Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

29
keçirməlidir 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; UDİ tövsiyələri (2013), bəndlər 
109.145 və 109.146).

Dövlət  səhiyyə  xidmətlərinin  monitorinqi  və  hesabatlılığının  gücləndirilməsi  məqsədi  ilə  ana  ölümünə  dair 
məlumatların İCD-10-a uyğun şəkildə toplanması, hesablanması və qiymətləndirilməsi üçün vahid metodologiya 
hazırlamalıdır 
(UDİ tövsiyələri (2013), bənd 109.146).

Dövlət  digər  işlərlə  bərabər,  bu  fenomenin  yayılma  dərəcəsi,  onun  tərifi  və  ölçü  parametrləri  barədə  dəqiq 
məlumatların təmin edilməsi vasitəsilə, ana ölümü hallarının azaldılmasına yönəlmiş səyləri sürətləndirməlidir 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 33(a)).

Ana ölümünün əsas səbəbləri haqqında informasiyanı təmin etmək üçün ana ölümünə dair toplanılan məlumatlar 
onun səbəblərinə dair məlumatları da əks etdirməlidir (əlavə tövsiyə).

Dövlət hamilə qadınların əlavə dəmirlə təmin olunmasına dair strategiya qəbul etməli və həyata keçirməlidir 
(əlavə tövsiyə).

Qadınlar  və  uşaqlar  arasında  mikroelement  çatışmazlığını  aradan  qaldırmaq  üçün  müvafiq  qanun  qəbul 
edilməlidir 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 33(f)).
İrəliləyişə nəzarət etmək üçün indikatorlar

Ana ölümü əmsalı (yaş, şəhər/kənd, təhsil və rifah göstəricisinə görə bölgü əsasında, ana ölümünün səbəbinə 
görə bölgü əsasında)? 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; (2015), bənd 33(a));

Hamiləlik zamanı ən azı 4 dəfə antenatal müayinədən keçmiş qadınların faizi (yaş, şəhər/kənd qeydiyyatı, təhsil 
və rifah göstəricisinə görə bölgü əsasında)? 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; 
UDİ tövsiyələri (2013), bənd 109.146);

Dövlət yüksək ana ölümü əmsalına səbəb olan amillərə yönəlmiş konkret siyasi tədbirlər həyata keçirirmi? 

Dövlət  digər  işlərlə  bərabər,  bu  fenomenin  yayılma  dərəcəsi,  onun  tərifi  və  ölçü  parametrləri  barədə  dəqiq 
məlumatların  təmin  edilməsi  vasitəsilə,  ana  ölümü  hallarının  azaldılmasına  yönəlmiş  səyləri  sürətləndirmək 
üçün tədbirlər görmüşdürmü? 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 33(a));

Dövlət  ana  və  neonatal  ölüm  hallarının  sayını  azaltmaq  üçün  antenatal,  doğüş  və  yeni  doğulmuşlara  qayğı 
xidmətlərinin  keyfiyyətini  təmin  etmək  üçün  tədbirlər  görübmü? 
(CEDAW  Komitəsinin  ölkə  üzrə  yekun 
müşahidələri (2015), bənd 33(b);

Dövlət hamilə qadınlara aşağıdakıları təmin edən strategiya qəbul etmiş və həyata keçirirmi?
-  Ən azı 4 antenatal müayinədən keçmək (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34);
-  Dəmir tərkibli əlavə qidalar qəbul etmək (əlavə tövsiyə).

Dövlət analara göstərilən qayğının təmin olunması üçün müvafiq proqramlar və digər tədbirlər qəbul etmiş və 
həyata keçirmişdirmi? 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34, UDİ üzrə tövsiyələr, 
bənd 109.146);

Dövlət BMT-nin Əhali Fondunun müvafiq standartlarına uyğun olaraq ana ölümünə nəzarət və cavab mexanizmləri 
hazırlamışdırmı? Bu nəzarət nəticəsində toplanmış məlumat xidmət təhcizatı baxımından hansı siyasi və sistem 
dəyişikliklərin olmasına şərait yaratmışdır? (əlavə tövsiyə);

Dövlət ana ölümünün ölçülməsini beynəlxalq qəbul olunmuş metodologiyalara uyğunlaşdırıbmı? (əlavə tövsiyə);

Qidanın  Vitaminləşdirilməsi  haqqında  Qanun  qəbul  edilmişdirmi? 
(CEDAW  Komitəsinin  ölkə  üzrə  yekun 
müşahidələri (2015), bənd 33(f)).


30
D: QADINA QARşI zoRAkILIQ
Sağlamlıq və insan hüquqları çərçivəsi
Birləşmiş Millətlər Təşkilatı qadına qarşı zorakılığı “şəxsi və ya ictimai həyatda baş verən hədə-qorxular, müəyyən 
hərəkətlərə vadar etmə, özbaşına azadlıqdan məhrum etmə halları da daxil olmaqla fiziki, cinsi və ya psixoloji ziyan 
vuran və ya əzab verən və ya ziyanla və əzabla nəticələnə biləcək hər bir hərəkət” kimi səciyyələndirir.
92
Cinsi  zorakılıq  da  daxil  olmaqla  qadına  qarşı  zorakılıq  bir  sıra  mənfi  nəticələr  doğura  bilər.  Fiziki  zorakılıq 
yaralanma və qıcıqlanmış bağırsaq sindromu, mədə-bağırsaq pozuntuları və xroniki bel ağrıları da daxil olmaqla 
müxtəlif xroniki ağrılara səbəb ola  bilər. Cinsi zorakılıq İİV, digər zöhrəvi xəstəliklər və arzuolunmayan hamiləliklə 
nəticələnə bilər.
93
 Eləcə də, psixoloji sağlamlıq problemləri də yarana bilər.  
Qadına  qarşı  zorakılıq  ayrı-seçkiliyin  bir  formasıdır  və  qadının  kişilərlə  bərabər  şəkildə  insan  hüquqlarını 
həyata keçirmək qabiliyyətini əngəlləyir. Zorakılıq bir sıra əsas hüquqlara təsir edir: yaşamaq hüququ, sağlamlıq 
hüququ, işgəncə və ya qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya davranışa məruz qalmamaq hüququ, şəxsin 
toxunulmazlığı və azadlığı hüququ, qanun qarşısında bərabər müdafiə hüququ; ailədə bərabərlik; ədalətli və əlverişli 
iş şəraiti hüququ; bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi.
94
Erkən nikah da cinsi və gender-əsaslı zorakılığın bir formasıdır. Bu fenomen erkən hamiləliklə nəticələnir ki, bu da fəsadlar 
baxımından ən riskli hamiləliklər sırasındadır. Tədqiqatlar, həmçinin, erkən nikahları intim partnyor zorakılığı ilə də əlaqələndirir. 
CEDAW-ya əsasən, uşağın nişanlanması və nikaha daxil olması hüquqi qüvvəyə malik olmamalıdır 
(CEDAW Konvensiyası, 
maddə 16) və CEDAW Komitəsi Yekun müşahidələrində nikah üçün minimum yaşı kişi və qadın üçün 18 olaraq müəyyənləşdirir.
95
Azərbaycanda vəziyyət
Qadına qarşı zorakılıq üzrə Xüsusi Məruzəçi 2013-cü ildə Azərbaycanda olmuşdur. Onun hesabatında göstərilir 
ki, Azərbaycanda qadına qarşı zorakılığa “patriarxal sosial normalar, dərin kök salmış gender stereotipləri və yanlış 
fikirlər, həmçinin qadınların əleyhinə olan ənənəvi təcrübələr təkan verir.”
96
Qadına  qarşı  zorakılıq  Azərbaycanda  həm  ictimai,  həm  də  özəl  sferada  geniş  yayılmışdır.  Azərbaycan 
Respublikasının Daxili İşlər Nazirliyindən təqdim edilmiş 1 yanvar 2011-ci il - 30 noyabr 2013-cü il tarixlərini əhatə 
edən statistik məlumatlara əsasən 4053 sayda məişət zorakılığı faktı qeydə alınmışdır.
97
 Azərbaycan Respublikasının 
Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş məlumata əsasən, 2013-cü ildə 13 zorlama və zorlamaya 
cəhd şikayətləri olmuşdur, ancaq onu da vurğulamaq lazımdır ki, qadınlara qarşı ər və ya partnyorları tərəfindən olan 
zorlamalar da daxil olmaqla, çox hallarda zorlamaya dair şikayət etmirlər.
Məişət zorakılığına dair ilk milli sorğu hökumət və BMT-nin Əhali Fondu tərəfindən 2008-ci ildə keçirilmişdir.
98
 
Sorğu zorakılığın yayılma səviyyəsi, səbəblər, qadına qarşı zorakılıqla mübarizə üzrə qurbanların istifadə etdikləri 
əsas strategiyalara dair məlumatı təqdim etmişdir. 
Bu tədqiqat müəyyənləşdirdi ki, respondentlərin 24 faizi 15 yaşından etibarən qeyri-partnyor tərəfindən zorakılığa 
məruz qalmışdır, bununla yanaşı qadınlara qarşı zorakılığı əsasən partnyor və digər yaxın ailə üzvü törədir.
99
 Sorğuda 
iştirak  edən  qadınların  15  faizi  fiziki  zorakılığa  məruz  qaldığını,  dörddə  biri  isə  partnyorları  tərəfindən  psixoloji 
zorakılığa məruz qaldığını bildirmişlər. Partnyor zorakılığına məruz qalan qadınların 1-dən az faizi müdafiə üçün 
rəsmi qurumlara müraciət etmişdir.
100
 Bu adət-ənənə amilləri və xidmətlərin olmaması ilə bağlı idi. Xidmətlərdən 
istifadə edənlərin böyük əksəriyyəti xidmətlərdən razı qalmamışdır.
101
92
  Qadına qarşı zorakılığın ləğv edilməsi haqqıdna BMT-nin Bəyannaməsi, BMT-nin Baş Məclisi, 85-ci Plenar İclas, dekabr 1993.
93
  Researching violence against women: a practical guide for researchers and activists. Geneva, World Health Organization, and Seattle, Program for 
Appropriate Technology in Health, 2005. At: www.path.org/files/GBV_rvaw_complete.pdf. (5 Avq. 2010) 
94
  Committee on the Elimination of Discrimination against Women, General Recommendation 19, violence against women (1992).
95
  CEDAW Committee, General Recommendation 21, para. 36.
96
  Qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrəXüsusi Məruzəçi Raşida Mancunun Hesabatı: Əlavə, Azərbaycana missiya, 2 iyun 2014, A/
HRC/26/38/Add.3. Bənd 4.
97
  Yenə orada. Bəndlər 6 və 14.
98
  BMT-nin Əhali Fondu/AQUPDK, Azərbaycanda qadınlara qarşı zorakılıq üzrə milli sorğu hesabatı( 2011). 
99
  Yenə orada, p. 21.
100
  BMT-nin Əhali Fondu/SCFWCAAQUPDK, National Survey Report on Violence Against Women in AzerbaijanAzərbaycanda qadınlara qarşı zorakılıq 
üzrə milli sorğu hesabatı (UNFPA, 2011).  səh. 31. 
101
  Yenə orada, səh. 34.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə