Azərbaycan məktəbi


Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   2   3   4   5   6   7   8   9   ...   20
elmi seminar-meqalə

Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər
71
http://as-journal.edu.az


“Təhsil üçün XXI əsr kompetensiyaları” ifadəsi
ötən əsrin sonu, əsrimizin əvvəllərində lüğətimizə
daxil olub. Bu termin idraki, sosial, emosional və
şəxsi kompetensiyaları əhatə edir. Buraya tənqidi
düşüncə, problemi həlletmə, əməkdaşlıq, ünsiyyət,
motivasiyalı olmaq, öyrənməyi öyrətmək, İKT
savadı, yaradıcılıq, innovasiya, etik bacarıq və
dəyərlər daxildir (Xumorskoy, 2002). Bu kompe-
tensiyalarla bağlı müxtəlif çərçivələr müəyyən
edilmişdir. 1996-cı ildə YUNESKO-nun Təhsil üzrə
Beynəlxalq Komitəsi tərəfindən XXI əsr üçün kom-
petensiyalar çərçivəsi hazırlanmış və 4 prinsip
üzrə sistemləşdirilmişdir: bilmək üçün öyrənmə;
etmək üçün öyrənmə; olmaq üçün öyrənmə; birgə
fəaliyyət üçün öyrənmə. Beləliklə, çərçivə
sənədində 4 əsas sahə əhatə olunmuşdur: bilik,
anlama, həyat və fəaliyyət üçün kompetensiyalar.
Harvard Universitetində isə “Dəyişən liderlik”
qrupu tərəfindən digər kompetensiyalar sistemi
hazırlanmışdır. Vaqner göstərir ki, aparılan
sorğunun nəticəsində öyrənənlər XXI əsrdə həyata,
iş yerinə və vətəndaşlığa hazır olmaq üçün qurtuluş
imkanı verən yeddi əsas kompetensiyanı
vurğulamışlar: tənqidi düşüncə və problemin
həlli; əməkdaşlıq və liderlik; çeviklik və adaptasiya;
təşəbbüskarlıq və sahibkarlıq; effektli şifahi və
yazılı nitq; informasiya əldə etmə və təhlil etmə;
maraq və təsəvvür (Wagner, 2008).
Tədqiqatçılar (Çuçalin, 2008; Qure, 1999;
Spenser & Spenser, 2005; Latham & Gross, 2013;
Zimnyaya, 2003) araşdırmalarında və tədris
vəsaitlərində fərdiləşmə, əməkdaşlıq, ünsiyyət,
qeyri-rəsmi təlim və məhsuldarlığı XXI əsr
kompetensiyalarının əsas elementləri hesab edərək,
onları gələcək təhsilin açarı adlandırırlar. XXI əsr
Beynəlxalq Təhsil Komitəsi (1996) və başqa
tədqiqatçılar da (Gardner & Barefoot, 2011) XXI
əsr kompetensiyalarını və əsas vərdişlərini
öyrənmiş və müxtəlif şəkildə qruplaşdırmışdır.
BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən
2011-ci ildə təsdiq olunmuş İnkişaf Proqramının
məqsədi dayanıqlı insan inkişafında nailiyyətlərin
əldə olunması üçün ölkə bacarıqlarını güclən-
dirməkdir. Konseptual Çərçivə sənədi (UNECE
modeli) araşdırılan problem baxımından
diqqətəlayiqdir. Çərçivə sənədi hazırlanarkən
Delor sistemi rəhbər tutulmuşdur. Çərçivə
sənədində dörd mərhələnin (bilmək üçün öyrənmə;
etmək üçün öyrənmə; olmaq üçün öyrənmə; birgə
fəaliyyətdə olmaq üçün öyrənmə) hər biri üzrə
üç səviyyədə kompetensiyalar müəyyən edilmişdir
(holistic yanaşma: inteqrativ düşünmə və təcrübə;
dəyişikliyi göz önündə canlandırma: dünən, bu
gün və gələcək; dəyişikliyə nail olma: insanlar,
pedaqogika və təhsil sistemində). YUNESKO-nun
dəstəyi ilə (Magnuson & Starr, 2000) təhsil
sistemində kurikulumların təhlilinə dair aparılan
son araşdırmalarda da Delor çərçivəsindən
faydalanılmışdır. Həmin sənəddə kompetensiyaların
çoxaspektliliyi diqqəti cəlb edir: emosional
səriştələr, intellektual səriştələr, sosial səriştələr,
texnoloji səriştələr və gündəlik həyati səriştələr.
Bu gün təhsilin bütün pillə və səviyyələrində
təlimin nəticəsi olaraq məzunlardan problemi
həll etmə, tənqidi düşünmə və komanda şəklində
işləmə səriştələrinin inkişaf etdirilməsi gözlənilir.
“XXI əsrin kompetensiyaları” mövzusunda
çoxlu təriflər mövcud olsa da, anlayış olaraq elmi
və pedaqoji yöndən tam təhlil edilməsə də,
ədəbiyyatlarda, əsasən, üç sahə ön plana çəkilir:
1. İdraki bacarıq;
2. Fərdi bacarıq;
3. Şəxslərarası əməkdaşlıq bacarığı.
İdraki bacarıqlar sahəsində aparılan müxtəlif
tədqiqatlar göstərir ki, təhsilalanların təhsil
müəssisəsində yiyələndiyi bacarıqları real həyatda
tətbiq etməsi az hallarda mümkün olur. Təhsil
müəssisəsində qazanılan bacarıqlar məktəb
məzunlarının müxtəlif karyera sahələrində olan
səriştələrinə böyük təsir göstərsə də, həyatda
bunun əksi də mövcuddur. Belə ki, sənaye şirkətləri
və ya dövlətin digər strukturlarının təhsildən
gözləntiləri hələ də özünü doğrultmur.
Təhsilalanlar biliyi niyə öyrəndiyini, necə
öyrəndiyini və onu nəyə tətbiq etməsinin gərək-
liyini özündə ehtiva edən təhsil modelinin
yaradılması üçün aşağıdakı tipdə tapşırıqların
həll edilməsi mütləqdir:
1. Məlumatı müxtəlif yöndən izah edən diaq-
ramlar, şəkillər, planlar və riyazi məlumatlardan
istifadə edilməsi;
2. Sorğu-sual etmə, incələmə və izahetmə qabi-
liyyətinin inkişafı;

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə