Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə49/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

95
ANA SAĞLAMLIĞI
UDİ üzrə İşçi 
Qrupunun tövsiyəsi 
(2013)
109.145.Xüsusilə uşaq və analara yetərli qayğının təmin olunmasında səhiyyə müəssisələrinin və xidmətlərinin keyfiyyətinin və onlara çıxışın təşviq 
edilməsi üçün səyləri davam etdirmək (Bruney, Darüssalam);  
109.146.  Reproduktiv  sağlamlığa  dair  milli  strategiyanı  həyata  keçirmək  üçün  daha  çox  səy  göstərmək  və  ananın  sağlamlığına  dair  standartlar 
müəyyənləşdirmək (Bəhreyn);
CEDAW Komitəsinin 
Yekun Müşahidələri 
(2009 və 2015);
(2009) 
33. Komitə, özünün qadınlar və sağlamlıq üzrə 24 (1999) saylı Ümumi Tövsiyəsinə uyğun olaraq, qadınların yüksək keyfiyyətli səhiyyəyə çıxışının 
yaxşılaşdırılmasına, habelə aşağıda göstərilən tədbirləri həyata keçirməyə çağırır:
(a) Digər işlərlə bərabər, bu fenomenin yayılma dərəcəsi, onun tərifi və ölçü parametrləri barədə dəqiq məlumatların təmin edilməsi vasitəsilə, ana 
ölümü hallarının azaldılmasına yönəlmiş səyləri sürətləndirmək;
(b) Ana və neonatal ölüm hallarının sayını azaltmaq üçün antenatal, doğuş və yeni doğulmuşlara qayğı xidmətlərinin keyfiyyətini təmin etmək;
(c) Digər işlərlə bərabər, məktəblərdə yaşa uyğun cinsi təhsil vasitəsilə ailə planlaşdırılması və reproduktiv sağlamlıq üzrə tədrisi təşviq etmək;
(d) Səhiyyə Nazirliyinin Əsas Dərman Siyahısına müasir kontraseptivlərin daxil edilməsi vasitəsilə əhali arasında müasir kontraseptivlərdən istifadəni 
təşviq etmək;
(e) Təxirə salmadan Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlaşdırması haqqında qanununu qəbul etmək;
(f) Qadınlar və uşaqlar arasında mikroelement çatışmamazlığını aradan qaldırmaq üçün Qidanın Vitaminləşdirilməsi haqqında Qanunu qəbul etmək;
(g) Xüsusilə kənd yerlərində olmaqla, AUÖP (anadan uşağa ötürülmənin qarşısının alınması) proqram və xidmətlərin geniş əhatəsini təmin etmək; 
(h) İİV ilə bağlı ictimai qınağın aradan qaldırılmasını təmin etmək üçün maarifləndirmə kampaniyaları aparmaq.
(2015) 
13. Komitə dövlət tərəfinə tövsiyə edir:
(c) Məcburi köçkün qadın və qızların adekvat səhiyyə xidmətləri, təhsil imkanlarına çıxışının, eləcə də hərəkət azadlığının təmin olunmasını reallaşdırmaq
37. Komitə kənd qadınlarının icma səviyyəsində qərarların qəbul edilməsi proseslərində, o cümlədən torpaq, əlaqədar resurslar, eləcədə sosial, səhiyyə 
və digər əsas xidmətlərə, iqtisadi imkanlara, yeni texnologiyalara adekvat çıxışının olmasını və həmçinin onlara siyasi və ictimai həyatda bərabər iştirak 
imkanını təmin etməyi Dövlətə tövsiyə edir. O, həmçinin kənd yerlərində uşaq müəssisələrinin, habelə məişət zorakılığı qurbanları üçün sığınacaqların 
mövcudluğunu təmin etməyi tövsiyə edir. 


96
İrəliləyişi izləmək üçün 
indikatorlar
Görülmüş tədbirlərin cari statusu
Mənbə
Cavabdeh qurum
Ana  ölümü  əmsalı  (yaş,  şəhər/kənd, 
təhsil  və  rifah  kvintilinə  görə  bölgü 
əsasında, ana ölümünün səbəbinə görə 
bölgü  əsasında)  (CEDAW  Komitəsinin 
Yekun  Müşahidələri  (2009),  bənd 
34;  CEDAW  Komitəsinin  Yekun 
Müşahidələri (2015), bənd 33(a));
Beynəlxalq  hesablamalara  əsasən  Azərbaycanda  AÖN  1995-ci  ildə 
müşahidə  olunan  hər  100  000  diri  doğuşda  37-dən  26-ya  (2013) 
düşərək xeyli azalmışdır. Lakin bu göstərici, inkişaf etmiş ölkələrdə bu 
olan müvafiq göstərici (16) ilə müqayisə edildikdə, bu nisbətin hələ də 
yüksək olduğu aydın görünür. Rəsmi statistika əsasən isə ana ölümü 
nisbəti 2003 və 2013-cü illərdə hər 100 000 diridoğuş üçün 18.5-dən 
14.5-ə  düşmüşdür.  Bu  fərqli  göstəricilər  müxtəlif  tərif  və  qeyri-dəqiq 
hesabatlardan irəli gəlir. Heç də bütün daxili qurumlar İCD-10 tərifindən 
istifadə  etmir,  bəzi  qurumlar  hələ  də  ana  ölümünü  hamiləliyin  13-cü 
həftəsindən doğuşdan sonrakı 14-cü günə qədər müəyyən edən İCD 
tərifindən istifadə edir. 
Dövlət Statistika Komitəsinin 
məlumat bazası
http://www.stat.gov.az/source/
demoqraphy/
Səhiyyə Nazirliyi
Hamiləlik  zamanı  ən  azı  4  dəfə 
antenatal 
müayinədən 
keçmiş 
qadınların  faizi  ((yaş,  şəhər/kənd 
qeydiyyatı,  təhsil  və  rifah  kvintilinə 
görə  bölgü  əsasında)  (CEDAW 
Komitəsinin  Yekun  Müşahidələri, 
bənd  34,  UDİ  üzrə  İşçi  Qrupunun 
tövsiyəsi, bənd 109.146);
Antenatal  xidmət  xeyli  təkmilləşdirilmiş  olsa  da  hələ  də  aşağı 
səviyyədədir:    2011-ci  ildə  qadınların  66.1  faizi  ÜST  tərəfindən 
tövsiyə olunduğu kimi hamiləlik zamanı ən azı dörd dəfə müayinədən 
keçmişdir. Bu rəqəm müvafiq olaraq şəhər üç     ün 77.2 faiz, kənd 
üçün isə 48.3 faiz təşkil etmişdir.
Demoqrafiya və Sağlamlıq 
Sorğuları (2006, 2011)
Səhiyyə Nazirliyi 


97
İrəliləyişi izləmək üçün 
indikatorlar
Görülmüş tədbirlərin cari statusu
Mənbə
Cavabdeh 
qurum
Dövlət  ana  ölümünün  yüksək 
əmsalına  səbəb  olan  amillərə 
yönəlmiş 
konkret 
siyasi 
tədbirlər  həyata  keçirirmi? 
(CEDAW  Komitəsinin  Yekun 
Müşahidələri,  bənd  34,  UDİ 
üzrə  İşçi  Qrupunun  tövsiyəsi, 
bənd 109.146);
Ana sağlamlığına dair məsələlər Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramının 
təsdiq olunması haqqında Nazirlər Kabinetinin Qərarı (15 sentyabr 2006) ilə və 2008-2015-ci illər üçün 
Reproduktiv Sağlamlıq üzrə Milli Strategiya ilə tənzimlənir. Ananın sağlamlığına və ya ana ölümünün 
azaldılmasına  dair  ayrıca  xüsusi  strategiya  yoxdur.  Ancaq  hamiləlik,  uğaq  doğumu  və  doğuşdan 
sonrakı  dövrdə  ana  sağlamlığını  qorumaq  üçün  tədbirləri  əhatə  edən  Ana  və  uşağın  sağlamlığının 
yaxşılaşdırılmasına  dair  yeni  Dövlət  Proqramı  (2014-2020)  Azərbaycan  Respublikası  Prezidentinin 
2014-cü  il  13  iyun  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmişdir.  Dövlət  Proqramının  əsas  məqsədləri 
içərisində aşağıdakılar göstərilir: ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin 
keyfiyyətinin  yüksəldilməsi  və  kadr  hazırlığının  gücləndirilməsi;.  regionallaşdırma  prinsipi  əsasında 
perinatal yardım islahatlarının davam etdirilməsi;  doğuşa yardım tibb müəssisələrinin maddi-texniki 
bazasının gücləndirilməsi; uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin 
keyfiyyət  və  səmərəliliyinin  yaxşılaşdırılması;  respublikada  diridoğulmanın  beynəlxalq  meyarlarının 
tətbiq  edilməsi;  əhali,  xüsusilə  antenatal  dövrdə  olan  qadınlar  və  gənc  ailələr  arasında  reproduktiv 
sağlamlıq və ailə planlaşdırılması haqqında səhiyyə maarifi işinin daha geniş surətdə aparılması və 
qadınların sağlamlığının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi. 
Ana ölümünün azaldılması ilə bağlı görülən əsas tədbirlər içərisində 22 doğum evinin tikilməsi və 
qadınların reproduktiv sağlamlığı üzrə məsləhət xidmətləri göstərən 152 qadın məsləhətxanasının 
yaradılmasını qeyd etmək olar.  
Ana  və  uşaqların  sağlamlığının 
qorunması  üzrə  Tədbirlər  Proqramı 
Nazirlər  Kabinetinin  15  sentyabr 
2006-cı  il  tarixli,  211  No-li  Qərarı  ilə 
təsdiq olunmuşdur
ÜST, Azərbaycan: Analıq və Perinatal 
Sağlamlıq Profili (yenilənmiş). http://
www.who.int/maternal_child_
adolescent/epidemiology/profiles/
maternal/aze.pdf
Səhiyyə 
Nazirliyi 
Dövlət  hamilə  qadınların  ən  azı  4 
antenatal  müayinədən  keçməsini 
(CEDAW 
Komitəsinin 
Yekun 
Müşahidələri, bənd  34) və əlavə dəmir 
almasını  (əlavə  tövsiyə)  təmin  edən 
strategiya qəbul etmiş və onu həyata 
keçirirmi? (CEDAW Komitəsinin Yekun 
Müşahidələri, bənd  34);
Səhiyyə Nazirliyinin klinik protokoluna əsasən hamiləliyi normal davam edən qadın 7 
antenatal müayinədən keçməlidir. Qadınalrın böyük əksəriyyəti ÜST-nin tövsiyəsinə 
uyğun olaraq 4 antenatal müayinədən keçir. Qadınların çoxu hamiləliyi boyu əlavə 
olaraq dəmir qəbul etmir. Qadın və uşaqların mikroelement çatışmazlığını aradan 
qaldırmaq üçün Qidanın vitaminləşdirilməsi haqqında Qanun qəbul edilməmişdir.
Hamilə qadınlar üçün antenatal
qayğıya dair Klinik Protokol
 Səhiyyə 
Nazirliyi
Milli Məclis 
Dövlət analara göstərilən qayğının 
təmin  olunması  üçün  müvafiq 
proqramlar və digər tədbirlər qəbul 
etmiş  və  həyata  keçirmişdirmi? 
(CEDAW 
Komitəsinin 
Yekun 
Müşahidələri (2009), bənd 34, UDİ 
üzrə İşçi Qrupunun tövsiyəsi, bənd 
109.146)
Hamiləlik, uşaq doğumu və doğuşdan sonrakı dövrdə ana sağlamlığını qorumaq üçün 
tədbirləri əhatə edən Ana və uşağın sağlamlığının yaxşılaşdırılmasına dair yeni Dövlət 
Proqramı (2014-2020) Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 
Sərəncamı ilə təsdiq edilmişdir.
Ana və uşaqların sağlamlığının 
qorunmasına dair Dövlət Proqramı 
(2006-2010) Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 15 
sentyabr 2006-cı il tarixli qərarı ilə 
təsdiq olunmuşdur.
Səhiyyə 
Nazirliyi,
Nazirlər 
Kabineti 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə