Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   54   55   56   57   58   59   60   61   62

Əmək Məhkəməsi (Bundesarbeitsgericht) AİƏM-dən hava pilotları üçün
uçuş təhlükəsizliyi məqsədi ilə 60 yaş məhdudiyyətini təmin edən kollektiv
müqavilənin Avropa İttifaqı hüququna uyğunluğunu araşdırmasını xahiş
edirdi. 
AİƏM, ilk olaraq təkrar bildirdi ki, üzv dövlətlərin daxili qanunlarına görə,
sosial partnyorlarla birgə qəbul olunan kollektiv müqavilələr Avropa İttifaqı
hüququnun ümumi prinsipi olaraq qəbul edilmiş və işə götürmə və vəzifə
tutma sahəsində direktivdə xüsusi olaraq ifadə olunmuş  yaşa görə ayrı-
seçkiliyə yol verilməməsi prinsipinə hörmət etməlidir. 60 yaşa çatdıqda
pilotların  pilot  kimi  işləməsinə  məhdudiyyət  qoyulması  sərnişinlərin,
təyyarələrin uçduğu ərazilərdə yaşayan şəxslərin və pilotların özlərinin
təhlükəsizlik  və  sağlamlığını  təmin  etmək  məqsədi  daşıyır;  bu  fərqli
davranışı və kollektiv müqavilədəki məhdudiyyət müddəasını əsaslandıra
bilər. Ancaq Məhkəmə onu da qeyd etdi ki, beynəlxalq və alman qanun-
vericiliyi  hesab  edirdi  ki,  60  yaşdan  sonra  pilotlara  pilot  kimi  işləməyi
qadağan etmək zəruri deyildi, sadəcə onların fəaliyyətini məhdudlaşdırmaq
kifayət edərdi. Buna görə də, AİƏM qərara aldı ki, kollektiv müqavilə ilə
təmin edilmiş müəyyən yaşdan sonra pilotluğa qadağan qoyulması ictimai
sağlamlıq və təhlükəsizliyi qorumaq üçün zəruri tədbir deyildi. Bundan
başqa, Məhkəmə bildirdi ki, xüsusi fiziki bacarıqlara malik olmaq hava
yolları pilotu işləyə bilmək üçün həlledici iş tələbi hesab oluna bilər və belə
bacarıqlara malik olmaq yaşla əlaqədar ola bilər. Bu tələb hava uçuşu
təhlükəsizliyini təmin etmək məqsədi ilə müəyyən edildiyi üçün yaşa görə
davranışda fərqliliyi əsaslandıra biləcək legitim məqsəd daşıyırdı. Ancaq
davranışda  belə  fərqlilik  yalnız  çox  məhdud  sayda  vəziyyətlərdə
əsaslandırıla bilər. Bu baxımdan, Məhkəmə qeyd etdi ki, beynəlxalq və
alman səlahiyyətli şəxsləri hesab edir ki, 65 yaşa kimi pilotlar pilot kimi
işləmək fiziki bacarıqlarına malikdirlər, əgər hətta 60 və 65 yaşlar arasında
onlar bunu digər pilotların 60 yaşdan gənc olduğu heyətin üzvü kimi etsələr
belə.  Digər  tərəfdən,  Lufthansa-nın  sosial  partnyorları  60  yaşı,  yaş
məhdudiyyəti  olaraq  o  hallar  üçün  müəyyənləşdiriblər  ki,  hava  yolları
pilotları öz fəaliyyətlərini yerinə yetirə bilmək üçün fiziki bacarıqlara malik
olmasınlar.  Bu  şərtlərdə  Məhkəmə  bəyan  etdi  ki,  sosial  partnyorlar
tərəfindən hava yollarında pilot işləmək üçün müəyyənləşdirilmiş 60 yaş
məhdudiyyəti  beynəlxalq və alman qanunvericiliyinin fonunda qeyri-pro-
porsional görünür və 65 yaş məhdudiyyəti ilə dəyişdirilməlidir.   
182
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


3.4.2.4. Avropa Konvensiyası rifah və təhsil zəminində                                           
(Məlumat kitabçasının 80-ci səhifəsi)
AİHM, Ponomaryovi Bolqarıstana qarşı
(No. 5335/05), 21 iyun 2011)
(ECtHR, Ponomaryovi v. Bulgaria
(No. 5335/05), 21 June 2011)
Daxili  hüquqa  görə,  yalnız  Bolqarıstan  vətəndaşları  və  müəyyən  kate-
qoriyaya aid əcnəbilər pulsuz ibtidai və orta təhsil ala bilərdilər. Ərizəçilər
iki Rusiyalı məktəb şagirdi idilər ki, sözü gedən vaxtda daimi yaşamaq
icazələri yox idi və anaları ilə birlikdə Bolqarıstanda yaşayırdılar. AİHM-ə
təqdim etdikləri ərizələrində, onlar Bolqarıstan vətəndaşlarından və daimi
yaşamaq icazəsi olan əcnəbilərdən fərqli olaraq Bolqarıstanda orta təhsil
almaq üçün ödəniş ödəməli olmaqla ayrı-seçkiliyə məruz qaldıqlarından
şikayət edirdilər. AİHM qəbul etdi ki, dövlətin, bir qayda olaraq, öz maliyyə
vəsaitlərinə malik olmayan qısa-müddətli və qeyri-qanuni immiqrantların
resursların məhdud olduğu dövlət xidmətlərindən istifadəsini azalda bilmək
üçün legitim səbəbləri ola bilər. Təhsilin təşkili mürəkkəb və idarəsi baha
başa gələn fəaliyyət olması və dövlətin digər dövlət xidmətlərindən fərqli
olaraq, yuridiksiyası altında olanların  təhsil ehtiyaclarını ödəmək və onları
həyata keçirmək üçün malik olduğu məhdud imkanları arasında balans
yaratmalı olmasına baxmayaraq, qeyd olundu ki, təhsil birbaşa Konven-
siya ilə müdafiə olunan hüquqdur. Bu, həm də dövlət xidmətinin çox xü-
susi növüdür ki, yalnız ondan birbaşa istifadə edənlər üçün faydalı olmur,
həm də daha böyük sosial funksiyalara xidmət edir və insan hüquqlarının
inkişafı  üçün  əvəzedilməzdir.  Ərizəçilər  ölkəyə  qanunsuz  daxil  olan
fərdlərlə eyni vəziyyətdə deyildilər və pulsuz məktəb də daxil olmaqla,
dövlət xidmətlərindən istifadə etmək imkanına iddia edirdilər. Hətta daimi
yaşamaq  icazəsi  olmasa  belə,  hakimiyyət  orqanlarının  onların
Bolqarıstanda qalmasına qarşı maddi etirazı və ya deportasiya edilmələri
üçün ciddi niyyəti yox idi. Buna görə də, qanunsuz immiqrasiyanın qarşısını
almaq və ya kökünü kəsmək ehtiyacı ilə bağlı mülahizələr aydın şəkildə
ərizəçilərin işinə aid deyildi. Ancaq Bolqarıstan hakimiyyət orqanları bu
amillərdən heç birini nəzərə almırdı, nə də qanunvericilik məktəb üçün
ödənişdən azad edən imkan təmin etmirdi. Buna görə də, işin spesifik
hallarına əsasən, ərizəçilər üçün onların vətəndaşlığını və immiqrant sta-
tusunu nəzərə alaraq orta məktəb üçün ödəniş etmək tələbi əsaslandırılmış
hesab edilmədi.
183
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


AİHM, Stammer Avstriyaya qarşı
(No. 37452/02), 7 iyul 2011
ECtHR, Stummer v. Austria (GC)
(No. 37452/02), 7 July 2011
Ərizəçi həbsxanada keçirdiyi iyirmi səkkiz il ərzində uzun müddət işləsə
də, Avstriya qanunvericiliyinə əsasən, yaşlılığa görə təqaüd sistemindən
istifadə edə bilmirdi. O, 1994-cü ildən həbsxanada işlədiyi dövrlərə görə
işsizlik-sığorta sxeminə qoşulmuşdu və azadlığa çıxdıqdan sonra işsizlik
yardımı və təcili yardım ödənişi alırdı. AİHM  bildirdi ki, təqaüd sahəsində
dövlətlər  geniş  qiymətləndirmə  həddinə  malikdirlər  və  bu  məsələni
həbsxana işi ilə bağlı ümumi sistemin və məhkumların sosial paketinin bir
xüsusiyyəti kimi görmək lazımdır. Məhkumlar üçün sosial təhlükəsizliklə
bağlı Avropa konsensusu yox idi. Avropa Şurası üzv dövlətlərinin böyük
əksəriyyəti məhkumları müəyyən növ sosial təhlükəsizliklə təmin etsə də,
yalnız çox az dövlət onlara yaşlılığa görə təqaüd sisteminə qoşulmağa
icazə verir. Avstriya kimi bəzi ölkələr bunu, məhkumlara yalnız könüllü
işləmək imkanı verməklə edir.  Bundan başqa, Avstriya qanunvericiliyi, milli
sosial təhlükəsizlik sistemlərində işləmiş, sağlamlıq və qəza xidməti almış
məhkumları daxil etməyə meylli idi və 1994-cü ildən işləyən məhkumlar
işsizlik sığorta sxeminə daxil edilmişdi. Əhəmiyyətlidir ki, ərizəçi yaşlılıq
təqaüdündən  istifadə  edə  bilməsə  də,  sosial  paketsiz  qalmamışdı.
Həbsxanadan azad edildikdən sonra o, işsizlik yardımı və müvafiq olaraq,
mənzil müavinəti şəklində təmin edilən 720 avro həcmində təcili yardım
ödənişi  də  almışdı  ki,  bu  da  Avstriyada  minimum  təqaüd  səviyyəsinə
demək olar ki uyğun gəlir. Son olaraq, dəyişən standartlar kontekstində
iştirakçı  dövlət,  azad  olunduqda  məhkumların  cəmiyyətə  yenidən  inte-
qrasiya olunması üçün daha çox uyğun gələn sığorta sxeminə üstünlük
verməsinə görə qınana bilməz. Avstriyadan, bu işdə qaldırılan məsələni
nəzərə almaq tələb olunsa da, Məhkəmə bildirdi ki, Avstriya əmək fəaliyyəti
ilə məşğul olmuş məhkumların yaşlılıq təqaüdü sisteminə qoşulmamasına
görə ona verilən mülahizə sərbəstliyini aşmır. 
3.4.3.1. Avropa Konvensiyası və ev də daxil olmaqla
mallar və xidmətlər konteksti                             
(Məlumat kitabçasının 87-ci səhifəsi)
AİHM, Bah Birləşmiş Krallığa qarşı
(No. 56328/07), 27 sentyabr 2011
184
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə