Azərbayca respublikasinin insa a (ombudsman)


UDİ üzrə İşçi Qrupun və CEDAW Komitəsinin



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

19
UDİ üzrə İşçi Qrupun və CEDAW Komitəsinin 
Azərbaycan hökumətinə verdiyi tövsiyələr
2013-cü ildə UDİ üzrə İşçi Qrupunun üzv dövlətləri Azərbaycana aşağıdakı tövsiyəni verdi:


Reproduktiv sağlamlıq haqqında milli strategiyanın icrası üzrə səyləri davam etdirmək.” 
37
2009-cu  ildə  CEDAW  Komitəsi  Yekun  müşahidələrində  qadınların  sağlamlığını  yaxşılaşdırmaq  məqsədilə 
Azərbaycanın müxtəlif cəhdlər göstərdiyini, Reproduktiv Sağlamlıq haqqında Milli Strategiyanın (2008-2015)
38
 və 
Ana  və  uşaqların  sağlamlığının  qorunmasına  dair  Dövlət  Proqramının
39
  (2006-2010)  başa  çatması  ilə  əlaqədar 
yeni proqramların qəbul edilməsini vurğulamışdır. Ancaq Komitə ümumi tibbi yardım və reproduktiv tibbi yardım 
xidmətlərinin kəndlərdə və ucqar ərazilərdə yaşayanlar, məcburi köçkunlər və qaçqınlar üçün müyəssər olmadığına 
dair  narahatlığını  da  ifadə  etmişdir.    Yüksək  olan  ana  ölümü  faizi  də  Komitənin  toxunduğu  məsələlər  sırasında 
idi. Beynəlxalq təşkilatlar tərəfindən kontrasepsiya vasitələri ilə təchizatın 2004-cü ildə dayandırılması nəticəsində 
kontraseptiv vasitələrdən istifadə göstəricilərində azalmanın müşahidə olunması, eyni zamanda nəticə etibarilə 
abortların ailə planlaşdırılmasının əsas üsulu kimi istifadə edilməsindən də narahatlıq ifadə edilmişdir.
CEDAW Komitəsi 2015-ci ildə ölkə üzrə Yekun Müşahidələrində də bütün vətəndaşların səhiyyə imkanlarına 
çıxışını yaxşılaşdırmaq istiqamətində dövlətin göstədiyi səyləri qeyd edir. Ancaq müasir kontrasepsiya üsullarından 
istifadə  göstəricisinin  aşağı  olması;  kənd  yerlərində  səhiyyə  infrastrukturunun  zəifliyi  və  bəzi  hallarda  xidmət 
təminatçılarının  bacarıqlarının  yetərli  olmamasından  narahatlığını  ifadə  edir.  Bununla  bağlı  Komitə  aşağıdakıları 
tövsiyə edir: 

Səhiyyə Nazirliyinin Əsas Dərman Preparatları Siyahısına müasir kontraseptivlərin daxil edilməsi vasitəsilə 
əhali arasında müasir kontraseptivlərdən istifadəni təşviq etmək (CEDAW Komitəsinin 2015-ci ildə ölkə üzrə 
Yekun Müşahidələri, bənd 33 (d));

Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlaşdırılması haqqında qanunu təxirə salmadan qəbul etmək 
(CEDAW Komitəsinin 2015-ci ildə ölkə üzrə Yekun Müşahidələri, bənd 33(e));

Qadınların ümumilikdə tibb xidmətləri və xüsusilə də reproduktiv tibbi xidmətlərdən istifadəsini təkmilləşdirmək 
üçün bütün müvafiq tədbirləri görməyə davam etmək (CEDAW Komitəsinin 2009-cu ildə ölkə üzrə Yekun 
Müşahidələri, bənd 34);

Dövlət spesifik vaxt cədvəlləri üzrə qaçqın və məcburi köçkün qadın və qızların digər xidmətlərlə yanaşı tibbi 
xidmətlərə çıxışını təmin etmək üzrə ünvanlı tədbirləri davam etməli və bu tədbirlərin icrasına nəzarət etməlidir 
(CEDAW Komitəsinin 2009-cu ildə ölkə üzrə Yekun Müşahidələri, bənd 38);

Dövlət kənd qadınlarının səhiyyə və digər xidmətlərə yetərli çıxışını təmin etməlidir (CEDAW Komitəsinin 2015-
ci ildə ölkə üzrə Yekun Müşahidələri, bənd 37).
2013-cü ildə İSMHBP-ın icrasına nəzarət edən İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə Azərbaycanda 
cinsi və reproduktiv sağlamlıq üzrə səhiyyə xidmətlərinin müyəssərliyinin məhdudluğundan narahatlığını bildirmiş 
və dövlətə tövsiyə etmişdir ki:

“Qaçqınlar, sığınacaq axtaranlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər də daxil olmaqla, kənd və ucqar 
ərazilərdə, xüsusilə cinsi və reproduktiv sağlamlıq xidmətlərini təmin etmək üçün tədbirlər görsün” (bənd 16).
40
Mümkün olan ən yüksək sağlamlıq standartı hüququ (sağlamlıq hüququ) üzrə BMT-nin Azərbaycan üzrə Xüsusi 
Məruzəçisi Anand Qrover öz hesabatında kənd və ucqar ərazilərdə səhiyyənin müyəssərliyi ilə bağlı problemləri ilkin 
səhiyyə xərcləri hesabına işçilərin, xəstəxana yataqlarının, tibbi təchizatın sayını artırmaq da daxil olmaqla ikincili və 
üçüncülü tibb xidmətlərinə daha çox diqqət ayrılması ilə əlaqələndirir.
41
37
  A/HRC/24/13, para. 109.146.
38
  Reproduktiv Sağlamlığa dair Milli Strategiya  (2008-2015) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 30 yanvar 2008-ci ildə təsdiq 
edilmişdir.
39
  Ana və uşaqların sağlamlığının qorunmasına dair Dövlət Proqramı (2006-2010) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 2006-cı 
il tarixli qərarı ilə təsdiq olunmuşdur.
40
  İqtisadi, sosial və mədəni hüquqlar Komitəsi. Azərbaycanın üçüncü dövri hesabatı üzrə Komitənin 5-ci sessiyasında qəbul edilmiş Yekun Qeydlər, 
29 aprel-17 may 2013,  E/C.12/AZE/CO/3.
41
  Report of the Special Rapporteur on the right of everyone to the enjoyment of the highest attainable standard of physical and mental health, Anand 
Grover, para. 57.b. Available at http://daccess-dds-ny.un.org/doc/UNDOC/GEN/G13/135/34/PDF/G1313534.pdf?OpenElement


20
Dövlətin həyata keçirdiyi tədbirlər
Qadınların  reproduktiv  sağlamlıq  xidməti  də  daxil  olmaqla  səhiyyə  xidmətlərinə  çıxışını  təkmilləşdirmək  üçün 
Səhiyyə Nazirliyi bütün regionlarda xəstəxanalarda qadın məsləhətxanaları və qadın kabinetləri yaratmışdır. Reproduktiv 
Sağlamlığa dair 2008-2015-ci illər üzrə Milli Strategiyanı yerinə yetirmək üçün də müəyyən addımlar atılmışdır.
Reproduktiv  Sağlamlığa  dair  2008-2015-ci  illər  üzrə  Milli  Strategiya  kontekstində  Səhiyyə  Nazirliyi  bütün 
kontraseptiv üsullara dair elmi cəhətdən əsaslandırılmış məlumatı müyəssəretmişdir. Qadın məsləhətxanalarında 
kontraseptiv üsulların siyahısı var.
Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planı təsdiqlənmişdir. Bu Planda abortlardan ailə planlaşdırılması 
məqsədi ilə istifadənin qarşısının alınması üçün əhalinin müasir kontraseptiv üsullara çıxışını artırmaq məqsədilə 
bir sıra tədbirlər nəzərdə tutulub.
42
 Planın məqsədləri içərisində “əhali arasında ailə planlaşdırılması üsullarından 
istifadənin  təşviq  edilməsi  və  bu  sahədə  biliklərin  artırılması;  İSX  səviyyəsində  seçilmiş  müasir  kontrasepsiya 
üsullarının əhali üçün əlçatanlığının təmin edilməsi” xüsusi yer tutur.
43
 Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi 
kimi insan hüquqları prinsipləri ilə yanaşı Strateji Plan kənd yerlərində yaşayan əhalini, o cümlədən uşaq və gəncləri 
əsas hədəf götürür. Strateji Plan cavabdehliyi əsas dəyər olaraq qeyd edir və onu “Nazirliyin strateji hədəfləri üzrə 
göstəricilərin  ölçülməsini  təmin  etmək  və  vətəndaş  cəmiyyətinə  münasibətdə  açıq  olmaq  və  onun  qarşısında 
məsuliyyət daşımaq”  kimi xarakterizə edir.
44
Uyğunsuzluqlar
Hələ  də,  təcili  kontrasepsiya  üsulları  da  daxil  olmaqla,  müasir  kontrasepsiya  üsullarının geniş  siyahısı  zəruri 
dərman preparatları (məlzəmələr) siyahısına daxil edilməyib.
Əhalinin  reproduktiv  sağlamlığının  müdafiəsi  və  ailə  planlaşdırılması  haqqında  Qanunun  layihəsi  hələ  qəbul 
edilməyib. Qanun layihəsi parlamentdə bir-neçə oxunuşdan keçmiş və deputatların müəyyən qrupları tərəfindən 
irəli sürülən fərqli fikirlərə görə qəbul edilməmişdir. Opponentlər hesab edirdilər ki, qanun layihəsində əks olunmuş 
süni mayalanma, surroqat analıq və sperma donorları “milli mentalitetə” ziddir. Layihəni dəstəkləyənlər isə inanırlar 
ki, bu qanun çoxlu sayda boşanmaların və sonsuzluğun qarşısını almağa xidmət edəcək.
Strateji  Plan  bəzi  təcrid  olunmuş  qrupların  CRSH-nı  əhatə  etmədiyi  üçün  bərabərlik  və  ayrı-seçkiliyə  yol 
verilməməsi  kimi  insan  hüquqları  prinsiplərinə  tam  cavab  vermir.  Məsələn,  Strateji  Planda  məcburi  köçkünlər, 
aşağı təhsil və ya gəlirə malik olan qadınlar, cinsi xidmət sahəsində işləyənlər ayrıca nəzərə alınmır. Plan, eləcə 
də,  spesifik cavabdehlik prosedurlarını müəyyənləşdirmir. Plan onun hazırlanmasında iştirakçılıq prosesinin necə 
həyata  keçirilməsinə  dair  məlumat  vermir,  CRS  xidmətlərinin  əlçatanlığı  kontekstində  həssas  qruplar  da  daxil 
olmaqla əhalinin iştirakçılığını artırmaq üçün tədbirlər müəyyən etmir.
Dövlət səhiyyə xidmətləri rəsmi olaraq pulsuz olsa da, əhalinin aztəminatlı hissəsinə təsir edən qeyri-rəsmi ödəniş 
praktikası hələ də qalmaqdadır. 2010-cu ildə bu ödənişlər ümumi səhiyyə xərclərinin 70 faizini təşkil etmişdi.
45
Bu məqam eləcə də 2012-ci ildə Uşaq hüquqları üzrə Komitənin Yekun müşahidələrində öz əksini tapmışdı: 
“Səhiyyə işçiləri arasında geniş yayılmış korrupsiya, qeyri-rəsmi ödənişlər səhiyyənin müyəssərliyinə mane olur.”
46
 
Qeyri-rəsmi ödənişlər 2013-cü ildə İSMHK-nın Yekun qeydlərindədə maneə kimi göstərilmiş (bənd 16), eləcə də 
sağlamlıq hüququ üzrə Azərbaycana təyin olunmuş Xüsusi məruzəçinin hesabatında da qeyd olunmuşdu.
47
Tibbi sığorta haqqında Qanunla (1999) təmin olunan icbari tibbi sığorta proqramı hələ icra edilmir.
48
 Halbuki ən 
yeni milli inkişaf strategiyası “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası əhalinin 2020-ci ilə qədər 
icbari tibbi sığorta ilətəmin olunmasını nəzərdə tutur. Bu proqramın qeyri-rəsmi ödənişlər də daxil olmaqla maliyyə 
maneələrinin aradan qaldırılmasına şərait yaradacağı gözlənilir.
2008-2015-ci illər üçün Reproduktiv Sağlamlığa dair Milli Strategiyada qeyd olunur ki, “2004-ci ildən etibaran 
Azərbaycan əhalisinin kontraseptiv vasitələrlə təmin edilməsinə donor dəstəyi dayandırılmışdır. Bu da abortların 
42
  Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 24 aprel 2014-cü il tarixli qərarı ilə təsdiq 
edilmişdir. http://www.sehiyye.gov.az/files/pdf/emr_2014_30.pdf 
43
  Activity Plan, Para 5.9.
44
  Yenə orada, Part 5, para 2.
45
  WHO, Global Health Expenditure Database, Table of key indicators, sources and methods by country and indicators: Azerbaijan.  
46
  Uşaq hüquqları Komitəsi, Yekun Müşahidələr, Azərbaycan, 59-cu sessiyada qəbul edilmişdir, 16 yanvar-3 fevral 2012, 12 mart 2012, bənd 58.
47
  Mümkün olan ən yüksək sağlamlıq standartı hüququ üzrə Xüsusi Məruzəçinin Hesabatı: Əlavə, Azərbaycana missiya. 3 may 2013. A/HRC/23/41/
Add.1, bənd 20.
48
  Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu, 28 oktyabr 1999. No 725-IQ.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə