Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

qeyri-rezidentlərin  kofeşoplara  daxil  ola  bilməsi,  amma  anaşa  ala
bilməməsi kimi sistem praktik olmazdı.
2.6.4.3. Yaşa görə istisnalar      (Məlumat kitabçasının 60-cı səhifəsi)
AİƏM, Gisela Rosenbladt  Oellerking Gebäudereinigungsges-ə
qarşı. mbH
İş C-45/09, 12 Oktyabr 2010 (Böyük Palata)
(CJEU, Gisela Rosenbladt v. Oellerking Gebäudereinigungsges.
mbH
Case C-45/09, 12 October 2010 (Grand Chamber))
Alman məhkəmələrindən bu müraciət məcburi təqaüdə çıxmaqla bağlı Aİ
yaşa  əsasən  ayrı-seçkiliklə  bağlı  qanunvericiliyinin  sərhədlərinin
aydınlaşdırılmasına  dair  idi.  Xanım  Rosenbladt  ordu  kazarmalarını
təmizləyən cavabdeh təmizləmə şirkəti tərəfindən işə götürülmüşdü. 2008-
ci ilin mayında, Xanım Rosenbladtın işəgötürəni ayın sonunda təqaüdə
çıxmaq yaşı, 65 yaşı tamam olacağı üçün ona işinə son verilməsinə dair
məktub göndərdi.  Xanım Rosenbladt bunu qəbul etməkdən imtina etdi və
qərardan  şikayət  etdi.  Rəsmi  təqaüd  yaşına  çatdıqda  müqavilələrin
dayandırılmasını təmin edən təmizləmə sektoru ilə bağlı kollektiv müqavilə
2004-cü ildə federal nazirlik tərəfindən ümumi tələb olaraq elan olunmuşdu.
Alman məhkəmələri 2000/78/EC Şura Direktivinin implementasiyası fo-
nunda belə təqaüd yaşı müəyyənləşdirən kollektiv müqaviləyə icazə verən
qanunun etibarlı sayılıb-sayılmadığını soruşurdu. Direktiv, yaş da daxil ol-
maqla, iş yerində ayrı-seçkiliyin bütün formalarını qeyri-qanuni sayır və 6-
cı maddə buna istisnaları müəyyən edir. 
AİƏM  qərara  aldı  ki,  Direktivin  6-cı  maddəsinə  əsasən,  daxili
qanunvericilikdə kollektiv müqavilə ilə təqaüd yaşını müəyyənləşdirmək
mümkün idi. Bu, təmin edirdi ki, işə götürmə siyasətinə görə belə müddəa
obyektiv və ağlabatan şəkildə əsaslandırıla bilən legitim məqsəd daşısın.
Əlavə olaraq, legitim məqsədə çatmaq üçün istifadə olunan yanaşma mü-
vafiq və zəruri olmalıdır. Daxili qanunvericilik kollektiv müqavilə ilə imple-
mentasiya olunduqda müqavilə özü uyğun olmalı və zərurilik baxımından
legitim məqsəd daşımalıdır. Əlavə olaraq,  AİƏM bildirdi ki, Almaniyada
179
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


təmizlik sektoru ilə bağlı olduğu kimi, üzv dövlət ümumi tələb olaraq kollek-
tiv müqavilə bağlaya bilər. Əgər kollektiv müqavilə əlaqədar şəxsləri yaşa
görə ayrı-seçkiliyə məruz qalmaqdan qorunmaqdan məhrum etsəydi, bu
problem olmazdı. 
AİƏM, Vasil Ivanov Georgiev v. Tehnicheski universitet – Sofia,
Plovdiv filialı
Birləşdirilmiş işlər C-250/09 and C-268/09, 18 noyabr 2010
(CJEU, Vasil Ivanov Georgiev v. Tehnicheski universitet – Sofia, fil-
ial Plovdiv
Joined cases C-250/09 and C-268/09, 18 November 2010)
Bolqarıstan  məhkəmələrinin  bu  müraciəti,  məcburi  təqaüdlə  bağlı  idi.
Bolqarıstan daxili qanunvericiliyi işəgötürən üçün 65 yaşa çatmış univer-
sitet professorunun müqaviləsini dayandırmağı və bu yaşdan sonra, bir illik
müddətə maksimum 3 dəfə müqavilə bağlamağı mümkün edirdi. Məhkəmə
belə  qanunvericiliyin  2000/78/EC  Şura  Direktivi  ilə  qadağan  olunub-
olunmadığını soruşurdu. Direktivə əsasən, birbaşa ayrı-seçkilik bir fərdə
qarşı, məsələn, yaşa görə digərindən daha az yaxşı davranıldığında baş
verir.  Yaş  əsasında  davranışda  fərqlər  legitim  məqsədlə  obyektiv  və
ağlabatan şəkildə əsaslandırıldığında ayrı-seçkilik kimi təsnif oluna bilməz.
İşəgötürmə, əmək bazarı və ya ixtisas təlimi üzrə təşəbbüslə əlaqədar belə
məqsəd legitim siyasət ola bilər. Bolqarıstan hökuməti slovak və alman
hökumətləri və Komissiya tərəfindən dəstəklənirdi və bildirirdi ki, məsələ ilə
bağlı daxili qanunvericilik daha gənc nəslə professor vəzifələri tutmağa
imkan verərək, bununla tədris və tədqiqatın keyfiyyətinin yaxşılaşmasına
şərait yaradırdı. 
ABƏM  belə  qərara  gəldi  ki,  2000/78/EC  Şura  Direktivi  universitet
professorlarına 65 yaşdan sonra müddətli bir illik müqavilə ilə işləməyə
icazə verən və 68 yaşında təqaüdə göndərən daxili qanunvericiliyə icazə
verir.  Məhkəmə  vurğuladı  ki,  belə  qanunvericilik  əmək  bazarı  və  ya
işəgötürmə siyasəti ilə bağlı legitim məqsəd daşımalı və ona müvafiq və
zəruri vasitələrlə nail olunmalıdır. Legitim məqsəd tədrisin keyfiyyətini və
müxtəlif nəsil professorların vəzifələrinin optimal bölünməsini təmin etmək
məqsədi ola bilər. ABƏM həm də qeyd edirdi ki, bu işdə mübahisə dövlət
institutu  ilə  fərd  arasında  olduğu  üçün,  daxili  məhkəmə  direktivin
müddəalarına uyğun gəlməyən daxili qanunvericiliyi tətbiq edə bilməzdi.
180
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


AİƏM, Gerhard Fuchs və Peter Köhler  Land Hessen-ə qarşı
Birləşdirilmiş işlər C-159/10 və C-160/10, 21 iyul 2011
(CJEU, Gerhard Fuchs and Peter Köhler v. Land Hessen
Joined cases C-159/10 and C-160/10, 21 July 2011)
Almaniyanın daxili qanunvericiliyinə görə, daimi mülki xidmətçilər, hər Tor-
paq (Lander) (ərazi bölgüsü – tərc. qeydi) tərəfindən müəyyənləşdirilmiş
müəyyən yaşa çatdıqda təqaüdə çıxmalıdırlar.  Bu işdə Torpaqlardan biri
məcburi təqaüd yaşını 65 olaraq müəyyən etdi, bir şərtlə ki, mülki xidmətin
maraqlarına uyğun olduqda mülki xidmətçilər maksimum 68 yaşına qədər
işləməyə  davam  edə  bilərdilər.  Alman  məhkəmələri  bu  qaydanın
2000/78/EC direktivinin 6(1)-cı maddəsinə uyğunluğunu soruşurdu. 
AİƏM  bildirdi  ki,  hökumətin  gənc  nəslin  işə  götürülməsi  və  işdə  irəli
çəkilməsini təşviq etmək və kadrların idarə olunmasını təkmilləşdirmək
üçün “balanslı yaş strukturu” yaratması məqsədi legitim siyasi məqsəd
daşıyır. Daha sonra bəyan etdi ki, izlənən məqsədin fonunda 65 yaşda
təqaüdə çıxmağı tələb etmək tədbiri “qeyri-ağlabatan deyildi” və Direktiv
müvafiq və zəruri vasitələrə nail olmaq məqsədinə şərait yaradan tədbirləri
istisna etmir. Üzv dövlətin bu meyarın tələblərini qarşıladığını nümayiş
etdirmək  üçün  verməli  olduğu  məlumatla  bağlı,  Məhkəmə  bildirdi  ki,
tədbirin  müvafiq  və  proporsional  olduğunu  təqdim  olunan  sübutlara
əsaslanaraq və öz məhkəmə prosedurları çərçivəsində  qiymətləndirmək
tam şəkildə millis məhkəməyə aid idi.
AİƏM, Reinhard Prigge və başqaları. Deutsche Lufthansa AG qarşı
İş C-447/09, 13 sentyabr 2011 (Böyük Palata)
(CJEU, Reinhard Prigge and Others v. Deutsche Lufthansa AG
Case C-447/09, 13 September 2011 (Grand Chamber))
Reinhard Prigge, Michael Fromm və Volker Lambach Deutsche Lufthansa
üçün uzun illər əvvəl pilot, daha sonra uçuş kapitanı olaraq işləmişdilər.
Onlar 60 yaşa çatdıqda onların əmək müqaviləsi kollektiv müqaviləyə mü-
vafiq  olaraq  avtomatik  dayandırıldı.  Ərizəçilər  özlərini  İşəgötürmədə
Bərabərlik Direktivi (2000/78/EC Şura Direktivi) tərəfindən qadağan olu-
nan  yaş  əsasında  ayrı-seçkiliyin  qurbanı  hesab  edərək,  Deutsche
Lufthansa  ilə  iş  münasibətlərinin  60  yaşları  tamam  olduğuna  görə
bitmədiyini  və  onların  əmək  müqaviləsinin  uzadıla  biləcəyinin  bəyan
olunması  üçün  alman  məhkəmələrinə  müraciət  etdilər. Alman  Federal
181
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə