Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə50/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

98
İrəliləyişi izləmək üçün 
indikatorlar
Görülmüş tədbirlərin cari statusu
Mənbə
Cavabdeh 
qurum
Dövlət 
ana 
ölümünün 
ölçülməsini  beynəlxalq  qəbul 
olunmuş 
metodologiyalara 
uyğunlaşdırıbmı?
(əlavə tövsiyə)
Ananın sağlamlığına və ya ana ölümünün azaldılmasına dair ayrıca xüsusi 
strategiya  yoxdur.  Ana  ölümünün  rəsmi  və  beynəlxalq  tərifi  arasındakı 
əhəmiyyətli  fərq  məlumatların  toplanılması  və  qiymətləndirilməsində 
istifadə  olunan  müxtəlif  metodologiya  və  texnikalarla  birlikdə  ana 
ölümünə  dair  məlumatlardan  istifadəni  çətin  edir.  Ana  ölümünə  dair 
əlçatan məlumatlar ana ölümünün səbəblərini əks etdirmir. Ana ölümünün 
ölçülməsi və tərifi beynəlxalq standartlara uyğun deyil.
-
Səhiyyə Nazirliyi,
Nazirlər Kabineti
Yeməklərin (Qida) 
Vitaminləşdirilməsi haqqında 
Qanun qəbul edilmişdirmi? 
(CEDAW Komitəsinin Yekun 
Müşahidələri (2015), bənd 33(f));
Xeyr
-
Səhiyyə Nazirliyi, 
Milli Məclis
Dövlət  AUÖQA  (anadan  uşağa 
ötürülmənin  qarşısının  alınması) 
proqramı  və  xidmətlərin  geniş 
əhatəsini  təmin  etmək  üçün 
tədbirlər  görübmü?  (CEDAW 
Komitəsinin  Yekun  Müşahidələri 
(2015), bənd 33(g));
AUÖQA (anadan uşağa ötürülmənin qarşısının alınması) proqramının 
ölkə üzrə yetərli əhatəsi mövcuddur.2011-ci ildə Azərbaycanda 15 və 
daha  yuxarı  yaşda  1000  qadının  İİV  daşıdığı  qeyd  edilmişdir.  2010-
2011-ci illərdə 48 hamilə qadında İİV aşkar edilmişdir. 1 yanvar 2011-
ci il tarixi üçün anadan yoluxmuş uşaqların sayı 32 olmuşdur. Halbuki 
son  illərdə  hamilləlik  zamanı  İİV  doğuş  vaxtı  və  ya  daha  sonra  ilə 
müqayisədə daha çox aşkar edilmişdir – hamiləlik zamanı İİV aşkar 
edilən qadınların nisbəti 2008-ci ildə 62.1 faizdən 2011-ci ildə  81.2 
faizə yüksəlmişdir. Bu AUÖQA (anadan uşağa ötürülmənin qarşısının 
alınması) proqramının geniş əhatəsinin nəticəsidir.
QİÇS-ə 
ünvanlanmış 
qlobal 
tədbirlərlə  bağlı  irəliləyiş  haqqında 
hesabat: 
Azərbaycan 
Respublikası  
(2012) 
http://www.unaids.org/en/
dataanalysis/knowyourresponse/
countryprogressreports/2012countries/
ce_AZ_Narrative_Report  per  cent5B1 
percent5D.pdf
Səhiyyə Nazirliyi


99
QADINA QARŞI ZORAKILIQ
UDİ üzrə İşçi 
Qrupunun tövsiyəsi 
(2013)
109.81. Qadına qarşı zorakılıqla mübarizə tədbirlərini gücləndirmək (İspaniya);
109.82.  Məişət  zorakılğı  qanununun  effektiv  implementasiyası  və  monitorinqi  mexanizmlərini  inkişaf  etdirmək  üçün  tədbirlər  görmək,  xüsusilə 
zorakılığa məruz qalmış qadınların ədliyyəyə çıxışını və onların müdafiəsini təmin etmək (Seneqal);
109.83. Qeydiyyata alınmamış nikahlar təcrübəsini aradan qaldırmaq üçün təcili tədbirlər görmək, nikah yaşından əvvəl evliliklırin baş verməməsini 
təmin etmək üçün ictimai maarifləndirmə kampaniyaları keçirmək (Italiya)
CEDAW Komitəsinin 
Yekun Müşahidələri 
(2009 və 2015);
(2009) 
22.  Komitə  tərəf  Dövlətdə  məişət  zorakılığı  haqqında  qanun  layihəsinin  qəbul  edilməsini  sürətləndirmək  və  ailə  daxilində  cinsi  zorakılıqla  bağlı 
müddəaların bu sənədə ehtiva olunmasına şərait yaratmaq həvəsini oyadır. Komitə tərəf Dövlətə qadınlara və qızlara qarşı zorakılıqla, xüsusilə də 
məişət zorakılığı ilə mübarizə istiqamətində səylərinin davam etdirilməsini rica edir. Tərəf Dövlətə qadına qarşı zorakılığın bütün formaları ilə mübarizə 
aparmaq üçün KİV-lər və maarifləndirmə proqramları vasitəsilə ictimaiyyətin məlumatlandırılması kampaniyalarının aparılması tövsiyə edilir. Komitə 
tərəf Dövləti zorakılıq qurbanı olan qadınların və qızların mühafizəsinin (məhkəmə mühafizə əmrləri də daxil olmaqla) və pozulmuş hüquqlarının dərhal 
bərpa olmasının və bütün rayonlarda yetərli sayda müvafiq sığınacaqların təmin edilməsinə çağırır. Komitə xüsusilə ucqar kəndlərdə hüquqi yardım 
məsləhətxanaları təsis etməklə yanaşı, zorakılığın bütün qurbanları üçün hüquqi yardım təminatının davam etməsini tövsiyə edir. Komitə, həmçinin, 
məhkəmə və dövlət məmurlarına, xüsusilə isə hüquq-mühafizə orqanlarının işçi heyətinə, səhiyyə xidmətlərini göstərən əməkdaşlara və icma inkişafı 
üzrə məmurlara qadınlara və qızlara qarşı zorakılığın bütün formalarına daha həssas olmalarına və zorakılığın qurbanlarına gender əsaslı dəstəyin 
yetərincə həssas şəkildə təmin edə bilmələrinə şərait yaratmaq məqsədilə təlimin keçirilməsini rica edir. Tərəf Dövləti Cinayət Məcəlləsinə düzəliş 
etməyə çağırır. Məişət zorakılığı da daxil olmaqla qadına qarşı zorakılığın bütün formalarının yayılma miqyası, səbəbləri və fəsadları mövzusunda 
tədqiqatın aparılması və bunun müfəssəl və məqsədli tədbirlər üçün bir əsas olmasına dair əvvəlki tövsiyəsini bir daha təkrarlayır.
(2015) 
23. Qadınlara qarşı zorakılıq üzrə özünün 19 (1992) saylı Ümumi Tövsiyəsini xatırladaraq, Komitə Dövlət tərəfini aşağıdakıları həyata keçirməyə çağırır:
(a) Ləngimələrə yol vermədən Məişət Zorakılığının Qarşısının alınması üzrə Milli Fəaliyyət Planını və Məişət Zorakılığının Qarşısının alınması üzrə Milli 
Strategiyanı qəbul etmək və onların həyata keçirilməsi üçün müvafiq vəsait ayırmaq;
(b) Yaş, şəhər və kənd əraziləri, habelə günahkar ilə qurban arasında əlaqələri göstərən bölgünü gözləmək şərti ilə qadınlara qarşı zorakılığın bütün 
formaları barədə təfsilatlı məlumatların toplanması sistemini yaratmaq;
(c) Ölkə daxilində zorakılıq qurbanları üçün dövlət tərəfindən maliyyələşən dəstək və istinad mərkəzlərinin yaratmaq və bu baxımdan müvafiq qeyri-
hökumət təşkilatları ilə əməkdaşlığı gücləndirilmək;
(d) Xüsusilə regionlarda olmaqla, zorakılıq qurbanı olan qadınlar üçün dövlət tərəfindən maliyyələşdirilən sığınacaqların sayının artırmaq, və qurbanlar 
üçün 24/7 rejimdə çalışan qaynar xətti yaratmaq; və
 (e) Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasının ratifikasiya üzrə müddətlər təyin etmək.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə