Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə52/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   48   49   50   51   52   53   54   55   56

102
İrəliləyişi izləmək üçün indikatorlar
Görülmüş tədbirlərin cari statusu
Mənbə
Cavabdeh qurum
Dövlət  keçirdiyi  tədbirlərin  təsirini  qiymətləndirmək 
məqsədilə  gender  stereotiplərinin  aradan  qaldırılması 
üzrə  tədbirlərin  mütəmadi  monitorinqi  və  nəzərdən 
keçirilməsini təşkil edirmi? Bu tədbirlər davamlı və sistemli 
olub qadınların ən həssas qrupları da daxil olmaqla bütün 
hədəf  əhalini  əhatə  edirmi?  (CEDAW  Komitəsinin  Yekun 
Müşahidələri  (2015),  bənd  21(d);  Qadına  qarşı  zorakılıq 
üzrə Xüsusi Məruzəçi, bənd 86);
Xeyr
-
Ailə, Qadın və Uşaq 
Problemləri üzrə Dövlət 
Komitəsi, Təhsil Nazirliyi
Qadınlara  qarşı  zorakılığın  bütün  formaları  barədə  yaş,  şəhər 
və  kənd  əraziləri,  habelə  zorakılığı  törədənlə  zorakılığa  məruz 
qalan arasında əlaqələri göstərən bölgü əsasında təsniflənmiş 
təfsilatlı məlumatların toplanması sistemi yaradılıbmı? Qurban 
və zorakılığı törətmiş şəxs barədə məlumatlar cins, yaş, əlaqə, 
əlillik  və  digər  müvafiq  xüsusiyyətlərə  əsasən  təsnif  edilibmi?   
(CEDAW  Komitəsinin  Yekun  Müşahidələri  (2015),  bənd  23(b)); 
Qadına qarşı zorakılıq üzrə Xüsusi Məruzəçi, bəndlər 87(a)-87(d)) 
Məişət zorakılığına dair ilk milli sorğu hökumət 
və  BMT-nin  Əhali  Fondu  tərəfindən  2008-ci 
ildə  keçirilmişdir.  Sorğu  zorakılığın  yayılma 
səviyyəsi,  səbəblər,  qadına  qarşı  zorakılıqla 
mübarizə  üzrə  qurbanların  istifadə  etdikləri 
əsas strategiyalara  dair məlumatı təqdim edir. 
Daha  sonra  eyni  metodologiyadan  istifadə 
etməklə müvafiq sorğular keçirilməmişdir.
Azərbaycanda Qadına qarşı 
zorakılıq üzrə Milli Sorğu 
Hesabatı (UNFPA, 2011)
Ailə, Qadın və Uşaq 
Problemləri üzrə Dövlət 
Komitəsi, Dövlət Statistika 
Komitəsi
Ən son DSS sorğusunda məişət zorakılığına dair fəsil varmı? 
(CEDAW Komitəsi (2009), bənd 22; Qadına qarşı zorakılıq üzrə 
Xüsusi Məruzəçi, bəndlər 87(a)-87(d))
Yalnız  2006-cı  ildə  keçirilmiş  DSS  sorğusunda 
məişət zorakılığına dair ayrıca fəsil var idi.
Demoqrafiya və Sağlamlıq 
Sorğuları (2006, 2011)
Səhiyyə Nazirliyi
Standartlaşdırılmış və mərkəzləşdirilmiş informasiya sistemini 
əhatə edən daxili məlumat bazası yaradılıbmı? Bazaya zorakılıq 
işlərinə  dair  məlumatlar,  eləcə  də  görülmüş  işlər  və  onların 
nəticələri  haqqında  məlumatlar  əlavə  edilirmi?  (CEDAW 
Komitəsinin Yekun Müşahidələri (2009), bənd 22; Qadına qarşı 
zorakılıq üzrə Xüsusi Məruzəçi, bəndlər 85(f)-85(g), 87(a))
Ailə,  Qadın  və  Uşaq  problemləri  üzrə  Dövlət 
Komitəsi  hazırda  standartlaşdırılmış  və 
mərkəzləşdirilmiş  informasiya  sistemini  əhatə 
edən daxili məlumat bazasına zorakılıq işlərinə 
dair  məlumatlar,  eləcə  də  görülmüş  işlər  və 
onların    nəticələri  haqqında  məlumatları  əlavə 
etmək üzərində işləyir. 
Ailə, Qadın və Uşaq 
Problemləri üzrə Dövlət 
Komitəsinin məlumat bazası 
http://scfwca.gov.az/?page_
id=874
Ailə, Qadın və Uşaq 
Problemləri üzrə Dövlət 
Komitəsi


103
İrəliləyişi izləmək üçün 
indikatorlar
Görülmüş tədbirlərin cari statusu
Mənbə
Cavabdeh 
qurum
Ölkə  daxilində  zorakılıq  qurbanları 
üçün  sığınacaq,  müdafiə  və 
reabilitasiyanı  təmin  edə  bilən 
dövlət  tərəfindən  maliyyələşən 
sığınacaqlar  yaradılıbmı?  (CEDAW 
Komitəsinin  Yekun  Müşahidələri 
(2015),  bənd  23(c));  Qadına  qarşı 
zorakılıq  üzrə  Xüsusi  Məruzəçi, 
bənd 84(c)(1))
Xeyr. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 19 noyabr 2013-cü il tarixli əmri 
ilə məişət zorakılığı qurbanları üçün qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası 
üzrə Komissiya yaratmışdır. Hazırda Komissiya 8 qeyri-dövlət yardım mərkəzinə - 5-i 
Bakıda, 2-si Gəncədə və 1-i Sumqayıtda akkreditasiya vermişdir. Bu yardım mərkəzləri 
Əmək və Ə8 qeyri- Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti 
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının (QHT Dövlət Dəstəyi Şurası) dəstəyi ilə 
fəaliyyət göstərir. Ancaq bu istiqamətdə yetərli tədbirlərin və maliyyə resurslarının 
olmaması məişət zorakılığının qurbanı olmuş qadınları tam müdafiə və reabilitasiya 
xidmətləri ilə təmin etməyə imkan vermir. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə 
dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin himayəsi altında 3 QHT 
zorakılıq qurbanlarına sığınacaq xidmətləri göstərir. Beynəlxalq donor təşkilatlar insan 
alveri qurbanlarına və məişət zorakılığının qurbanı olan uşaqlara bir sıra xidmətlər 
təmin  edir.  Bakıda  “Təmiz  Dünya”  İctimai  Birliyi  insan  alveri  qurbanları  ilə  yanaşı 
məişət zorakılığı qurbanlarını da sığınacaqla təmin edir. Bakıda Azərbaycan Uşaqlar 
Birliyinin sığınacağı məişət zorakılığının qurbanı olan uşaqları sığınacaqla təmin edir. 
Gəncədə “Təmas” İctmai Birliyinin sığınacağı əsasən insan alveri qurbanları üçündür.
Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyi tərəfindən 
qəbul edilmiş qaydalar və 
əsasnamələr
http://www.mlspp.gov.az/az/
pages/284http://www.mlspp.
gov.az/az/pages/284
 Əmək və Əhalinin 
Sosial Müdafiəsi 
Nazirliyi
Məişət  zorakılığı  qurbanları  üçün 
24/7  rejimdə  çalışan  qaynar 
xətlərin  sayı  artırılıbmı?  (CEDAW 
Komitəsinin  Yekun  Müşahidələri 
(2015),  bənd  23(d);  Qadına  qarşı 
zorakılıq  üzrə  Xüsusi  Məruzəçi, 
bənd 84(c)(1) 
Xeyr
-
Ailə, Qadın və Uşaq 
Problemləri üzrə 
Dövlət Komitəsi,
Əmək və Əhalinin 
Sosial Müdafiəsi 
Nazirliyi
Məişət 
zorakılığının 
qarşısının 
alınması  haqqında  Qanunda  əks 
olunmuş  qısa  müddətli  və  ya  uzun 
müddətli  mühafizə  orderlərinin 
verilməsi 
praktikada 
tətbiq 
olunurmu?  (CEDAW  Komitəsinin 
Yekun Müşahidələri (2009), bənd 22; 
Qadına  qarşı  zorakılıq  üzrə  Xüsusi 
Məruzəçi, bənd 85(e))
Qanunda öz əksini tapmış uzun və qısa müddətli mühafizə orderləri verilməsi 
prosesi və mexanizmi  hələ yaxşı inkişaf etməmişdir. Problem həm də ondan 
yaranır ki, uzunmüddətli mühafizə orderləri yalnız qısamüddətli mühafizə orderi 
verildikdən  sonra  və  məişət  zorakılığını  törətmiş  şəxs  qısa  müddətli  mühafizə 
orderini  pozduqda  verilə  bilər.  Yerli  icra  orqanları  nadir  halda  qısa  müddətli 
mühafizə orderləri verdiyi üçün məhkəmələrdə uzunmüddətli mühafizə orderlərinə 
baxılması üzrə işlər çox azdır. Uzunmüddətli mühafizə orderi üzrə 2013-cü ildə 3, 
2014-cü ildə isə 1 işə baxılmışdır. İşlərin 4-ünə də Bakıda baxılmışdır.
Daxili İşlər Nazirliyinin
Ədliyyə Nazirliyinin, yerli 
icra hakimiyyəti orqanlarının 
apardığı qeydiyyatlar
Daxili İşlər Nazirliyi, 
Ədliyyə Nazirliyi, 
yerli icra hakimiyyəti 
orqanları


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə