Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

Görülmüş tədbirlərin "zəruriliyi" tələbi onu nəzərdə tutur ki, bərabər
rəftar prinsipinə ən az müdaxilə təşkil edən hər hansı ağlabatan al-
ternativ vasitələrin mövcud olmadığı sübuta yetirilməlidir. Qanunveri-
cilik normalarının bu işin faktlarına tətbiqi milli məhkəmənin öhdəsinə
buraxıldı.  
2.6.3. Ümumi müdafiə arqumentlərinin tətbiqi 
İşəgötürmə məsələləri kontekstində AƏM işəgötürənlərin iqtisadi maraqları
ilə əlaqədar idarəetmə mülahizələrinə əsaslanan fərqli rəftarı qəbul etməyə
meylli olmasa da, maliyyə nəticələri ilə əlaqəsi olan daha geniş sosial və
işəgötürmə siyasətinin məqsədlərinə əsaslanan fərqli rəftarı qəbul etməyə
hazırdır. Sonuncu mülahizələrə aid işlərdə AƏM dövlətlərə daha geniş
"mülahizə  sərbəstliyi"  verir.  AİHK  kontekstində  isə  şəxsin  ləyaqətinin
başlıca məsələ olduğu işlərdə (məsələn, irqi və ya etnik mənşəyə, mənzil
toxunulmazlığına, şəxsi və ya ailə həyatına əsaslanan ayrı-seçkiliklə bağlı
işlərdə)  fərqli  rəftarın  AİHM  tərəfindən  qəbul  edilməsi  ehtimalı  azdır,
xüsusən  maliyyə  nəticələri  ilə  əlaqəsi  olan  daha  geniş  sosial  siyasət
mülahizələrinə əsaslanan fərqli rəftarı isə o, böyük ehtimalla qəbul edir.
AİHM  "mülahizə  sərbəstliyi"  terminindən  istifadə  edir,  bu  termin  fərqli
rəftarın əsaslı olub-olmadığını müəyyənləşdirərkən dövlətin malik olduğu
sərbəstliyin  hüdudlarını  nəzərdə  tutur.  Bu  hüdudların  "dar"  olması
məqsədəuyğun sayıldıqda AİHM daha yüksək dərəcədə nəzarət tətbiq edir. 
2.6.4. Aİ qanunvericiliyində nəzərdə tutulmuş
xüsusi müdafiə arqumentləri 
Yuxarıda  qeyd  edildiyi  kimi,  ayrı-seçkiliyin  yolverilməzliyinə  dair
direktivlərdə xüsusi müdafiə arqumentləri nəzərdə tutulub ki, məhdud saylı
hallarda fərqli rəftara həmin arqumentlərlə haqq qazandırıla bilər. "Həqiqi
peşə tələbinə əsaslanan müdafiə arqumenti" direktivlərin hər birində öz
əksini tapıb (Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında
Direktiv istisna təşkil edir, çünki o, işəgötürmə məsələlərinə aid deyil); bu
tələb konkret iş funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan bacarıq
və  ya  ixtisaslılıqla  əlaqədar  olan  əsaslara  görə  işçilərə,  o  cümlədən
müdafiənin  şamil  olunduğu  əsasların  tətbiq  dairəsinə  düşən  şəxslərə,
53
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri


işəgötürənlər tərəfindən fərq qoyulmasına imkan verir.
66
Digər iki müdafiə
arqumentinə  isə  yalnız  işəgötürmə  məsələlərində  bərabərlik  haqqında
Direktivdə rast gəlmək olar: bunlardan birincisi ondan ibarətdir ki, əqidəyə
əsaslanan  təşkilatlar  olan  işəgötürənlər  tərəfindən  din  və  ya  əqidə
əsasında  ayrı-seçkilik  qoyulmasına  icazə  verilir;
67
ikincisi  isə  ondan
ibarətdir ki, müəyyən hallarda yaşla əlaqədar ayrı-seçkilik qoyulmasına
icazə  verilir.
68
Fərqli  rəftara  haqq  qazandırmaq  üçün  gətirilən  müdafiə
arqumentlərinin AƏM tərəfindən qəbul edilmiş məhdud çərçivəli şərhi onu
nəzərdə  tutur  ki,  bu  sahədə  istənilən  istisnalar  dar  çərçivədə  şərh
olunmalıdır, belə ki, AƏM Avropa İttifaqı qanunvericiliyində fərdlər üçün
nəzərdə tutulmuş hər hansı hüquqların mühümlüyünü ön plana çəkir.
69
2.6.4.1. Həqiqi peşə tələbi 
Ayrı-seçkiliyin yolverilməzliyinə dair direktivlərin işəgötürmə məsələlərinə
aid müddəalarına əsasən: 
"[Müdafiənin şamil olunduğu əsasla] əlaqədar olan xüsusiyyət
müəyyən peşə fəaliyyətlərinin xarakteri və ya həyata keçirildiyi
şəraitlə əlaqədar olaraq həqiqi və qəti peşə tələbi təşkil edirsə, o
halda üzv dövlətlər bu xüsusiyyətə əsaslanan fərqli rəftarın ayrı-
seçkilik təşkil etməməsini təmin etməlidirlər, bu şərtlə ki, məqsəd
qanuni, tələb isə mütənasib olmalıdır".
70
Bu  müdafiə  arqumenti  işəgötürənlərə  imkan  verir  ki,  müdafiənin  şamil
olunduğu  xüsusiyyət  şəxsin  konkret  peşə  üçün  tələb  olunan  iş
funksiyalarının yerinə yetirilməsinə uyğunluğu və ya bu sahədə səriştəliliyi
ilə  birbaşa  əlaqədar  olduğu  təqdirdə  həmin  xüsusiyyətə  əsaslanmaqla
fərdlər arasında fərq qoysunlar. 
54
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
66. Gender bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 14-cü maddənin 2-ci bəndi; İrqi bərabərlik
haqqında Direktiv, 4-cü maddə; Məşğulluq məsələlərində bərabərlik haqqında Direktiv, 4-cü maddənin 1-
ci bəndi
67. İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 4-cü maddənin 2-ci bəndi. 
68. İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 6-cı maddə.
69. Misal üçün bax: AİƏM, Johnston v. Chief Constable of the Royal Ulster Constabulary, iş № 222/84
[1986] ECR 1651, 15 may 1986-cı il, 36-cı bənd
70. Gender bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 14-cü maddənin 2-ci bəndi; İrqi bərabərlik
haqqında Direktiv, 4-cü maddə; Məşğulluq məsələlərində bərabərlik haqqında Direktiv, 4-cü maddənin 1-
ci bəndi. 


Dəqiq müəyyənləşdirilmiş peşələr vardır ki, həqiqi peşə tələbi ilə əlaqədar
istisna onlara şamil olunur: Avropa İttifaqı Komissiyası Almaniyaya qarşı
işdə AƏM cinsi zəmində ayrı-seçkiliyə icazə verilən istisna halların əhatə
dairəsi  ilə  bağlı  Aİ  Komissiyasının  araşdırmasına  istinadən,  konkret
peşələri  göstərdi  ki,  sözügedən  müdafiə  arqumenti  bu  peşələrə  şamil
olunur
71
. Bu işdə şəxslərdə müəyyən fərdi xüsusiyyətlərin olmasını tələb
edən incəsənət sahəsinin peşələrinə xüsusi diqqət yetirildi, bu peşələr,
məsələn, ifa tərzi müəyyən bir üsluba uyğun qadın müğənninin, müəyyən
rolu  oynamaq  üçün  gənc  aktyorun,  rəqs  etmək  üçün  sağlam  bədənli
şəxsin, yaxud müəyyən model (maneken) tiplərinə yararlı olan kişi və ya
qadınların olmasını tələb edə bilər. Lakin belə peşələrin tam siyahısını
verməyə cəhd göstərilmədi. Digər nümunələr sırasına Çin restoranında bu
ölkənin ab-havasını yaratmaq üçün işə Çin mənşəli şəxsin götürülməsi,
yaxud qadınlar üçün bədən gimnastikası (fitnes) klubuna işə qadınların
qəbul edilməsi aid edilə bilər. 
Nümunə: Aİ Komissiyası Fransaya qarşı işdə AƏM bu qənaətə gəldi
ki, müəyyən hallarda kişi həbsxanalarında iş yerlərinin əsasən kişi
namizədlər üçün, qadın həbsxanalarında isə qadın namizədlər üçün
ayrılması qanunsuz deyil.
72
Lakin bu istisna yalnız o vəzifələr üçün
istifadə edilə bilər ki, həmin vəzifələrdə məhz müəyyən cinsə mənsub
şəxslərin çalışması əhəmiyyət kəsb etsin. Bu işdə Fransanın dövlət
orqanları iş yerlərinin müəyyən faizini kişi namizədlər üçün saxlamaq
istəyirdilər,  çünki  digər  iş  funksiyaları  ilə  yanaşı  həm  də  problem
yarada biləcək şəxsləri çəkindirmək üçün güc tətbiqinə ehtiyac yarana
bilərdi  ki,  bunu  da  ancaq  kişilər  yerinə  yetirə  bilərdilər.  AƏM  bu
arqumentləri  prinsipcə  qəbul  etsə  də,  Fransanın  dövlət  orqanları
yalnız  kişi  namizədlər  tərəfindən  yerinə  yetirilə  biləcək  konkret  iş
fəaliyyətləri ilə bağlı şəffaflıq tələbinə riayət etməmişdilər və bu işdə
qərara alındı ki, hər hansı peşə funksiyalarının yerinə yetirilməsinə
yalnız müəyyən cinsin nümayəndələrinin yararlı olduğunun ümumi
şəkildə bildirilməsi yetərli deyil. 
Nümunə: Constonun işində Şimali İrlandiyada çalışan qadın polis
əməkdaşı şikayət etmişdi ki, onun müqaviləsi yenilənməyib. Polis rəisi 
55
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
71. AƏM, Commission v. Germany, iş № 248/83 [1985] ECR 1459, 21 may 1985-ci il. 
72. AƏM, Commission v. France, iş № 318/86 [1988] ECR 3559, 30 iyun 1988-ci il.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə