Azərbaycan məktəbi


Azərbaycanın qlobal rəqabətlilikdə yeri



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   2   3   4   5   6   7   8   9   ...   20
elmi seminar-meqalə

Azərbaycanın qlobal rəqabətlilikdə yeri
Azərbaycan dövlətinin kompetensiyaların
formalaşdırılması üzrə apardığı sistemli iş öz
bəhrəsini verir. Bunu Qlobal Rəqabətlilik
Hesabatında Azərbaycan dövlətinin 140 ölkə
arasında 69-cu yerdə olması da təsdiq edir.
Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər
73
http://as-journal.edu.az


Ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə
yaxşılaşıb. Təhsilin kəmiyyət və keyfiyyət
parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi
üzrə ölkəmiz 54-cü, “rəqəmsal bacarıqlar” üzrə
15-ci, “tədrisdə tənqidi düşüncə” üzrə 27-ci,
“bacarıqlı işçilər tapmaq asanlığı” üzrə 31-ci,
“məzunların bacarıqları” üzrə 32-ci, ibtidai təh-
sildə “müəllim-şagird nisbəti” üzrə 48-ci yerdədir
və s.
Azərbaycan Respublikasının da tərəfdaş olduğu
Boloniya prosesinin Avropa ölkələrinin ali
məktəbləri üçün tövsiyə etdiyi “Ümumavropa
təhsilinin məzmunu proqramı”nın bir yerdə
tərtibi korrektə olunmağı tələb edir. Belə ki,
Avropa Komissiyasının təhsil ekspertləri tərəfindən
(Brüssel, 2006) universitetlərin assosiativ
müzakirəsi nəticəsində Avro-Tyuninq (TUNİNG)
proqramının layihəsi hazırlanmış, təhsil sahəsində
inteqrasiyanın tezləşdirilməsi və sadələşdirilməsi
təklif edilmişdir. Bu layihədə ali təhsilin üç
səviyyəsində (bakalavriat, magistratura, doktoran-
tura) aşağıdakı kvalifikasiya irəli sürülmüşdür:
• 
tələbə elmin əsaslarını, biliyin həcmini çox
zəhmət tələb etmədən yerinə yetirir (student
workload);
• 
profil (profile) sahəni müəyyənləşdirir,
buraxılışda təhsil aldığı səviyyə üzrə təhsil
proqramının tələblərinə cavab verir (learning
autcomes);
• 
təhsil səviyyələri üzrə proqramlarda verilmiş
mövcud profillərdəki təlim nəticələrini buraxı-
lışda (kompetensiyaları-competences) yazılı
cavablandırır.
TUNING “Ümumtəhsilin təkmilləşdirilmiş struk-
turu” layihəsində təhsil proqramlarının məqsədi
kimi müəyyənləşdirilmiş kompetensiyalarla
məzmunun aşılanması təsdiq olunmuşdur (Brüssel,
2006). Ümumavropa tendensiyasına görə təhsil
sistemində təlim üsullarının tətbiqində, məzmu-
nunda və qiymətləndirilməsində kompetensiyalı
yanaşma özünü göstərməlidir. Təhsildə kom-
petensiyalı yanaşma dedikdə, birinci növbədə,
fərdin, cəmiyyətin istəkləri nəzərə alınmaqla
insanın tanış olmadığı situasiyada problemləri
həll etməsi üçün koqnitiv səriştələr nəzərdə tu-
tulur.
Təlim nəticəsi olaraq xüsusi kompetensiyalar:
• 
nəticəyönlüdür, inteqrativdir;
• 
qeyri-standart vəziyyətdə məqsədə nail olur
(funksional savadlılıq elementi);
• 
informasiya və fəaliyyət formasını müəy-
yənləşdirir;
• 
fənlər üzrə inteqrasiyalıdır (ümumi fəaliyyətdə
kompetensiyanın, digər kompetensiyalı vəziyyətlə
inteqrasiya yolları);
• 
insanın daxili resurslar bazasını fəaliyyətə
tətbiq edir, təlimin nəticəyönlü olması üçün prosesi
kompetensiyanın formalaşmasına yönəldir;
• 
dərk edərək müəyyənləşdirir.
Kompetensiyalı yanaşma-təhsili məqsədyönlü
idarəetmə: təlim almaq, özünüreallaşdırma
(özünüinkişaf), özünüaktuallaşdırma, sosiallaşma
və şəxsi inkişafıdır.

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə