Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

21
sayında müşahidə olunan artımın əsas səbəblərindən birinə çevrilmişdir.”
49
 Kontraseptiv vasitələr müyəssər olsa 
da, onlar dövlət səhiyyə sığortası ilə ödənmir və əhaliyə ödənişli şəkildə təklif edilir.
50
Cinsi və reproduktiv sağlamlıq da daxil olmaqla mövcud resursların səhiyyəyə yönəlməsi prosesində çətinliklər 
müşahidə olunur. Azərbaycan hökuməti səhiyyəyə ayrılmış büdcəni əhəmiyyətli dərəcədə artırmış olsa da bu iqtisadi 
inkişafla ayaqlaşmır. 2012-ci ildə Azərbaycan Ümumi Daxili Məhsulun yalnız 1.5 faizini səhiyyəyə ayırıb,
51
 bu rəqəm 
2006-cı ildə ayrılmış 6 faizdən xeyli aşağıdır. Avropa üçün orta göstərici 7.4 faizidir.
52
  2012-ci ildə büdcənin yalnız 
3.9 faizi səhiyyəyə ayrılmışdır,
53
 2010-cu il üçün orta Avropa göstəricisi 15.3 faiz olmuşdur.
54
 Cinsi və reproduktiv 
sağlamlıq məsələlərinə dair büdcədə ayrıca bənd nəzərdə tutulmasa da, bu bəndlər Səhiyyə Nazirliyinin ümumi 
büdcəsinə daxil edilib.
Uşaqlıq yolu xərçənginin aşkarlanması üçün skrininq proqramı, eləcə də İPV peyvəndi proqramının olmaması 
çətinliklər yaradır. 
Tövsiyələr
Aşağıdakı tövsiyələr UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələri ilə Azərbaycanda hazırkı vəziyyət 
arasında müşahidə olunan uyğunsuzluqları aradan qaldıra biləcək qanun, siyasət və digər tədbirləri özündə ehtiva edir. 
Bəzi əlavə tövsiyələr də irəli sürülmüşdür:

 Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlaşdırması haqqında Qanunun təxirə salınmadan qəbul edilməlidir 
(CEDAW Komitəsinin 2015-ci ildə ölkə üzrə yekun müşahidələri, bənd 33(e));

  Dövlət  2014-2020-ci  illər  üçün  Səhiyyə  Nazirliyinin  Strateji  Planının  icrasını  təmin  etməli  və  planda  əks 
olunmamış qaçqın, məcburi köçkün, cinsi xidmət işçiləri, eləcə də az maddi təminatlı və aşağı təhsil səviyyəli 
qadınlar da daxil olmaqla həssas qruplara xüsusi diqqət yetirməlidir
 (CEDAW Komitəsinin ölkə üzrə yekun 
müşahidələri (2009), bənd 34);

 Dövlət Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlaşdırılması haqqında Qanunun və 2014-2020-ci illər üçün 
Strateji Planın icrasında və monitorinqində kənd qadınları, yeniyetmələr və gənclər və digər təcrid olunmuş əhali 
qrupları da daxil olmaqla qadınların iştirakçılığını təmin edən mexanizmlər qəbul etməlidir
 (əlavə tövsiyə);

  Dövlət  2014-2020-ci  illər  üçün  Strateji  Plan  da  daxil  olmaqla  CRSH  üzrə  siyasət  üçün  spesifik  hesabatlılıq 
mexanizmləri müəyyənləşdirməli və icra etməlidir. CRSH üzrə pozuntuların müəyyən edilməsi və dəymiş zərərin 
ödənilməsi  mexanizmlərinin  yaradılması  və  icrasının  monitorinqinə  imkan  verən  hesabatlılıq  mexanizmləri 
gələcək proqramlarda öz əksini tapmalıdır
 (əlavə tövsiyə);

  Qadınların  sağlamlıq  hüququnun  həyata  keçirilməsi  prosesində  DSS  (2011-ci  ildə  keçirilmişdir)  sorğusunda 
müəyyən edilmiş ödəniş (rəsmi və qeyri-rəsmi ödəniş də daxil omaqla); məsafə; nəqliyyatın olmaması; qadın 
təminatçıların olmaması; qadınların tək getmək istəməməsi və sosial norma olaraq kişi və ya yaşlı qadın ailə 
üzvündən icazə almalı olmaq kimi maneələrin aradan qaldırılması məqsədilə tədbirlər görməlidir.
55
 Bərabərlik 
və  ayrı-seçkiliyə  yol  verilməməsi  prinsiplərinə  uyğun  olaraq  xüsusi  diqqət  kənd  və  ucqar  yerlərdə  yaşayan 
qadınlar, məcburi köçkün, qaçqın, sığınacaq axtaran və vətəndaşlığı olmayan qadınlar, aşağı rifah göstəricisi 
olan qadınlar, aşağı təhsil səviyyəsi olan qadınlar, yeniyetmə və gənc qadınlar, cinsi xidmət işçiləri kimi təcrid 
olunmuş qrupların səhiyyə və reproduktiv sağlamlıq xidməltlərinə çıxışı zamanı üzləşdiyi maneələrə yetirilməlidir
 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; (2015), bənd 36);

 Ödəniş maneəsini aradan qaldırmaq üçün dövlət sağlamlıq hüququna uyğun olaraq məcburi sağlamlıq sığorta 
proqramını  həyata  keçirməlidir.  Məcburi  sağlamlıq  sığorta  proqramı  zəruri  səhiyyə  vasitələri  və  xidmətlərinin 
müyəssər olmasını təmin etməlidir. İmtiyazlar paketi əhalinin xəstəliklər də daxil olmaqla sağlamlıq ehtiyaclarını 
49
  Reproduktiv Sağlamlığa dair Milli Strategiya 2008-2015. Bakı,  2008, səh. 9.
50
  DSS 2011-ə əsasən: “UDV (uşaqlıq daxili vasitə) üsulunun qiyməti ən baha olmasına baxmayaraq, o daxil edildikdən sonra uzun illər istifadə oluna 
bilər. UDV-yə pulödəmiş və qiymət barədə məlumat verə bilən UDV istifadəçiləri (89.6 faiz)üçün orta qiymət 30 manat təşkil edir. UDV istifadə edən 
qadınların 4.5 faizi onu pulsuz əldə edib, təxminən 6 faizi isə qiymətinin nə qədər olduğunu xatırlamır. Həblər üçün orta qiymət 5 manat və kişi kon-
domları üçün isə 3 manat hesablanıb. Kondom istifadəçilərinin 66.5 faizi və həb istifadəçilərinin 27.3 faizi qiyməti bilmədiklərini qeyd ediblər.” DSS 
2011, səh. 78.
51
  Mümkün olan ən yüksək sağlamlıq standartı hüququ üzrə Xüsusi Məruzəçinin Hesabatı: Əlavə, Azərbaycana missiya. 3 may 2013. A/HRC/23/41/
Add.1, bənd 11.
52
  World Bank, Health expenditure, total (% of GDP). Available from http://data.worldbank.org/indicator/SH.XPD.TOTL.ZS
53
  Mümkün olan ən yüksək sağlamlıq standartı hüququ üzrə Xüsusi Məruzəçinin Hesabatı: Əlavə, Azərbaycana missiya. 3 may 2013. A/HRC/23/41/
Add.1.
54
  WHO, Global Health Expenditure Database, Table of key indicators, sources and methods by country and indicators: Azerbaijan
55
  Bu tövsiyə CEDAW Komitəsinin Yekun müşahidələri nin 2009-cu il tövsiyələrinin 34 və 38-ci bəndlərində əks olunmuş, xüsusilə qadınların ümumi 
səhiyyə və reproduktiv sağlamlığa çıxışını və qaçqın və məcburi köçkün qadınların sağlamlığını yaxşılaşdırmaq tövsiyələrinə uyğun gəlir. 


22
qarşılamalıdır.  Onlar,  minimum  olaraq,  səmərəli,  icma  əsaslı  əsas  səhiyyə  müəssisə  və  xidmətlərini  və  zəruri 
və  ümumi  dərmanlar  da  daxil  olmaqla  təhlükəsiz,  effektiv  və  münasib  dərmanları  əhatə  etməlidir”
56
  (CEDAW 
Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; Sağlamlıq hüququ üzrə Xüsusi Məruzəçi, bənd 58.a);

 Uşaqlıq yolu xərçənginin aşkarlanması üçün skrininq proqramı, eləcə də İPV peyvəndi proqramı hazırlanmalı və 
həyata keçirilməlidir
 (əlavə tövsiyə);

 Dövlət təcili kontraseptiv vasitələr də daxil olmaqla müasir kontrasepsiya vasitələrinin geniş siyahısının Əsas 
Dərman Preparatları Siyahısına daxil edilməsini təmin etməli və kənd qadınları, aşağı təhsil səviyyəli qadınlar və az 
təminatlı qadınlar kimi təcrid olunmuş qruplar da daxil olmaqlaəhali arasında müasir kontrasepsiya üsullarından 
istifadə faizini artırmaq üçün tədbirlər görməlidir. Bu tədbirlər müasir kontrasepsiya üsullarına tələbatı artırmaq, 
ailə  planlaşdırılması  üsullarına  ödənməyən  tələbatı  azaltmaq,  kontraseptivləri  daha  müyəssəretmək,  kənd 
yerlərində yaşayan gənc qadınlar, aşağı təhsil səviyyəsi olan qadınlar və az təminatlı qadınlar da daxil olmaqla 
əhali arasında ailə planlaşdırılmasına dair ictimai məlumatlandırma və maarifləndirmə kampaniyalarını da əhatə 
etməlidir
57
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; (2015), bənd 33(d));

 Dövlət müasir kontraseptivlərdən istifadəni təşviq etməlidir (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri 
(2015), bənd 33 (d));  

  Dövlət  zəruri  və  ümumi  dərmanlar  da  daxil  olmaqla  bütün  dərman  preparatlarını  münasib  qiymətə  təmin 
etməlidir
58
 (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34);

 Dövlət sağlamlıq hüququna maksimum vəsaitlərin ayrılmasını təmin etməlidir. Büdcədəki ayrılmalar ən azı 
Avropa üçün olanorta göstəriciyə uyğun olmalıdır. Səhiyyəyə dair büdcədə cinsi və reproduktiv hüquqlara dair 
ayrıca bənd olmalıdır 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; Sağlamlıq hüququ 
üzrə XM, bənd 58.a);

 Səhiyyə xidmətlərinin inkişaf etmədiyi yerlərdə və xüsusilə də kəndlərdə müvafiq büdcə və proqramlar bunu 
nəzərə almalıdır.  İlkin tibbi xidmət şəbəkəsi zəif olan yerlərdə, xüsusilə də kəndlərdə, ilkin tibbi xidmətin inkişafı 
büdcə və proqram icrası baxımından prioritet təşkil etməlidir
 (əlavə tövsiyə);

 Dövlət sonsuzluğa dair məlumat toplanılmasını təmin etməlidir (əlavə tövsiyə);

Yeniyetmələrlə bağlı üçüncü tərəfin icazəsinin tələb olunmasına dair hüquqi müddəa çıxarılmalıdır
 (əlavə 
tövsiyə).
İrəliləyişə nəzarət etmək üçün indikatorlar

Müasir və ənənəvi kontraseptiv üsullardan istifadə faizi (yaş, ailə vəziyyəti, şəhər/kənd,etnik mənsubiyyət,region, 
gəlir və s. üzrə bölgü əsasında) (
CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009),bənd 34);

Ailə planlaşdırılması üsulları üzrə ödənməyən ehtiyac (yaş, ailə vəziyyəti, şəhər/kənd, etnik mənsubiyyət, region, 
gəlir və s. üzrə bölgü əsasında) 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34);

Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlaşdırması haqqında Qanun qəbul edilibmi? 
(CEDAW Komitəsinin 
ölkə üzrə yekun müşahidələri (2015), bənd 33(e));

Dövlət Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlaşdırılması haqqında Qanunun və 2014-2020-ci illər üçün 
Strateji Planın icrasında və monitorinqində kənd qadınları, yeniyetmələr və gənclər və digər təcrid olunmuş əhali 
qrupları da daxil olmaqla qadınların iştirakçılığını təmin edən mexanizmlər yaratmışdırmı? 
(Əlavə tövsiyə);

Dövlət  2014-2020-ci  illər  üçün  Strateji  Plan  da  daxil  olmaqla  CRSH  üzrə 
proqramlara  dair  spesifik  hesabatlılıq 
mexanizmləri müəyyənləşdirmişdirmi? Bu mexanizmlər müvafiq sənədlərdə öz əksini tapmışdırmı? 
(Əlavə tövsiyə);

Kənd və ucqar yerlərdə yaşayan qadınlar, məcburi köçkün, qaçqın, sığınacaq axtaran və vətəndaşlığı olmayan 
qadınlar, aşağı rifah göstəricisi olan qadınlar, aşağı təhsil səviyyəsi olan qadınlar, yeniyetmə və gənc qadınlar, 
cinsi xidmət işçiləri də daxil olmaqla təcrid olunmuş qrupların səhiyyə və reproduktiv sağlamlıq xidməltlərinə 
çıxışını artırmaq üçün hansı qanunlar, siyasət və proqramlar qəbul edilmişdir? 
(CEDAW Komitəsinin ölkə üzrə 
yekun müşahidələri (2009), bənd 34; (2015), bənd 36). 
Bu tədbirlər aşağıdakı maneələrin aradan qaldırılmasını da özündə ehtiva edə bilər:
 
– Ödəniş (rəsmi və qeyri-rəsmi ödəniş də daxil omaqla);
56
  Mümkün olan ən yüksək sağlamlıq standartı hüququ üzrə Xüsusi Məruzəçinin Hesabatı: Əlavə, Azərbaycana missiya. 3 may 2013. A/HRC/23/41/
Add.1, bənd 24. 
57
  Bu tövsiyə CEDAW Komitəsinin Yekun müşahidələri nin tövsiyələrinin 34-cü (2009) və 33-cü (2015) bəndlərində əks olunmuş oğlan və qözların ailə 
planlaşdırılması və reproduktiv sağlamlıq təhsilinin artırılması və ana ölümü faziinin azaldılması tövsiyələrinə uyğun gəlir.
58
  Yenə orada (qeyd 56), para. 58(i). 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə