Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə14/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

25

Qadın və kişilər, o cümlədən dövlət qulluqçularının gender stereotipləri ilə mübarizə məqsədilə maarifləndirilməsini 
təmin etmək, eyni zamanda oğlanlara üstünlüyün verilməsinə vüsət verən stereotiplərlə qəti şəkildə mübarizə 
aparmaq və cəmiyyətin bütün sahələrində yayılan cins-əsaslı mövcud stereotiplərin aradan qaldırılması məqsədi 
ilə bu hallar haqqında məlumatlılığı artırmaq (2015, bənd 21(b)).
Dövlətin həyata keçirdiyi tədbirlər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gender stereotipləri və gender ayrı-seçkiliyini azaltmaq 
məqsədilə, həmçinin UDİ İşçi Qrupunun selektiv abortları aradan qaldırmaq tövsiyəsinə müvafiq şəkildə selektiv 
abortlara dair bir sıra  maarifləndirmə kampaniyaları keçirmişdir.
Uyğunsuzluqlar
Müasir kontrasepsiya üsullarından istifadənin aşağı olması və ailə planlaşdırlmasına dair məsləhət və informasiyanın 
yetərincə müyəssər olmamasıabortun əsas ailə planlaşdırılması metodu kimi istifadəsinin əsas səbəblərindəndir. Oğul 
uşağının üstünlüyünə dair patriarxal yanaşmalar və stereotiplər də selektiv abortların sayının çox olmasına təsir edir.
Reproduktiv  sağlamlığın  müdafiəsi  və  ailə  planlaşdırılması  haqqında  Qanun  layihəsi,  cinsinə  görə  genetik 
xəstəliklərin olması riskinin yüksək olduğu hallar istisna olmaqla selektiv abortları qadağan edir. Qanun layihəsi 
hələ də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilməyib.
ÜST tövsiyə edir ki, hamiləliyin 12-14-cü həftələrinə qədər abort əməliyyatı olaraq vakuum aspirasiyasından 
istifadə  olunsun.
76
  Bu  prosedur  dilatasiya  və  kürretaj  üsullarından  daha  təhlükəsizdir  və  qadınların  sağlamlıq 
hüququnu təmin etməyə imkan verir. Ancaq Azərbaycanda dilatasiya və kürretaj üsulları geniş istifadə olunur.
Əhalinin sağlamlığının müdafiəsi haqqında Qanun abort üçün hüquqi çərçivəni təmin edir və hamiləliyin süni 
surətdə  pozulmasının  qadının  arzusu  ilə  hamiləliyin  12  həftəlik  müddətinədək  aparılmasına  icazə  verir.
77
  Sosial 
göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər və tibbi göstərişlərə əsasən və qadının 
razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. İnsest (yaxın qohumlar arasında 
cinsi əlaqə) sosial göstərişlərin siyahısına daxil edilməyib.
Tövsiyələr
Aşağıdakı  tövsiyələr  UDİ  üzrə  İşçi  Qrupunun  və  CEDAW  Komitəsinin  tövsiyələri  ilə  Azərbaycandakı  hazırkı 
vəziyyət arasındakı uyğunsuzluqlara cavab verən qanun, siyasət və digər tədbirləri əhatə edir. Bəzi əlavə tövsiylər 
də irəli sürülmüşdür:

Dövlət, dövlət rəsmiləri də daxil olmaqla kişi və qadınlar üçün oğlan övladına üstünlük verilməsi stereotiplərinin 
aradan qaldırılmasına yönəlmiş maarifləndimə və məlumatlandırma kampaniyaları keçirməlidir. 
(UDİ üzrə İşçi 
Qrupu, bənd 109.101; CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 21(b));

Dövlət gecikdirmədən oğlanlara üstünlüyün verilməsi fenomeninin qarşısının alınmasına yönəlmiş çoxsektorlu 
Fəaliyyət Planını qəbul etməlidir 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015); bənd 21(a));

Dövlət abortdan sonrakı məsləhət xidmətlərinin bir elementi olaraq ailə planlaşdırılması məsləhətlərini təmin 
etmək üçün protokollar hazırlamalı və həyata keçirilməlidir (Əlavə tövsiyə)

Dövlət  12-14  həftəlik  hamiləliklərdə  abort  zamanı  dilatasiya  və  kürretaj  üsulları  yerinə  vakuum  aspirasiyası 
üsulundan istifadə olunmasını təmin etməli və tənzimləməlidir (Əlavə tövsiyə).
Kontraseptiv  vasitələrin  müyəssərliyi  və  ailə  planlaşdırılması,  eləcə  də  Reproduktiv  sağlamlıq  və  ailə 
planlaşdırılması üzrə Qanuna dair müvafiq tövsiyələr A bölməsində verilib. 
76
  WHO, Safe Abortion: Technical and Policy Guidance for Health Systems (second edition, 2012).
77
  Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu, 26 iyun 1997, No 360-IQ


26
İrəliləyişə nəzarət etmək üçün indikatorlar

Abort əmsalı (yaş, evlilik statusu, şəhər/kənd, etnik mənsubiyyət, region, gəlir və s. üzrə bölgü əsasında) (
CEDAW 
Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 34);

Doğulmuş  uşaqların  cinsə  görə  nisbəti  (yaş,  evlilik  statusu,  şəhər/kənd,  etnik  mənsubiyyət,  region,  gəlir  və 
uşaqların sayı üzrə bölgü əsasında) 
(UDİ üzrə tövsiyələr (2013), bənd 109.101);

Dövlət, dövlət rəsmiləri də daxil olmaqla kişi və qadınlar üçün oğlan övladına üstünlük verilməsi stereotiplərinin 
aradan qaldırılmasına yönəlmiş maarifləndimə və məlumatlandırma kampaniyaları keçirmışdırmi? 
(UDİ üzrə 
tövsiyələr (2013), bənd 109.101; CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 21(b));

Dövlət gecikdirmədən oğlanlara üstünlüyün verilməsi fenomeninin qarşısının alınmasına yönəlmiş çox-sektorlu 
Fəaliyyət Planını qəbul edibmi? 
CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 21(a));

Dövlət  abortdan  sonrakı  məsləhət  xidmətlərinin  elementi  olaraq  ailə  planlaşdırılması  məsləhətlərini  təmin 
etmək üçün protokollar hazırlayaraq həyata keçirilmişdirmi? (Əlavə tövsiyə);

Dövlət  12-14  həftəlik  hamiləliklərdə  abort  zamanı  dilatasiya  və  kürretaj  üsulları  əvəzinə  vakuum  üsulundan 
istifadə olunmasını təmin etmişdirmi? (Əlavə tövsiyə).
Kontraseptiv vasitələrdən istifadə də daxil olmaqla digər müvafiq məlumat və indikatorlar reproduktiv sağlamlıq 
xidmətləri və cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair təhsil bölmələrində verilib.
C: ANA sAğLAMLIğI
Sağlamlıq və insan hüquqları çərçivəsi
Hamilə  olarkən  və  ya  hamiləlik  bitdikdən  sonra  42  gün  ərzində,  qəza  və  təsadüfi  səbəblər  istisna  olmaqla, 
hamiləliyin müddəti və yerindən asılı olmayaraq, hamiləliyin təsirindən yaranan və ya ağırlaşan səbəbdən baş verən 
ölüm ana ölümü kimi səciyyələndirilir.
78
 Hər il hamiləliklə bağlı təqribən 356,000 ölüm baş verir və demək olar ki, bu 
halların hamısı inkişaf etməkdə olan ölkələrdə baş verir.
79
 1990 və 2015-ci illər arasında ana ölümünü dörddə-üç 
qədər azaltmaq Minilliyin İnkişaf Məqsədini təşkil etmişdir. Bir çox qadınlar müvafiq xidmətin göstərilməsi, səhiyyə 
müəssisələrinə çıxış və müalicə  ilə bağlı gecikmələr də daxil olmaqla ciddi maneələrlə üzləşirlər ki, bu da ana 
ölümü və xəstəliyi ilə nəticələnə bilər.
80
 Bütün dünyada ana ölümlərinin 80 faizi ağır qanaxma, infeksiyalar, hamiləlik 
zamanı  yüksək  qan  təziqi  və  təhlükəli  abort  nəticəsində  baş  verir  ki,  bu  səbəblər  vaxtında  müəyyənləşdirilərək, 
müvafiq yardım göstərildiyi təqdirdə, qarşısı alına bilən hallardır. Ana ölümünü azaltmaq üçün bir sıra müdaxilə 
vasitələri mövcud olsa da, təcili ginekoloji yardımın müyəssərliyi ən mühüm amil olaraq qəbul edilmişdir. 
Hazırda analar üçün keyfiyyətli sağlamlıq xidmətlərinə çıxışın olmaması insan hüquqları məsələsi olaraq qəbul 
edilmişdir və xüsusilə ən yüksək sağlamlıq hüququ və bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi hüququ ilə sıx 
əlaqədardır.
81
  CEDAW  və  İSMHBP  kimi  beynəlxalq  müqavilələr  əsasında  dövlətlər  müyəssər,  maliyyə  və  coğrafi 
baxımdan əlçatan, ayrıseçkiliyə məruz qalmayan, qəbul edilən və yaxşı keyfiyyətdə olan müvafiq xidmətləri təmin 
etmək öhdəliyi daşıyırlar.
82
 Minilliiyin İnkişaf Məqsədləri dövlətlərin üzərinə 2015-ci ilə qədər ana ölümü nisbətini 
(AÖN) dörddə-üçə qədər azaltmaq vəzifəsi qoymuşdur. 
Azərbaycanda vəziyyət
Beynəlxalq hesablamalara əsasən Azərbaycanda AÖƏ 1995-ci ildə müşahidə olunan hər 100 000 diri doğuşda 37-
dən
83
 26-ya
84
 (2013) düşərək xeyli azalmışdır. Lakin bu göstərici, inkişaf etmiş ölkələrdə olan müvafiq göstərici (16)
85
 ilə 
78
  http://www.who.int/healthinfo/statistics/indmaternalmortality/en/
79
    World  Health  Organization  (WHO)  et  al.,  Trends  in  Maternal  Mortality:  1990  to  2008,  Geneva:  WHO,  2010.  http://whqlibdoc.who.int/publica-
tions/2010/9789241500265_eng.pdf
80
  University Of Essex, Human Rights Centre, Reducing Maternal Mortality, the Contribution of the Right to the Highest Attainable Standard of Health, 
http://www.unfpa.org/webdav/site/global/shared/documents/publications/reducing_mm.pdf
81
  UN Human Rights Council, Resolution 11/8, Eleventh Session, Preventable Maternal Mortality and Morbidity and Human Rights (2011).  
82
  CESCR, General Comment 14, para. 12. 
83
  WHO, UNICEF, UNFPA, Maternal Mortality in 1995: Estimates Developed by WHO, UNICEF and UNFPA (2001). 
84
  WHO, UNICEF, UNFPA, the World Bank, UNPD, Trends in Maternal Mortality 1990-2013 (WHO, 2014).
85
  WHO, Maternal Mortality: Fact Sheet 348 (May 2014). Available at: http://www.who.int/mediacentre/factsheets/fs348/en/


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə