Azərbaycan məktəbi



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   2   3   4   5   6   7   8   9   ...   20
elmi seminar-meqalə

Piralı Əliyev
72
Azərbaycan məktəbi. 2021. №1


3. Şagirdlərin yaradıcı düşüncəni forma-
laşdırmaq üçün bildiklərindən daha çətin bir
çalışma ilə qarşılaşdırılması;
4. Misalların və xüsusi keyslərin üzərində
işlədilməsi;
5. Öyrənənlərin motivasiya qabiliyyətinə üstün-
lük verilməsi;
6. Davamlı qiymətləndirmə aparmaqla şa-
girdlərin öyrənmə prosesində dəstəklənməsi.
Bu sahədə aparılan tədqiqatlarda XXI əsrin
səriştələri və təhsil müəssisəsində aşılanan
bacarıqlar arasında müəyyən əlaqələr olsa da, bu
kompetensiyaların formalaşdığını ölçmək üçün
xüsusi normaların mövcud olmaması araşdır-
maların daha yüksək səviyyədə aparılmasını
əngəlləyən faktordur.
Bəzi tədqiqatlarda (Charles, Campbell, Kresy-
man, 2015) işəgötürənin təhsilalandan gözlədiyi
dörd əsas səriştə: insanlararası ünsiyyət, tənqidi
düşüncə, informasiya savadlılığı və savadlı yazı
araşdırılır. Hökumət və işəgötürən bütün akademik
səviyyələrdə islahatların aparılmasını zəruri sayır,
xüsusilə də XXI əsrin işəgötürənləri ehtiyacları
və universitetlərin nəticələri arasında ən böyük
uyğunsuzluq olduğunu göstərirlər (Daggett, 2005).
Ali təhsil müəssisələri cəmiyyətin məhsuldar
üzvləri olmaq üçün zəruri olan müasir bacarıqları
ilə məzunların hazırlanmasında müvafiq yerli,
dövlət və milli biznes icmaları qarşısında sosial
və iqtisadi məsuliyyət daşıyır (Lehmann, 2009). 
Təhsilalanın gələcəkdə işlədiyi sahədə yük-
səlməsi və mütəxəssis kimi tanınması üçün ali
təhsil müəssisəsi ona XXI əsrin səriştələrini
aşılamalıdır (Correll, 2001). Müasir işəgötürənlərin
tələbələrdə görmək istədiyi xüsusi bacarıqlar il
ərzində inkişaf etdirilməlidir [Magnuson & Starr,
2000]. Ali təhsil müəssisələri, ən azı məzunların
gələcək uğur göstəricilərinə görə məsuliyyət
daşıyır, çünki tələbələrdə XXI əsrin əmək bazarı
və tələbəlik illərində karyera məqsədləri haqqında
təsəvvürlər formalaşdırılmalıdır (Magnuson &
Starr, 2000). Ali təhsil sistemi məşğulluğun
reallıqlarına, biznes problemlərinə və ehtiyaclarına
uyğunlaşdırılmayan model (Bookman, 2010)
çərçivəsində fəaliyyət göstərir.
Araşdırmalara görə, müasir işəgötürənlər işə
daxil olan məzunlarda tənqidi düşüncə və prob-
lemin həlli, informasiya savadlılığı, kommunikasiya
və əməkdaşlıq, eləcə də yaradıcılıq və innovasiya
bacarıqları kimi keyfiyyətlər axtarırlar (Trilling
& Fadel, 2012). Bu bacarıqlardan dördü işə-
götürənlər tərəfindən yüksək tələb kimi müəyyən
edilmişdir: şəxsiyyətlərarası ünsiyyət, tənqidi
düşüncə, informasiya savadlılığı və savadlı yazı
(Trilling & Fadel, 2012).
Tənqidi düşüncə mənalı elementləri əhəmiy-
yətsiz məlumatlardan fərqləndirmək üçün bir
yoldur (Browne, Keeley, 1986). Tənqidi düşüncəli
məzun fərziyyələri müəyyənləşdirir, dəyərləri
aşkar edir, sübutları qiymətləndirir, səhvləri tapır,
problemi araşdırır, müvafiq suallar verir, effektli
həll yolları yaradır, fəaliyyəti əsaslandırır və
nəticəyönlü qərar verir (Petress, 2004). Tələbələr
tənqidi təfəkkürə sahib olmaq istəyirlərsə, onlara
müxtəlif fikirləri ifadə etmək və müstəqil işləmək
imkanı verilməlidir.
İnsanlararası ünsiyyət düşüncələrə, duyğulara,
davranışlara və əlaqələrə təsir göstərən iki və ya
daha çox fərd arasında əməkdaşlıq formasıdır
(Cornack, 2010). Effektli ünsiyyət bacarıqlarından
istifadə edən insanlar yalnız ailənin, dostların,
işin və romantik əlaqələrin növləri haqqında
məlumat vermirlər, həm də dinləmə, mədəni
həssaslıq, emosional kəşf və insan birliklərinin
bütün növlərində münaqişələrin idarə edilməsi
üslublarını tətbiq edə bilirlər (DeVito, 2009).
XXI əsrin kompetensiyaları Avstraliya, Kanada,
Finlandiya, Belçika, İrlandiya, İtalya, Norveç, Yeni
Zellandiya kimi ölkələrin təhsil proqramlarında
yer almaqdadır. Azərbaycanda isə 2008-ci ildən
ümumtəhsil məktəblərində tətbiq olunan fənn
kurikulumlarında bu məsələyə diqqət yetirilmişdir.
Şəxsiyyətyönlü təhsildə tənqidi və yaradıcı
düşünmə, tədqiqetmə, problemi həlletmə,
qərarvermə, təlim texnologiyalarından istifadə
bacarıqları mühüm yer tutur.

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə