Dərs sistemiNİn tariXİ



Yüklə 15,65 Kb.
tarix09.04.2022
ölçüsü15,65 Kb.
#85231
növüDərs
SİNİF DƏRS SİSTEMİNİN TARİXİ


SİNİF DƏRS SİSTEMİNİN TARİXİ

Uzun illər mütəfəkkirlər insanları oxumağa, təhsil almağa, dünyanı öyrənməyə, bir sözlə elmə yiyələnməyə səsləmişdir. Buna görə də hər bir şəxs təhsil almaqla, müşahidə etməklə və səyahətlə ağlını dərinləşdirir. Həyat təcrübəsi ilə davranışda, münasibətdə tələbat və ehtiyaclarının ödənilməsində təhsildən istifadə edir. Yalnız ağıllılığı təmin edən öyrənmə, təhsil və bilik faydalıdır. Çünki elm, təhsil şəxsiyyətin kamilliyini təmin edən bir vasitədir.

İlk müsəlman məktəbləri evlərdə, məscidlərdə və suffələrdə təşkil olunurdu. Suffə İslamın ilk kollektiv oxuyub, yazma yeri hesab edilirdi. Quranı tədris etmək, oxumaq və yazmaq sənətini öyrətmək məqsədi ilə Suffəyə bir çox bilikli adamlar, tədrislə məşğul olanlar cəlb olunmuşdur. Məhəmməd Peyğəmbər (s.ə.s.) onları "Əshabi Suffə" (yəni məscidin kölgəliyinə toplaşan dostlar) adlandırırdı. Suffədə oxuyanlar əsasən kasıb və yoxsul adamlar idilər. Suffədə qadına da xüsusi yer ayrılırdı. Məhəmməd Peyğəmbər (s.ə.s.) "Elm qadın, kişi hər müsəlmana fərzdir", - deyərkən kişi ilə qadını bərabər tuturdu. Buna görə də suffədə həftədə bir dəfə qadınlar üçün də dərs keçilirdi. Suffə sonrakı dövrlərdə Avropa məktəblərində tətbiq olunan və bu gün Y.A.Komenskinin adı ilə bağlanan sinif-dərs sistemi üçün model oldu. Uşaqlar təhsil almaqla yanaşı, burada yaşayır və özlərini maddi cəhətdən təmin etmək üçün işləyirdilər. IX əsrin əvvəlindən ərəb ədəbiyyatında ərəblərin ibtidai təhsil müəssisələri məktəb adlandırılırdı. Belə məktəblər evdə və ya təhsil müəssisələrində xüsusi təşkil olunurdu. Təhsil alan şagirdlər dini fənlərlə yanaşı dünyəvi elmləri də öyrənirdilər. "Məktəb" ərəb sözüdür. Mənası yazmaq deməkdir. Orta əsrlərdə Azərbaycanda məktəblərə Molaxana deyirdilər.Orada uşaqlar həm oxu, yazı həm də, Quran dərsləri alırdılar. Ərəblər ölkələri fəth etdikcə islamı və elmi yayır, məscidlərin yanında mədrəsələr, məktəblər açırdılar. Tarixi mənbələr göstərir ki, VIII əsrin birinci yarısında Azərbaycanda ibtidai məktəblər fəaliyyət göstərməyə başlamışdır. Belə məktəblərdə oxu müəllimləri ayrı, yazı müəllimi isə ayrı idi. Burada dərs deyən müəllimlərə "Müəddib" deyirdilər. "Müəddib" ərəb sözüdür, ədəb, əxlaq öyrədən mənasını verir. Müəddiblər dərsləri ərəb dilində keçirdilər.

IX-X əsrlərdə artıq Azərbaycanda dini elmlər sahəsində tanınmış alimlər meydana gəldi. Belə ki, məktəb və mədrəsələrdə darıxdırıcı imlaların yerini şərh etmə, mübahisə, müzakirə üsulu əvəz etdi. Bu da həm mədrəsə, həm də məktəb təhsilinin inkişafına, təkmilləşməsinə səbəb oldu. Məktəblərdə şagirdlərin qəbulunda yaş həddi qeyri-məhdud idi. Beləliklə, məktəblər ilk vaxtda yazıb-oxumaq missiyasını yerinə yetirirdisə, daha sonralar inkişaf etmiş cəmiyyəti artıq məktəblərin belə bir funksiyası qane etmirdi, daha yüksək səviyyəli təlim-tərbiyə müəssisələrinə ehtiyac duyulurdu. Elm və təhsil almaq, dünyəvi biliklərə yiyələnmək müsəlman aləminin başlıca vəzifəsi hesab olunurdu. Orta şərq ölkələrinin təhsil müəssələrində olduğu kimi Azərbaycanda da təhsilə xüsusi yer verilmişdir. Xüsusən də XII əsrin axırlarından başlayaraq Azərbaycanda məktəb təhsili nisbətən sürətlə inkişaf etmişdir. Şamaxıda, Gəncədə tədris, mütaliyə və elmi-tədqiqat mərkəzinə çevrilmiş kitabxanalar mövcud olmuşdur.



Mənbələrdə XII əsrin əvvəllərində Təbriz, Marağa, Bərdə, Gəncə, Beyləqan, Naxçıvan, Bakı və Şəki şəhərlərində məktəblərin olması haqqında məlumatlar verilmişdir. Həmin məktəblərdə cümə günü istirahət günü hesab olunur və dərs keçirilmirdi. Ayrı-ayrı məktəblərdə şagirdlərin sayı 10 nəfərdən 100 nəfərə çatırdı. Məktəblərdə dərslər iki və bəzən üç mərtəbəli daş binalardan ibarət bir otaqlı siniflərdə aparılırdı. Müəyyən edilmiş təhsil müddəti təyin edilməmişdir. Hər bir şagirdin şəxsi müvəffəqiyyətindən, bacarıq və istedadından təhsilin müddəti asılı idi. Elmli, savadlı kadrları hazırlamaq işində yerli müəllimlərlə yanaşı Çin, Hindistan, Misir və Suriyadan çağırılmış alim və mütəxəsislər də iştirak edirdilər. Məktəblərdə dünyəvi dərslər, o cümlədən ictimai və texniki fənlər də tədris olunurdu.

Dərsləri təşkil etmək üçün təmiz, işıqlı, əyani vasitələrlə təmin olunmuş və lazımi vasitələrlə təchiz olunmuş sinif otaqlarının olması əsas şərtdir. Şagirdlərin dərslərə cəlb olunmsında belə siniflərin olması vacibdir. Sinif-dərs sistemini təşkil edərkən müvəffəqiyyət əldə olunması üçün təkcə yuxarıda qeyd olunanlar kifayət etmir. Buna görə də uşaqların oynaması, dincəlməsi və gəzməsi üçün məktəb yanında meydança, çiçəkli, ağaclı yaşıllıqlı məktəbyanı sahə və məktəb bağının olması da vacib məsələlərdəndir. Bunun üçündə məktəbdə keyfiyyətin yüksəldilməsi üçün vahid məktəb nizamnaməsi və sinif-dərs sitemi tətbiq edilməlidir.
Yüklə 15,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə