Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   54   55   56   57   58   59   60   61   62

əsasən, nikah yalnız əks cinslərin arasında bağlana bilərdi və müvafiq
olaraq,  ərizəçilərin  tələbi  rədd  edildi.  1  yanvar  2010-cu  ildə Avstriyada
həmcins  cütlüklərin  münasibətlərinin  tanınmasının  rəsmi  mexanizmini
təmin etmək və qanuniləşdirmək üçün Qeydiyyata alınmış Partnyorluğa
dair  Akt  qüvvəyə  mindi.  AİHM,  ilk  olaraq,  Avropa  İnsan  Hüquqları
Konvensiyasının  (AİHK)  12-ci  Maddəsinə  əsasən,  “kişi  və  qadınlara”
verilən  ailə  qurmaq  hüququnun  ərizəçilərin  vəziyyətində  tətbiq  olunub-
oluna bilməyəcəyini araşdırdı. Baxmayaraq ki, Avropa Şurasının yalnız 6
üzv dövləti eyni-cins nikahlara icazə verirdi, AİHM qeyd etdi ki, Avropa
İttifaqının Əsas Hüquqlar üzrə Xartiyasının ailə qurmaq hüququnu əks
etdirən  müddəası  kişi  və  qadınlara  istinad  etmir,  bununla  da  belə  bir
nəticəyə gəlməyə imkan verir ki, ailə qurmaq hüququ heç də bütün hal-
larda əks cinsdən olan iki şəxs arasında nikahla məhdudlaşdırılmır. Buna
görə də, AİHK-nın 12-ci Maddəsinin ərizəçilərin şikayətinə şamil oluna
bilməyəcəyi  qənaətinə  gəlmək  olmaz.  Eyni  zamanda,  Xartiya  həmcins
nikahlara icazə verib-verməmək qərarını üzv dövlətlərin daxili hüququnun
tənzimləməsinin  ixtiyarına  buraxır.  AİHM  vurğuladı  ki,  nikahın,  bir
cəmiyyətdən digərinə fərqli olan sosial və mədəni aspektlərdə dərin kök
saldığını nəzərə alaraq, daxili hakimiyyət orqanları bu sahədə cəmiyyətin
ehtiyaclarını qiymətləndirmək və cavab vermək baxımından daha əlverişli
vəziyyətdədirlər.  Müvafiq  olaraq,  AİHK-nın  12-ci  Maddəsi  cavabdeh
dövlətin üzərinə həmcins cütlüklərə nikaha daxil olmaq imkanı vermək kimi
öhdəlik qoymur və deməli, bu müddəa pozulmamışdır.
Ancaq  son  onillikdə  Avropada  həmcins  cütlüklərə  qarşı  sosial
münasibətlərin sürətli inkişafına nəzər salaraq, AİHM-nin belə cütlüklərin
AİHK-in 8-ci Maddəsi ilə müdafiə olunan “ailə həyatı”ndan istifadə edə
bilməməsi mövqeyini ifadə etməsi süni görünərdi. Buna görə də, ilk dəfə
olaraq ərizəçilərlə bağlı belə qərara alındı ki, daimi partnyorluqda olan
həmcins  cütlüklərin  birgə  yaşaması  eyni  situasiyada  olan    əks  cins
cütlüklərin münasibəti kimi “ailə həyatı” anlayışına daxildir. 12-ci Maddə
əsasında gəlinmiş nəticəyə görə, AİHM həmcins cütlüklərə ailə qurmaq
hüququ  verilməsi  vəzifəsi  baxımından  ərizəçilərin  mövqeyini  paylaşa
bilməsə də, bu hala 14-cü Maddə 8-ci Maddə ilə birlikdə götürüldükdə
şamil edilə bilər. Eləcə də, dövlətin, ərizəçilərin partnyorluğunun qanuni
olaraq tanınması üçün alternativ vasitələr axtarmalı olmasını araşdırmaq
lazım idi. Həmcins partnyorluqların hüquqi cəhətdən tanınması ilə bağlı
yaranmış tendensiyaya baxmayaraq, bu sahə hələ də tam konsensusun
formalaşmadığı inkişaf etməkdə olan hüquqlardan biri hesab olunur ki, bu
191
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


sahədə dövlətlər qanunvericiliyə dəyişikliklər etmək baxımından mülahizə
sərbəstliyindən istifadə edirlər. Avstriya hüququ bu inkişafı əks etdirir və
qanunverici 2010-cu ilə qədər Qeydiyyata alınmış  Partnyorluğa dair Aktın
həyata  keçirilməməsinə  görə  qınana  bilməz.  Son  olaraq,  Qeydiyyata
alınmış Partnyorluğa dair Akt bənzər qanunvericiliyi qəbul etmiş digər üzv
dövlətlərdəki cərəyana daha çox uyğun gələn nikahla müqayisə etdikdə
bəzi maddi fərqləri saxlayırdı. Bundan başqa, ərizəçilər bilavasitə valideyn-
lik hüququ ilə bağlı hər hansı məhdudiyyətə məruz qalmalarına dair iddia
irəli  sürmürdülər,  odur  ki,  AİHM  işin  miqyasından  kənara  çıxaraq  bu
fərqlərdən hər birini detallı araşdırmalı deyildi. Buna görə də, belə qərara
alındı ki, ərizəçilərin Konvensiyaya əsasən malik olduqları hüquqların heç
bir pozuntusu olmayıb. 
AİHM, P.V. İspaniyaya qarşı
(No. 35159/09),  30 noyabr 2010
(ECtHR, P.V. v. Spain
(No. 35159/09), 30  November 2010)
Ərizəçi, cinsini kişidən qadına dəyişdirmiş transseksual şəxs idi.O, daha
əvvəl evli olmuş və bir oğlu var idi. Boşanma prosedurları zamanı uşağın
qəyyumluğu anaya, valideyn öhdəlikləri hər iki valideynə birgə və ataya
xüsusi qrafik şəklində görüş icazələri verildi. İki il sonra, ərizəçinin keçmiş
arvadı o, cins dəyişdirmə müalicəsi aldığı üçün, ata olaraq, ondan valideyn-
lik  öhdəliyinin  alınmasını  və  görüş  icazələrinin  dayandırılmasını  istədi.
AİHM  bildirdi  ki,  daxili  məhkəmələr  qərarlarında  psixoloji  ekspertin
hesabatına  əsaslanaraq  ərizəçinin  emosional  qeyri-sabitliyini,  bunun
məhkəmə prosesləri başladığında altı yaşında olan uşağa təsir etmə və
onun psixoloji tarazlığının pozula bilmə riskini nəzərə almışdılar. Onlar,
ərizəçini  ananın  o  zamankı  tələbinə  baxmayaraq,  nə  valideynlik
hüquqlarından, nə də uşağı ilə görüşmədən məhrum etmişdilər, əvəzində
ekspertin hesabatında göstərilən tövsiyələrə uyğun şəkildə mərhələli və
nəzərdən keçirilə bilən əsasda xüsusi görüş qrafiki hazırlamışdılar.  Onların
əsaslandırması ondan ibarət idi ki, ərizəçinin transseksual olması əvvəlki
görüş  icazələrini  dəyişdirmək  qərarı  üçün  həlledici  amil  deyildi,  amma
uşağın maraqları üstünlük təşkil edirdi və buna görə də məhkəmələr uşağa
atasının  cins  dəyişdirməsinə  mərhələli  olaraq  alışmasına  imkan  verən
məhdud görüş qrafiki seçmişdilər. Beləliklə, AİHM qərara aldı ki, AİHK-nın
pozuntusu baş verməyib. 
192
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


4.5. Yaş                                      (Məlumat kitabçasının 116-cı səhifəsi)
AİƏM, Ingeniørforeningen i Danmark  Region Syddanmark-a qarşı
İş C-499/08, 12 oktyabr 2010 (Böyük Palata)
(CJEU, Ingeniørforeningen i Danmark v. Region Syddanmark
Case C-499/08, 12 October 2010 (Grand Chamber))
Danimarka məhkəmələrindən alınmış Danimarka sisteminə dair müraciət,
işəgötürənin 12, 15 və ya 18 il işləmiş maaş alan işçini işdən çıxardıqda,
müvafiq olaraq bir, iki və ya üç ayın maaşını verməli olmasına dair idi. Hal-
buki, bu kompensasiya işçilərə işdən ayrıldıqları zaman ödənilməmişdi,
onlar 50 yaşdan əvvəl qoşulduqları və işəgötürənin payı olan sxemdən
yaşlılığa görə təqaüd almışdılar. Regional quruma 27 illik xidmətdən sonra
cənab Andersen işdən çıxarılmış və məhkəmə təsdiq etmişdi ki, o, təqaüd
almalıdır. Regional qurum, 63 yaşlı təqaüd yaşına çatmış olması və təqaüd
sxeminin  ona  şamil  oluna  biləcəyi  əsasında,  ərizəçiyə  kompensasiya
ödəməkdən imtina etdi. Danimarka Məhkəməsi, işdə və vəzifədə bərabər
davranış  üçün  ümumi  çərçivə  müəyyən  edən  2000/78/EC  Şura
Direktivində əks olunmuş yaş əsasında birbaşa və ya dolayı ayrı-seçkiliyin
ləğv  olunması səbəbi ilə belə rejimin tətbiq olunmamasının zəruriliyinə dair
məlumat almaq istəyirdi.  
Danimarka  Məhkəməsinin  suallarına  cavab  olaraq,  AİƏM  bildirdi  ki,
2000/78/EC Şura Direktivi, 50 yaşdan əvvəl təqaüd sxeminə qoşulmuş
olduğu  halda,  işçini  yaş  təqaüdü  ala  biləcəyi  üçün  işdən  çıxarıldıqda
ödənişdən məhrum edən daxili qanunvericiliyi istisna edir. Məhkəmə bildirdi
ki,  yeni  iş  axtarmalarına  baxmayaraq  işdən  çıxarılma  ödənişi  ala
bilməyəcəklərinə  görə,  işçilər  üçün  əmək  hüquqlarını  həyata  keçirərək
əmək təqaüdü almaq iddiasında olmaq daha çətindir. Məhkəmə qeyd etdi
ki, bu səbəbə görə bu tədbir bütün kateqoriya işçilərin ödəniş almasını ef-
fektiv şəkildə qadağan edirdi. O da mümkün idi ki, işçilər qarşıdakı illərdə
işləməyə  davam  etdikdə  ala  biləcəklərindən  daha  az  təqaüd  almağa
məcbur olsunlar. Bu, işçilərin legitim maraqlarına zərər vururdu və bu kate-
qoriya ilə yaşlılıq təqaüdü almaq üçün müraciət edə bilməyənlərin arasında
mövcud olan fərqli davranış əsaslandırılmamış idi. 
193
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə