Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

etməsi  üçün  o,  sadəcə  məcburi  xarakter  daşıyan  göstərişlərlə
məhdudlaşmamalı,  "müdafiənin  şamil  olunduğu  əsaslardan"  hər  hansı
birinə görə müəyyən şəxslərlə daha əlverişsiz şəkildə davranmağa açıq-
aydın üstünlük vermə və ya buna açıq-aydın sövq etmə hallarını da əhatə
etməlidir. Bu elə bir sahədir ki, məhkəmə praktikası vasitəsilə inkişaf etdirilə
bilər. 
Ayrı-seçkiliyin yolverilməzliyi barədə direktivlər üzv dövlətlərin üzərinə ayrı-
seçkilik aktları ilə mübarizə üçün cinayət qanunvericiliyindən istifadə etmək
öhdəliyi qoymasa da, Avropa İttifaqı Şurasının Çərçivə qərarı Aİ-nin üzvü
olan bütün dövlətlərin üzərinə belə bir vəzifə qoyur ki, hər hansı qrupa qarşı
irq, dərinin rəngi, ailə mənşəyi, din və ya əqidə, milli və ya etnik mənşə
zəminində zorakılığa və ya nifrətə təhrik etmə ilə, habelə bu cür qruplara
qarşı irqçi və ya ksenofobiya xarakterli materialların yayılması, soyqırıma,
hərbi  cinayətlərə  və  insanlıq  əleyhinə  cinayətlərə  göz  yumulması,  bu
halların inkar edilməsi və ya adiləşdirilməsi ilə əlaqədar olaraq cinayət
sanksiyaları  nəzərdə  tutsunlar.
45
Üzv  dövlətlər  həmçinin  irqçilik  və  ya
ksenofobiya niyyətini ağırlaşdırıcı hal kimi nəzərə almağa borcludurlar. 
Buna görə də tamamilə mümkündür ki, təqib etmə və ayrı-seçkiliyə təhrik
aktları, ayrı-seçkilik təşkil etməkdən əlavə, həm də konkret olaraq irqi və ya
etnik zəmində baş verdiyi təqdirdə milli qanunvericilikdə cinayət əməli kimi
nəzərdə tutula bilər. 
Nümunə: Bolqarıstan məhkəmələrinin icraatındakı işdə bir parlament
üzvü roma (qaraçı), yəhudi və türk icmalarını, eləcə də ümumiyyətlə
"əcnəbiləri" təhqir edən bəzi fikirlər səsləndirmişdi. O, bu icmaların
bolqarlarının öz dövlətlərini idarə etmələrinə mane olduğunu, cəzasız
qalmaqla  cinayətlər  törətdiyini  və  bolqarları  adekvat  tibbi  yardım
almaq  imkanından  məhrum  etdiyini  bildirmiş  və  xalqı  dövlətin  bu
müxtəlif qrupların "müstəmləkəsinə" çevrilməsinin qarşısını almağa
çağırmışdı.
46
Sofiya Regional Məhkəməsi bu qənaətə gəldi ki, bu hal
təqibə bərabərdir və ayrı-seçkiliyə təhrik təşkil edir. 
38
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
45. Avropa İttifaqı Şurasının "İrqçiliyin və ksenofobiyanın müəyyən formaları və ifadələri ilə cinayət qa-
nunvericiliyi vasitəsilə mübarizə haqqında" Çərçivə qərarı № 2008/913/JHA, 28 noyabr 2008-ci il, OJ L
328, 6.12.2008, p. 55. 
46. Sofiya Regional Məhkəməsi, 2860/2006 saylı mülki iş üzrə 164 saylı qərar, 21 iyun 2006-cı il.
Qərarın ingiliscə qısa icmalını bu mənbədən tapmaq olar: FRA InfoPortal, Case 11-1. 


2.4.2. İnsan hüquqları haqqında Avropa Konven-
siyasında nəzərdə tutulan təqib etmə və 
ayrı-seçkilik qoyma barədə göstəriş vermə
AİHK-da  təqib  etməni  və  ayrı-seçkilik  qoyma  barədə  göstəriş  verməni
nəzərdə tutan konkret müddəa olmasa da, onun mətnində eyni məsələ ilə
əlaqədar  konkret  hüquqlar  yer  alıb.  Belə  ki,  təqib  etmə  AİHK-ın  8-ci
maddəsində  nəzərdə  tutulmuş  şəxsi  və  ailə  həyatına  hörmət  edilməsi
hüququnun, yaxud 3-cü maddədə nəzərdə tutulmuş qeyri-insani və ya
ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq hüququnun tətbiq
dairəsinə, ayrı-seçkilik qoyma barədə göstəriş vermə isə vəziyyətdən asılı
olaraq 9-cu və ya 11-ci maddələrdə nəzərdə tutulmuş din azadlığının və ya
toplaşmaq azadlığının tətbiq dairəsinə düşə bilər. Bu hərəkətlərin ayrı-
seçkilik  motivlərindən  qaynaqlandığı  aşkar  edildikdə,  AİHM  müvafiq
maddələrin ayrı-seçkiliyi qadağan edən 14-cü maddə ilə birgə götürülmüş
halda  pozuntusunun  baş  verib-vermədiyini  araşdırır. Aşağıdakı  seçmə
nümunələrdə yuxarıda müzakirə edilənlərə bənzər faktlara aid olan, AİHK
kontekstində araşdırılan işlər təqdim edilir. 
Nümunə: Baçkovski və başqaları Polşaya qarşı işdə Varşava meri ho-
mofobiya xarakterli açıqlamalar verərək bildirmişdi ki, seksual oriyen-
tasiyaya  əsaslanan  ayrı-seçkilik  barədə  məlumatlılığı  artırmaq
məqsədi  daşıyan  yürüşün  keçirilməsinə  icazə  verməkdən  imtina
edəcək.
47
Müvafiq inzibati orqanın qərar çıxarması üçün müraciət
edildikdə  icazə  verməkdən  başqa  əsaslara  görə  imtina  edildi,
məsələn, nümayişçilər arasında toqquşmanın qarşısını almaq əsas
kimi göstərildi. AİHM bu qənaətə gəldi ki, merin açıqlamaları müvafiq
orqanların  qərarına  təsir  göstərə  bilərdi  və  qərar  seksual  oriyen-
tasiyaya əsaslanmışdı, buna görə də ayrı-seçkiliyə məruz qalmamaq
hüququ ilə birgə götürülmüş halda sərbəst toplaşmaq hüququnun
pozuntusunu təşkil edirdi. 
Nümunə:  Paraskeva-Todorova  Bolqarıstana  qarşı işdə  milli
39
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
47. AİHM, Baçkovski və başqaları Polşaya qarşı (ərizə № 1543/06), 3 may 2007-ci il. 


məhkəmələr roma (qaraçı) mənşəli şəxsi məhkum edərkən cəzanın
icrasının təxirə salınması barədə ittiham tərəfinin tövsiyəsini açıq-
aşkar  rədd  edərək  qaraçı  azlığı  arasında  cəzasızlıq  ənənəsinin
mövcud olduğunu bildirmiş və bu zaman həmin ənənənin konkret
fərdə də aid olduğunu nəzərdə tutmuşdular.
48
AİHM bu qənaətə gəldi
ki, bu qərar ərizəçinin ayrı-seçkiliyə məruz qalmamaq hüququ ilə birgə
götürülmüş  halda  onun  ədalətli  məhkəmə  araşdırması  hüququnu
pozub. 
2.5. Xüsusi və ya spesifik tədbirlər 
Yuxarıda qeyd edildiyi kimi, dolayı ayrı-seçkilik hallarında ayrı-seçkiliyin
baş verdiyi barədə qərar çıxarmaq üçün bu fakt əsas təşkil edir ki, müvafiq
fərqlər nəzərə alınmadan eyni qayda hər kəsə tətbiq edilir. Belə vəziyyəti
düzəltmək  və  onun  qarşısını  almaq  üçün  hökumətlər,  işəgötürənlər  və
xidmət təchizatçıları öz qayda və praktikalarında bu cür fərqlərin nəzərə
alınmasını təmin etməlidirlər, yəni cari siyasət və tədbirlərini nizamlamaq
üçün müəyyən tədbirlər görməlidirlər. BMT kontekstində  bunlar "xüsusi
tədbirlər", Aİ hüququ kontekstində isə "spesifik tədbirlər" və ya "pozitiv
tədbir"  adlandırılır.  Xüsusi  tədbirlər  görməklə  hökumətlər  "formal
bərabərlikdən" daha çox, "substantiv bərabərliyi", yəni cəmiyyətdə mövcud
olan  imkanlardan  yararlanmaqda  bərabərliyini  təmin  edə  bilirlər.
Hökumətlər,  işəgötürənlər  və  xidmət  təchizatçıları  xüsusi  tədbirlərin
görülməsinin məqsədəuyğunluğunu nəzərdən keçirmədikdə onların qayda
və praktikalarının dolayı ayrı-seçkilik təşkil etməsi riski artmış olur. 
AİHM bildirib ki, "[AİHK-ın] təmin etdiyi hüquqlardan istifadə edilməsində
ayrı-seçkiliyə məruz qalmamaq hüququ həmçinin o hallarda pozulmuş olur
ki, dövlətlər ... vəziyyətləri əhəmiyyətli dərəcədə fərqli olan şəxslərlə fərqli
rəftar  etmirlər".
49
Eynilə,  ayrı-seçkiliyin  yolverilməzliyinə  dair  Aİ
direktivlərinin  pozitiv  tədbir  görülməsini  birbaşa  nəzərdə  tutan
müddəalarında deyilir: "bərabər rəftar prinsipi [müdafiənin şamil olunduğu
əsasla] əlaqədar əlverişsiz vəziyyətin qarşısını almaq və ya bu vəziyyəti
40
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
48. AİHM, Paraskeva-Todorova Bolqarıstana qarşı (ərizə № 37193/07), 25 mart 2010-cu il. 
49. AİHM, Tlimmenos Yunanıstana qarşı [BP] (ərizə № 34369/97), 6 aprel 2000-ci il, 44-cü bənd. Eynilə
bu qərara bax: AİHM, Pritti Birləşmiş Krallığa qarşı (ərizə № 2346/02), 29 aprel 2002-ci il, 88-ci bənd. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə