Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə22/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

40
Azərbaycana tövsiyələri
UDİ üzrə İşçi Qrupunun 2013-cü ildə verilmiş tövsiyələri cinsi təhsilə bağlı hər hansı bir müddəanı əks etdirmir.
CEDAW Komitəsinin 2009-cu il üzrə Yekun Müşahidələrinin 34-cü bəndində tövsiyə olunur ki:

 Qızlar və oğlanlar üçün ailə planlaşdırılması və reproduktiv tibbi maarifləndirmə təmin olunsun, xüsüsilə cinsi 
yolla keçən HİV və QİÇS xəstəliklərinin aradan qaldırılmasına diqqət yetirilsin.
CEDAW Komitəsi 2015-ci ildə ölkə üzrə Yekun Müşahidələrində aşağıdakıları tövsiyə edir:

Digər işlərlə bərabər, məktəblərdə yaşa uyğun cinsi təhsil vasitəsilə ailə planlaşdırılması və reproduktiv sağlamlıq 
üzrə tədrisi təşviq etsin (Bənd 33(c));

Prioritet bir məsələ olaraq, dərslikləri və digər tədris materiallarını nəzərdən keçirmək və hər hansı bir gender 
stereotiplərinə əsaslanan ayrı-seçkilik nümunələrini aradan qaldırmaq (Bənd 29(d));

Məktəblərin tədris proqramına və təhsilin bütün pillələrində müəllimlər üçün hazırlanan peşəkar təlim kurslarına 
qadın hüquqları və gender bərabərliyi üzrə məlumatları məcburi mövzu olaraq daxil etmək (Bənd29(e)).
Dövlətin həyata keçirdiyi tədbirlər
Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsil məktəblərdə və məktəbdən kənarda uşaqlara keçirilmədiyi 
üçün hesab etmək olar ki, dövlət CEDAW Komitəsinin bu tövsiyələrini tam şəkildə yerinə yetirməmişdir. Hazırda 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu məsələni nəzərdən keçirir.
Uyğunsuzluqlar
Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsil istər məktəblərdə, istərsə də məcburi köçkünlər üçün 
salınmış qəsəbələr daxil olmaqla məktəbdən kənarda uşaqlara keçirilmir. Müvafiq məlumatlar toplanılmadığı üçün 
uşaq və gənclərin cinsi sağlamlığa dair məlumatlara nə səviyyədə malik olmasını monitorinq etmək çətindir.
Tövsiyələr

Dövlət məktəblərdə və məktəbdən kənarda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilin müyəssərliyini 
təmin etmək üçün milli strategiya hazırlamalı və onu tam şəkildə yerinə yetirməlidir. 
(CEDAW Komitəsinin Yekun 
müşahidələri  (2009), bənd 34; (2015), bənd 33(c)). 
Aşağıdakı məqamlar nəzərə alınmaıdır: 
 

Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsil məcburi olmalı və yaşa uyğun şəkildə bütün siniflərdə 
tədris olunmalıdır;
 

Proqramların məzmunu beynəlxalq insan hüquqları normalarına və YUNESKO tərəfindən hazırlanmış hərtərəfli 
cinsi təhsil qaydalarına uyğun olmalıdır;
 

Valideynin icazəsi tələb olunmamalıdır;
 

Strategiya cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli təhsilə çıxışa mane ola biləcək hər hansı 
dini, sosial və ya digər inanc, praktika və institutlara dair tədbirləri əks etdirməlidir;
 

Proqramlar əlililiyi olan uşaqlar üçün də müyəssər olmalıdır.

Hökumət cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilə dair tədris proqramı və müəllimlər üçün vəsait 
hazırlamalıdır 
(CEDAW Komitəsinin Yekun Müşahidələri (2009), bənd 34; (2015), bənd 33(c));

Pedaqogika ixtisası üzrə müəllimlər və tələbələr cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təlimlərlə təmin 
olunmalıdırlar. Onlar tələbələrin müxtəlif ehtiyacları və hər hansı yalnış təsəvvür və stereotiplərdən uzaq elmi 
cəhətdən  dəqiq  məlumatlar  əsasında  maarifləndirilməlidir 
(CEDAW  Komitəsinin  Yekun  Müşahidələri  (2009), 
bənd 34; (2015), bənd 33(c));

Hökumət  prioritet  bir  məsələ  olaraq,  dərslikləri  və  digər  tədris  materiallarını  nəzərdən  keçirərək,  gender 
stereotiplərinə  əsaslanan  ayrı-seçkilik  nümunələrini  aradan  qaldırmalıdır 
(CEDAW  Komitəsinin  Yekun 


41
Müşahidələri 2015, bənd 29 (d));

Hökumət məktəblərin tədris proqramına və təhsilin bütün pillələrində müəllimlər üçün hazırlanan peşəkar təlim 
kurslarına qadın hüquqları və gender bərabərliyi üzrə məlumatları məcburi mövzu olaraq daxil etməlidir 
(CEDAW 
Komitəsinin Yekun Müşahidələri 2015, bənd 29 (e)).
İrəliləyişin monitorinqi üçün indikatorlar

  Hökumət  məktəblərdə  və  məktəbdən  kənarda  cinsi  və  reproduktiv  sağlamlıq  və  hüquqlar  üzrə  təhsilin 
müyəssərliyinitəmin  etmək  üçün  milli  strategiya  hazırlayıb  və  onu  tam  şəkildə  yerinə  yetiribmi? 
(CEDAW 
Komitəsinin Yekun müşahidələri  (2009), bənd 34; (2015), bənd 33(c)).
 Aşağıdakı məqamlar nəzərə alınmalıdır:
 

Cinsi  və  reproduktiv  sağlamlıq  və  hüquqlar  üzrə  təhsil  məcburidirmi  və  yaşa  uyğun  şəkildə  bütün  siniflərdə 
tədris olunurmu?
 

Proqramların  məzmunu  beynəlxalq  insan  hüquqları  normaları  və  YUNESKO  tərəfindən  hazırlanmış  hərtərəfli 
cinsi təhsil qaydalarına uyğundurmu?
 

Valideynin icazəsi kimi məhdudiyyətlər varmı?
 

Fərdlərin cinsi və reproduktiv sağlamlıq və hüquqları üzrə hərtərəfli təhsilə çıxışına mane ola biləcək hər hansı 
dini, sosial və ya digər inanc, praktika və institutlarla iş üzrə tədbirləri özündə əks etdirən strategiya varmı?
 

Proqramlar əlililiyi olan uşaqlar üçün müyəssərdirmi?

Hökumət cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilə dair tədris proqramı və müəllimlər üçün vəsait 
hazırlayıbmı?
 (CEDAW Komitəsinin Yekun müşahidələri  (2009), bənd 34; (2015), bənd 33(c));

Pedaqogika üzrə ixtisaslaşan müəllimlər və tələbələr cinsi və reproduktiv saglamlıq və hüquqlar üzrə təlimlərlə 
təmin olunubmu? Onlar tələbələrin müxtəlif ehtiyacları və hər hansı yalnış təsəvvür və stereotiplərdən uzaq elmi 
cəhətdən dəqiq məlumatlar əsasında məlumatlandırılıbmı
? (CEDAW Komitəsinin Yekun müşahidələri  (2009), 
bənd 34; (2015), bənd 33(c));

 Dövlət prioritet bir məsələ olaraq, dərslikləri və digər tədris materiallarını nəzərdən keçirərək, gender stereotipinə 
əsaslanan ayrı-seçkilik nümunələrini aradan qaldırmaq üçün hansı tədbirləri görüb? 
(CEDAW Komitəsinin Yekun 
müşahidələri  2015, bənd 29 (d));

  Hökumət  məktəblərin  tədris  proqramında və  təhsilin  bütün  pillələrində  müəllimlər  üçün  hazırlanan peşəkar 
təlim kurslarına qadın hüquqları və gender bərabərliyi üzrə məlumatların məcburi mövzu olaraq daxil edilməsi 
üçün tədbirlər görübmü? 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 29(e))


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə