Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə13/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

23
 
– Məsafə;
 
– Nəqliyyatın olmaması;
 
– Qadın təminatçıların olmaması; 
 
– Qadınların tək getmək istəməməsi
 
– Sosial norma olaraq kişi və ya yaşlı qadın ailə üzvündən icazə almalı olması.

Dövlət sağlamlq hüququna uyğun olaraq icbari sağlamlıq proqramı həyata keçirmişdirmi? 
(CEDAW Komitəsinin 
ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; Sağlamlıq hüququ üzrə XM, bənd 58(i));

Müasir kontraseptivlərə tələbatı artırmaq üçün hansı qanunlar, siyasət və tədbirlər qəbul edilmişdir? 
Məsələn:
 
– kontraseptiv seçimi dəstəkləmək üçün fərdlər və çütlüklərə verilən ailə planlaşdırılması məsləhətləri;
 
– kontraseptivlərinin qiymətini daha münasib etmək məqsədilə həyata keçirilən tədbirlər;
 
– kənd yerlərində yaşayan gənc, aşağı təhsil səviyyəsinə malik və az təminatlı qadınlar da daxil olmaqla əhali 
arasında ailə planlaşdırılmasına dair ictimai məlumatlandırma və maarifləndirmə kampaniyaları 
(CEDAW 
Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; (2015) bənd 33(d)).
59

 Səhiyyəyə və spesifik olaraq CRSH-ra ayrılmış büdcənin faiz göstəricisi (
CEDAW Komitəsinin ölkə üzrə yekun 
müşahidələri (2009), bənd 34; Sağlamlıq hüququ üzrə XM, bənd 58.a).

İlkin tibbi xidmət şəbəkəsi zəif olan yerlərdə, xüsusilə də kəndlərdə, ilkin tibbi xidmətin inkişafı büdcə və proqram 
icrası baxımından prioritet təşkil edirmi?
 (əlavə tövsiyə).

Dövlət sonsuzluğa dair məlumat toplanılmasını təmin edibmi? 
(əlavə tövsiyə).

Uşaqlıq boynu xərçəngi üçün skrininq proqramı qəbul edilərək, həyata keçirilibmi? Onun əhatə dairəsi necədir? 
(əlavə tövsiyə).
B: ABoRT
Sağlamlıq və insan hüquqları çərçivəsi
Bütün  dünyada  planlaşdırılmayan  hamiləliklərin  böyük  əksəriyyəti  abortla  nəticələnir.  Kontrasepsiya 
vasitələrindən istifadənin artması planlaşdırlmayan hamiləliklərin və məcburi abortların sayını azaldır.
60
 Qanunvericilik 
geniş göstəricilər əsasında aborta icazə verdikdə, təhlükəli abortlar və onların doğurduğu fəsadlar azalır. Əhali və 
İnkişafa dair Beynəlxalq Konfransda beynəlxalq ictimaiyyət razılaşdı ki, abort qanuni olduqda əlçatan və təhlükəsiz 
olmalıdır.
61
 Hazırda bu prinsip insan hüquqlarına dair beynəlxalq sazişlərin monitorinq qurumları tərəfindən geniş 
şəkildə qəbul olunmuşdur.
62
CEDAW Komitəsi Yekun müşahidələrində  selektiv abortlarla bağlı, eləcə də bu təcrübəyə səbəb olan gender 
stereotiplərindən narahatlığını ifadə edib.
63
 BMT-nin Əhali Fondu, OHCHR, UNICEF, BMT Qadın və ÜST kimi təşkilatlar 
öz birgə bəyanatlarında bir daha təsdiq etdilər ki, BMT qurumları qadın və qızların hüquqlarını təşviq etmək, eyni 
zamanda doğulan uşaqların cinsi nisbətinin pozulmasına səbəb olan cinsi seleksiya və onun yaratdığı fəsadlarla 
mübarizə məqsədilə dövlətlərin, beylnəlxalq və milli təşkilatların, vətəndaş cəmiyyəti və icmaların cəhdlərini  tam 
dəstəkləyir.
64
 Avropa Şurası selektiv abortları qadın və qızların insan hüquqlarını pozan ayrıseçkiliiyin bir forması 
olaraq qəbul edir.
65
 Lakin bu problemlə mübarizə qadınların tibbi texnologiyalar və ya qadının sağlamlıq, yaşamaq, 
fiziki toxunulmazlıq, şəxsi həyat və ayrı-seçkiliyə yol verilməməsi hüquqlarının həyata keçirilməsinə xidmət edən 
qanuni və təhlükəsiz aborta çıxışını məhdudlaşdıracaq şəkildə edilməməlidir. Selektiv abortların aradan qaldırılması 
istiqamətdə aparılan işlər daha geniş çərçivəni əhatə edərək, gender bərabərsizliyi, qadına qarşı ayrı-seçkilik və sosial 
və iqtisadi həyatda qadın və qızlara oğlanlarla müqayisədə daha az dəyərin verilməsi ilə mübarizəyə yönəlməlidir.
59
  Zəhmət olmasa, Cinsi və reproduktiv sağlamlıq və hüquqlarına dair hərtərəfli təhsil haqqında E bölümünə də bax.
60
  WHO,  Safe Abortion: Technical and Policy Guidance for Health Systems (2012), p. 22.
61
  Key Actions for the Further Implementation of the Programme of Action of the International Conference on Population and Development (ICPD+5), 
8 November 1999, A/RES/S-21/2, para. 63(iii).
62
  Məsələn, CEDAW Committee, Views:Alyne da Silva Pimentel v Brazil, 27 September 2011. CEDAW/C/49/D/17/2008.
63
  CEDAW Committee, Concluding Comments on China,  adopted at its thirty-sixth session, 7-25 August 2006 (CEDAW/C/CHN/CO/6 ), paragraphs 
17 and 21; CEDAW Committee, Concluding Comments on India,  adopted at its thirty-seventh session, 15 January-2 February 2007 (CEDAW/C/IND/
CO/3), para 38.
64
  WHO, Department of Reproductive Health and Research (2011) Preventing gender-biased sex selection: An interagency statement OHCHR, UNFPA, 
UNICEF, UN Women and WHO
65
  Parliamentary Assembly of the Council of Europe, Recommendation 1979 on Prenatal Sex Selection, (2011).


24
Azərbaycanda abort məsələsi
Azərbaycanda abort əmsalı Türkiyə və Orta Asiya ölkələri arasında ən yüksək göstəricilər sırasındadır. 2000-
ci  ildə  15-49  yaşlarında  hər  1.000  qadına  17.5  olan  bu  əmsal  2012-ci  ildə  31-ə  yüksəlmişdir.
66 
Hamiləliklərin 
təxminən 41 faizi süni abortla nəticələnmişdir.
67
 Bu əmsal birinci hamiləliklərdə 2 faizdən beşinci və daha sonrakı 
hamiləliklərdə 80.4 faizə qədər dəyişir.
68
 Dağlıq Şirvanda 27.1 faiz və Yuxarı Qarabağda 45 faizin olması regionlar 
arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir.
69
Abort doğuşa nəzarətin əsas forması olaraq qalır. 2011-ci ildə süni abortlarla nəticələnən hamiləliklərin yarıdan 
çoxu (53.3 faizi) kontrasepsiyanın hər hansı üsulundan istifadə etməyən qadınlar tərəfindən edilmişdir. Kontrasepsiya 
üsullarından istifadəyə baxmayaraq, hamilə qalıb abort etdirən qadınların 46.7 faizinin böyük əksəriyyəti (41.6 faizi) 
ənənəvi kontrasepsiya üsullarından istifadə nəticəsində hamilə qalmışdır.
70
Məhz  müvafiq  məlumatın  və  müasir  kontrasepsiya  üsullarına  çıxışın  olmaması  nəticəsində  kontrasepsiya 
üsullarından istifadə 15-49 yaş arası evli qadınlar arasında13.9 faiz təşkil edir.
71
 Bu, eləcə də, keçmiş sovet respublikaları 
və Türkiyədə müşahidə olunan müvafiq göstəricidən aşağıdır. Qadınlar arasında kənd yerlərində bu faiz şəhər yerləri 
ilə müqayisədə daha aşağıdır (11.1 və 16.4 faiz müvafiq olaraq).
72
 Ənənəvi üsullardan istifadə isə 41 faiz təşkil eidr.
2008-2011-ci illərdə abort etmiş qadınların yalnız 23.3 faizi ailə planlaşdırılması mərkəzlərində abortdan əvvəl 
və ya sonra kontrasepsiya üsulları haqqında məsləhət almış və daha az faiz (20.3 faiz) gələcəkdə arzuolunmayan 
hamiləliyin qarşısını almağa dair hər hansı praktik məsləhət və ya üsul haqqında məsləhət almışdır.
73
Selektiv  abortlar  Azərbaycanda  geniş  yayılmışdır.  Doğuşda cinsi  nisbətlə bağlı statistik  məlumatlara əsasən 
bu  göstərici  1980-ci  illərin  əvəllərində  doğulan  hər  105-106  oğlana100  qıza  nisbətində  olmuşdursa,  1998-
ci  ildə  artıq  hər  120  oğlana  100  qız  nisbətində  olmuş,  son  illər  ərzində  isə  bir  qədər  azalma  (116)  müşahidə 
edilmişdir.
74
  Azərbaycanda  selektiv  abortlar  oğlan  övladına  üstünlük  verilməsini  əks  etdirir  ki,  bu  da  cəmiyyətin 
patriarxal normalarından qaynaqlanaraq doğuşdan əvvəl cinsiyyətin müəyyənləşdirilməsini mümkün edən müasir 
texnologiyalar sayəsində daha da artmışdır. Təhlükəli abortlarla bağlı toplanmış hər hansı məlumat yoxdur.
UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin 
 Ölkə üzrə tövsiyələri
2013-cü ildə UDİ üzrə İşçi Qrupunun üzv dövlətləri Azərbaycana aşağıdakıları tövsiyəni etdi:

“Selektiv  abortların  qarşısını  almaq  üçün  tədbirlər  və  gender  rollarına,  qadın  və  qızların  dəyərli  roluna  dair 
maarifləndimə kampaniyaları həyata keçirmək”.
75
2015-ci ildə CEDAW Komitəsi Yekun Müşahidələrində selektiv abortlar və məcburi abortların yüksək sayı da daxil 
olmaqla  abortların  ailə  planlaşdırılmasının  əsas  vasitəsi  kimi  istifadə  edilməsindən  narahatlığını  bildirdi 
(CEDAW 
Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 32). Komitə ailədə və cəmiyyətdə qadınların və kişilərin rolu və 
vəzifələri ilə bağlı patriarxal münasibətlərin və stereotiplərin hələ də köklü şəkildə qalmasını vurğulayaraq qeyd etdi ki, 
oğlan övlada verilən üstünlük yeni doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması ilə nəticələnir (
UDİ 
üzrə tövsiyələr (2013), bənd 116, CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 20). Komitə dövlətə 
bununla bağlı aşağıdakı tövsiyəni verdi:

Digər işlərlə bərabər, məktəblərdə yaşa uyğun cinsi təhsil vasitəsilə ailə planlaşdırılması və reproduktiv sağlamlıq 
üzrə tədrisi təşviq etmək. (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015),bənd 33(c));

Oğlan  uşaqlarına  verilən  üstünlük  fenomeninin  qarşısının  alınmasına  yönəlmiş  çox-sektorlu  Fəaliyyət  Planı 
təxirəsalınmaz şəkildə qəbul edilsin (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri 2015, bənd 21(a));
66
  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin (Dövlət Statistika Komitəsi) statistikası. 
67
  Dövlət Statistika Komitəsinin statistikası , Səhiyyə Nazirliyi tərəfindən aparılmış.
68
  DSS 2011, səh. 85.
69
  DSS 2011, səh. 85.
70
  DSS 2011, səh. 91. 
71
  DSS 2011.səh. 72.
72
  DSS 2011, səh. 72.
73
  DSS 2011, səh. 92. 
74
  Dövlət Statistika Komitəsi.
75
  A/HRC/24/13, para. 109.101.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə