12
və məzmununa görə ümumbəşəri sərvət səviyyəsində qəbul
edilməlidir. Təəssüf ki, bu tələb süni yollarla qədimliyini sübut
etmək istəyən, tarixi saxtalaşdırmağa çalışanlar, xüsusən
ermənilər tərəfindən həmişə pozulur. Azərbaycan və türk
mənşəli toponimlərə münasibətdə Ermənistanda həmişə belə bir
siyasət həyata keçirilmişdir. Ermənistanda türk mənşəli
toponimlərin dəyişdirilməsi, azərbaycanlıların zorla bu
ərazilərdən çıxarılması ardıcıl şəkildə davam etdirilmişdir. Bu
fakt bir çox elmi mənbələrdə qeyd olunmuşdur. Məsələn,
R.Əliyeva 1993-cü ildə yazdığı namizədlik disertasiyasında,
sonralar nəşr etdirdiyi kitabda göstərir ki: «son illərdə Zaqafqa-
ziyada baş verən hadisələr Ermənistan və Gürcüstan ərazisində
tarixən mövcud olan Azərbaycan dilinə məxsus toponimlərin
kütləvi şəkildə dəyişdirilməsinə səbəb olmuşdur» (31, 5).
Əslində ermənilərin türk mənşəli toponimləri dəyişdirməsi son
illərə aid hadisə deyildir, tarix boyu olmuşdur. Türk mənşəli
toponimlərin uzun illər boyu dəyişdirilib erməni mənşəli adlarla
əvəz edilməsi azərbaycanlıların min illər boyu bu ərazidə
yaşamasını sübut edən faktları saxtalaşdırmaqla yanaşı, müxtəlif
elm sahələrində aparılan tədqiqatlar üçün tarixi mənbə olacaq
onomastik vahidlərin izini itirmək məqsədini daşımışdır.
Burada müxtəlif elmlərin tədqiqat mənbəsindən danışmaq tələbi
ondan irəli gəlir ki, xüsusi adları öyrənən onomastikanın hansı
elmə aid olması haqqında mübahisələr çoxdan davam edir. Onun
coğrafiyaya və ya dilçiliyə, etnoqrafiyaya yoxsa tarixə aidliyinə
münasibətdə elmi ədəbiyyatda fərqli fikirlər vardır (Bax: 49,
266; 29, 7-17; 97, 21-32; 107, 38; 116; 124, 153; 127, 11-12;
128, 6; 137; 134, 37; 138, 11; 143, 7-11; 155, 8; 158, 5 və s.)
Onomastikanın ictimai elmlər sistemində yerinə aid ayrı-
ayrı alimlərin fikirlərini təhlil edən Çingiz Hüseynzadə bu
mübahisəli məsələyə münasibətini bildirərək yazır: «Hazırda
onomastika dilçiliyin xüsusi adları öyrənən müstəqil və ayrıca
sahəsi kimi formalaşmışdır» (97, 23-24). Əlbəttə, bu məsələ ilə
bağlı mübahisələrə aydınlıq gətirmək bizim mövzunun əhatə
13
dairəsindən kənara çıxsa da, onomastik leksikanın dildə və
cəmiyyətdə
işlənməsinin, onların yaranma qanunauy-
ğunluqlarının və dəyişməsinin tədqiqinə müxtəlif elmlərdə olan
diqqəti ön plana çəkmək, zənnimizcə, vacibdir. Bu,
Ermənistanda həqiqətə yalan donu geyindirmək məqsədilə bir
çox elmlərin tədqiqat marağı dairəsində olan vahidlərə və
beləliklə, ermənilərin öz məqsədləri naminə elmə saxta
münasibətini açıqlamış olur.
A.A.Reformatskinin onomastik vahidlərin müəyyən qru-
punu birləşdirən toponimləri öyrənən toponimikanın elmi
mənsubluğuna münasibətlə bildirdiyi bir fikri qeyd etmək
vacibdir: «Toponimika yalnız dilçiləri deyil coğrafiyaçıları və
tarixçiləri də həqiqətən maraqlandırdığı üçün burada bütün
tərəflərin maraqlarını nəzərə almaq və bu oblastda əməyin
bölüşdürülməsi konturlarını müəyyənləşdirmək lazımdır» (137,
33-34).
Onomastikanın tarixlə sıx bağlılığı heç bir şübhə doğur-
mur. Cəmiyyətin inkişafının qədim dövrlərinə dair tarixi
məlumatların doğruluğunu sübut edərkən çox vaxt alimlər
onomastika, tarix, coğrafiya, həmçinin də arxeologiyanın məlu-
matlarının müqayisəli şəkildə tədqiqini özündə birləşdirən
kompleks metoda istinad edirlər. Bu tarixi prosesi, xüsusən də
etnogenez problemlərini ümumi səpkidə səciyyələndirməyə
imkan yaradır. Təsadüfi deyil ki, F.Engels coğrafi adları tarixi
mənbə kimi qiymətləndirərək onların əsasında alman
tayfalarının eramızdan əvvəl I əsrdə yerləşmə sxemini
qurmuşdur (127, 12).
Bu da danılmaz faktdır ki, dilin onomastik sistemində hə-
min dili daşıyan xalqın çoxəsrlik ictimai-iqtisadi, mədəni-tarixi
həyatı əksini tapır. V.K.Çiçaqov qeyd edir ki, «rus xalqının
tarixinin müxtəlif dövrlərinə aid adlar və onların formaları
həmin dövrlərdəki cəmiyyətin vəziyyətini, bununla da
cəmiyyətin sinfi quruluşunu gözəl şəkildə əks etdirir» (155, 8).
14
Bütün bu müddəalar sübut edir ki, onomastikada linqvistik
və ekstralinqvistik amillər sıx qarşılıqlı əlaqədədir. Xüsusi
adlarda ekstralinqvistik amillər onların daşıdığı tarixi in-
formasiya, tarixi faktlar, xalqın məskunlaşma yerini göstərən,
bu barədə fikir və elmi müddəaları təsdiqləyib sübut edən
amillərdir. «Ad insan mədəniyyətinin «məhsul»larından biridir.
O, kollektivdə və kollektivin tələbatından yaranıb, inkişafının
müəyyən səviyyəsinə çatmış insan kollektivi üçün əhəmiyyətli
xüsusiyyəti əks etdirir. Epoxa və insan birlikləri haqqında
məlumatlar adlarda öz izini saxlayır» (103, 5)
Aydındır ki, linqvistlər tarixi leksikanı, fonetika və
qrammatikanı, tarixi dialektologiyanı öyrənərkən çox vaxt ono-
mastikanın köməyindən bəhrələnir və bu zaman «xüsusi adların
dil yaradıcılığı prosesinin arxaik və konservativ cəhətlərini,
onların dinamikasını qoruyub saxlayan xüsusi leksik qat
olduğunu unudurlar» (124, 152). Bu baxımdan linqvistika,
xüsusən dil tarixi sahəsində tədqiqatlar üçün xüsusi adlar çox
böyük dəyərə malikdir.
V.A.Nikonov qeyd edir ki, onomastik vahidlər onları
yaradanların dili haqqında böyük məlumat daşıyır. Adların
müəyyən yerə aidliyi isə həmin ərazidə yayılmış qədim dili
bərpa etmək, yayılma ərazisinin hüdudlarını müəyyənləşdirmək
imkanı verir (127, 11).
Onomastikanın başqa elmlər arasında yerini aydınlaşdı-
rarkən, onun tarix, coğrafiya, etnoqrafiya, dilçilik və başqa
elmlərə münasibətini açıqlayarkən xüsusi adlara kompleks
şəkildə yanaşırlar. Eyni zamanda nəzərə almaq lazımdır ki,
xüsusi adların bir sıra sinifləri vardır və bu siniflərin hər biri
özünün fərqləndirici cəhətlərinə malikdir.
Onomastik leksikanı, xüsusən də etnotoponimləri dil tarixi
ilə bağlı qiymətli mənbə hesab etməklə yanaşı, onun təkcə
müəyyən xalqın dil tarixini öyrənmək üçün deyil, həmin xalqın
tarixən yaşadığı ərazini müəyyənləşdirmək, bu ərazidə baş
vermiş ictimai-siyasi hadisələri, prosesləri qiymətləndirmək, bu
Dostları ilə paylaş: |