Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


partnyorluğuna daxil olmuş təqaüdçünün  “evli, daimi olaraq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

alınmış həyat partnyorluğuna daxil olmuş təqaüdçünün  “evli, daimi olaraq
ayrılmamış” təqaüdçüdən daha az təqaüd alması müddəasını əngəlləyirdi.
Birinci  o  idi  ki,  əlaqədar  üzv  dövlətdə  nikaha  müxtəlif  cinslərdən  olan
şəxslər  daxil  ola  bilərdi  və  bununla  yanaşı  qeydiyyata  alınmış  həyat
partnyorluğu mövcud idi ki, ona eyni cinsdən olan şəxslər daxil ola bilərdi.
İkinci şərt ondan ibarət idi ki, cinsi oriyentasiya əsasında birbaşa ayrı-seçk-
ilik mövcud olmalı idi, çünki daxili qanunvericiliyə əsasən təqaüdlə bağlı
həyat partnyoru olan şəxs eyni vəziyyətdə evli şəxslə müqayisədə hüquqi
və faktiki olaraq eyni idi. 
2.2.3. Müdafiə olunan əsas        (Məlumat kitabçasının 28-ci səhifəsi) 
AİƏM, Pensionsversicherungsanstalt  Christine Kleist-ə qarşı
İş C-356/09, 18 noyabr 2010
(CJEU, Pensionsversicherungsanstalt v. Christine Kleist
Case C-356/09, 18 November 2010)
Avstriya məhkəməsinin 76/207/EEC Şura Direktivinin (2002/73/EC Direk-
tivi ilə düzəlişlər edilmiş)  3(1)İ-cü maddəsinin interpretasiyası ilə bağlı kişi
və qadınlara bərabər davranılması prinsipinin implementasiyasına dair bu
müraciəti işəgötürmə, ixtisas təlimləri və işdə irəli çəkilməyə aiddir. Maddə
3(1)İ ödəniş və işdən çıxarma da daxil olmaqla, işə düzəlmə və iş şəraiti ilə
əlaqədar dövlət və özəl sektorda birbaşa və dolayı ayrı-seçkiliyi qadağan
edir. Müraciət olunan məhkəmədən, maddə 3(1)İ-nin, kişi və qadın üçün
fərqli təqaüd yaşları nəzərdə tutulduqda, işəgötürən dövlət orqanına təqaüd
yaşına çatmış şəxsləri təqaüdə çıxa bildikləri halda işdən çıxarma icazəsi
verib vermədiyi soruşuldu. Avstriya qanunvericiliyinə görə, qadınlar üçün
təqaüd yaşı 60, kişilər üçün 65 idi.
AİƏM Marshall (C-152/84) işinə istinad edərək göstərdi ki, bu yaş kişilər
üçün fərqli olduqda, qadın işçini yalnız təqaüd yaşına çatdığı üçün işdən
çıxarmaq cinsi əsasda ayrı-seçkilikdir. Sözü gedən işdə, işdən çıxarmadan
qorumaq üçün yaş,  işçinin cinsi ilə qırılmaz şəkildə bağlıdır. Məhkəmə belə
qərara gəldi ki, bu, birbaşa cinsi əsasda fərqli davranışdır.   Birbaşa ayrı-
seçkilik  bir  şəxsə  qarşı  cinsi  əsasda  digəri  ilə  müqayisə  oluna  biləcək
vəziyyətdə,  ona  davranıldığından  və  ya    davranılacağından  daha  pis
davranıldığında  baş  verir.  60-65  yaşlarında  qadının  eyni  yaş
kateqoriyasında olan kişilərlə müqayisə oluna biləcək vəziyyətdə olmasını
176
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


müəyyənləşdirmək  məqsədi  ilə  Məhkəmə  davranışdakı  fərqliliyi
müəyyənləşdirən daxili qaydaların obyektini araşdırdı.  Bu işdə daxili qay-
dalar  işçilərin işdən çıxarıla bilməsi hallarının idarə olunmasına yönəlmişdi.
Məhkəmə razılaşdı ki, bu yaş kateqoriyasındakı kişi və qadınlar  müqayisə
oluna biləcək vəziyyətdədirlər, çünki onların işlərinə xitam verilməsi şərtləri
eynidir.  Buna  görə  də, AİƏM  belə  qərara  gəldi  ki,  daxili  qaydalar  cinsi
əsasda birbaşa ayrı-seçkilyə yol verir.
2.5. Xüsusi və ya spesifik tədbirlər            
(Məlumat kitabçasının 40-cı səhifəsi)
AİƏM, Pedro Manuel Roca Álvarez  Sesa Start España ETT SA qarşı
İş C-104/09,  30 sentyabr 2010
(CJEU, Pedro Manuel Roca Álvarez v. Sesa Start España ETT SA
Case C-104/09, 30 September 2010)
Ispaniya  məhkəmələri  xahiş  edirdi  ki,  İspaniya  qanunvericiliyinə  görə
ödənişli  məzuniyyətlə  bağlı  müəyyən  hüquqların Aİ  gender  bərabərliyi
qaydalarına  uyğunluğunu  araşdırsın.  Xüsusilə  İspaniya  qanunvericiliyi
südəmər uşağı yedizdirmək üçün analara və atalara iş günü ərzində bir
saata qədər icazə verirdi, işləyən hər iki valideyni bununla təmin edirdi.
Məhkəmədən soruşulurdu ki, ana özünü işlə təmin edən olduqda işləyən
atanın eyni hüququnun olmaması işəgötürmə, ixtisas təlimi və işdə irəli
çəkmə və iş şərtlərində kişi və qadınlara bərabər davranılması prinsipinin
implementasiyasına  dair  76/207/EEC  Şura  Direktivinin  müddəalarının
pozulması sayıla bilərmi.
AİƏM  bildirdi  ki,  iş  şərtlərinə  təsir  edən  ödənişli  məzuniyyətə  dair
76/207/EEC Şura Direktivi iş şərtləri ilə bağlı ayrı-seçkiliyin olmamasını
bəyan edir. Məhkəmə şərh etdi ki, atanın icazə hüququ ananın iş statusuna
əsaslanır.  Daha  sonra  Məhkəmə  bildirdi  ki,  bu  şərt  mövcud  qeyri-
bərabərliyi ləğv etmir və ya azaltmır və bu da elə vəziyyətə gətirə bilər ki,
özünü işlə təmin edən ana, ata uşağın qeydinə qalmaq üçün icazə ala
bilmədiyi üçün əlavə yük daşımalı olsun. Buna görə də, Məhkəmə belə
qərara gəldi ki, daxili qanunvericilik Direktivə uyğun deyil.
177
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


2.6.2. Ümumi müdafiənin bölünməsi       
(Məlumat kitabçasının 51-ci səhifəsi)
AİƏM, Marc Michel Josemans Burgemeester van Maastricht-ə qarşı
İş C-137/09,  12 oktyabr 2010
(CJEU,  Marc Michel Josemans v. Burgemeester van Maastricht
Case C-137/09, 12 October 2010)
Niderland məhkəməsi xahiş edirdi ki, qeyri-rezidentlərin kofeşoplara girişi
ilə  bağlı  daxili  qaydaların  tamamən  və  ya  qismən  Müqavilələrin  əhatə
dairəsinə düşdüyünə aydınlıq gətirsin. Müraciət xüsusilə mal və xidmətlərin
sərbəst hərəkətinə və ayrı-seçkiliyin qadağan edilməsinə dair idi. Mal və
xidmətlərin sərbəst hərəkəti ilə əlaqədar, müraciət olunan məhkəmədən
qeyri-rezidentlərin  kofeşoplara  daxil  olmasının  qadağan  olunmasının
narkotik turizminin və bunu müşayiət edən ictimai narahatlığın azaldılması
baxımından müvafiq və proporsional vasitə olub-olmaması soruşulurdu.
Alternativ olaraq, vətəndaşlıq əsasında vətəndaşlara qarşı ayrı-seçkiliyin
qadağan  olunmasına  dair  sual  verilirdi.  Əgər  belədirsə,  məhkəmədən
rezidentlər və qeyri-rezidentlər arasında fərqin səbəb olduğu dolayı ayrı-
seçkiliyin  əsaslandırılması  və  əlaqədar  qadağanın  artıq  göstərilmiş
səbəblərə müvafiq və proporsional olması soruşulurdu.
AİƏM bildirdi ki,  Aİ-da narkotikin qadağan olunması o deməkdir ki, kofeşop
sahibləri anaşa marketinqi ilə bağlı sərbəst hərəkət etmək azadlığı və ya
azadlığa yol verilməməsi prinsiplərinə əsaslana bilməzlər. Ancaq xidmətlər
təmin etmək azadlığı kofeşoplarda da satılan qida və spirtsiz içkilərə şamil
olunur və kofeşop sahibləri bu kontekstdə TFEU-nun 56-cı maddəsinə
(TEC-in köhnə 49-cu maddəsi) əsaslana bilər. Malın sərbəst hərəkəti qida
və içkilərin sərhədləri keçə bilməməsinə uyğun gəlmirdi. AİƏM TFEU-nun
56-cı  maddəsinə  nəzərdən  keçirdi  və  belə  qərara  gəldi  ki,  yalnız
rezidentlərə kofeşoplara girməyə icazə verən daxili qaydalar dolayı ayrı-
seçkilikdir, belə ki qeyri-rezidentlər daha çox əcnəbilərdir. Ancaq Məhkəmə
müəyyənləşdirdi ki, belə qaydalar şəraitə görə əsaslandırıla bilər. Narkotik
turizmi ilə mübarizə və bununla bağlı ictimai narahatlıq narkotiklərsə qarşı
mübarizənin  tərkib  hissəsi  idi  və  buna  görə  də  legitim  məqsəd  idi.
Məhkəmə belə qərara gəldi ki, bu tədbirlər müvafiq və proporsional idi.
Onlar  qeyri-rezidentlərin  anaşa  satmayan  bir  çox  digər  kafelərə  daxil
olmasının  qarşısını  almırdı.  Əlavə  olaraq,  narkotik  turizmini
məhdudlaşdırmaq üçün digər tədbirlər səmərəsiz idi. AİƏM qəbul etdi ki,
178
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə