Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   54   55   56   57   58   59   60   61   62

4.7. Vətəndaşlıq və milli mənşə 
(Məlumat kitabının 121-ci səhifəsi)
AIHM, Fawsi Yunanıstana qarşı və Saidoun Yunanıstana qarşı
No. 40080/07 və No. 40083/07), 28 oktyabr 2010
(ECtHR, Fawsie v. Greece and Saidoun v. Greece
(No. 40080/07 and No. 40083/07), 28 October 2010)
Ərizəçilər, Suriya və Livan vətəndaşları, 1990-cı ildən Yunanıstanda siyasi
qaçqın kimi rəsmən tanınmış və hüquqi sakinlər idilər. Səlahiyyətli orqan
onların böyük ailələrin analarına ödənən imtiyazı almaq üçün tələblərini,
onların Yunanıstan və ya Avropa İttifaqı ölkələrindən birinin vətəndaşı və
eləcə də, yunan mənşəli qaçqınlar olmaması səbəbi ilə rədd etdi. AİHM
yunan qanunvericiliyin demoqrafik problemə istinad etmək istəyini sual
olaraq qaldırmadı. Halbuki, AİHM yalnız çox güclü mülahizələrin müstəsna
olaraq  vətəndaşlığa  əsaslanan  fərqli  davranışın  əsaslandıra  bilməsini
təkrarən  vurğulayaraq,  əsasən  yunan  vətəndaşlığı  və  ya  mənşəyinə
əsaslanaraq  müəyyənləşdirilmiş  meyarla  razılaşmadı  və    bildirdi  ki,
xüsusilə  belə  qanunvericilik  və  yurisprudensiyanın  dominantlıq  etdiyi
dövrdə bu meyar birmənalı tətbiq olunmurdu. Bundan başqa, Yunanıstanın
da  üzv  olduğu  Qaçqınların  statusuna  dair  Cenevrə  Konvensiyasına
əsasən, dövlətlər ərazilərində qanuni yerləşmiş qaçqınlara münasibətdə
dövlət  yardımı  və  köməyi  ilə  bağlı,  öz  vətəndaşları  ilə  davrandığı  kimi
davranmalıdır. Buna görə də, səlahiyyətli orqanların ərizəçilərə böyük ailə
imtiyazı verməkdən imtina etməsi ağlabatan şəkildə əsaslandırılmış dey-
ildi. 
ABƏM, Marie Landtová v. Česká správa socialního zabezpečení
İş C-399/09, 22 iyun 2011
(CJEU, Marie Landtová v. Česká správa socialního zabezpečení
Case C-399/09, 22 June 2011)
Xanım Landtova, həmin dövlətin ərazisində yaşayan çex vətəndaşı, 1964-
cü  ildən  31  dekabr  1992-ci  ilə  qədər    Federal  Çex  və  Slovak
Respublikasının  ərazisində  işləmişdi.  Dövlət  dağıldıqdan  sonra  xanim
Landtova  əvvəlcə  Slovak  Respublikasının,  daha  sonra  isə  Çex
Respublikasının  ərazisində  işlədi.  Çex  Sosial  Təhlükəsizlik  Qurumu
(CSSA) onun üçün yarımçıq əmək təqaüdü müəyyənləşdirdi. Məbləğ Çex
Respublikası  ilə  Slovak  Respublikası  arasında  Sosial  Təhlükəsizlik
194
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


Müqaviləsinə  uyğun  təsbit  edildi  ki,  həmin  müqaviləyə  görə  31  dekabr
1992-ci ilə qədər xanim Landtova tərəfindən bitirilən sığorta müddətinin
dəyəri,  1408/71 Qaydasının İİİ(A) Əlavəsinin 6-cı bəndinə görə qüvvədə
olan müddəaya əsasən, Slovak sosial təhlükəsizlik sxeminin qaydaları ilə
dəqiqləşdirilməli idi, çünki  işəgötürənin qərargahı Slovak Respublikasının
ərazisində  idi.    Xanım  Landtova,  CSSA-in  onun  bitirdiyi  bütün  sığorta
müddətlərini  nəzərə  almadığını  əsas  göstərərək,  yaşlılıq  yardımının
məbləğinə  etiraz  etdi.  İş  Ali  İnzibati  Məhkəməyə  çatdığında,  sonuncu
1408/71  Qaydasının  İİİ(A)  Əlavəsinin  6-cı  bəndinə  görə  qüvvədə  olan
müddəalarının  7(2)(c)-ci  maddə  ilə  birlikdə  oxunduğunda,  Sosial
Təhlükəsizlik Müqaviləsinə əsasən müəyyənləşdirilən yaşlılıq yardımının
məbləği Çex Respublikasının hüquq qaydalarına uyğun hesablandıqda
alına biləcək əmək təqaüdündən daha aşağı olduqda, yaşlılıq yardımına
əlavə ödənişi təmin edən daxili qaydanı istisna etdiyindən əmin olmaq
istədi. 
Müraciətdə,  Konstitusiya  Məhkəməsinin  müvafiq  məbləğin  yalnız  Çex
Respublikasının  ərazisində  yaşayan  çex  vətəndaşlığı  olan  fərdlərə
ödənilməsi  qərarının  Aİ-nin 12-ci maddəsinin və 1408/71 Qaydasının 3(1)
və 10-cu maddələrinin birgə müddəalarının qadağan etdiyi ayrı-seçkilik
olub-olmadığı soruşulurdu.
AİƏM bildirdi ki, İİİ(A) Əlavənin 6-cı bəndi məbləğin ödənilməsini təmin
edən  daxili  qaydanı  istisna  etmir,  çünki  bu  paralel  şəkildə  çex  yaşlılıq
yardımı ilə verilmir və sığortanın eyni müddəti iki dəfə nəzərə alınır. Bu
sadəcə müxtəlif mənbələrdən alınmış yardımlar arasında obyektiv şəkildə
müəyyənləşdirilmiş fərqin aradan qaldırılması ilə nəticələnir. Belə yanaşma
1408/71 Qaydasının preambulasının  “tətbiq olunan daxili qanunların üst-
üstə  düşməsini”  aradan  qaldırmağa  imkan  verir  və    İİİ(A)  Əlavədə
göstərildiyi kimi, Sosial Təhlükəsizlik Müqaviləsi  ilə müəyyənləşdirilmiş
səlahiyyət bölgüsü amilinə zidd deyildi. Məhkəmə, həm də bildirdi ki, Kon-
stitusiya Məhkəməsinin qərarı sakinlik testinin nəticəsi olaraq yalnız Çex
Respublikasında yaşayan çex vətəndaşlarına məbləğin ödənilməsinə icazə
verərək, sərbəst hərəkət etmək azadlığını həyata keçirən fərdlərə qarşı
vətəndaşlığa əsaslanan birbaşa və dolayı ayrı-seçkilikdir. Nəticə olaraq,
bu qərar 1408/71 Qaydasının 391-ci maddəsinə ziddir. Bu qərarın praktik
nəticələri olaraq Məhkəmə əlavə təlimat verdi ki, Avropa İttifaqı hüququ-
nun ümumi prinsiplərinə hörmət edildiyini daha əvvəl imtiyazları olmuş
şəxslərin imtiyazlarının azaldılması ilə bərabər davranışın bərpa edilməsini
195
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


istisna edərək təmin etmirdi. Halbuki, bu qanunlar qəbul edilməmişdən
əvvəl, Aİ hüququnda xanim Landtovanın işində olduğu kimi, daha əvvəl
artıq əlavə sosial müdafiədən faydalanmış kateqoriya daxil olan şəxslərin
bundan məhrum edilməsini tələb edən müddəa yox idi.
4.8. Din və ya etiqad    
(Məlumat kitabçasının 125-ci səhifəsi) 
AIHM, Savez crkava ‘Riječ života’ və başqaları Xorvatiyaya qarşı
(No. 7798/08), 9 dekabr 2010
(ECtHR, Savez crkava ‘Riječ života’ and Others v. Croatia
(No. 7798/08), 9 December 2010)
Xorvatiya qanunvericiliyinə əsasən, dini icma olaraq qeydiyyatdan keçmiş
Islahatçı məzhəbinin kilsələri hökumətlə onların dövlətlə münasibətlərini
tənzimləyəcək müqavilə bağlamaq istəyirdilər. Belə müqavilə olmadan,
onlar dövlət məktəblərində və uşaq bağçalarında dini təhsil verə bilmir və
onların bağladığı dini nikahlar dövlət tərəfindən tanınmırdı. Dövlət orqanları
ərizəçilərə məlumat verdi ki, onlar belə müqaviləni bağlamaq üçün lazım
olan bütün meyarlara cavab vermirlər, xüsusilə onlar Xorvatiya ərazisində
1941-ci  ildən  fəaliyyət  göstərmirlər  və  tələb  olunan  6.000  üzvə  malik
deyillər.  AİHM  bildirdi  ki,  hətta  baxmayaraq  ki,  AİHK  dini  nikahların
nəticələrinin  vətəndaş  nikahlarına  bərabər  tanınması  və  ya  dövlət
məktəblərində və uşaq bağçalarında dinə təhsilə icazə vermək öhdəliyi
qoymur, amma dövlət bir dəfə Konvensiya öhdəliklərindən kənara çıxıbsa
və dini icmalar üçün əlavə hüquqlar tanıyıbsa, belə hüquqların tətbiqində
14-cü  Maddə  çərçivəsində  ayrı-seçkiliyə  yol  verə  bilməz.  Ərizəçilərin
işində, dövlət orqanları müqavilə bağlamaqdan imtina etdilər, çünki ərizəçi
kilsələr daxili qanunvericiliklə müəyyənləşdirilmiş tarix və say meyarlarına
tam  təmin  etmirdi.  Halbuki,  hökumət  üzvlərinin  sayı  meyarına  cavab
verməyən  dini  icmalarla  belə  müqavilələr  bağlamışdı,  çünki
müəyyənləşdirmişdilər ki, bu kilsələr “Avropa mədəni dairəsində tarixi dini
icmalar”  olmaq  kimi  alternativ  meyarı  təmin  edirdilər.  Hökumət  ərizəçi
kilsələrin həmin meyara niyə uyğun gəlmədiyinə dair heç bir izahat ver-
mirdi.  Yekun  olaraq, AİHM  belə  qərara  gəldi  ki,  daxili  qanunvericilikdə
müəyyənləşdirilən meyar bütün dini icmalar üçün bərabər əsasda tətbiq
olunmamışdı. 
AİHK-nın 12 saylı Protokolu əsasında işi araşdırarkən AİHM müşahidə etdi
ki, dövlətə dini icma ilə müqavilə bağlayıb-bağlamamağa qərar vermək
səlahiyyəti verdikdə, ərizəçilərin şikayətində bu baxımdan “daxili hüquqa
196
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə