Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

 
27
əsərlərdə  kələntərlər, kəngərli, qaraxanbəyli, qarabaldırlar, 
əfdar, qırxlı, şamlı, sabunçu, borbor, qaraçallı, sulfa, bacravanlı, 
baharlı, xocamusaxlı, sarılı (Sarıəlili), kəbirli, ulaclı, qarasalehli, 
dəmirçilər, aslanbəyli, zirəli, mansurlu, Aşıq Musalı, Sultan 
Əhmədli, Qaradağlı Padar, Əlixanlı, Qullar Kəngərli, 
Aslanbəyli,  Şamlı  və s. kimi etnonim və etnotoponimlər 
verilmişdir.  
Bu dövrlərdə  işlənmiş etnonimlərimizdən bir çoxuna -
“Qarabağnamələr“də (40; 41) rast gəlinir. Məsələn, qacar, sa-
rıclı, Otuziki, kəbirlilər, qaradağlı, kəncəli, naxçıvanlı, şahsevən, 
qarabağlı, şəkili, qızılbaşlar, dəvəli və s. 
S.Q.Klyaştornı V əsr tarixçisi Lazar Barpetsinin məluma-
tına istinad edərək göstərir ki, Zaqafqaziya xalqlarının birləşmiş 
ordusu 482-ci ildə Ermənistanın və Gürcüstanın sərhədində 
yerləşən Kəngər vilayətindəki Kəngər dağının altında 
toplaşmışdı(108, 175-176).  
Azərbaycanın V-X əsr hadisələrini təsvir edən XVII əsr 
abidələri sırasına daxil edilən “Tarixi-Derbend X-XI vekov“, 
Azərbaycan tarixşünaslığının banisi A.A.Bakıxanovun 
“Gülüstani-Irəm“ külli miqdarda etnonimlərimiz həm ayrıca, 
həm də toponim və antroponimlərin tərkibində qeydə alınmış, 
onlardan bir çoxları haqqında tarixi-etnoqrafik məlumatlar 
verilmişdir: xəzər, Xəzəriyyə, türk, çağatay, Dəşti-Qıpçaq, 
Xəzər\Kaspi dənizi, Şabran, avarlar, Avaristan, maskat, Xunzax, 
Suvar qalası, Muğan və s. (“Tarixi-Dərbəndnamə“), 
aşkunaz\aşkenaz (skiflər), bacqurd\başqurd, bicanak\peçenek, 
bulqar (Burqaz, burqar, balkar), qarqarlar, quhlar, hunlar, qay, 
kasak (kasoq)\kaşak, kimmerlər, qapçaqlar, leklər, moqanlu, 
silvi, çilb, türkmənlər, çepni, şirr, Bayat qapı, Dəvəçi, 
Sədən\Sədun, Xəzər dənizi, Xunan, Şaki\Şakki və s. 
(V.F.Minorski), ayrum, albanlar, arşalı, bərməkilər, çarlar, 
zığlar, qaramanlı, karanay, kaspilər, kəngərli, qubalılar, kırklı, 
muğanlı, osallı, təkəli, ustaclı, xələc, xəlilli, çakirli, Avar 
mahalı, Alan qapısı, Alxanlı  kəndi, Bərmək mahalı, Qəley-


 
28
Suvar, Çiraq qala, şabran dərəsi,  Əliqulu xan Şahsevənski, 
Əhməd xan Abdali, Əşrəf Çoban, Cəfər Bərməki, Kərim xan 
Əfşar, Fətəli xan Qacar, Həsən Ağqoyunlu,  Əmiraslan xan 
Kırklı və s.( 146; 118). 
XIX  əsrin  əvvəllərindən başlayaraq rus imperiyasının 
Azərbaycanı idarə edilməsinə kömək məqsədilə yazılmış rusdilli 
sənədlər -dövlət, kəndlilərin təsərrüfat və məişətinə dair kitablar
müxtəlif quberniya, qəza və mahallara aid məlumat  əsərləri, o 
cümlədən “Sbornik materialov dlə opisanie mestnostey i plemen 
Kavkaza“, “Sbornik svedeniy o kavkazskix qorüax“, “Materialı 
dlə izuçeniə gkonomiçeskoqo bıta qosudarstvennıx krestğən za-
kavkazskoqo kraə izvleçennıx iz posemeynıx spiskov 1886 q.», 
“Izvestiə kavkazskoqo otdela russkoqo imperatorskoqo 
obhestva“, “Spiski naselennıx mest Rossiyskoy Imperii“, 
“Kavkazskiy kalendarğ“, “Azerbaydcanskiy nastolğnıy 
kalendarğ“ və s. eləcə  də görkəmli qafqazşünaslardan 
A.A.Şifnerin, N.K.Zeydlitsin, E.A.Veydenbaumun, N.Dornun, 
A.M.Dirrin, P.K.Usların və s. əsərləri də Azərbaycan 
etnonimiyası və etnotoponimiyası ilə zəngindir. 
T.I.Hacıyev yazır: «etnoslar gəlib-gedirlər, toponimlər isə 
yerində durub müşahidə aparır, gələnləri qəbul edir, gedənləri 
yola salır, ona ilk dəfə verilən adı özü ilə yaşadır. Azərbaycan 
toponimləri də bu torpağın qədim tərcümeyi-halını bizə 
çatdırır»(36).  
Azərbaycan etnogenezi problemlərinin həlli ilə  dərindən 
məşğul olan, sələflərindən fərqli olaraq bu məsələyə sistemli və 
elmi-nəzəri cəhətdən yanaşan M.H.Vəliyevin (Baharlının) 1921-
ci ildə  nəşr etdirdiyi “Azerbaydcan: fiziko-qeoqrafiçeskiy, 
gtnoqrafiiçeskiy oçerki” və 1925-ci ildə çapdan buraxdığı 
“Naselenie Azerbaydcana”- “Muzey gtnoqrafiçeskix sokrovih” 
kitabları bu baxımdan  əvəzedilməz mənbədir. Müəllifin ikinci 
əsəri ancaq bu məsələyə  həsr olunmuş, burada ilk dəfə olaraq
Azərbaycanın etnik tərkibi, etnosların təşəkkültapma tarixləri, 
Azərbaycan xalqının formalaşmasında iştirak etmiş əsas türkdilli 


 
29
etnoslar, onların məskunlaşdıqları yaşayış  məntəqələri geniş  və 
hərtərəfli araşdırılmışdır. O bu əsərində Azərbaycanda yaşamış 
və yaşayan  əksər tayfaların adlarını müəyyənləşdirməyə 
çalışmış, həmin tayfaların  əksəriyyəti haqqında tarixi və 
etnoqrafik məlumatlar vermiş, onların adlarını  əks etdirən 
etnotoponimləri sadalamışdır. Məsələn, bulqar, xəzər, zıq, 
qazax,  şıxlı, salahlı, quş, xələc, kəngər, cəlair,  şamlı, bəydili, 
inallı, təklə, qaramanlı,  əhmədli, imirli, dügər, ilxıçı, bayat, 
çobani, baharlı, padar, lək, xəlilli, osallı  və s. (tayfa adları), 
Xəzər, Zıq, Qazax, Quşçu, Xələc, Kəngərli, Ilxıçı,  Şamlı, 
Bəydili, Təklə Muğan, Qaramanlı, Əhmədli, Dükər, Bayat və s. 
(şəhər və kənd adları). 
M.T.Vəliyevin  əsərində padarlar ən məhşur oğuz tayfa-
larından biri kimi təqdim edilir və göstərilir ki, Elxanilər döv-
ründə padarlar Orta Asiyadan Azərbaycana göçürülmüş 200 min 
türkdilli ailə içərisində mühüm yer tutmuşlar. Onlar əvvəllər 
Cənubi Azərbaycanda yaşamış, XVI-XVII əsrlərdə  Səfəvilər 
dövründə isə müəyyən hissəsi dağıstanlıların qarşısını almaq 
məqsədilə Şimali Azərbaycana köçürülmüşdür(84, 398-399). 
N.A.Abelov keçən əsrin 70-ci illərində Şamaxı qəzasında 
Pir Mərdəkan dağında 194 ailədən ibarət Quşi adlı tayfa 
yaşadığını qeyd etmişdir.  
Tədqiqatlardan aydın olur ki, Aərbaycanda, eləcədə Er-
mənistan ərazisində türkdilli tayfa və qəbilələrin məskunlaşması 
tarixi çox qədimdir (37, 25). 
Araşdırmalar göstərir ki, Gəncə  qəzasının etnotoponim-
lərinin formalaşmasında leq, kanq, quşi, kazan, kazax, qanzak, 
dəli, /tele/, hun, eymur, ayrım, düyərli, padar, bayan, bucaq, şatı, 
xaput /haput/, kəngərli, xunus, kollü, koran və s. mühüm rolu 
olmuşdur. 
Azərbaycan xalqının etnogenez məsələləri ilə daha də-
rindən məşğul olan və bu istiqamətdə öz səylərini ardıcıl davam 
etdirən  Q.Qeybullayevin “Toponimiə Azerbaydcana”, “K 
gtnoqenezu azerbaydcanüev”, “Qədim türklər və Ermənistan", 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə