Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


(ECtHR, Bah v. the United Kingdom



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   54   55   56   57   58   59   60   61   62

(ECtHR, Bah v. the United Kingdom
(No. 56328/07),  27 September 2011)
Ərizəçiyə, Sier Leon vətəndaşına, Birləşmiş Krallıqda qalmaq üçün qeyri-
müəyyən müddətə icazə verilmişdi. Sonradan onun kiçik oğluna dövlət
tərəfindən maliyyələşdirmək üçün müraciət etməyəcəyi şərti ilə anasının
yanına  gəlməyə  icazə  verilmişdi.  Oğlu  gəldikdən  az  müddət  sonra,
ərizəçinin ev sahibi bildirdi ki, oğlu onun icarə etdiyi otaqda qala bilməz. O,
yerli səlahiyyətli orqanlara müraciət edərək ev tapmaqda yardım istədi.
Yerli səlahiyyətli orqan yardım etməyə razılıq verdi, amma bildirdi ki, o,
oğlu immiqrasiya nəzarətinə tabe olmadığı üçün adi halda ona verilməli
olan az yaşlı uşaqla istəmədən evsiz qalmış şəxs statusunun imtiyazından
istifadə edə bilməyəcək. AİHM bildirdi ki, ərizəçinin fərqli davranışa məruz
qalması onun milli mənşəyindən deyil, oğlunun şərti immiqrant statusundan
irəli gəlirdi. İmmiqrant statusu ilə bağlı seçim elementi verildikdə bu əsasda
fərqli davranışın tələb etdiyi əsaslandırma  cinsinə və ya irqinə görə xarak-
terik  və  ya  dəyişməz  şəxsi  keyfiyyətlərə  əsaslanan  fərqləndirmə
hallarındakı qədər vacib deyildi. Eləcə də, işin subyekti, təbiəti etibarilə
daha çox sosial-iqtisadi olduğu üçün hökumətə verilən mülahizə sərbəstliyi
nisbətən geniş idi. Ərizəçinin imtiyaz ehtiyacının rədd edilməsində qanun-
suz heç nə yox idi. Oğlunu, Birləşmiş Krallığa gətizdirərkən ərizəçi giriş
şərtini  tam  şəkildə  bilirdi  və  oğlunu  saxlamaq  üçün  dövlət  orqanlarına
müraciət etməyəcəyinə effektiv şəkildə razılaşmışdı. Birləşmiş Krallıqda
imtiyaz statusundan istifadə edə bilən immiqrantlarla  ölkədə qeyri-qanuni
və  ya  dövlət  orqanlarına  müraciət  etməmək  şərti  ilə  qalan  şəxslər
arasındakı  fərqləndirmə  əsaslandırılmış  idi.    Qanunvericilik  məhdud
resursları müxtəlif kateqoriyalı iddiaçılar arasında ədalətlə bölərək legitim
məqsəd daşıyırdı. AİHM, ərizəçinin evsiz qalmaq təhlükəsindən yaranan
narahatlığını  nəzərə  alaraq,  bildirdi  ki,  faktiki  olaraq  o,  heç  vaxt  evsiz
qalmayıb və yerli səlahiyyətli orqanlar o və oğlu üçün həqiqətən evsiz qal-
maq  təhlükəsi  meydana  çıxdıqda,  onlara  kömək  göstərmək  üzrə  digər
hüquqi öhdəliklər daşıyırlar. Yaranmış şəraitdə, onun imtiyazı olsaydı da,
ona eyni cür davranılacaqdı: yerli səlahiyyətli orqan  ona digər məhəllədə
kirayə tapmağa yardım göstərmişdi və həmin məhəllədə 17 ay qala biləcəyi
sosial  ev  təklif  olunmuşdu.  Ərizəçinin  məruz  qaldığı  fərqli  davranış
ağlabatan və obyektiv surətdə əsaslandırılmış idi. 
185
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


3.5.1. “Şəxsi” sfera: şəxsi və ailə həyatı, 
övladlığa götürmə, ev və nikah                     
(Məlumat kitabçasının 91-ci səhifəsi) 
(AİHM, Şerife Yiğit Türkiyəyə qarşı (BP)
(No. 3976/05),  2 noyabr 2010 )
ECtHR, Şerife Yiğit v. Turkey (GC)
(No. 3976/05),  2 November 2010
Ərizəçi 1976-cı ildə dini nikaha daxil olmuşdu. 2002-ci ildə onun əri vəfat
etmişdi.    2003-cü  ildə  ərizəçi,  məhkəməyə  müraciət  edərək,  nikahının
tanınması və qızının ərinin övladı olaraq vətəndaş qeydiyyatına alınmasını
istədi.  Bölgə  məhkəməsi  ikinci  iddianı  təmin  etdi,  amma  nikahla  bağlı
iddianı rədd etdi. Ərizəçi, mərhum ərinin əmək təqaüdünü almaq üçün
əmək  təqaüdü  fonduna  da  müraciət  etdi  və  ərinin  sağlamlıq-sığorta
müavinətinin ona və qızına keçirilməsinin istədi. Müavinətlər, nikah qanuni
sayılmadığı üçün ərizəçiyə deyil, qızına keçirildi. AİHM məhkəməsi qeyd
etdi ki, daxili qanunvericiliyə və məhkəmə praktikasına görə, yalnız Mülki
Məcəlləyə müvafiq şəkildə nikaha daxil olmuş şəxslər mərhum ərin sosial-
sığorta müavinətlərinin varisi ola bilər. Ərizəçi,  partnyorunun hüquqları
əsasında sosial təhlükəsizlik müavinətləri almaq üçün hüquqi mübahisə
qaldıra bilməzdi, çünki vətəndaş nikahını müəyyənləşdirən maddi və rəsmi
şərtlər  və  belə  nikahı  bağlamaq  üçün  qaydalar  dəqiq  idi  və  əlaqədar
şəxslərin üzərinə əlavə öhdəliklər qoymurdu. Bundan başqa, ərizəçinin
vətəndaş nikahına daxil olmaq üçün kifayət qədər uzun vaxtı – iyirmi səkkiz
ili  olmuşdu.  Buna  görə  də,  onun,  vəziyyəti  nizama  salmaq  üçün  etdiyi
cəhdlərin inzibati prosedurların çətinliyi və ya ləngliyinə görə gecikdirilməsi
iddiası  əsaslı  deyildi.  Eləcə  də,  ərizəçi  və  partnyorunun  nikahın  dini
formasına üstünlük verməsi və vətəndaş nikahına daxil olmaması faktı
onun  səmərəli  ailə  həyatı  yaşamasının  qarşısını  alacaq  inzibati  və  ya
cinayət  məsuliyyəti  müəyyən  etmirdi.  8-ci  maddə  dövlətin  üzərinə  dini
nikahı tanıması kimi öhdəlik qoymaq şəklində interpretasiya oluna bilməz,
eləcə də həmin maddə nikahsız cütlüklərin xüsusi kateqoriyası üçün fərqli
rejim müəyyənləşdirməyi tələb etmir. Burdan aydın olur ki, qanuna  mü-
vafiq  olaraq,  ərizəçinin  varislik  statusu  almaması  faktı  8-ci  Maddədə
göstərilən hüquqların pozuntusunu ifadə etmir.
186
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


4.2. Cins                                           (Məlumat kitabçasının 102-ci səhifəsi)
AİHM, Andrle Çex Respublikasına qarşı
(No. 6268/08, 17 fevral 2011)
(ECtHR, Andrle v. the Czech Republic
(No. 6268/08, 17 February 2011))
Ərizəçi, iki uşaq atası şikayət edirdi ki, qanunvericilikdə qadınlardan fərqli
olaraq  uşaq  böyüdən  kişilərin  təqaüd  yaşının  azaldılması  nəzərdə
tutulmamışdı.  AİHM  qəbul  edirdi  ki,  bu  məsələ  keçmiş  Yuqoslaviyada
qadınların uşaq böyütməyə və ev işlərinə cavabdeh olduğu, amma tam
ştatda işləmək təzyiqi altında olduğu spesifik tarixi şərtlərdən meydana
çıxan faktiki qeyri-bərabərliyin və çətinliyin kompensasiya olunması kimi
legitim məqsəd daşıyırdı. Belə olan halda, ölkədaxili səlahiyyətli orqanlar
kişilərə  ədalətsizliyin  xüsusi  müvəqqəti  tədbirlər  vasitəsilə  qadınların
əlverişsiz  mövqeyini  düzəltmək  ehtiyacını  aşmadığını  qiymətləndirmək
baxımından  daha  əlverişli  vəziyyətdədirlər.  2010-cu  ildə  Çex  hökuməti
qanunvericiliyə bir uşaqlı qadınların təqaüd yaşının azaldılması hüququnu
istisna edən və böyüdülmüş uşaqların sayından asılı olmayaraq təqaüd
yaşının  ümumi  artırılması  istiqamətində  islahatlara    düzəlişlər  edərək
təqaüd  yaşının  bərabərləşdirilməsi  üçün  artıq  ilk  konkret  addımlarını
atmışdı.  Cinslərin  rolunun  qavranılmasında  demoqrafik  artımın  və
dəyişikliklərin mərhələli təbiətini və daha geniş kontekstdə tam təqaüd
islahatı həyata keçirmənin çətinliklərini nəzərə alaraq, dövlət sürətli templə
tam  dəyişikliklər  etmək  yerinə  təqaüd  sistemini  proqressiv  şəkildə
dəyişdirməsinə görə tənqid oluna bilməzdi. İşin spesifik hallarında, daxili
səlahiyyətli  orqanların  yanaşması,  qadınların  xüsusi  davranılması
ehtiyacını sosial və iqtisadi dəyişikliklər aradan qaldırana qədər, ağlabatan
və obyektiv şəkildə əsaslandırılmış olaraq qalır. Bərabərsizliyi düzəltmək
üçün görülən tədbirlərin zamanı və miqyası qeyri-ağlabatan deyildi və bu
sahədə dövlətlərə verilən geniş mülahizə sərbəstliyini aşmırdı.
(AİƏM, Rijksdienst voor Pensioenen  Elisabeth Brouwerə qarşı
İş C-577/08, 29 iyul 2010)
CJEU, Rijksdienst voor Pensioenen v. Elisabeth Brouwer
Case C-577/08, 29 July 2010
Xanım Brouver 1960 və 1998-ci illər ərzində Belçika sakini olsa da Hol-
landiyada  işləmişdi.  İşləməyi  dayandırdıqdan  sonra  o,  65  yaşına  kimi
Belçika  dövlətindən  təqaüd  alacaqdı  və  daha  sonra  bu  öhdəlik  Hol-
187
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə