21
olduğunu qeyd edir(82, 214). Deməli, lokal qruplar bir-biri ilə
əlaqədə olmalıdır. Lokal qrupLararası əlaqələr qrupların bir-
birini adlandırmasına zəmin yaratmışdır. Buradan belə nəticə
çıxarmaq olur ki, lokal qrupların adlanmasının iki yolu
olmuşdur. 1) qrup özü-özünə ad verir; 2) lokal qrupa ad digər
lokal qrup tərəfindən qoyulur.
Lokal qruplar müəyyən etnosdan qopub ayrıldıqlarına görə
onların etnik mənsubluğunun etnotoponim əsasında dəqiqləşdi-
rilməsi zamanı yuxarıda göstərilən fakt xüsusi rol oynayır. Ona
görə də, hər şeydən əvvəl adlandırma prosesində iştirak edə
biləcək etnoslar müəyyənləşdirilməlidir. Aydındır ki, lokal qrup
özü özünü adlandırırsa, onda etnotoponim etnosun öz dilinə aid
olacaqdır. Deməli, etnotoponimdən çıxış etməklə etnosu
müəyyənləşdirmək olur. Ikinci hal A lokal qrupu bir etnos, V
lokal qrupu isə ikinci etnosdursa, onda adlandırmanın nəticəsi
müxtəlif tiplərə aparıb çıxarır. Genotoponim sadədirsə, yəni bir
kökdən ibarətdirsə, onda həmin söz ya adlandıran, ya da adlan-
dırılan etnosun dilinə mənsub olacaqdır. Məntiqi-linqvistik ba-
xımdan onim adlandıran etnosun dilinə aid söz kimi qəbul edil-
məlidir. Lakin adlandırılan qrupa məxsus sözdən istifadə halını
tamamilə kənara qoymaq düzgün deyildir. Etnotoponim mü-
rəkkəb olduğu zaman kompozitin tərkib elementlərinin
aşağıdakı kimi paylanması mümkündür:
1) Komponentlərin hər ikisi A etnosuna aiddir;
2) Komponentlərdən biri A-ya, digəri V-yə aiddir;
3) Komponentlərin hər ikisi V-yə aiddir.
Aparılmış təhlil göstərir ki, əlaqədə olan lokal qrupların
sayı artdıqca yuxarıdakı məsələ daha da mürəkkəbləşir.
Beləliklə, daha qədim sayılan etnotoponimlərin linqvistik
təhlili zamanı lokal qruplara məxsus adların leksik-semantik
xüsusiyyətlərinin müxtəlif aspektləri tədqiqat obyekti kimi
nəzərə alınmalıdır. Belə tədqiqatda leksik vahidin semantik
yükünün bilavasitə etnosa deyil, lokal qrupun yaşadığı yerin
xüsusiyyətlərinə, onun bu və ya digər istinad nöqtəsindən, yaxud
22
motivləşdirmə
əlamətindən fərqinə görə verilməsi
yoxlanılmalıdır. Onimin leksik-semantik təhlili isə onun
mənsubluq dairəsini və ya ətrafını aşkara çıxarmağa kömək
göstərir.
Lokal qruplara məxsus onimlərə regional nomenlər (No-
men Regionale) səviyyəsində də baxmaq olar. Çünki bu cür
onimlər müəyyən ərazidə məskunlaşmış qrupları bildirir.
Nomenin regionale ilə müəyyən əlaqədə olması məhz lokal
qruplararası rabitədən irəli gəlir. Digər tərəfdən, regional
nomenlər qrupun öz yaşadığı ərazidən uzaqlaşması zamanı çox
vaxt dəyişməz qalır. Bir sıra hallarda isə bu, yeni regional
nomenlərin meydana çıxmasına səbəb olur.
Oxşar məsələlər genonimlərlə bağlı araşdırmalar zamanı
da üzə çıxır. Məlumdur ki, genonimlər nəsil bildirən xüsusi
adlardır. Elmi ədəbiyyatda genonimlərin daha çox türk və
monqol areallarında yayılması xüsusi qeyd olunur (144, 215).
I.N.Lezina Krım genotoponimlərini öyrənərkən onların bu
ərazidəki toponimlər arasında xüsusi çəkiyə malik olmasını
göstərmişdir. Müəllif genotoponimlərin köçəri xalqların
məskunlaşdığı ərazilərdə geniş yayıldığını, köçəri hey-
vandarların mal-qaranın otladığı, su içdiyi, qışladığı yerləri
həmin əraziyə yiyəlik edən qruplarla bağlı adlandırmasını
açıqlayır (113, 114). Təbii ki, belə ərazilər çox olduğundan
yaranan genotoponimlər də sayca çoxluq təşkil etmişdir.
Genotoponimlərdə əraziyə xas xüsusiyyət əksini tapdığına görə
onların müəyyən sözlərə görə ilkin fərqləndirilməsinə imkan
yaranır. Bununla yanaşı, genotoponimlərin regional nomen
regional səciyyəsi daşıması faktı da bir daha təsdiqlənir.
Türk genonimlərinin və genotoponimlərinin araşdırılması
onomastik tədqiqatlarda, xüsusən də etnonim və etno-
toponimlərin öyrənilməsində əhəmiyyət daşıyır. Hər bir ge-
nonim müəyyən etnos və ya etnoslarla bağlanır.
Oğuz genonimləri ümumtürk genonimləri arasında özü-
nəməxsus yer tutur. Lakin onlar, xüsusən də Qafqazda yayılmış
23
genonimlər bu günədək əsaslı tədqiqat obyekti olmamışdır.
Indiki Ermənistan ərazisində mövcud olmuş toponim və
etnotoponimlərin tədqiqi zamanı genotoponimlərin üzə
çıxarılması, bir tərəfdən genonimlərin yayıldığı ərazidə etnosun
daha qədimdən məskunlaşmasını, digər tərəfdən, etnosun
etnogenezini izləmək üçün əhəmiyyətli faktlar toplamağa
yardım göstərir. Məsələn, I.N.Lezina Krımdakı Salqir
toponiminin XI əsrin əvvəlinə aid olduğunu və onun salor
(salqır, salqur, salır və s.) qəbiləsinin türk-səlcuqların tərkibində
Krıma gəlməsindən sonra yarandığını qeyd edir. Lakin bündan
sonra müəllif həmin toponimin daha əvvəl yaranma ehtimalının
daha çox olması hökmünü irəli sürür (113, 147).
Salqırların oğuz qəbiləsi olması haqqında mənbələrdə
məlumatlar çoxdur. Türk xalqlarının qədim yazılı abidələrindən
olan «Kitabi Dədə Qorqud» dastanlarındakı Qazan xan da bu
qəbiləyə mənsub olmuşdur (Salur Qazan). Buradan aydın
görünür ki, oğuzlarla bağlı salar, salır, salqur, salqır, salur və s.
genonimləri vardır ki, bunlar da bir etnonimin ətrafında birləşir.
Samat qəbiləsinə aid edilən sirakların bizim eradan əvvəl
IV əsrdə Ermənistan ərazisində yaşaması faktına ədəbiyyatda
rast gəlinir(105, 152-153). Samat və sirak qaraqalpaq qəbilələri
olan müyten, manqıt, aşmaylı qəbilələri ilə bağlıdır. Samatlar
müyten qəbiləsinə, siraklar isə mannqıt, aşmaylı qəbilələri ilə
yaxınlığa malik olmuşdur (123).
L.Tolstova «Xorəzm oazisinin tarixi onomastikası»na aid
məqaləsində qara-sirak qaraqalpak qəbiləsindən bəhs edir(149,
248).
Deməli, genonimlərin iştirakı ilə yaranmış genotoponimlər
etnoponimlərə yaxındır və bəlkə də onlarla üst-üstə düşür,
eynilik təşkil edir. Mısır, karaqoz, kok, köz, kose, kuba, kur,
kuçer, makar, talma və s. genonimləri etnonimlərin açılması
üçün xeyli material verir.
Genetoponimlərin linqvistik təhlili zamanı leksik-semantik
xüsusiyyətlərin açıqlanması onların daha qədim dövrə məxsus
Dostları ilə paylaş: |