Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

 
24
lokal qrup adları ilə  səsləşməsini sübuta yetirir. Bu cəhət 
etnotoponimlərə aid tədqiqatların yeni, genonim və genotopo-
nimlərlə qarşılıqlı  əlaqəli istiqamətini müəyyənləşdirir. 
Beləliklə, yuxarıda qeyd olunanlar göstərir ki, Qafqazda, 
xüsusən Ermənistan  ərazisindəki etnotoponimlərin tədqiqi 
prosesində ilkin elmi araşdırmalardan birini həmin  ərazidəki 
genotoponimlərin, genonimlərin və kompozitin digər 
komponentlərinin leksik-semantik xüsusiyyətlərinin aşkara 
çıxarılmasına yönəltmək lazımdır. Bu isə  əvvəlcə arealda 
yayılmış etnonimlərin ümumi mənzərəsini  aydınlaşdırmağı 
zəruriləşdirir. Çünki daha geniş 
tədqiqat ayrı-ayrı 
etnotoponimlərə görə deyil, onların ümumi toplusu əsasında 
aparılmalıdır. 
  
1.2. Azərbaycan və Qərbi Azərbaycan ərazisinin etnonim 
mənzərəsi 
Təbii ki, «etnik mənşəli, o cümlədən qəbilə  və tayfa ad-
larınin iştirak etdiyi yer adlarına görə azərbaycanlıların tə-
şəkkülündə hansı  qədim qəbilə  və tayfaların iştirak etməsi 
haqqında danışmaq olar» (140, 7). Azərbaycan  ərazisində 
məskunlaşmış  qədim qəbilə  və tayfalar haqqında müxtəlif 
mənbələrdə müəyyən məlumatlar vardır. 
Qədim Azərbaycan etnonimlərinə yunan və Roma mən-
bələrində - Hekatey Miletskinin (miki, dondar), Heredotun 
(kaspi, kel, girkan, anariak, qarqar, sirak, mard, sak, massaket və 
s.), Dionisinin (hun, kaspi, girkan, mard və s.) əsərlərində rast 
gəlinir (76, 107; 105, 15; 88, 7).  
Y.M.Cəfərov qeyd edir ki, Qafqaz ərazisindən bəhs edən 
antik tarixçilər eramızın ilk əsrlərində burada hunların da 
yaşadığını  təsdiqləyirlər (Bax: 87, 220-232; 37, 21-30; 46, 35-
36; 114, 5-20 və s.). 
Suriya mənbələrində  qədim Azərbaycanın buntürk, hun, 
qıpçaq, oğuz (quz), bulqar, icmax, peçenek, xəzər, xaçmatak və 
s. tayfalarının adları çəkilir(133; 97).  


 
25
Albaniya-Arran dövrünün etnonimlərinin böyük əksəriy-
yətinə V-VII əsrlər erməni tarixçi və coğrafiyaşünaslarının 
əsərlərində də rast gəlinir. V əsr erməni tarixçilərindən Favstos 
Buzənd bu ərazi haqqında məlumat verərkən həmin regionda 
yaşamış quqar, alban, maskut, xeçmatak, icemax, hun, çilb, kel, 
qat və s. tayfaların məskunlaşdıqlarını qeyd etmiş, Moisey 
Xorenski özünün “Ermənistan tarixi” əsərində  qədim türkdilli 
xalqlardan olan bulqarların, hunların, xəzərlərin, barsillərin 
Zaqafqaziyaya hücumlarından bəhs edir, Lazar Parbski isə 
Albaniyada kəngərlərin yaşadığından danışmışdır. VII əsr 
“Erməni coğrafiyası”  əsərində Asiya Sarmatiyasında yaşamış 
kaspi, bakan, zəgan, icemax, maskut, xeçmatak, xantuk, xeran, 
şarvan, max və s., Moisey Kaqankatvatsinin “Alban tarixi” 
əsərində alban, basil, qarqar, lbin, çilb, hun, çol, tərtər, köçər, 
mexrin, maskut, uti, xeçmatak, peçenek və s. etnosların adları 
çəkilir. Gəncəli Mxitar Qoşun “Alban xronikası” və gəncəli Ki-
rakos Qanzaketsinin “Tarix” əsərlərində Azərbaycanın bir çox 
etnonimlərinə rast gəlinir: hun, aqvan, alan, qacar, qıpçaq, 
muğal-tatar, səlcuq, tatar, türk, kanı, eri, movakan, xəzər, qıpçaq 
və s. tayfa adlarına və müxtəlif tayfa adlarını mühafizə edən 
Ereti, Kiş, Muğan,  Şəki və s. kimi toponimlərə  təsadüf 
olunmaqdadır. 
Azərbaycanın orta əsr etnonimiya və etnotoponimyasının 
öyrənilməsində fars mənbələrindən X əsr anonim abidəsi Hüdud 
əl-Aləm, Fəzlullah ibn Ruzbixan Xuncinin «Tarix aləm-arayi 
Amini»  əsərində Azərbaycan və onunla həmsərhəd ölkələrdə 
XV  əsrdə mövcud olmuş onlarca etnonim və etnotoponim öz 
əksini tapmışdır: türk, türkman, qacar, mosullu, rumlu, cığatay, 
çakarlı, şamlı, düxarlı, Kepçak, Qoşqar və s.  
Ərəb coğrafiyaşünas və  səyyahlarının  əsərlərində Azər-
baycan tayfa adlarını və tayfa adlarını özündə əks etdirən coğrafi 
adları öyrənmək üçün xeyli material vardır. Bu əsərlərdə avarlar, 
alanlar, arranlılar, bulqarlar, dağlılar, deyləmlilər, karluklar, 
kasaklar|kalaklar, osmanlılar, sərirlilər türklər, türkmənlər, 


 
26
xəzərlər, çarukluq, cuvaldar kimi etnonimlər, Alan qalası, 
Qandzak\Gəncə, Muğan, Muğan düzü, Muğaniyyə, Tərtər, Xəzər 
dənizi, Xunan, Şabran\Şəbəran və s. kimi etnotoponimlər özünə 
yer tapmışdır.  
XIII  əsrin sonu və XIV əsrin  əvvəllərinə aid Azərbaycan 
(türk) etnonimlərinin öyrənilməsində  Rəşidəddin Fəzlullah ibn 
Əbu-əl-xeyr Əli Həmədaninin əsərləri, xüsusilə onun “Cami ət-
təvarix“ əsəri (136) əvəzedilməz mənbələrdəndir. Görkəmli alim 
ağaceri, bayaut, curyat, cəlair, carukluq, cəmşidi, cirkin/çirkin, 
itbarak, kalac\xalac, kanlı|kanqlin, karatut, karkas, karkın, 
karluk|xarluut, qaşqar, kinkit|kingiyat, kipçak|kipçaut, kuçaylar, 
konkotan|xonkxotan, oğuz, sakait|saxait, səlciut, suldus, qantuq|-
tanqxut, türkmən, türk, urnat, elçigin və s. tayfa adlarını çəkir.  
Rəşidəddinin  əsərində 24 oğuz tayfası sadalanır. Müəllif 
Oğuzun 6 oğlundan (Gün xan, Ay xan, Yulduz xan, Göy xan, 
Dağ xan, Dəniz xan) olan nəvələrinin adları (Qayı, Bayat, 
Alkarauli, Karaüylü, Yaraz, Dügər, Durduqa, Bayarlı, Aveş 
(Auş), Kırık, Bekdili, Karkın, Bayandur, Bika, Culdur, Çipni, 
Salor (Salır), Imur, Alayuntlu, Uçqız, Yandır, Bükdür, Binva, 
Kanık) ilə  əlaqələndirir, onqonlarını göstərir. Rəşidəddin, 
həmçinin Uyğur, Qanlı, Qıpçaq, Karluk, Kalaç və  Ağaceri 
adlarının Oğuzun qardaş  və  əmi oğlanlarının adları, eyniadlı 
tayfaların həmin şəxslərin törəmələri olduğunu da qeyd etmişdir. 
Azərbaycan etnonimlərini tədqiq etmiş Elmira Əhmədova 
Əbu Bəkr  əl-Qütbi  əl-Əhərinin (XIV əsr) və  Məhəmməd  əl-
Hələbinin (XV əsr),  Əbd  ər-rəşidəl-Bakuvinin  əsərlərində 
çobanilər, cəlairlər, onların sülalələri, ağqoyunlular türk, kani, 
kimax, oquz, türkmən, xəzər, alan, bulqar, quzlar, səlcuqlar, 
bacanak\peçenek, oğuz və s. barədə mükəmməl məlumatlar 
verildiyini qeyd edir(26).  
C.V.Qəhrəmanovun “Opisanie arxeoqrafiçeskix do-
kumentov“ (104) və T.M.Musəvinin “Orta əsr Azərbaycan 
tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər)(61) kitabları 
da etnonimlərin öyrənilməsi baxımından çox qiymətlidir. Həmin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə