Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   49   50   51   52   53   54   55   56   57

 
143 
məmnunluq  dərəcəsinə  çatması  üçün  hər  bir  insan  Tanrı  oğlu  Ġsaya  iman 
etməlidir  və Kilsənin  üzvü olmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
PLATO FƏLSƏFƏSĠ VƏ YENĠ PLATOÇULUQ 
 
 
Plato fəlsəfəsi 
 
Plato (e.ə. 427-347)  qədim Yunanıstanın  ən böyük  mütəfəkkirlərindən 
biri olmuĢdur.  O  afinalı  idi  və  siyasi  baxıĢlarına  görə  afina  demokratiyasının 
tərəfdarı  kimi  tanınmıĢdı.  Onun  müəllimi  Sokrat  olmuĢdur.  Daha  sonra 
Plato,  Siciliyada  və  Cənubi  Ġtaliyada  olarkən,  pifaqorçuların  dünyagörüĢü  ilə 
yaxından tanıĢ  olmuĢdur.  E.ə.  387  ildə, Afinaya  qayıdandan  sonra,  Plato  bu 


 
144 
Ģəhərdə  ―Akademiya‖  adlanan  öz  məktəbini  yaratmıĢdır.  Onun  bizim 
zamanımıza  qədər bir sıra əsərləri və məktubları çatmıĢdır. 
Öz  fəlsəfəsində  Plato,  düĢüncələrini  insan,  dövlət  və  cəmiyyət 
problemlərinə  yönəltmiĢdir;  formal  deyil,  həqiqi  biliyin  əldə  edilməsinin 
tərəfdarı idi. 
Plato  hesab  edirdi  ki,  yaĢadığımız  dünya  həqiqi  dünya  deyil,  çünki 
burada  hər  Ģey  müvəqqəti  və  dəyiĢkəndir.  Dünyada  hər  bir  Ģeyin  əsl 
mahiyyətini  isə,  ―eydos‖  (ideyalar  və  ya  növlər)  adlanan,  onların  səbəbləri 
və  yaxud  formaları  təĢkil  edir.  Onlar  duyğular  vasitəsi  ilə  hiss  edilmir. 
Deməli,  bu  dünyada  hər  bir  Ģeyin  ideyası  vardır.  Onlar  hər  Ģeyin  səbəbidir. 
Ġdeyalar  bir  növ  qəliblərə  bənzəyir,  çünki  hər  Ģey  onların  formasında 
mövcuddur. Duyğu aləmində Ģeylər ideyalara doğru yönəlir,  onlara can atır.  
Lakin,  Platoya  görə  düyğularla  dərk  edilən  Ģeylərin  izah  edilməsi 
üçün, təkcə ideyalar aləminin mövcudluğu kifayət etmir. Onlar müvəqqəti  və 
keçici  olduğu  üçün,  onlara  təkcə  ―varlıq‖  deyil,  eyni  zamanda  ―yoxluq‖ 
anlayıĢını  tətbiq  etmək  lazımdır.  Bu  ―yoxluq‖  –  materiyadır.  Materiyada 
ideyalar  təcəssüm  olunur.  Varlıq  əslində  cisimsiz  ideyalardır.  Bu  dünya 
ideyalar  aləmi  ilə  (―varlıqla‖),  materiya  (―yoxluq‖)  arasında  olan  bir  Ģeydir. 
Bir  tərəfdən  onun  mövcudluğu  ideyalar  aləminə;  digər  tərəfdən,  dünyanın 
müvəqqəti və keçici olması,  onun materiyaya aid olmasından  xəbər verir.  
Platonun  fəlsəfəsində  ideyalar  aləmi  çox  pilləlidir  və  piramidaya 
bənzəyir.  Bu  piramidanın  baĢında  ―xeyrin‖  ideyası  durur.  Bütün  baĢqa 
ideyalar  ondan  öz  varlığını  və  mahiyyətini  alır.  Hər  Ģeyin  məqsədi  ―xeyrin‖ 
ideyasında cəmlənir. 
Ġdeyalar  əbədidir.  Onlar  heç  kim  tərəfindən  yaradılmayıb  və  ölməzdirlər. 
Eyni  zamanda,  ideyalar  zaman  və  məkandan  asılı  deyillər,  dəyiĢkənliyə 
məruz  qalmırlar.  Materiyaya  aid  olan  duyğular  aləmi  isə,  əksinə,  zaman  və 
məkandan  asılı  olaraq,  müvəqqətidir.  Orada  olan  hər  bir  Ģey  məhvə 
məhkumdur. 
Hər bir  insanda həm  materiya,  həm də  ideal aləmin  əlamətləri  vardır. 
Onun  bədəni  materiyadır  və  ölümə  məhkumdur;  ruhu  isə,  idealdır  və 
əbədidir.  Plato  hesab  edirdi  ki,  ruh    iki  hissədən  ibarətdir.  Onun  yüksək 
hissəsi,  insan  mənəviyyatını  təĢkil  edərək,  ideyalar  aləminə  yönəlir.  Alçaq 
hissəsi isə, materiyaya (duyğu  aləminə) bağlıdır. 
 


 
145 
 
 
Plato, Seneka və Aristo-
tel. Orta əsr əlyazmasın-
dan səhifə
 
Plato  ruhların  köçməsinə  inanırdı.  O 
hesab  edirdi  ki,  öz  əməllərinə  müvafiq 
olaraq,  hər  bir  ruh,  bədənin  ölümündən 
sonra,  baĢqa  bədənlərdə  yenidən  dünyaya 
gəlir.  Yalnız  kamillik  dərəcəsinə  çatan 
ruhlar  əbədi  olaraq  bu  dünyanı  tərk  edirlər 
və  ideyalar  aləminə  qovuĢurlar.  Beləliklə 
bədən  ruhun  zindanıdır  və  o,  bu  zindandan 
azad  olmağa  çalıĢır.  Buna  nail  olmaq  üçün, 
ruh  təmizlənib,  dünyaya  bağlılıq  hissindən 
əl  çəkib,  ən  yüksək  məqsəd  olan  ―xeyrə‖ 
yönəlməlidir. 
Ruhların  köçməsinə  inanan  Plato, 
onların  bədənlərə  girməsindən  öncə  möv-
cud  olmasına  da  inanırdı.  Buna  görə  də, 
insan  idrakı,  əslində  onun  ruhunun  ideal 
aləmi  yada  salmasıdır.  Orada  ruh,  bütün 
ideyaları  ən  kamil  və  gözəl  formada 
görmüĢdü.  Duyğular  aləmində  də  ruh, 
Ģeylərin əsl mahiyyətini  dərk etməyə çalı- 
Ģaraq, onların ideal obrazlarını  bir növ yada salır. 
Ġdeyalar insan tərəfindən  intuisiya
275
 vasitəsi ilə  dərk edilir. Bu  biliklər 
–  həqiqi  biliklərdir.  Düyğular  aləminin  Ģeyləri  isə,  yalnız  Ģəxsi  rəylərdə  əks 
olunur. Onlar həqiqi  bilik  deyil. 
Platonun  fəlsəfəsində  dövlət  və  cəmiyyət  problemlərinə  də 
əhəmiyyətli  yer  verilmiĢdir.  Onun  dövlət  haqqında  fikirləri  insan  və  ruh 
haqqında  təliminin  məntiqi  davamı  olmuĢdur.  Plato  hesab  edirdi  ki, 
insanların əksəriyyəti  fərdi  Ģəkildə  kamillik səviyyəsinə  çata  bilməzlər.  Buna 
görə  də,  dövlətə  və  qanunlara  ehtiyac  vardır.  Lakin  yüksək  idealları  həyata 
keçirmək  üçün,  dövlət  ideal  olmalıdır.  Bu  ideala  nail  olmaq  üçün  isə, 
idarəçilik  və qanunlar müəyyən tələblərə cavab verməlidirlər. 
Burada  Plato  insanları  üç  təbəqəyə  bölmüĢdür.  Birinci  təbəqəni  ağıllı 
insanlar  təĢkil  edir.  Onların  yüksək  əqli  keyfiyyətləri  vardır.  Məhz  bu 
adamlar  ideyaların  ahəngini,  gözəlliyini  dərk  edib,  ―xeyrə‖  tərəf  yönəlirlər. 
Onlar ədalət tərəfdarları olub,  dünya malına bağlı  deyillər. Bu insanlar  sözün 
əsl mənasında müdriklərdir  (filosoflardır)  və onlar dövləti  idarə etməlidir. 
                                                 
275
  Ġntuisiya  –  məntiqi  düĢüncə  iĢə  salınmadan,  hər  hansı  bir  Ģeyin  hisslərlə  dərk 
edilməsinə deyilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə