Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

Ayrı-seçkiliyə qarşı Avropa hüququna dair Məlumat kitabçasının birinci
məhkəmə işlərinin yenilənmiş forması 2010-cu ilin iyulunda rəsmi əl yazısı
yekunlaşdırıldıqdan sonra  ayrı-seçkilyə yol verilməməsi sahəsində  Avropa
İnsan Hüquqları Məhkəməsi (AİHM) və Avropa İttifaqı Ədalət Məhkəməsi
(AİƏM)
271
tərəfindən qərara alınan ən əhəmiyyətli işlərin xülasəsini təqdim
edir. Məlumat kitabçasının  strukturu və müvafiq başlıqları olduğu kimi
saxlanılır.
2.2.2. Müqayisə                                 (Məlumat kitabçasının 25-ci səhifəsi) 
AIHM, Graziani-Weiss  Avstriyaya qarşı
(No.31950/06), 18 oktyabr 2011
(ECtHR, Graziani-Weiss v. Austria
(No.31950/06), 18 October 2011)
Yerli  bölgə  məhkəməsində  bölgədə  olan  bütün  vəkillərin  və  dövlət
notariuslarının adlarını əks etdirən mümkün hüquq qəyyumlarının siyahısı
mövcuddur. Adı siyahıda olan ərizəçi əqli cəhətdən xəstə şəxsin gəlirinin
idarə olunması və məhkəmə və digər orqanlarda təmsil olunması üçün
onun hüquqi qəyyumu təyin olunur. O, şikayət edirdi ki, siyahıya yalnız
vəkillərin  və  dövlət  notariuslarının  daxil  edilməsi  və  hüquq  sahəsində
müəyyən biliyi olan digər şəxslərin istisna edilməsi potensial  qəyyumlara
qarşı ayrı-seçkilikdir. AİHM qeyd etdi ki, vəkillərin əsas fəaliyyəti müştəriləri
məhkəmələrdə və digər müxtəlif orqanlarda təmsil etməkdir ki, onlar buna
görə xüsusi təlim keçir və müvafiq imtahan verirlər. Hüquq təhsili almış,
amma  vəkil  olmayan  digər  şəxslərin  nümayəndəliyin  məcburi  olduğu
işlərdə  tərəfləri  məhkəmələrdə  təmsil  etmələrinə  icazə  verilmir.  O  da
mümkündür ki, onlar tamamilə hüquqla bağlı sahədə işləmirlər. Bir tərəfdən
vəkillər və notariuslara, digər tərəfdən isə hüquq təhsili almış digər şəxslərə
qarşı münasibətdə fərqin olmasına baxmayaraq, hüquq nümayəndəliyinin
zəruri olduğu işlərdə qəyyum təyin olunması məqsədi ilə bağlı bu iki qrup
eyni vəziyyətdə deyil.
173
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
_____________________________________
271. ABƏM qısa yazılışı Avropa ayrı-seçkilyə yol verilməməsi hüququna dair Məlumat kitabçasında
istifadə olunan AƏM qısa yazılışını əvəz edir.


AİHM, Valkov və Başqaları Bolqarıstana qarşı
(Nos. 2033/04 and others), 25 oktyabr 2011
(ECtHR, Valkov and Others v. Bulgaria
(Nos. 2033.04 and others), 25 October 2011)
Ərizəçilər,  təqaüdləri  daxili  qanunvericiliyə  görə  məhdudlaşdırılan
təqaüdçülər idi. Onlar şikayət edirdi ki, onlara qarşı müəyyən yüksək siyasi
işlərdən məzuniyyətə çıxmış şəxslərlə – məsələn, prezident, vitse-prezi-
dent, Milli Assambleyanın sədri, baş nazir və Konstitusiya məhkəməsinin
hakimləri olmuş təqaüdçülərlə müqayisədə ayrı-seçkilik tətbiq olunmuşdu,
belə  ki  onların  təqaüdü  bu  məhdudlaşdırmadan  azad  idi. Ancaq AİHM
ərizəçilər tərəfindən yerinə yetirilmiş şübhəsiz ki məsuliyyətli və əhəmiyyətli
vəzifələrin  və  yüksək  vəzifələr  tutmuş  şəxslərin  vəzifələrinin  təbiətini
qiymətləndirəcək nəticəyə gəlməyə hazır deyildi. Bunlar, prinsip etibarı ilə,
daxili hakimiyyət orqanlarının müəyyənləşdirəcəyi siyasi qərar idi, belə ki,
onlar birbaşa demokratik legitimliyə malik idi və yerli ehtiyacları və vəziyyəti
qiymətləndirmək  baxımından  beynəlxalq  məhkəmədən  daha  yaxşı
mövqedə idilər. Buna görə də, AİHM qərara aldı ki, mülkiyyət hüquqları ilə
bağlı ərizəçilərə qarşı heç bir ayrı-seçkiliyə yol verilməyib.
AIHM, Laduna  Slovakiyaya qarşı
(No. 31827/02), 13 dekabr  2011)
(ECtHR, Laduna v. Slovakia
(No. 31827/02), 13 December  2011)
Ərizəçi şikayət edirdi ki, həbsdə olan təqsirləndirilən şəxslər həbsdə olan
məhkum olunmuş şəxslərlə eyni ziyarət hüquqlarına malik deyillər, belə ki
həbsdə olan məhkumlara ayda iki saat ziyarətçi qəbul etməyə icazə ver-
ildiyi halda, onlara ayda maksimim otuz dəqiqə ziyarətçi qəbul etməyə
icazə  verilir.  Bundan  başqa,  məhkum  olunmuş  şəxslərin  saxlanıldığı
müəssisənin təhlükəsizlik rejimindən asılı olaraq onlara verilən ziyarətlərin
tezliyi və ünsiyyətin növü dəyişə bilərdi. Bunun əksinə olaraq, həbsdə olan
təqsirləndirilən şəxslər, onların tutulmasının səbəblərindən və təhlükəsizlik
məsələlərindən asılı olmayaraq, eyni rejimə tabe idilər. Şikayət olunan
məsələlər bütün məhbuslara aid olduğu üçün AİHM belə qərara gəldi ki,
həbsdə  olan  təqsirləndirilən  şəxs  olaraq  ərizəçi,  həbsdə  olan  məhkum
olunmuş şəxslərin müqayisə olunan qrupu ilə eyni vəziyyətdə idi. Ancaq
iki qrupa fərqli münasibətin obyektiv və ağlabatan əsaslandırması yox idi.
Başqalarının təhlükəsizliyini təmin etmək və mülkiyyəti qorumaq  ehtiyacı,
174
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


həbsdə olan təqsirləndirilən şəxslərin hüquqlarının həbsdə olan məhkum
olunmuş şəxslərdən daha böyük miqyasda məhdudlaşdırılması qaydasını
əsaslandırmırdı.  Bu  təcrübə  İşgəncənin  və  qeyri-insani  və  ya  alçaldıcı
rəftarın qarşısının alınmasına dair Avropa Komitəsi (CPT) tərəfindən də
tənqid olunmuşdur. Bundan başqa, həbsdə olanların ziyarətçi hüquqlarına
xüsusi məhdudiyyətlər bəzi hallarda təhlükəsizlik və ya istintaqın legitim
maraqlarını  qorumaq  səbəbi  ilə  əsaslandırıla  bilsə  də,  bu  məqsədlərə
tutulmuş şəxslərə təsir etməyən digər vasitələrlə də nail olmaq olardı. Mülki
və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Pakt  və  1987-ci  il  Avropa
Həbsxana Qaydaları kimi beynəlxalq vasitələr həbsdə olan təqsirləndirilən
şəxslərin təqsirsizlik prezumpsiyası statusuna hörmət edilməsi zərurətini
vurğulamışdı. 2006-cı il Avropa Həbsxana Qaydaları təmin edirdi ki, buna
qarşı xüsusi bir səbəb olmasa məhkum olunmamış həbsdə saxlananlar
məhkum olunmuş həbsdə saxlanılanlarla eyni şəkildə ziyarətçi qəbul edə
və ailə və digər şəxslərlə ünsiyyətə daxil ola bilməlidirlər. Müvafiq olaraq,
AİHM ərizəçiyə tətbiq edilən ziyarətçi məhdudiyyətlərini qeyri-proporsional
hesab etdi.
AİƏM, Jürgen Römer  Freie və Hansestadt Hamburg-a qarşı
İş C-147/08, 10 may 2011 (Böyük Palata)
(CJEU, Jürgen Römer v. Freie und Hansestadt Hamburg
Case C-147/08, 10 May 2011 (Grand Chamber))
Cənab  Römer  1950-ci  ildən  Hamburq  administrasiyasında  işləyirdi  və
1990-cı ildə anlaqsızlıq səbəbi ilə o, işi dayandırmalı olmuşdu. 1969-cu
ildən o, davamlı olaraq öz partnyoru Cənab U. ilə yaşayırdı. 2001-ci lin
oktyabrında onlar qeydiyyata alınmış həyat partnyorluğuna daxil oldular və
Cənab Römer öz keçmiş işəgötürənini buna dair məlumatlandırdı və sonra
daha əlverişli vergi azaldılması kateqoriyası əsasında əlavə təqaüd xahiş
etdi. Hamburq administrasiyası Cənab Römerin “evli” deyil, qeydiyyata
alınmış partnyorluqda olması səbəbi ilə etiraz etdi və bildirdi ki, yalnız “evli,
(və) daimi olaraq ayrılmamış” təqaüdçülər və uşağı olan təqaüdçülər tələb
olunan  əsasda  yenidən  hesablanmış  təqaüd  ala  bilərlər.  Məhkəməyə
müraciət  olunaraq Avropa  İttifaqı  hüququnun  bu  vəziyyətə  münasibəti
soruşuldu.
AİƏM bildirdi ki, işdə bərabər rəftarla bağlı  2000/78/EC Şura Direktivi
TFEU-nun  157-ci  maddəsi  çərçivəsində  əlavə  təqaüdün  ödənilməsini
nəzərdə tutur. Direktiv  daxili hüquqda iki şəraitlə üzləşildikdə qeydiyyata
175
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə