Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   2   3   4   5   6   7   8   9   ...   41

 
8
Areal etnotoponimlərin tarixi, coğrafi, eləcə  də linqvistik 
aspektdən tədqiqi son dərəcə aktualdır. Bu istiqamətdə olan 
tədqiqat  areal etnotoponimlərin konkret coğrafi məkanda 
yayılması, onların kəmiyyət xarakteristikaları  həmin  ərazidə 
hansı etnosların daha çox məskunlaşması, eləcə  də bu 
məskunlaşmanın tarixi, miqrasiyası barədə müxtəlif səpkili 
faktları aşkara çıxara bilər.  Təbii ki, müasir dövrdə Ermənistan 
ərazisindəki türk mənşəli etnotoponimlərin tədqiqi daha vacib 
məsələ olub, təkcə elmi aktuallığı ilə deyil, siyasi əhəmiyyəti 
baxımından son dərəcə vacibdir.  
Tədqiqat işinin  əsas məqsədi Qərbi Azərbaycan (qədim 
oğuz yurdu – indiki Ermənistan)  ərazisindəki türk mənşəli 
etnotoponimləri linqvistik aspektdən təhlil etmək və onların 
areal xüsusiyyətlərini öyrənməkdir. Bu məqsədlə  aşağıdakı 
vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 
-  onimik areal və areal onimlər anlayışlarını  dəqiqləş-
dirmək;  
-  lokal qrup adları, regionali və geonimlərlə etno-
toponimlər arasındakı oxşar və  fərqli cəhətləri müəyyən-
ləşdirmək; 
-  Ermənistan  ərazisindəki türk mənşəli etnonimlərinin 
ümumi mənzərəsini şərh etmək;  
-  Ermənistan  ərazisindəki türk mənşəli areal et-
notoponimlərin onomastikonunu tərtib etmək; 
-  Ermənistan  ərazisindəki türk mənşəli areal etnoto-
ponimlərin areallıq xüsusiyyətlərini və yayılma coğrafiyasını 
müəyyənləşdirmək; 
-  Ermənistan  ərazisindəki türk mənşəli etnotoponim-
lərin, fonetik, leksik-semantik, struktur və qrammatik 
xüsusiyyətlərini araşdırmaq. 
Tədqiqat işində  Qərbi Azərbaycan  ərazisindəki etnoto-
ponimlərin qeydə alındığı və toplanıb daxil edildiyi əsərlər təşkil 
edir. Kitabda əsas mənbələr kimi «Ermənistan Azərbaycanının 
tarixi coğrafiyası», B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. «Ermənis-


 
9
tanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti», 
Ə.Ələkbərli «Qədim türk-oğuz yurdu, Ermənistan», Bünyadov 
Z., Məmmədov H. «Irəvan  əyalətinin icmal dəftəri 
M.H.Baharlının kitablarından» istifadə edilmişdir (20; 24; 30; 
21). Işdə türk dillərinə aid yazılı abidələrdəki materiallardan, 
M.Kaşğarinin və V.Radlovun lüğətlərindən, bir sıra başqa lüğət-
lərdən, tədqiqatçıların, o cümlədən Azərbaycan tədqiqatçılarının 
Ermənistan  ərazisindəki onomastik vahidlər haqqında elmi 
monoqrafiya və məqalələrində qeydə alınan etnotoponimlərə də 
istinad edilmişdir.  
Tədqiqat işində müqayisəli, müqayisəli-tarixi metoddan, 
areal, genetik, deskriptiv, kartoqrafik, struktur, etimoloci və 
tipoloci təhlil üsullarından istifadə olunmuşdur. 
Ilk dəfə olaraq Qərbi Azərbaycan  ərazisindəki etnotop-
nimlər tədqiqat obyekti olmuş, bu ərazinin areal etnotoponimləri 
araşdırılmışdır. Ermənistan  ərazisindəki türk mənşəli etnoto-
ponimlərin onomastikonu tərtib edilmiş, etnotoponimlər 
linqvistik və tarixi aspektdə araşdırılmışdır. Dissertasiyada 
müxtəlif əsaslı etnotoponimlər ayrı-ayrılıqda təhlil olunmuşdur. 
Bu da müxtəlif  əsasdan olan etnotoponimlərin qruplaşdırılma 
imkanlarını genişləndirmişdir. Işin elmi yeniliyinin bir cəhəti də 
ondan ibarətdir ki, dissertasiyanın üçüncü fəslində türk mənşəli 
etnotoponimlərlə, etnotoponim olmayan toponimlərin struktur, 
leksik-semantik, fonetik, qrammatik xüsusiyyətləri müqayisəli 
şəkildə öyrənilmiş  və bu qruplar arasındakı oxşar və  fərqli 
cəhətlər üzə çıxarılmışdır. 
Tədqiqat işində  əldə olunmuş bir sıra nəticələr, o cümlə-
dən etnotoponimlərin areal xüsusiyyətlərinin öyrənilməsi 
məsələsinə yeni aspektdən baxılmışdır. Etnotoponimlərin areal 
olmasının səbəbləri tarixi-coğrafi aspektdən qiymət-
ləndirilmişdir. Işdə indiki Ermənistan  ərazisindəki areal etno-
toponimlərin başqa areallarda işlənmə  səbəbləri nəzərə 
alınmışdır.  


 
10
Tədqiqat işinin praktik əhəmiyyətini göstərən cəhətlərdən 
biri  Ermənistan ərazisindəkt türk mənşəli etnotoponimlərin tam 
siyahısının tərtibi ilə bağlıdır. Qədim türk oğuz yurdu – indiki 
Ermənistan  ərazisində türklərin hələ çox-çox qədimdən 
məskunlaşmasını  təsdiq edən faktlar üzə  çıxarılmış, tarixi 
tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edən onomastik 
vahidləri ermənilərin dəyişdirməklə  həqiqəti saxtalaşdırması 
diqqət mərkəzinə  çəkilmişdir. Dissertasiya işinin praktik 
əhəmiyyəti ondadır ki, onomastikaya aid dərsliklərin və  dərs 
vəsaitlərinin yazılmasında, ixtisas kurs və seminarlarının 
aparılmasında, türk mənşəli etnotoponimlərin, toponimlərin 
izahlı lüğətlərinin hazırlanmasında istifadə edilə bilər.   
 


 
11
 
I  FƏSIL 
 
QƏRBI AZƏRBAYCANIN TÜRK MƏNŞƏLI  
ETNOTOPONIM MƏNZƏRƏSI   
 
1.1. Onomastik vahidlərin tədqiqinin xalqın 
məskunlaşma coğrafiyasının təyinində rolu  
Əsasında duran sözün mənasına, onun nəyi bildirməsinə 
görə toponimlərin fərqlənən qruplarından biri etnotoponimlərdir. 
Tayfa, qəbilə adları, bir sözlə  etnonimlər  əsasında yaranmış 
toponimlər onamastik sistemdə-etnotoponim adlanır. 
Azərbaycan toponimik sisteminin ən mürəkkəb və az 
öyrənilmiş    sahələrindən biri etnotoponimlərdir. Xalqımızın 
qədim tarixi ilə bağlı olan bu onomastik vahidlər barədə hələlik 
çox az söz deyilmişdir.  
Azərbaycan toponimləri təbii ki, dilimizin leksikasında 
mövcud olan müxtəlif söz qrupları  əsasında yaranmışdır. Bu-
nunla belə coğrafi adların meydana gəlməsi şəxs adları kimi bu 
və ya digər fərdin iradəsindən asılı olmayıb müəyyən tarixi, 
ictimai-siyasi hadisələr nəticəsi kimi təzahür etmişdir. Bu adlar 
müəyyən  ərazidə yaşayan  əhalinin, kollektivin və ya hakim 
dairənin təşəbbüsü ilə əmələ gəlmişdir.  
Minillik tarixə malik olan əyalət,  şəhər və  kəndlərin adı 
tarixi inkişaf prosesində müxtəlif səbəblər zəminində  həm 
sürətli, həm də ilk baxışdan nəzərə çarpmayan tədrici dəyişməyə 
məruz qala bilir. Onomastik vahidlər - toponim, etnonim, 
etnotoponim, antroponim və i.a. tarixi abidələr, kitabələr kimi 
dəyərli, qiymətli sərvət sayılır. Belə bir sərvətə münasibət də 
həmişə düzgün olmalı, onun qorunmasına, saxlanmasına, 
tədqiqinə köklənməli, onlar tarixin yadigarı kimi mühafizə 
edilməlidir. Onomastik leksika insanın inkişaf tarixi haqqında 
informasiya daşıdığına görə  təkcə dil mənşəyinə görə  mənsub 
olduğu dilin daşıyıcısı olan xalqın malı sayılmamalı, mahiyyəti 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə