5
GIRIŞ
Onomastik vahid olan etnotoponimlər dil tarixi ilə bağlı
qiymətli mənbə olmaqla yanaşı, xalqın qədim yaşayış məskənini
müəyyənləşdirmək, bu ərazidə baş vermiş ictimai-siyasi
hadisələri, prosesləri qiymətləndirmək, həmin hadisələrin səbəb
və köklərini araşdırmaq, obyektiv gerçəkliyi, həqiqəti üzə
çıxarmaq üçün konkret material, sübut və faktlar kimi dəyərlidir.
Belə faktlar ermənilərin Azərbaycana məxsus əraziləri, insan
məskənlərini saxta və qondarma materiallara istinadla öz
adlarına çıxarmasına qarşı mübarizədə də vacibdir.
Süni yollarla qədimliyini sübut etmək istəyən, tarixi
saxtalaşdırmağa çalışan ermənilər türklərə, türkdilli xalqlara
qarşı
həmişə düşmənçilik mövqeyində durmuş
və
durmaqdadırlar. Ermənilər Azərbaycan və türk mənşəli
toponimlərə münasibətdə də qərəzli mövqe tutmuşlar. Qərbi
Azərbaycanda, indiki Ermənistanda türk mənşəli toponimlərin
uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi, türklərin,
xüsusən də azərbaycanlıların min illər boyu bu ərazidə
yaşamasını sübut edən faktları saxtalaşdırmaq, xalqın adlara
hopub əsrlərlə yaşamış tarixini pozmaq, «tarixin torpağın
köksündəki izlərini» (A.Axundov) itirmək, onlara başqa don
geyindirmək məqsədi daşımışdır. Ona görə də yer-yurd
adlarımızın tarixin hansı dövrlərində necə dəyişdirilməsinə dair
tədqiqatlar aparmağımız olduqca əhəmiyyətlidir.
Yer-yurd adlarımızın dəyişdirilməsi tarixin qədim
dövrlərinə gedib çıxmır. Çünki belə qədim dövrlərdə bu adları
türklər müasir dövrlə müqayisədə yaxşı qoruya bilmişlər. Daha
qədim dövrlərdə, adamların ovçuluq və yığıcılıqla məşqul
olduğu dövrlərdə onların yaşayış qruplarının bilavasitə etnosun
adı ilə adlanması şübhə doğurur. Belə qruplar çox zaman
yaşayış ərazisinə, bu ərazinin relyefinə, digər atributlarına, ərzaq
ehtiyatlarına, flora və faunasına və i.a. görə adlandırılmışdır.
Yəni insanın təşəkkül tapıb müxtəlif qruplar şəklində yaşadığı
6
ilk dövrlərdə etnik mənsubluq məsələsi olmamışdır. Bu dövrdə
insanları əsas maraqlandıran cəhət zəruri olan ərzaqla təmin
olunmaq, qorunmaq, onları məhv edə biləcək hər cür qüvvələrə
qarşı mübarizə aparmaq vərdişlərinə yiyələnmək ön planda idi.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, çox yaxın ərazidə
paylanmış, adlarında ortaq, yaxud eyni semantikaya malik
komponent olan qrupların bir etnosla bağlılığı həqiqətə daha
yaxındır. Çünki kompozitin tərkibindəki komponent ya
nominantın, ya da nominatorun daşıdığı dilə mənsub olması belə
bir müddəanı irəli sürməyə tam əsas verir. Eyni zamanda bu
faktdan çıxış etməklə ya nominantın, ya da nominatorun etnik
mənsubluğunu aşkara çıxarmaq mümkündür. Çünki yalnız
onimin semantikasını araşdırmaqla onun hansı etnosun dilinə
aidliyi haqqında müəyyən fikrə gəlmək mümkündür.
Etnonimlərlə bağlı problemin iki cəhəti diqqəti xüsusi ilə
cəlb edir. Birinci cəhət bir-biri ilə qarşılıqlı əlaqəli olan
etnonimlərin toplu təşkil etməsidir. Bu topluya eyni etnosun
müxtəlif adları daxil olur. Etnos adlarında müxtəliflik
səbəbəlrindən biri də nominatorun fərqlənməsindən irəli gəlir.
Adların müəyyən qismi etnosa qonşu, yaxud onunla əlaqədə
olan etnoslar tərəfindən verilir.
Ikinci cəhət etnonimlərin tarixi dinamikası ilə əlaqəlidir.
Etnonim yaranır və tarixi inkişaf prosesi keçir. Bu prosesdə
etnonimə həm intralinqvistik, həm də ekstralinqvistik amillər
təsir göstərir.
Daha qədim sayılan etnotoponimlərin linqvistik təhlili
zamanı lokal qruplara məxsus adların leksik-semantik
xüsusiyyətlərinin müxtəlif aspektləri tədqiqat obyekti kimi
nəzərə alınmalıdır. Belə tədqiqatda leksik vahidin semantik
yükünün bilavasitə etnosa deyil, lokal qrupun yaşadığı yerin
xüsusiyyətlərinə, onun bu və ya digər istinad nöqtəsindən, yaxud
motivləşdirmə
əlamətindən fərqinə görə verilməsi
yoxlanılmalıdır. Belə tədqiqatın aparılması Qərbi Azərbaycan
ərazisindəki etnotoponimlərin hansı etnoslara mənsubluğunu
7
aydınlaşdırmağa imkan yarada bilər və beləliklə, ermənilər
tərəfindən saxtalaşdırılaraq dəyişdirilmiş adların daşıdığı tarixi
yük aşkara çıxarılacaqdır. Buna görə də indi Ermənistan adlanan
ərazidəki türk-Azərbaycan mənşəli onomastik vahidlərin,
xüsusən etnotoponimlərin tədqiqi son dərəcə vacib,
təxirəsalınmaz və aktual məsələdir. Son illərdə bu sahəyə aid
dəyərli elmi axtarışlar aparılmış, türk-Azərbaycan mənşəli
onomastik vahidlər toplanmış, qruplaşdırılmış, müəyyən izah və
şərhlərlə çap edilmişdir (21; 57; 58; 53; 15; 16; 17;19; 20; 44;
24; 30).
Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindəki etno-
toponimlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyan məsələdir.
Çünki etnotoponimlər tayfa və qəbilə adları əsasında yaranan
onomastik vahidlərdir. Toponimlərin xalqın daha qədim tarixi
ilə bağlı olan bu tipinin hərtərəfli öyrənilməsi sahəsində
müəyyən işlər görülsə də, onlar yetərincə deyil və indiki
Ermənistan ərazisinin tarixən mövcud olmuş ümumi
etnotoponimik mənzərəsinin açılması üçün kifayət etmir.
Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində azər-
baycanlıların etnogenezində müxtəlif qədim türk tayfaları iştirak
etmişdir. Həmin tayfalar təbii ki, Şimali və Cənubi Azərbaycan
ərazilərindəki toponimlərdə də iz qoymuşlar. Tarixi faktlar hələ
eramızdan əvvəl VIII əsrdə türk etnoslarının Qərbi Azərbaycan
ərazisində yaşamasını təsdiq edir. Qərbi Azərbaycan
ərazisindəki toponimlər arasında etnotoponimlərin sayı az
deyildir. Onların hər biri müxtəlif türk etnoslarının, xüsusilə
oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta
yetirir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan toponimi-
yasında az öyrənilmiş sahələrdən biri etnotoponimlərdir. Azər-
baycan dilçiliyində Qərbi Azərbaycan ərazisindəki türk mənşəli
etnotoponimlərin tədqiqinə aid ayrıca araşdırma da yoxdur. Bu
isə qeyd olunan ərazinin etnotoponimik mənzərəsinin
açıqlanmasına mane olur.
Dostları ilə paylaş: |