Azərbaycan məktəbi


Keywords:  Competence, skill, assessment, standard, labor function. To cite this article



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   2   3   4   5   6   7   8   9   ...   20
elmi seminar-meqalə

Keywords: 
Competence, skill, assessment, standard, labor function.
To cite this article: 
Aliyev P. (2021). Requirements for
structuring and assessing the
competencies of students.
Azerbaijan Journal of Educational
Studies.
Vol. 694, Issue I, pp. 69–84
Article history 
Received: 11.02.2021 
Accepted: 18.03.2021
ABSTRAcT


GİRİŞ 
Son dövrdə təhsil sahəsində əsaslı yeniliklər
həyata keçirilir, peşəkar fəaliyyət qarşısında fun-
damental vəzifələr qoyulur, təhsildə sosial-iqtisadi
kompetensiyalara (səriştələrə) xüsusi diqqət ye-
tirilir. Əsas məqsəd müasir təhsil işçilərinin
kompetensiyalarını yüksək səviyyəyə qaldırmaq,
onlarda əmək bazarının tələbatına uyğun sosial
və peşəkar mobillik bacarıqları formalaşdırmaqdır.
A.V.Beloserkovski qeyd edir ki, bütün ölkələr
aktual problem kimi təhsilin keyfiyyətinin yük-
səldilməsini, təlim nəticələrinin reallaşdırılmasını,
bilik və bacarıqların təcrübədə nəticəyönlü
olmasını, qeyri-standart tapşırığın həllində sosial
həyat problemlərinin peşəkar situasiyalara kömək
etməsini önə çəkirlər (Beloçerkovskiy, 2008).
Qloballaşma, elm və texnologiya sahəsində
sürətli dəyişmələr, əmək bazarının, yaxud
işəgötürənin tələbi, sosial və peşəkar mobillik
bacarıqlarının yüksək səviyyəyə qaldırılması bu
və ya digər cəhətdən ölkələrə təsir göstərir, onların
təhsil sistemində əsaslı islahatların həyata
keçirilməsini zəruri edir.
Beynəlxalq təcrübə 
Dünyanın qabaqcıl şirkətləri XXI əsrdə zəruri
olan bacarıq və səriştələri müəyyənləşdirmişlər:
TMA Communications Limited – 53; korporativ
informasiya sistemləri – 18, Davos İqtisadi Forumu
– 10 bacarıq; İB (Learner Profile) 10 profil, 12
yanaşma və 36 vərdiş (58 element) irəli sürmüşdür. 
Qloballaşma, dəyişən demoqrafik vəziyyət,
texnoloji innovasiyalar gələcəyin əsas aparıcı
qüvvəsi hesab olunur. 1996-cı ildə Avropa Şurası
“Avropa üçün açar kompetensiya” (“Key compe-
tencies for Europe”) tövsiyəsi; 2006-cı ildə Sinqapur
Texnologiya İnstitutu “VUCA dünyası üçün ömür-
boyu öyrənmə” (“Lifelong Learning for a VİCA
World”) reklamını (VUCE – Volatility (qeyri-sta-
billik), Uncertainty (qeyri-müəyyənlik), Complexity
(mürəkkəblik), Ambiguity (qeyri-adilik) (15-20
ildən sonra VUCA dünyası qeyri-stabil, qeyri-
müəyyən, mürəkkəb və qeyri-adi mühitdə
insanların uğurlu yaşamasını təmin etmək
məqsədilə qlobal təhsil məkanında bu günün
tələbələri üçün yeni təhsil modellərinin işlənib
hazırlanması üzrə əməli tədbirlər həyata keçirir);
2018-ci ildə ABŞ-ın Nyu – Hempşir Universitetinin
“VİCA dünyasında təhsil” (“Education in a VİCA
World”) təqdimatı və 2018-ci ildə Rusiya
Federasiyası “Ali İqtisad Məktəbi” Universitetinin
Təhsil İnstitutunun “Açar kompetensiyalar və yeni
savadlılıq: bəyənnamələrindən reallığa doğru”
(“Klyuçevıye kompetensii i novuyu qramotnost:
ot deklaraçii k realnosti”) məruzəsində “ayrı-ayrı
ixtisaslar üzrə bilik-bacarıqlar öz əhəmiyyətini
itirəcək və onların yerini XXI əsrin ümumi
kompetensiyaları: koqnitiv, sosial-emosional və
rəqəmsal kompetensiyalar tutacaq” fikri irəli
sürülmüşdür.
Təhsilin əsas məqsədlərindən biri, sistem-
ləşdirilmiş bilik, bacarıq və vərdişlərin
mənimsənilməsini və ixtisasın daim artırılmasını
təmin etmək, təhsilalanları ictimai həyata və
səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Bu
məsələ XXI əsrdə ən böyük və araşdırma aparılmalı
olan problemlərdən biridir (Trilling, Fadel, 2012).
İş dünyasında və ictimai həyatda uğur qazanmaq
üçün təhsil müəssisələrində təhsilalanlara “XXI
əsr bacarıqları”ndan olan problemi həll etmə,
tənqidi düşünmə, ünsiyyət, əməkdaşlıq və
özünüidarəetmənin aşılanması çox mühümdür
(Yefremov, 2010). Xüsusilə son illərdə bütün
sahələrdə baş verən yeniliklər təhsilalanlarda bu
kimi səriştələri inkişaf etdirməyə təşviq edir.
Tədris prosesini effektli şəkildə istiqamətləndirmək
üçün müəllim, ilk növbədə, təhsilalanları yaxşı
tanımalı və təlimi onların xüsusiyyətlərinə uyğun
olaraq planlaşdırmalıdır (Magnuson & Starr, 2000).
Müəllim XXI əsrin səriştələri ilə müqayisədə
özünün effektivliyinin hansı səviyyədə olduğunu
müəyyən etməli, onları müxtəlif dəyişikliklər
baxımından təkmilləşdirməlidir.
A.Kezarın apardığı tədqiqatda (Kezar, 2009)
XXI əsrin kompetensiyaları ilə bağlı çatışmazlıqları
müəyyənləşdirmək və müəllimin peşəkarlığını
inkişaf etdirmək vacib hesab olunur. Araşdırmada
müəllimin bütün həyatı boyu öyrənmə ənənələri
arasında əlaqə müxtəlif demoqrafik dəyişikliklərə
uyğun olaraq öyrənilir, çünki ümumi seçim
modellərindən müqayisə tipli seçim modeli
tədqiqat məqsədləri üçün uyğun hesab olunur. 

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə