Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin



Yüklə 20,68 Kb.
səhifə1/5
tarix18.03.2022
ölçüsü20,68 Kb.
#84565
  1   2   3   4   5
III Referat


Gəncə Dövlət Universitetinin

Filologiya fakültəsinin

Filologiya ixtisasının (Azərbaycan dili və ədəbiyyatı)

IV kurs tələbəsi Primova Aytac Sədi qızının

2021 – 2022 – ci tədris ilində

Tədris istehsalat təcrübəsinin III həftəsinə dair


R E F E R E A T I

Rəhbər müəllim: dos. Məlikova Gülarə Aqaid qızı


1. Azərbaycan dilinin dialektoloji lüğətindən hər bir dialekt qrupu üzrə adlara aid 5 (cəmi 20 söz) söz tapıb hansı nitq hissəsinə aid olması və mənası ilə birlikdə yazın.

Şimal

Gülpənək - (Dərbənd)- novruzgülü. – Muğartililər gülpənəgə hələkkar diyədülər ( İsim)

Göynös- (Şəki) -acgöz. – Göynö:s örgətmax uşq: yaxşı döyi ( Sifət )

Didey- ( Zaqatala)- böyük qardaşa müraciətlə deyilən söz ( isim)

Diki – ( Zaqatala) - motal. – Əli bu gün diki almışdı ( isim )

Gərə - Gərdəki yarpax yetmicaxdı qurda (Şəki) bax ( fel)



Cənub

Həzar – ( Ordubad) - dağsoğanı. – Dağdan yeməyçin çoxluca həzaz yığdım ( isim )

Dübülüş - ( Naxçıvan) əxlaqsız, tərbiyəsiz. – Əsəd çox dübülüşdü ( sifət )

Xorumçu – ( Naxçıvan) otu dərz kimi bağlayan [adam]. – Xorumçu otu yumuruyur ( isim )

Xıbis - ( Naxçıvan) çoxbilmiş – onun qonşusu çox xıbisdi ( isim )

Hüleyin ( Ordubad) saxsı neft qabı. – Saxsıdan olan neft qabına hüleyin deyirıx( isim )



Şərq

Göyərtmə ( Quba) gözmuncuğu. – Göyərtməni uşağlar buyunnarına saladu( isim)

Hoti- hoti ( Salyan) tez-tez danışan. – Həsən çox hoti-hoti adamdı( sifət )

Gurgur ( Dərbənd) hindtoyuğu. – Nurməhəmmədin haburda üç-dörd gurguru var( isim)

Həl ( Bakı, Salyan) xub, tamam. – Ət həl bişib( sifət)

Güdükçü ( Kürdəmir) çoban – Güdükçü bi baş malı ayda omma:ta güdür( isim)



Qərb

Ağnağız- (Ağdam, Bərdə, Qazax, Şuşa, Tərtər)ehtiyac üçün üyüdülən azacıq taxıl◊ Ağnağaz eləməx’ – azacıq taxıl üyütmək. – Uşaxlar ajdı, hələlix’ bir az ağnağaz eləmişəm, dəyirmannığı sonra qayrajıyıx (Ağdam); – Dəyirmanda azca ağnağaz elə, öydə uşaxlar təntiməsin (Qazax) ( isim)

Al –( Qazax) hiylə, yalan. – Məni al dilə tutma, nə sözün var mərdana ( isim)

Axmaz-( Qazax, Şəmkir) gölməçə, axmayan su. – Heyvannar axmazdan su içer( isim)

Herti – perti ( Qazax) heç nə, heç şey. – Herti-pertini qanmer ( əvəzlik)

Heşannamax ( Ağdam, Culfa, Şərur)döymək məqsədilə dərzləri xırmana yaymaq. – Küləşi heşanna, qoy qurusun, döyəx’; – Xırmana sünbülləri töküf döyüllər, deyillər ki, ora heşannıyıf




Yüklə 20,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə