,  bu  formalar  nə  tam  qrammatik  kateqoriyalar 
kimi  leksik vahidlər arasındakı əlaqə  və münasibətləri  əks et­
dirir,  nə  də  leksik  kateqoriyalar  kimi  yeni  müstəqil  leksik 
vahidlər  yaradır.  Okkazional  formaların  yaranma  şəkli 
qrammatik  kateqoriyalara,  yaratdıqları  məna  çaları  isə  leksik 
kateqoriyalara  bənzəyir.  Amma  əslində  bu  formalar  keçici, 
müvəqqəti,  bir dəfəlik ehtiyacın  ödənməsinə xidmət etdiyinə, 
poliftınksionallığına  və  məna  dəyişkənliyi  yaratdığına  görə 
onları  leksik  yox,  qrammatik  kateqoriyalar  qrupuna  daxil 
etmək lazımdır1.
M  ayıl В.  ƏSGƏfiOV.Söz və formaların yaranma və mənimsənilmə
________________ ' 
mexanizminin linqvopsixoloji modeli
__________
'Daha  ətraflı  Ьах:Гузев  В.Г.Система  тюркских  словоизменительных 
категорий в фукционально-семантическом аспекте.Диссертация  на 
соискание  ученой  степени  доктора  филологических  наук. 
Ленинград, 1986,  с.  56-64,
Qıpçaq qrupu tilrk dillərinin leksikası, səhifə  72
Deyilənlərə  əsaslanaraq  belə  nəticəyə  gəlmək  olar  ki, 
türk  dillərində  adlara  və  fellərə  müəyyən  şəkilçilərin  artırıl­
ması  ilə  düzələn  okkazional  formalar  ilkin  variantda  əşya, 
əlamət  və  hərəkət  məzmununa malik  olan  sözləri  ikinci  dəfə 
mücərrəd  əşya,  ismi  və  feli  əlamət  və  s.  kimi  təqdim  edir. 
Həm adlarda, həm də fellərdə müşahidə olunan bu formaların 
məcmusunu müvəqqəti nitq ehtiyaclarını ödəmək məqsədi  ilə 
okkazional  şəkildə  yaranmış  leksik-qrammatik  formalar kimi 
ikinci  təqdimat  kateqoriyaları  ümumi  başlığı  altında  birləş­
dirmək mümkündür.
Türk dillərində həm adlarda, həm  də fellərdə  ikinci  təq­
dimat kateqoriyalarının mövcudluğu bu araşdırmanın müəllifi 
tərəfindən Türk və Azərbaycan dilləri materialları ilə əsaslan­
dırılmış  və  funksional-semantik  cəhətdən  ətraflı  şəkildə  şərh 
edilmişdir1.  Həmin  formaların  psixolinqviştik  qəhətdən ümu­
mi  analizinin  nəticələri  də  funksional-semantik araşdırmanın 
nəticələrinin  düzgünlüyünü  bir  daha  təsdiq  etdiyinə  və  qeyd 
olunan  əsərdə  kifayət  qədər  faktiki  dil  nümunəsi  verildiyinə 
görə,  burada  nümunələr  gətirməklə  nəzəri  şəkildə  söylənmiş 
fikirləri  yenidən əsaslandırmağa ehtiyac duymuruq.
Sadəcə  onu  qeyd  etmək  istəyirik  ki,  leksik-qrammatik 
formalar quruluş etibarı  ilə qrammatik  formalara və müəyyən 
qədər ikinci  tip  leksik formalara (əslində  ikinci  tip leksik  for­
maların  özü  də  qrammatik  formalara)  bənzəyir.  Yəni,  bu  for­
malar  leksik  forma+  konkret  leksik-qrammatik  şəkilçi  qəlibi 
əsasında yaranır.  Amma bu  formalar leksik formalardan  fərq­
li  olaraq  tam  müstəqil  birinci  intellekt  obrazına  malik  deyil. 
Onların  ikinci  intellekt  obrazı  isə  eynilə  qrammatik  formala-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli lekslkologiyası məsələləri, III cild, Bakı, 2012
'Ə sgnrov  M .B .Türk  dillorimfo  zam an  form aları,  adverbial  fe!  form aları  va  onlar 
arasında  funksional-sem antik  alaqolor.B akı,2003,11  n aşr,s.65-76________________
Qıpçaq qrupu türk  dillərinin  leksikası,  səh ifə  73


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə