Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   54   55   56   57   58   59   60   61   62

landiyaya  keçirdi.  Belçika  dövləti  onu  təqaüdlə  təmin  edirdi.  O,  başqa
Avropa  İttifaqı  üzv  dövlətində  işlədiyinə  görə  onun  pulu,  hər  il  dövlət
tərəfindən müəyyənləşdirilən şərti və vahid maaş sistemi ilə hesablanırdı.
1995-ci ilə kimi, şərti maaşların həcmi kiçilirdi və qadınlar üçün fərqli idi.
Xanım Brouver ayrı-seçkiliyin qeyri-qanuniliyinə əsaslanaraq təqaüdünün
həcminə etiraz etdi.  Belçika hökuməti bildirdi ki, fərq obyektiv səbəblərlə
əsaslandırıldığı üçün – real maaşlar fərqli idi və təqaüdün hesablanması da
bunu  əks  etdirməli  idi  –  heç  bir  ayrı-seçkiliyə  yol  verilməmişdi.  Sosial
təhlükəsizlik məsələləri ilə bağlı kişi və qadınlara bərabər davranılması
prinsipini əks etdirən 79/7/EECŞura Direktivi Avropa İttifaqı üzv dövlətləri
tərəfindən 23 dekabr 1984-cü ildən icra olunur. 
Bu  işin AİƏM-ə  gəldiyi  vaxtdan  Belçika  dövləti  qeyri-bərabər  davranışı
qəbul etdi və bunu düzəltmək üçün addımlar atdı. Buna baxmayaraq, AİƏM
bildirdi ki, direktivin icrası üçün son müddətin ardından direktiv sözü gedən
qanunvericiliyi qadağan edirdi. Direktivin icrası üçün son müddətdən əvvəl,
sözü  gedən  qanunvericilik  bərabər  ödəməni  tənzimləyən  müqavilə
müddəalarının  əhatə  dairəsindən  kənar  idi,  ABFM  (TFEU)-nun  157-ci
maddəsi (ABM (TEU)-nin köhnə 151-ci maddəsi). Məhkəmə, həmçinin,
Belçika  dövlətinin  qaydaların  müvəqqəti  tətbiqi  yalnız  borclara  görə
maraqla əlaqədar məhdudlaşdırıla bilər arqumentinə etiraz etdi (Barber
işindəki kimi, C-262/88). O, bildirdi ki, maliyyə mülahizələri öz-özlüyündə
belə məhdudiyyətləri əsaslandıra bilməz. Əlavə olaraq, nəzərə çarpacaq
obyektiv qeyri-müəyyənlik Aİ müddəalarının tətbiqində mövcud olmalıdır.
AİƏM bildirdi ki, bu, araşdırılacaq iş deyildi və  Belçika səlahiyyətli orqanları
maaşlardakı  fərqin  sadə  ayrı-seçkilik  deyil,  obyektiv  amillər  səbəbi  ilə
olması mövqeyini əsaslandırmamalı idi. Nə də Belçika daxili qanunveri-
ciliyin Aİ hüququna uyğunluğunu nümayiş etdirmək üçün o fakta əsaslana
bilməzdi ki, Avropa Komissiyası bunun pozuntu olduğunu bildirməmişdi.
AİƏM, Dita Danosa LKB Līzings SIA-ya qarşı
İş C-232/09, 11 noyabr 2010      
(CJEU, Dita Danosa v. LKB Līzings SIA
Case C-232/09, 11 November 2010)
Məhkəməyə 92/85/EEC Şura Direktivi ilə bağlı Latviya məhkəmələrindən
hamilə işçilərin işdə sağlamlığı və təhlükəsizliyi ilə bağlı müraciət daxil oldu.
Direktiv  Aİ  üzv  dövlətlərindən  hamiləliyin  başlanğıcından  analıq
məzuniyyətinin bitməsinə qədər qadının işinin dayandırılmasının qadağan
edilməsini tələb edir. Müraciətdə, AİƏM-dən bu qadağanın, sözügedən fərd
188
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


dövlət mülkiyyətində olan şirkətin direktorlar şurasının üzvü olduğu halda
da şamil edildiyini və bu fərdin direktiv əsasında işçi sayıla bilib-bilməcəyini
müəyyənləşdirməsi  xahiş  olunurdu.  Bu  baxımdan,  sözü  gedən  şirkətə
səhmdarlar məclisi və qəyyumlar şurasının da nəzarət etdiyi nəzərə alaraq,
idarəetmə heyətinin üzvlərinin rolunu və onların fəaliyyət göstərə biləcəyi
müstəqilliyin  dərəcəsini  müəyyənləşdirmək  zəruri  idi.  Eləcə  də,
76/207/EEC Şura Direktivinə əsasən, kişi və qadınlara qarşı işəgötürmə,
ixtisas  təlimi  və  işdə  irəli  çəkilmə  və  iş  şərtləri  ilə  bağlı  bərabər
davranılmasının da nəzərdən keçirilməsi zəruri idi. 
AİƏM bildirdi ki, şirkətin direktorlar şurasının üzvünə o halda işçi statusu
verilməlidir ki, o, şirkətə xidmətlər göstərir və onun tərkib hissəsidir; şura
üzvünün işi şirkətdən olan digər bir qurumun istiqamətləndirməsi və ya
nəzarəti altında müəyyən bir vaxt ərzində yerinə yetirilmişdir;  və şura üzvü
bu vəzifələrə görə ödəniş almışdır. 92/85/EEC Şura Direktivi fərdin “hamilə
işçi” olduğu halda şura üzvlüyündən çıxarılmasına məhdudiyyətsiz icazə
verən daxili qanunvericiliyi qadağan edən şəkildə interpretasiya edilməlidir.
Əlavə olaraq, Məhkəmə bildirdi ki, əgər hətta işçi 92/86/EEC Şura Direk-
tivinin məqsədlərinə görə “hamilə işçi” kimi təsnif oluna bilməzsə belə, şura
üzvünün hamiləliyə görə şura üzvlüyündən çıxarılması yalnız qadınlara
təsir edə bilər və buna görə də, 76/207/EEC Şura Direktivinə zidd olan
cinsi əsasda birbaşa ayrı-seçkilikdir. 
AİƏM, Association belge des Consommateurs Test-Achats ASBL və
Başqaları Nazirlər Şurasına qarşı 
İş C-236/09, 1 Mart 2011 (Böyük Palata)
(CJEU, Association belge des Consommateurs Test-Achats ASBL
and Others v. Conseil des ministres
Case C-236/09, 1 March 2011 (Grand Chamber))
Belçika 
qanunvericiliyi 
sığortaçıların 
mükafat 
və 
imtiyazların
hesablanmasında cinsin bir amil olaraq istifadə etməsinə icazə verir. Bu,
2004/113/EC Şura Direktivinin 5(2)-ci maddəsində göstərilən geriçəkilmə
müddəası  əsasında  edilirdi.  İddiaçılar  mübahisə  edirdi  ki,  bu  geriçəkil-
mədən istifadə edən Belçika qanunvericiliyi kişilər və qadınlar arasında
bərabərlik prinsipinə ziddir. Belçika Konstitusiya Məhkəməsi AİƏM-dən
2004/113/EC Şura Direktivinin 5(2)-ci maddəsinin AB-nin 6(2)-cı maddəsi
ilə uyğunluğunu və daha spesifik şəkildə bərabərlik və ayrı-seçkiliyə yol
verilməməsi  prinsipinin  bu  müddəa  ilə  təmin  olunub-olunmadığını
soruşurdu. 
189
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


AİƏM, ilk olaraq, Aİ-nın kişi və qadınlara bərabər davranılması prinsipini
əks etdirən müddəaları müəyyənləşdirdi. Bir daha bildirdi ki, direktiv qəbul
edilərkən,  keçid  dövrü  olduğu  üçün,  cinslə  bağlı  sığorta  amillərindən
istifadə olunması sığorta xidmətlərinə dair müddəada geniş əks olunurdu.
Direktivin 5(1)-ci maddəsi təmin edirdi ki, hesablamada cinsin amil kimi
istifadə olunmasından mükafat və imtiyazlarda yaranan fərqlər 21 dekabr
2007-ci ildə ləğv olunsa da, 5(2)-ci maddə Aİ-nin bəzi üzv dövlətlərinə, mü-
nasib  və  dəqiq  sığorta  və  statistik  məlumatlara  əsaslanan  risklərin
qiymətləndirilməsində  cinsdən  istifadə  həlledici  amil  olduqda,  fərdlərin
mükafat və imtiyazlarında proporsional fərqlərə icazə verirdi. Direktivin dax-
ili hüquqa keçirilməsindən 5 il sonra – 21 dekabr 2012-ci il – Aİ-nin üzv
dövlətlərindən, Direktivin keçid dövründən 3 il sonra ən yeni sığorta və sta-
tistik məlumatları və Komissiya tərəfindən təqdim olunan hesabatı nəzərə
alaraq, istifadə etdikləri bu imtiyazın təkrar qiymətləndirilməsi tələb olundu.
Şura kişilər və qadınlar üçün sığortalanmış riskin səviyyəsinin (statistikaya
əsaslanmış)  müxtəlif  olduğunu  nəzərə  alaraq,  kişi  və  qadın
sığortalananların  müvafiq  hallardakı  vəziyyətinin  müqayisə  oluna
biləcəyinə şübhə ilə yanaşırdı. AİƏM, direktivin kişi və qadınlara bərabər
davranılması prinsipinin tətbiqi məqsədləri üçün kişi və qadınların bənzər
vəziyyətlərdə sığorta mükafatları və imtiyazları üçün bağlanan müqavilənin
müqayisə olunan olması fikrinə əsaslanmasını rədd etdi. Müvafiq olaraq,
5(2)-ci  maddənin  kişi  və  qadınlara  qarşı  bərabər  davranılmasından
geriçəkilməyə icazə verməsi bunun qeyri-müəyyən müddətə saxlanılması
riskini  yaradırdı.  Belə  müddəa  kişilər  və  qadınlar  arasında  bərabər
davranılması məqsədinə nail olunmasının əleyhinə işləyirdi. Məhkəmə mü-
vafiq olaraq belə qərara gəldi ki, müəyyən vaxtın bitməsi sonunda, bu
halda 21 dekabr 2012-ci ildən etibarən 5(2)-ci maddə etibarsız sayılmalıdır. 
4.3. Cinsi oriyentasiya                 (Məlumat kitabçasının 110-cu səhifəsi)
AİHM, Schalk and Kopf Avstriyaya qarşı
(No. 30141/04), 24 iyun 2010)
(ECtHR, Schalk and Kopf v. Austria
(No. 30141/04), 24 June 2010)
2002-ci ildə, həmcins cütlük olan ərizəçilər səlahiyyətli orqandan nikaha
daxil olmaq üçün icazə istədilər. Sözügedən vaxtda, daxilli qanunvericiliyə
190
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə