Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

kompensasiya  etmək  üçün  hər  hansı  üzv  dövlətin  təcrübədə  tam
bərabərliyi təmin etmək məqsədi ilə spesifik tədbirləri mühafizə və ya qəbul
etməsinə mane olmur".
50
İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivin 5-ci maddəsində
əlilliyi  olan  şəxslərə  münasibətdə  spesifik  tədbirlərlə  əlaqədar  ümumi
qaydanı  konkret  olaraq  ifadə  edən  müddəalar  yer  alıb  və  həmin
müddəaların tələbinə əsasən, işəgötürənlər fiziki və ya ruhi çatışmazlıqları
olan şəxslərə məşğulluq məsələlərində bərabər imkanların təmin edilməsi
üçün "ağlabatan şərait" yaratmalıdırlar. Bu, "müvafiq tədbirlər" şəkilində
ifadə edilib, elə tədbirlər ki, "işəgötürənin üzərinə qeyri-mütənasib yük qoy-
mamaq  şərti  ilə,  konkret  halda  ehtiyac  olduqda  əlilliyi  olan  şəxsin  iş
tapmasına, əmək fəaliyyətində iştirak etməsinə və ya peşə vəzifəsində
irəliyə çəkilməsinə, yaxud peşə təlimi almasına imkan yaratmış olsun". Bu
tədbirlər sırasına iş yerində əlil arabasının hərəkətinə imkan yaradan lift
və ya maili yerlərin, yaxud əlillər üçün tualetin təşkil edilməsi daxildir. 
Nümunə:  Tlimmenos  Yunanıstana  qarşı işdə  milli  qanunvericilik
məhkumluğu  olan  şəxslərin  sertifikatlı  mühasib  peşəsində
çalışmasının  qarşısını  alırdı,  çünki  məhkumluq  bu  peşənin
funksiyalarını  yerinə  yetirən  şəxsin  dürüst  və  etibarlı  olmadığına
dəlalət edirdi. Bu işdə ərizəçi milli hərbi xidmət keçərkən hərbi forma
geyməkdən imtina etdiyi üçün məhkum olunmuşdu. Bunun səbəbi
ondan ibarət idi ki, o, pasifizmə sadiq olan Yahova (Yeqova) Şahidləri
dini  qrupunun  üzvü  idi.  AİHM  bu  qənaətə  gəldi  ki,  məhkumluğu
dürüstlük və ya etibarlılıq məsələsi ilə əlaqəli olmayan şəxslərin bu
peşədə çalışmasının qadağan olunması üçün heç bir əsas yoxdur.
Bu işdə hökumət belə vəziyyətlər üçün istisna qayda nəzərdə tutma-
maqla ərizəçiyə qarşı ayrı-seçkiliyə yol vermiş və onun ayrı-seçkiliyə
məruz qalmamaq hüququ ilə birgə götürülmüş halda öz dininə etiqad
etmək  hüququnu  (AİHK-ın  9-cu  Maddəsində  nəzərdə  tutulmuş
hüququ) pozmuşdu. 
41
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
50. İrqi bərabərlik haqqında Direktiv, maddə 5; İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv,
maddə 7; Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 6; həmçinin bu
məsələnin bir qədər fərqli şəkildə ifadə edildiyi bu direktivə də bax: Gender bərabərliyi haqqında Direktiv
(yeni redaksiyada), maddə 3. 


Nümunə:  Kiprin  Bərabərlik  Qurumunun  icraatındakı  işdə  görmə
qabiliyyətində əngəl olan şikayətçi mülki qulluğa qəbul üçün verilən
imtahanda  iştirak  etmişdi.
51
.  Şikayətçi  imtahan  işini  bitirmək  üçün
əlavə vaxt istəmiş və ona əlavə 30 dəqiqə vaxt verilmişdi, amma bu
müddət hər kəsə verilən fasilənin müddətindən çıxılmışdı. Bərabərlik
Qurumu bu qənaətə gəldi ki, xüsusi durumda olan namizədlər üçün
"ağlabatan şərait" yaradılmasına ehtiyac olub-olmadığını araşdırmaq
üçün  standart  prosedur  mövcud  deyil  və  faktlar  göstərdi  ki,
şikayətçinin digər namizədlərlə ədalətli şəkildə yarışa biləcəyi şəraitin
yaradılması  üçün  yetərli  addımlar  atılmayıb.  Bərabərlik  Qurumu
dövlətə tövsiyə etdi ki, fərdi qaydada ağlabatan şərait yaradılmasına
ehtiyacın olduğu bu cür halların araşdırılması üçün standart prose-
durun tərkib hissəsi qismində ekspertlər qrupu yaratsın. 
Nümunə: əlil arabası ilə hərəkət edən bir kişi konkret vəzifəyə təyin
edilmədiyinə görə Fransa məhkəmələrində Təhsil Nazirliyinə qarşı
iddia qaldırmışdı.
52
Şikayətçinin iş ərizəsi namizədlərin siyahısında
üçüncü  idi.  Birinci  iki  namizədin  vəzifə  təyinatı  üçün  ərizəsi  rədd
edildikdən  sonra  iş  təklifi  şikayətçiyə  deyil,  dördüncü  namizədə
edilmişdi. Əvəzində ərizəçiyə əlil arabası ilə hərəkət edənlər üçün
uyğunlaşdırılmış başqa bir departamentdə iş təklif edilmişdi. Dövlət bu
qərarı onunla əsaslandırdı ki, ağlabatan şərait yaratmaq öhdəliyini
yerinə  yetirmək  üçün  binalarda  dəyişikliklər  edilməsinə  vəsait
qoyuluşu ictimai maraqlara uyğun deyil. Məhkəmə bu qənaətə gəldi
ki, Təhsil Nazirliyi əlilliyi olan şəxslər üçün ağlabatan şərait yaratmaq
öhdəliyini yerinə yetirməyib və idarəetmə mülahizələri bu öhdəliyin
icrasını məhdudlaşdıra bilməz. 
"Xüsusi tədbirlər" termini bəzən elə fərqli rəftarın baş verdiyi halları əhatə
edən  termin  kimi  işlədilir  ki,  bu  zaman  fərqli  rəftar  "müdafiənin  şamil
olunduğu əsasların" tətbiq dairəsinə düşən şəxslərin xeyrinə olur (onları
42
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
51.Bərabərlik Qurumu (Kipr), Ref. A.K.I. 37/2008, 8 oktyabr 2008-ci il. Qərarın ingiliscə qısa icmalını bu
mənbədən tapmaq olar: Ayrı-seçkilik Sahəsində Avropa Hüquq Ekspertləri Şəbəkəsi, 8 (iyul 2009-cu il).
"Ayrı-seçkiliyin yolverilməzliyinə dair Avropa hüququnun icmalı", səh. 43. 
52. Ruan İnzibati Məhkəməsi, Boutheiller v. Ministère de l’éducation işi, qərar № 0500526-3, 24 iyun
2008-ci il. Qərarın ingiliscə qısa icmalını bu mənbədən tapmaq olar: Ayrı-seçkilik Sahəsində Avropa
Hüquq Ekspertləri Şəbəkəsi, 8 (iyul 2009-cu il). "Ayrı-seçkiliyin yolverilməzliyinə dair Avropa hüququnun
icmalı", səh. 46. 


əlverişsiz vəziyyətə salmır); məsələn, konkret vəzifəyə kişi deyil, qadın
cinsinə mənsub olduğuna görə qadın seçilir və işəgötürən öz personalı
arasında  qadınların  təmsilçiliyinin  azlığını  aradan  qaldırmaq  siyasəti
yürüdür. Bu halı ifadə etmək üçün istifadə olunan terminologiyaya bunlar
daxildir:  "pozitiv"  və  ya  "əks  yönümlü"  ayrı-seçkilik,  "güzəştli  rəftar",
"müvəqqəti  xüsusi  tədbirlər"  və  ya  "müsbət  tədbir".
53
Bu  ifadələr  bu
tədbirlərin  adətən  ayrı-seçkiliyə  məruz  qalan  şəxslərə  qarşı  qərəzlilik
əleyhinə mübarizə üçün qısa müddətə tətbiq edildiyini və müstəsna vasitə
kimi qəbul edildiyini və digərlərini də eyni mövqeyi paylaşmağa ruhlandıran
nümunəvi modellər yaratmaq məqsədi daşıdığını göstərir. 
Əlverişsiz vəziyyətdə olan qrupların xeyrinə pozitiv tədbirlərin görülməsi
BMT-nin insan hüquqlarına dair müqavilələrinin şərhinə görə cavabdeh
olan bir neçə monitorinq orqanı tərəfindən qəbul edilmiş rəhbər prinsiplər
vasitəsilə daha da gücləndirilib. Bu orqanlar vurğulayıblar ki, belə tədbirlər
müvəqqəti  xarakter  daşımalı,  sözügedən  qeyri-bərabərliyin  qarşısının
alınması üçün zəruri olan müddətləri və hüdudları aşmamalıdır.
54
BMT-nin
İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin bildirdiyinə görə, belə
tədbirlərin yolverilən hesab edilməsi üçün onların yeganə məqsədi mövcud
qeyri-bərabərlikləri ləğv etməkdən və gələcəkdə tarazlığın pozulmasının
qarşısını almaqdan ibarət olmalıdır.
55
BMT-nin Qadınlara qarşı hər növ ayrı-
seçkiliyin ləğv edilməsi üzrə Komitəsi qeyd edib ki, bu cür "müvəqqəti xü-
susi tədbirlər" qadınlarla "güzəştli rəftarı; məhz onların işə qəbul edilməsini,
işləməsini  və  peşə  vəzifəsində  irəliyə  çəkilməsini;  müəyyən  zaman
çərçivəsində onların saylarının hədəflənən həddə çatdırılmasını; və kvota
sistemlərini"  özündə  ehtiva  edir.
56
AƏM-in  aşağıda  müzakirə  olunacaq
43
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
53. Misal üçün bax: BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "32 saylı ümumi tövsiyə: İrqi
ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya nəzərdə tutulmuş xüsusi tədbirlərin
mənası və tətbiq dairəsi", UN Doc. CERD/C/GC/32, 24 sentyabr 2009-cu il; BMT-nin İqtisadi, sosial və
mədəni hüquqlar üzrə Komitəsi, "32 saylı ümumi şərh: Təhsil hüququ", UN Doc. E/C.12/1999/10, 8
dekabr 1999-cu il; BMT-nin Qadınlara qarşı hər növ ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "25 saylı
ümumi tövsiyə: Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi (müvəqqəti xüsusi tədbirlər), UN Doc.
A/59/38(SUPP), 18 mart 2004-cü il; BMT-nin İnsan Hüquqları Komitəsi, "18 saylı ümumi şərh: Ayrı-seçk-
iliyin yolverilməzliyi", UN Doc. A/45/40(Vol.I.)(SUPP), 10 noyabr 1989-cu il; BMT-nin İrqi ayrı-seçkiliyin
ləğv edilməsi üzrə Komitəsi, "Qeyri-vətəndaşlara qarşı ayrı-seçkiliyə dair 30 saylı ümumi tövsiyə, UN
Doc. HRI/GEN/1/Rev.7/Add.1, 4 may 2005-ci il. 
54. Yenə orada. 
55. BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "32 saylı ümumi tövsiyə: İrqi ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi haqqında Konvensiya nəzərdə tutulmuş xüsusi tədbirlərin mənası və
tətbiq dairəsi", UN Doc. CERD/C/GC/32, 24 sentyabr 2009-cu il; 21-26-cı bəndlər.
56. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi, "25 saylı ümumi tövsiyə:
Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi (müvəqqəti xüsusi tədbirlər), UN Doc. A/59/38(supp), 18 mart
2004-cü il, 22-ci bənd. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə