Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

31
Regiondan  asılı  olaraq  göstəricilərdə  fərqlər  müşahidə  olunur.  Partyor  zorakılığının  ən  yüksək  olduğu  faiz 
Abşeronda (29 faiz) və Lənkəranda (19 faiz) müşahidə edilir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərini tərk 
etmiş məcburi köçkün və qaçqın qadınlar arasında intim partnyor zorakılığı (26 faiz) digər qadınlarla müqayisədə 
(20 faiz) daha yuxarı olmuşdur.
102
 Digər yaş qrupları ilə müqayisədə gənc qadınlar partnyor zorakılığına daha çox 
məruz qalır, eləcə də erkən nikahlar partnyor zorakılığı riskini artırır.
103
Milli sorğuya əsasən, nə vaxtsa partnyoru olmuş respondentlərin 7 faizi həyatlarının müəyyən dönəmində cinsi 
zorakılığa məruz qalmışdır, bu faiz Dağlıq Şirvanda 0, Quba-Xaçmazda isə 12 faiz təşkil edir.
104
 Bütün regionlar üçün 
intim əlaqəyə məcbur etmə cinsi zorakılığın ən ümumi forması olaraq qalır.
105
Milli  sorğuya  əsasən,  qadın  respondentlərin  11  faizi  qeyri-partnyorlar  tərəfindən  fiziki  zorakılığa  məruz 
qaldıqlarını  bildirmişdir,  bu  faiz  Abşeronda  müşahidə  olunan  18  faizlə  Bakıda  müşahidə  olunan  4  faiz  arasında 
dəyişir. Qeyri-partnyor tərəfindən cinsi zorakılığa məruz qalan qadınların nisbəti Abşeronda qeyd olunan 10 faizlə 
Bakıda müşahidə olunan 3 faiz arasında dəyişir.
106
Milli sorğuya uyğun olaraq respondent qadınların 10 faizi uşaqlıqda cinsi zorakılığa məruz qalmışdır. Bu Abşeron 
və Quba-Xaşmazda 1 faizlə, Şəki-Zaqatalada müşahidə olunan 25 faiz arasında dəyişir.
Azərbaycanda erkən və ya məcburi nikahlar geniş yayılıb. Bu təcrübənin qanuna zidd olmasına görə aidiyyəti 
statistik  məlumatlar  etibarlı  olmaya  bilər,  amma  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsinin 
məlumatlarında 2013-cü ildə 5000, 2012-ci ildə 4000 erkən nikahlar qeydə alınmışdır,
107
 saydakı artım nikah yaşının 
artırılmasından qaynaqlanır.
UNICEF-in araşdırmasına əsasən, erkən nikahların ən yüksək sayı Abşeron və Lənkəranda, daha sonra isə Quba 
və Ağstafada müşahidə olunur.
108
UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin 
Azərbaycana tövsiyələri
2013-cü ildə UDİ üzrə İşçi Qrupunun üzv dövlətləri qadına qarşı zorakılığa dair bir sıra tövsiyələr irəli sürmüşdür. 
Tövsiyələrin çoxu bir-biri ilə eyni olduğu üçün burada onların hamısını təkrarlamırıq. Mahiyyət etibarilə Azərbaycan 
üçün irəli sürülən tövsiyələr aşağıdakılardır:

Qadına qarşı zorakılıqla mübarizə tədbirlərini gücləndirmək 
(UDİ üzrə tövsiyələr, bəndlər 109.60, 109.61, 109.66, 109.82);

Məişət  zorakılğı  qanununun  effektiv  implementasiyası  və  monitorinqi  mexanizmlərini  inkişaf  etdirmək  üçün 
tədbirlər  görmək,  xüsusilə  zorakılığa  məruz  qalmış  qadınların ədliyyəyə  çıxışını  və  onların  müdafiəsini  təmin 
etmək 
(UDİ üzrə tövsiyələr, bəndlər 109.81, 109.83);

Qeydiyyata alınmamış nikahlar təcrübəsini aradan qaldırmaq üçün təcili tədbirlər görmək, nikah yaşından əvvəl evliliklərin 
baş verməməsini təmin etmək üçün ictimai maarifləndirmə kampaniyaları keçirmək 
(UDİ üzrə tövsiyələr, bənd 109.100).
CEDAW Komitəsinin 2015-ci ildə ölkə üzrə Yekun Müşahidələrində 
(Bənd 22) məişət zorakılığının qarşısının 
alınması haqqında Qanunun həyata keçirilməsi prosesində olan çatışmamazlıqlar, məişət zorakılığı halları ilə 
əlaqədar sistematik məlumatın toplanmaması, məişət zorakılığı qurbanları üçün yardım və təyinat mərkəzlərinin 
sayının məhdud olması, dövlət təminatlı sığınacaqların çox az olması; Qadınlara qarşı zorakılıq və məişət 
zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasının ratifikasiyanda müşahidə olunan 
gecikmələrlə bağlı öz narahatlığını ifadə etmişdir.
CEDAW Komitəsi 2015-ci ildə ölkə üzrə Yekun Müşahidələrində Azərbaycana aşağıdakıları tövsiyə etmişdir:

Təxirəsalınmaz şəkildə Məişət zorakılığının qarşısının alınması üzrə Milli Fəaliyyət Planını və Məişət zorakılığının 
qarşısının alınması üzrə Milli Strategiyanı qəbul etmək və onların həyata keçirilməsi üçün müvafiq vəsait ayırmaq 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 23 (a));
102
  Yenə orada, səh. 23.
103
  Yenə orada, səh. 30-31.
104
  Yenə orada, səh. 78.
105
  Yenə orada, səh. 22.
106
  Yenə orada, səh. 25.
107
  Qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrəXüsusi Məruzəçi Raşida Mancunun Hesabatı: Əlavə, Azərbaycana missiya, 2 iyun 2014, 
A/HRC/26/38/Add.3.
108
  UNICEF/AQUPDK, Erkən nikahlar:uşaqların hüquqlarının pozulması (2009).


32

Yaş, yaşayış məntəqəsinin tipi, habelə günahkar ilə qurban arasında əlaqələri göstərən bölgü əsasında qadınlara 
qarşı  zorakılığın  bütün  formaları  barədə  təfsilatlı  məlumatların  toplanması  sistemini  yaratmaq  (CEDAW 
Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 23 (b));

Ölkə  daxilində  zorakılıq  qurbanları  üçün  dövlət  tərəfindən  maliyyələşən  dəstək  və  yönləndirmə  mərkəzlərini 
yaratmaq və bu baxımdan müvafiq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı gücləndirmək; (CEDAW Komitəsinin 
ölkə üzrə yekun müşahidələri (2015), bənd 23 (c));

Xüsusilə  regionlarda,  zorakılıq  qurbanı  olan  qadınlar  üçün  dövlət  tərəfindən  maliyyələşdirilən  sığınacaqların 
sayını artırmaq, və qurbanlar üçün 24/7 rejimdə çalışan qaynar xətt yaratmaq (CEDAW Komitəsinin ölkə üzrə 
yekun müşahidələri (2015), bənd 23 (d));

Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması haqqında Avropa Şurası Konvensiyasının 
ratifikasiyası üzrə konkret müddət təyin etmək (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 
23 (e));

Qızların məktəb təhsilindən ayrılmalarının monitorinqi, eləcə də hüquq-mühafizə orqanları tərəfindən sistemli 
araşdırma,  təqib  və  cinayət  törətmiş  bütün  şəxslərin  cəzalandırılması  vasitəsilə  erkən  və  yetkinlik  yaşına 
çatmamış  insanlar  arasında  nikahların  qarşısını  almaq  (CEDAW  Komitəsinin  ölkə  üzrə  yekun  müşahidələri 
(2015), bənd 39 (a));

Əvvəlcədən rəsmi qeydiyyat olmadan dini nikahların (“Kəbin”) həyata keçirilməsinə qarşı qadağanı tətbiq, habelə 
(29  saylı  ÜT-ə  uyğun  olaraq)  qeydə  alınmamış  nikahlarda  qızların  və  qadınların,  eləcə  də  onların  uşaqlarının 
hüquqlarını müdafiə etmək üçün bütün lazımi tədbirlər görmək (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri 
(2015), bənd 39 (b));

Pensiya və sığorta kimi qeyri-maddi əmlakın birgə mülkiyyətin bir hissəsi kimi tanınmasına və boşanma zamanı 
bərabər  bölünməsinə  imkan  yaradan  lazımi  qanunvericilik  tədbirlərini  həyata  keçirmək  (CEDAW  Komitəsinin 
ölkə üzrə yekun müşahidələri (2015), bənd 39 (c));

Kənd yerlərində uşaq müəssisələrinin, habelə məişət zorakılığı qurbanları üçün sığınacaqların mövcudluğunu 
təmin etmək (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 37).
İqtisadi, sosial və mədəni hüquqlar Komitəsi 2013-cü ildə Yekun Qeydlərində DMK arasında və kənd yerlərində 
erkən nikahlar praktikasının davam etməsindən narahatlığını bildirərək, dövlətə aşağıdakıları tövsiyə etmişdir:

“Düzəliş edilmiş Ailə Məcəlləsinin implementasiyasına nəzarət etmək.”
109

“Növbəti dövri hesabatında müxtəlif etnik və dini qruplar, DMK və şəhər və kənd yerləri üzrə bölgü əsasında 
ölkədə yayılmış erkən nikahlarla bağlı məlumat vermək.” 
110
Azərbaycanda  qadına  qarşı  zorakılıq  üzrə  Xüsusi  Məruzəçinin  (XM)  hesabatı  bir  sıra  tövsiyələri  də  əhatə 
etməklə ölkədə qadına qarşı zorakılığın hüquqi əsaslı təhlilini əks etdirir. Bura aşağıdakı sahələr daxildir: hüquqi 
və siyasi islahatlar; hesabatlılıq; gender stetreotiplərinə və qadınların səlahiyyətləndirilməsinə, eləcə də statistika 
və  məlumat  toplanılmasına  ünvanlanmış  məlumatlandırma  kampaniyaları  daxil  olmaqla  cəmiyyətdəki  mövcud 
münasibətlərin transformasiyası. Bəzi tövsiyələr qadına qarşı zorakılıq məsələlərinə ünvanlanmış olsa da, digərləri 
qadınların səlahiyyətləndirilməsi və CRSH kontekstindədir. Tövsiyələrin siyahısı çox uzun olduğu üçün onlar Əlavə 
4-də təqdim edilir. Ancaq irəliləyişi monitorinq etmək üçün bəzi indikatorlar XM-nin tövsiyələrini əks etdirir.
Dövlətin həyata keçirdiyi tədbirlər
2011-ci ildə Azərbaycanda Qadına qarşı zorakılığa dair Milli Sorğu Hesabatı (2008) çap olundu. Hesabat ölkədə 
qadına  qarşı  zorakılığa  dair  etibarlı  və  reprezentativ  məlumatları  təmin  edir,  eləcə  də  hədəflənmiş  siyasət  və 
proqramlar üçün vacib məlumat mənbəsi kimi çıxış edir. Hesabat CEDAW Komitəsi Yekun müşahidələrində qadına 
qarşı zorakılığın səbəblərinin və yayılmasının araşdırılması tövsiyəsinin həyata keçirilməsini dəstəkləyir.
Məişət zorakılığının qarşısının alınmasına dair Qanun 2010-ci ilin iyun ayında qəbul edilmişdir. Qanun hüquqi 
və sosial tədbirlər də nəzərə alınmaqla məişət zorakılığının qarşısını alınmasına dair bir sıra müddəaları əhatə edir. 
Qanun dövlətdən məişət zorakılığının qarşısının alınması üçün maarifləndirici tədbirlərin də həyata keçirilməsini 
tələb edir. Qanun, eləcə də zorakılığın izlənilməsi, qadınların səmərəli preventiv, müdafiə və reabilitasiya xidmətləri 
109
  E/C.12/AZE/CO/3, para. 19.
110
  E/C.12/AZE/CO/3, para. 19.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə